Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2619/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2025-ci il tarixli hökmü ilə isə birinci instansiya məhkəməsinin hökmü ləğv edilərək X6 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 42.1.2-ci maddəsinə əsasən əməlində CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Həsənova Təhminə Hüseyn qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq,, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2025- ci il tarixli hökmü ilə (sədrlik edən hakim İbadzadə Anar Qənimət oğlu) X6, 22 mart 1995-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, məhkumluğu olmayan, İsmayıllı rayonunun Sulut ərazi dairəsinin Kələzeyvə kəndində 1ünvanında yaşamış, qeydiyyatda olmaqla ünvan CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən istintaq zamanı onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, 24 iyun 2024-cü il tarixdən 24 yanvar 2025-ci il tarixədək isə həbsdə saxlanıldığı 7 (yeddi) ay müddətlərin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gün müddətinə bərabər hesabı i lə hesablanmaqla 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, X6 üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi və cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X6 özgənin əmlakını ələ keçirmək məqsədilə faktiki olaraq Şahid4 məxsus olmaqla mülkiyyətçisi olmadığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82.25 kv. metr olan yaşayış evini tanışı Zərərçəkmiş şəxs 23000 manat pul müqabilində satacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş niyyətini pərdələmək üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz-lahiyə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı notariat kontorunda həmin yaşayış sahəsinin özünə məxsus olduğunu bildirməklə Zərərçəkmiş şəxslə ilkin alqı-satqı müqaviləsi bağlayaraq 18 sentyabr 2023-cü il tarixdə saat 16:29-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı notariat kontorunda sonuncudan 10000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən məhkum X6 tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi Rəhimov Şahin Əkrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə) 6 avqust 2025-ci il tarixli hökmü ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli hökmü ləğv edilmiş, CPMin 42.1.2-ci maddəsinə əsasən X6 əməlində CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından ona həmin maddə ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2025-ci il tarixli hğkmündən dövlət ittihamçısı T.H.Həsənova kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM və CPM-in bir sıra maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarına, ibtidai araşdırma orqanı tərəfindən X6 qarşı irəli sürülmüş ittihama, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına və kassasiya qaydasında mübahisələndirildiyi hökm üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyinə və gəldiyi nəticələrə istinad eməklə həmin nəticələri şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.H.Həsənova öz müraciətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi 6 avqust 2025-ci il tarixli hökmü çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəf li, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və X6 təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Mübahisəsiz haldır ki, X6 Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolunda yerləşən ümumi sahəsi 82.25 kv. metr olan yarımtikili fərdi yaşayış evinin ona məxsus olmadığını, həmin daşınmaz əmlakən aidiyyəti qurumlarda qeydiyyata alınmaqla təsdiq olunmuş hər hansi mülkiyyət, sərəncam vermək və istifadə etmək hüquqlarının olmadığını bilə-bilə məqsədli olaraq həmin sözügedən evi ümumilikdə 23.000 manat pulun müqabilində alqı-satqı edəcəyinə dair yalan vəd verib, 18 sentyabr 2023-cü il tarixdə saat 16:29-da Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerl əşən 14 saylı notariat kontorunda Zərərçəkmiş şəxs ilkin olaraq 10.000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş, nəticədə isə sonuncuya ümumilikdə xeyli miqdar təşkil edən 10.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halarından da tam aydin görünür ki, X6 alqı-satqı muqaviləsinin predmetini qanuni şəkildə özgəninkiləşdirilə bilinməyən əmlak olmasını əvvəldən bilmiş və bu barədə Zərərçəkmiş şəxs məlumat verməmişdir. Sonradan X6 alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməmiş, tərəflər arasında razılaşdırılmış müddətdə evi təhvil vermək üçün hər hansı tədbirlər görmədən istifadəsində olan mobil telefonu söndürərək Zərərçəkmiş şəxs zənglərinə cavab verməkdən, evin sənədləşməsi və tikinti-təmir işlərinin aparılmasında çətinliklərin olması barədə məluma t verməkdən və ələ keçirdiyi 10.000 manat məbləğində pulu ona qaytarmaqdan yayınmışdır. X6un bu kimi davranışlarından da aydın görünür ki, onun ”müqavilə" üzrə hər hansı öhdəliyi icra etmək niyyəti olmamış, alqi-satqı müqaviləsinin bağlanması sadəcə dədləduzluq əməlinin pərdələnməsi məqsədilə bir üsul olaraq çıxış etmişdir. Protest müəllifi daha sonra qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin 22 oktyabr 2024-cü il tarixli 3-16-5/2-21834/2024 nömrəli məktubundan, həmçinin hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid3 ifadələrindən görünür ki, sonuncunun Zərərçəkmiş şəxslə bağladığı müqavilə üzrə Abşeron rayonu, Qobu qəsəbəsi, "Ehtiyat fondu” torpaqları adlanan ərazidə yerləşən torpaq sah əsinə dair rəsmi heç bir hüququ olmamış və bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəflər arasında mükli xarakterli münasibətlərin olmasına dair gəldiyi nəticəyə tamamilə yalniş mövqedən yanaşmış, işin bütün faktiki hallarını araşdırmadan mötəbərliyi şübhə altinda olan şahid ifadələrinə əsaslanmaqla X6 CM-in 178.2.4-cü maddəsi ilə bəraət veriləmsəi haqqında qanunsuz və əsassız hökm çıxarmışdır. Dövlət ittihamçısı T.H.Həsənovanın mövqeyinə görə, bütün bu hallar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2025-ci il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması üçün əsaslar yaradır. Odur ki, kassasiya protestinin müəllifi onun həmin protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırı lmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinə baxılanadək dövlət ittihamçısı H.B.İmranov ərizə ilə məhkəməyə müraciət edərək X6 əməlində CM-in 178.2.4-cü maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2025-ci il tarixli hökmündən apellyasiya instansiyası məhkəməsində məhkum X6 apellyasiya şikayətinə və onun müdafiəçisi Ş.Ə.Rəhimovun apellyasiya şikayətinə etdiyi əlavəyə baxılmasında iştirak etmiş dövlət ittihamçısı T.H.Həsənova tərəfindən verilmiş kassasiya protestini geri götürdüyünü bildirmişdir. Bu ərizə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.2-ci maddəsinin tələblərinə əsas ən kassasiya instansiyası məhkəməsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi kassasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir. Qanunvericiliyin tələblərinə və mənasına görə, belə olan halda kassasiya instansiyası məhkəməsi kassasiya protestinin geri qaytarılması və həmin protestə baxılması üzrə kassasiya icraatına xitam verilməsi barədə qərar qəbul edir (CPM-in 414.8ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası dövlət ittihamçısı H.B.İmranovun ərizəsini nəzərdən keçirib və qanunvericiliyin tələblərinə əsaslanaraq və həmin ərizənin təmin edil məsi barədə sonuncunun və bəraət almış X6 çıxışlarını dinləyərək hesab edir ki, X6 əməlində CM-in 178.2.4-cü maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı T.H.Həsənova tərəfindən verilmiş kassasiya protesti geri qaytarılmalı və həmin protestə baxılması üzrə kassasiya icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı İmranov Hafiz Beykəs oğlunun ərizəsi təmin edilsin. X6 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində Azərbaycan Respublikası C inayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı T.H.Həsənova tərəfindən verilmiş kassasiya protesti geri qaytarılsın və həmin kassasiya protestinə baxılması üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-2619/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2619/2025
10.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver