Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2627/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlunun iştirakları ilə, B akı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 308.1, 311.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli qərarı ilə isə məhkum olunmuş şəxsin rüşvət alma əməlinin qulluq mövqeyindən istifadə edilməklə dələduzluq əməli kimi qiymətləndirilərək CM-in 311.2-ci maddəsindən CM-in 178.2.3-cü maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə (hakiml ər Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən və məruzəçi), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktor müavini vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, CM-in 308.1, 311.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə və CM-in 313- cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə, CM-in 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq onun 2 oktyabr 2021-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 9 (doqquz) ay 20 (iyirmi) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və bu müddət həmin cəzadan çıxılmaqla qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət v ə yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən isə ona təyin olunmuş əsas cəza - 4 (dörd) il 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş və sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Hökmlə həmçinin Məhkum davranışına nəzarətin yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməsi, sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşa yış yerini dəyişməmək vəzifəsi qoyulmuş, ona təyin edilmiş əlavə cəzanın - 1 (bir) il 6 (altı) ay müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının CM-in 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsi və cəzanın icrasının onun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi şəxsi və tamah niyyəti ilə rəsmi sənədlərə onların həqiqi məzmununu təhrif edən düzəlişlər edərək və bilə -bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 30 iyun 2020-ci il tarixdən Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun həmin tarixli 054-k №-li əmri ilə İnstitutun Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktor müavini vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən 5 sentyabr 2019-cu il tarixli vəzifə təlimatına əsasən departamentin strukturuna daxil olan akkreditasiya olunmuş qurumların idarə olunması, sertifikatlaşdı rma üzrə sifarişlərin ekpert-auditora icra üçün yönəldilməsi, nəticələrin yoxlanılması və təsdiq edilməsi, laborator sınaqlar üzrə sifarişlərin laboratoriyaların rəhbərlərinə icra üçün yönəldilməsi, nəticələrin yoxlanılması və təsdiq edilməsi, müqavilələrin, sınaq protokollarının və sertifikatların imzalanması, sertifikatlaşdırma sınaqlarının nəticələrinin təhlilinə əsasən sertifikatın təsdiq edilməsi, sertifikatlaşdırılan məhsul və xidmətə dair uyğunluq sertifikatının və milli uyğunluq nişanının istifadəsinə dair son qərarın imzalanaraq təsdiq edilməsi, məhsul və xidmətlərin, sertifikatlaşdırma işlərinin obyektiv, dəqiq və qərəzsiz aparılması, sertifikatlaşdırmanın nəticələrini əks etdirən sənədlərin tərtibatı, dəqiqliyi, obyektivliyi və düzgünlüyünün təmin edilməsi və digər təşkilati-s ərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən “Açıq boz və ağ rəngli köynəklərin satınalınması məqsədilə 18 avqust 2020-ci il tarixdə elan edilmiş tenderdə iştirak edən "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim edilmiş nümunələrin Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən edilmiş Əsas Şərtlər Toplusundakı texniki parametrlərə uyğunluğu və laborator müayinədən keçirilməsi məqsədilə Dövlət Sərhəd Xidməti ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli 20/01214/1194 saylı müqaviləyə əsasən keçirilmiş laborator sınaqların nəticəsində “Azeli Tekstil" MMC tərəfindən təqdim edilmiş açıq boz rəngli parçalarda 1 santimetrdəki sapların sayının və ağ rəngli parçalarda səthinin sıxlığının Əsas Şərtlər Toplusundakı göstəricilərə uyğunsuzluğu barədə qeydləri özündə əks etdirən 18 noyabr 2020-ci il tarixli 732 saylı sınaq protokolu tərtib edilərək ekspertlər tərəfindən imzalanmasına baxmayaraq, 24 noyabr 2020-ci il tarixdə institutda laborant vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 qeyd edilən protokolun elektron variantını “Microsoft Word” formatında özünə məxsus Elektron ünvan 1 elektron ünvanına göndərilməsini tələb edib həmin protokolu elektron sənəd kimi dörd vərəqdən ibarət şəkildə əldə edərək, institutun ünvan 2 ünvanında y erləşən inzibati binasındakı xidməti iş otağında olan kompyuter vasitəsilə ekspertlər tərəfindən əvvəlcədən imzalanmış və rəsmi sənəd hesab edilən 18 noyabr 2020-ci il tarixli 732 saylı sınaq protokolunun 2 və 3-cü vərəqlərində həqiqi məzmununu təhrif edən düzəlişlər edərək, yəni protokolda olan uyğunsuzluqları aradan qaldırıb həmin nümunələr üzrə keçirilmiş sınaqların nəticələrinin Əsas Şərtlər Toplusundakı göstəricilərə uyğunluğunu qeyd edərək, həmin protokolun imzalanmış və möhürlənmiş əsas nüsxəsini həmin kompüterə quraşdırılmış skayner qurğusu vasitəsilə kompüterin yaddaşına köçürüb, elektron sənədin 2 və 3-cü vərəqlərinin əvəzinə özünün vəzifə saxtakarlığı yolu ilə hazırladığı vərəqləri əlavə edib, cəmi 4 vərəqdən ibarət olmaqla həmin sənədi “PDF” formatda 24 noyabr 2020-ci il tarixd ə özünə məxsus Elektron ünvan 1 elektron ünvanı vasitəsilə Dövlət Sərhəd Xidmətinin tender komissiyasının Elektron ünvan 2 elektron ünvanına göndərməklə, vəzifəli şəxs kimi şəxsi niyyətlə rəsmi sənədə onun həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞnin sertifikatlaşdırma nəticələrinin düzgünlüyü əks etdirməsi və bununla əlaqədar müqavilə öhdəliklərinə əməl edilməsi ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik olan vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Azərbaycan R espublikası və Qazaxıstan Respublikası arasında 10 iyun 1997-ci il tarixli sazişə, habelə "Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi" haqqında Qaydaların 2-ci bəndinə əsasən Qazaxıstan Respublikasında mövcud olan standartların, o cümlədən ST RK 3480-2019 saylı standartların Azərbaycan Respublikasında tətbiq edilməsi üçün “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən qərar qəbul edilməli olduğu halda, belə qərar qəbul edilmədən Qazaxıstan Respublikasında mövcud olan ST RK 3480-2019 saylı standartların tələblərinə əsaslanaraq uyğunluq sertifikatı vermək səlahiyyətinin olmamasına baxmayaraq, qeyd edilən standartlara əsasən xırdabuynuzlu və iribuynuzlu hey vanlar üçün istehsal edilmiş qulaq birkalarına uyğunluq sertifikatı almaqdan ötrü cinayətdən xəbərsiz Qazaxıstan Respublikasının vətəndaşı Şahid8 vasitəsilə 2020-ci ilin may ayında özünə müraciət etmiş «Единый консолидирующий центр» adlı qurumun rəhbəri Şahid11 15 yanvar 2021-ci il tarixdə “Whatsapp” proqramı vasitəsilə özünə məxsus ***-***-**-** mobil nömrəsindən Şahid8 istifadəsində olan +**********3 mobil nömrəsinə zəng edərək aralarındakı danışıq zamanı həmin sertifikatların verilməsinə görə maddi nemət olan 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat məbləğində pul vəsaitini Şahid8 vasitəsilə özü üçün birbaşa yolla rüşvət qismində istəyib, razılaşmalarından sonra həmin pul vəsaitinin özünə məxsus olmaqla "xxxx" ASC-dən verilmiş 5103********5608 nömrəli kart hesab ına köçürülməsini bildirməsinə əsasən, Şahid11 tərəfindən “Kaspi Gold” beynəlxalq ödəniş sistemi vasitəsilə həmin tarixdə 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat məbləğində pul vəsaitinin, bank xərcləri çıxıldıqdan sonra 3.384 manat məbləğində pul vəsaitinin qeyd edilən kart hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini qeyd edilən kartdan istifadə etməklə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 15 yanvar 2021-ci il tarixdə 2.000 manatını və 16 yanvar 2021-ci il tarixdə iki dəfəyə 1.384 manatını cinayətdən xəbərsiz oğlu X vasitəsi ilə çıxarıb əldə edərək şəxsi ehtiyaclarına sərf etməklə, Şahid11 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan cəmi 3.384 (üç min üç yüz səksən dörd) manat məbləğində pul vəsaitini rüşvət qismində almış, verdi yi vədini yerinə yetirmək məqsədilə həmin institut tərəfindən 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01146.20 nömrəli uyğunluq sertifikatının “Kral Təbabət" MMC-yə, 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatının isə "xxxx" MMC-yə verilməsinə baxmayaraq, 15 yanvar 2021-ci il tarixdə həmin institutun ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti iş otağında tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə, yəni «Единый консолидирующий центр» adlı quruma heç bir sınaq keçirmədən guya həmin qurum tərəfindən təqdim edilmiş xırdabuynuzlu heyvanlar üçün nəzərdə tutulmuş qulaq birkalarının Qazaxıstan Respublikasının ST RK 3480-2019 saylı standartlarının tələblərinə uyğun olduğunu qeyd edərək 25 noyabr 2020ci il tarixli ASİ.xx.xx.01146.20 nömrəli və guya həmin qurum tərəfindən təqdim edilmiş iribuynuzlu heyvanlar üçün nəzərdə tutulmuş qulaq birkalarının Qazaxıstan Respublikasının ST RK 3480-2019 saylı standartlarının tələblərinə uyğun olması barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatlarını tərtib edib öz imzası və Uyğunluğun Qiymətləndirilməsi Departamentinin möhürü ilə təsdiq edərək istifadəsində olan Elektron ünvan 1 elektron ünvanı vasitəsilə Şahid11 məxsus Elektron ünvan 3 ünvanına göndərməklə, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Mehrəliyev Cövdət Sərvər oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum olunmuş şəxs Məhkum müdafiəçisi N.Ç.Ələsgərov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 25 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilərək Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric olunmuş, məhkum olunmuş şəxsin rüşvət alma əməli qulluq mövqeyindən istifadə etməklə törədilmiş dələduzluq cinayəti kimi qiymətləndirilərək CM-in 311.2-ci maddəsindən CM-in 178.2.3-cü maddəsinə tövsif edilmiş, sonuncunun barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə ona həmin maddə ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmçinin CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum həmin maddə ilə cəza təyin edilməmiş, ona CM-in 178.2.3-cü maddəsi ilə əsas cəza kimi təyin olunmuş 2 (iki) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin cəza ilə hökmlə CM-in 308.1-ci maddəsi ilə təyin olunmuş cəza ilə CM-in 66.2-ci maddəsinin tələbinə uyğun olaraq qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə məhkum olunmuş şəxsə qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 2 oktyabr 2021-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək həbsdə olduğu 9 (doqquz) ay 20 (iyirmi) gün müddətin bir günü CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmaqla hazırkı qərarla təyin olunan qəti əsas cəzadan çıxılmış və məhkumun üzərində son olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçək mə müəssisəsində çəkməklə 5 (beş) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun cəzaçəkmə müddətinin əvvəlinin isə 17 oktyabr 2024-cü il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protesti verərək həmin qərarın ləğv olunmasını və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində əsasən iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən, bununla bağlı cinayət və cinayət-prosessual qanunvericiliklərinin normalarına, "Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 244.1-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarına, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı T.R.Qəhrəmanov həmin protestini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən ümumilikdə hər hansı iş üzrə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi zamanı cinayətin obyektiv və subyektiv cəhətləri və subyekti dəqiq müəyyən edilməli, bunlarla bağlı sübutlar tam və hərtərəfli araşdırı lmalı, bu sübutlara qanuna müvafiq qaydada qiymət verilməli və bu qiymətləndirilməyə uyğun olaraq da cinayət törətmiş şəxsin əməlinə münasibətdə maddi hüquq normaları tətbiq edilməlidir. Hazırkı iş üzrə Məhkum qarşı irəli sürülmüş ittihamın ikinci epizoduna dair (həmin epizod üzrə onun əməlləri CM-in 311.2 və 313-cü maddələri ilə tövsif edilmişdir) hallardan görünür ki, o, xidməti vəzifələrin icrası ilə əlaqədar ediləcək qanunsuz hərəkət müqabilində digər şəxsdən pul şəklində rüşvət istəmiş və almış, bu hallar isə araşdırılmış sübutlarla təsdiq edilmişdir. CM-in 311-ci maddəsinə görə, rüşvət alma cinayəti özündə vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabi lində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsini və ya almasını, yaxud bu barədə təklif və ya vədi qəbul etməsini ehtiva edir. Apellyasiya instansiyası məhkəməsi isə cinayət qanunu normasının bu tələblərini nəzərə almayaraq və araşdırılmış sübutlara prosessual qanunvericilikdə tələb edildiyi qaydada düzgün qiymət verməyərək Məhkum Qazaxıstan Respublikasında xırdabuynuzlu və iribuynuzlu heyvanlar üçün istehsal edilmiş qulaq birkaları üçün verdiyi uyğunluq sertifikatının həmin ölkədə tətbiq olunan standartalara uyğun olmamasını, onun uyğunluq sertifikatını vermək səlahiyyətinin, müstəsna olaraq həm də həmin sertifikatın birbaşa rus dilində tərtib olunması və ya verilməsi üçün s əlahiyyətlərinin olmamasını əsas götürmüşdür. Halbuki, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında 10 iyun 1997-ci il tarixdə Almatı şəhərində imzalanmış sazişə əsasən əgər normativ sənədlərin tələbləri dövlətin mövcud qanunvericiliyinə uyğun olaraq standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqan tərəfindən müəyyən edilmiş qaydaya zidd deyilsə, bu halda hər bir tərəf, digər dövlətin standartlaşdırma, metrologiya və sertifikatlaşdırma ilə bağlı normativ sənədlərini tətbiq edə bilər. İşin faktiki hallarından görünür ki, Məhkum laborator sınaqlar üzrə sifarişlərin laboratoriyaların rəhbərlərinə icra üçün yönəldilməsi, nəticələrin yoxlanılması və təsdiq edilməsi, "Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxs tərəfindən hər hansı qərarın qəbul edilməsi məsələsini müzakirəyə çıxartmaq, sertifikatlaşdırılan məhsul və xidmətə dair uyğunluq sertifikatının və milli uyğunluq nişanının istifadəsinə dair son qərarın imzalanaraq təsdiq edilməsi kimi səlahiyyətləri vardır. Həmçinin nəzərə alınmalıdır ki, CM-in 311-ci maddəsində nəzərdə tutulmuş rüşvət alma cinayəti özündə vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istədiyi və ya alması, yaxud bu barədə təklif və ya vədi q əbul etdiyi andan başa çatmış hesab edilir. Yəni sonradan həmin hərəkətin (hərəkətsizliyin) qanuni və ya ganunsuz icra olunması və ya ümumiyyətlə icra olunması əməlin tövsifinə təsir etmir. Rüşvət alma cinayətini talama cinayətlərindən fəqləndirərkən həmçinin nəzərə almaq lazımdır ki, talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya üçüncü şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Lakin iş materiallarında görünür ki, Məhkum aldığı pul müqabilində öhdəlik götürmüş və həmin öhdəliyi qanuni yolla icra etmək səlahiyyəti olduğu halda, qanunsuz yolla həyata keçirmişdir. Aellyasiya instansiyası məhkəməsi isə hazırkı iş üzrə yekun qərar qəbul edərkən bütün yuxarıda göstərilənləri nəzərə almamış, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada tədqiq etməmiş, nəticədə də Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı T.R.Qəhrəmanov onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli qərarından verdiyi kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş hüquqi şəxsin – “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin nümayəndəsi naməlum səbəblərdən məh kəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı T.R. Qəhrəmanovun kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi öz müraciətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qanuna müvafiq qaydada tədqiq edilməyərək düzgün qiymətləndirilməməsini və Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasınd a ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də, məhkəmə kollegiyası dövlət ittihamçısı T.R.Qəhrəmanovun protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraci ətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmi ş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qayd asında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə baxılması nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanun i qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təy in edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinin dəlilləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qa nunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izahlara və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası daha sonra qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə əsasən işə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxla maq vəzifəsi düşür. Belə ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmalarının, ittiham və ya məhkum edilmələrinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəal ar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik p rezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının t əmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv ara şdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda (məsələn sübutlar arasında z iddiyyətlər müəyyən edildikdə və bu ziddiyyətlərin fonunda şəxsin təqsirliliyi, onun əməlinin hüquqi tövsifi və sair məsələlər üzrə qanuni və əsaslı nəticəyə gəlmək mümkün olmadıqda) işə baxarkən həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzər də tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədi lməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cina yət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışd ır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi p roses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmama sı və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci madd əsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutul muş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılması na yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şə xsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab olaraq qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilibedilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uyğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub-olmamasının yoxlanılması zamanı da əməl olunmalıdır. Bu prinsip nəzərdə tutulmuş Konstitusiyanın 63-cü maddəsinin və CPM-in 21ci maddəsinin tələbləri və mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən m əhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək, yaxud da təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan CM-in bu və ya digər maddəsini xaric etmək hüququna da malikdirlər o şərtlə ki, bu haqda nəticə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Təsadüfi deyil ki, məhkəmələrin bununla bağlı səlahiyyətləri həmçinin CPM-in 318.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddənin ikinci cümləsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə hüquqdan istifadə edərək müvafiq nəticəyə nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə olumuşdur ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə t övsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli qərarından göründüyü kimi, məhkəmə Məhkum qarşı irəli sürülmüş ittihamın ikinci epizodu üzrə onun törətdiyi əməli CM-in 311.2-ci maddəsindən CM-in 178.2.3-cü maddəsinə tövsif edərkən işin faktiki hallarından və bu halların arxasında duran sübutlardan çıxış etməsini göstərsə də, iş materiallarının təhlili göstərir ki, həmin məhkəmə işdə olan və aşağıda göstərilən bir sıra ziddiyyətlərin olmasını nəzərə almamış, bu ziddiyyətlərin aradan qaldırılması üçün isə qanunvericiliklə ona ve rilmiş səlahiyyətlərdən istifadə etməyərək lazımi tədbirlər görməmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə əməlinin rüşvət alma və vəzifə saxtakarlığı kimi qiymətləndirilmiş ikinci epizodu üzrə həmin əmələ münasibətdə təqsirlilik və maddi hüquq normasının tətbiqi məsələlərini həll edərkən prosessual qanunun bu normasının tələblərinə heç də tam ə məl etməmiş və məhkəmənin iş üzrə qəbul etdiyi yekun qərarla müəyyən edilmiş hallar ibtidai araşdırma zamanı toplanmış və yalnız birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə təsdiq edilməmiş, həmin yekun məhkəmə aktı üzrə məhkəmənin gəldiyi nəticə isə araşdırılmış sübutlarla nəinki uzlaşmamış, həm də bu nəticə aradan qaldırılmamış ziddiyyətlərə əsaslanmış, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə, apellyasiya icraatını tənzimləyən və sübut etməyə dair prosessual qanunvericiliyinin tələblərinə əsasən sübutları tam, hərtərəfli və obyektiv olaraq tədqiq etmək, onları qiymətləndirmək və təqsirkarın törətdiyi əmələ münasibətdə maddi hüquq normasını tətbiq etmək səlahiyyətlərində malik olan apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətlərin arada n qaldırılmasına təşəbbüs göstərməmiş və bu istiqamətdə heç bir hərəkət etməmişdir. Halbuki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, m əhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddə sində isə təsbit edilmişdir ki, məlumatların (o cümlədən proses iştirakçılarının cinayət təqibinin müxtəlif mərhələlərində verdikləri ifadələrdə əksini tapmış məlumatların – (M.K.), sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və ob yektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqınd a tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə b axışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtə rəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, h əqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Ko nstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə A vropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Həmçinin Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyy ənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olma sı üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilm əmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat z amanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericilik normaları ilə kassasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuş vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv tədqiq edilmiş sübutlara müraciət edərək onları təhlil etməyi zəruri bilir, lakin ilk növbədə vurğulayır ki, həmin protestin məzmununa və cinayət işinin materiallarına görə, istər protest müəllifi, istərsə də müdafiə tərəfi Məhkum qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə CM-in 308.1 və 313-cü maddələri ilə tövsif edilmiş cinayət əməllərini törətməkdə təqsirliliyini, onun həmin əməllərin hüquqi tövsifini və bu əməllərə görə ona CM-in 308.1-ci maddəsi ilə təyin edilmiş cəzanın yüngüllüyünü və ya ağırlığını və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CM-nin 313-cü maddəsi ilə cəzanın təyin olunmamasını mübahisələndirmədiklərindən CPM-in 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya protestinin dəlillərindən asılı olmayaraq bu epizod üzrə məhkəmələrin gəldikləri nəticələr üzrə təhlil aparılmasına ehtiyac görmür və bu nəticələrlə tam razılaşır. Kassasiya protestində mübahisələndirilən epizod üzrə isə məhkəmə kollegiyası əvvəla qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum bu epizod üzrə ittiham elan olunmuşdur ona görə ki, o, Azər baycan Standartlaşdırma İnstitutunun baş direktorunun həmin tarixli 054-k №-li əmri ilə İnstitutun Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktor müavini vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 10 iyun 1997-ci il tarixli sazişə, habelə "Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi" haqqında Qaydaların 2-ci bəndinə əsasən Qazaxıstan Respublikasında mövcud olan standartların, o cümlədən ST RK 34802019 saylı standartların Azərbaycan Respublikasında tətbiq edilməsi üç ün “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən qərar qəbul edilməli olduğu halda, belə qərar qəbul edilmədən Qazaxıstan Respublikasında mövcud olan ST RK 3480-2019 saylı standartların tələblərinə əsaslanaraq uyğunluq sertifikatı vermək səlahiyyətinin olmamasına baxmayaraq, qeyd edilən standartlara əsasən xırdabuynuzlu və iribuynuzlu heyvanlar üçün istehsal edilmiş qulaq birkalarına uyğunluq sertifikatı almaqdan ötrü cinayətdən xəbərsiz Qazaxıstan Respublikasının vətəndaşı Şahid8 vasitəsilə 2020-ci ilin may ayında özünə müraciət etmiş «Единый консолидирующий центр» adlı qurumun rəhbəri Şahid11 15 yanvar 2021-ci il tarixdə “Whatsapp” proqramı vasitəsilə özünə məxsus ***-***-**-** mobil nömrəsindən Şahid8 istifadəsində olan +**********3 mobil nömrəsinə zəng edərək ar alarındakı danışıq zamanı həmin sertifikatların verilməsinə görə maddi nemət olan 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat məbləğində pul vəsaitini Şahid8 vasitəsilə özü üçün birbaşa yolla rüşvət qismində istəyib, razılaşmalarından sonra həmin pul vəsaitinin özünə məxsus olmaqla "xxxx" ASC-dən verilmiş 5103********5608 nömrəli kart hesabına köçürülməsini bildirməsinə əsasən, Şahid11 tərəfindən “Kaspi Gold” beynəlxalq ödəniş sistemi vasitəsilə həmin tarixdə 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat məbləğində pul vəsaitinin, bank xərcləri çıxıldıqdan sonra 3.384 manat məbləğində pul vəsaitinin qeyd edilən kart hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini qeyd edilən kartdan istifadə etməklə ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 15 yanvar 2021-ci il tarixdə 2.000 manatını və 16 yanvar 2021-ci il tarixdə iki dəfəyə 1.384 manatını cinayətdən xəbərsiz oğlu X vasitəsi ilə çıxarıb əldə edərək şəxsi ehtiyaclarına sərf etməklə, Şahid11 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan cəmi 3.384 (üç min üç yüz səksən dörd) manat məbləğində pul vəsaitini rüşvət qismində almış, verdiyi vədini yerinə yetirmək məqsədilə həmin institut tərəfindən 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01146.20 nömrəli uyğunluq sertifikatının “Kral Təbabət" MMC-yə, 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatının isə "xxxx" MMC-yə verilməsinə baxmayaraq, 15 yanvar 2021-ci il tarixdə həmin institutun ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti iş otağında tamah niyyəti ilə rəsmi sənədlərə bil ə-bilə yalan məlumatları daxil etməklə, yəni «Единый консолидирующий центр» adlı quruma heç bir sınaq keçirmədən guya həmin qurum tərəfindən təqdim edilmiş xırdabuynuzlu heyvanlar üçün nəzərdə tutulmuş qulaq birkalarının Qazaxıstan Respublikasının ST RK 3480-2019 saylı standartlarının tələblərinə uyğun olduğunu qeyd edərək 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01146.20 nömrəli və guya həmin qurum tərəfindən təqdim edilmiş iribuynuzlu heyvanlar üçün nəzərdə tutulmuş qulaq birkalarının Qazaxıstan Respublikasının ST RK 3480-2019 saylı standartlarının tələblərinə uyğun olması barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatlarını tərtib edib öz imzası və Uyğunluğun Qiymətləndirilməsi Departamentinin möhürü ilə təsdiq edərək istifadəsində olan Elektron ünvan 1 elektron ünvanı vasitəsilə Şahid11 məxsus Elektron ünvan 3 ünvanına göndərməklə, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. İş materiallarından görünür ki, Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamın və törətdiyi əməllərin CM-in 311.2 və 313-cü maddələri ilə tövsif edilmiş bu epizodu üzrə özünü təqsirli bilməmiş və həmin epizodla bağlı göstərmişdir ki, “Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-in direktoru Şahid6 Qazaxıstan Respublikasında yaşayan və əslən qazax olan İsgəndər adlı dostunun ona müraciət edərək Qazaxıstan Respublikasında fəaliyyət gös tərən «Единый консолидирующий центр» adlı quruma heyvanların qulaqlarına vurulan birkalarla bağlı uyğunluq sertifikatını verə bilibbilməyəcəklərini soruşmuş və Qazaxıstan Respublikasının standartlarını göndərmiş, Şahid6 də ona nümunə üçün müvafiq sertifikat hazırlayıb İsgəndər adlı dostuna təqdim etməyi tapşırmış, həmin müəssisənin “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ ilə gələcəkdə müqavilə bağlayacağını bildirmiş, həmin müəssisəyə veriləcək sertifikatın blankının da nömrəsiz blank olduğunu, orginal blank olmadığını, həmin blankı, eləcə də Qazaxıstan Respublikasından göndərilmiş standartları Şahid6 ona təqdim etmiş, özü də həmin standartlar əsasında sertifikat nümunələrini tərtib edərək bu sənədlərin üzərinə rəhbərlik etdiyi Departamentin daxili möhürünü vurmaqla imzalayıb Şahid6 tə qdim etmiş, sonuncu da sertifikatın düzgünlüyünü təsdiq etdikdən sonra, öz elektron poçt ünvanı vasitəsilə həmin nümunələri İsgəndər adlı şəxsin elektron poçt ünvanına göndərmişdir. Həmin ifadələrində Məhkum eyni zamanda bildirmişdir ki, o, nümunə kimi tərtib etdiyi sertifikatları Şahid6 göstərişi ilə imzalayaraq möhürlə təsdiq etmiş və öz elektron poçt ünvanı vasitəsilə Şahid6 tanışı İsgəndər adlı şəxsə göndərmiş, Şahid11 adlı şəxs tanımamış, ondan hər hansı məbləğdə pul tələb etməmiş, "xxxx" ASC-də olan hesabına Rusiyada yaşayan Ruslan adlı dostu 2.000 ABŞ dolları göndərmiş, Ruslandan həmin pul məbləğini borc olaraq istəmiş, həmin pulu isə oğlu Məhəmmədəli Əzizov bankomatdan məxaric edərək ona vermişdir. 2017-2021-ci illərdə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktoru v əzifəsində işləmiş və hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, Qazaxıstanda yaşayan İsgəndər adlı dostu ona hansısa bir məhsulun sertifikatlaşdırılması ilə bağlı müraciət etmiş, sonuncunu dərhal, qəbul edilmiş qaydaya uyğun olaraq, Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktoru vəzifəsini icra edən Məhkum yönəltmiş və sonuncu ilə əlaqə saxlamağı tövsiyə etmiş, işin sonrakı gedişatı barədə məlumatı olmamış, həmin sertifikatların və ya onların nümunələrinin imzalanaraq Qazaxıstan Respublikasına göndərilməsi barədə ümumiyyətlə xəbəri olmamış, Məhkum ifadələrində göstərdikləri isə həqiqəti əks etdirmir. İbtidai araşdırma zamanı Məhkumla Şahid6 təsvir edilən ifadələri arasında ziddiyətlərin olması müəyyən edilərək onların üzləşdiriliməsi aparılsa da, bu ziddiy yətlər həm bu mərhələdə, həm də məhkəmə iclaslarında aradan qaldırılmamış, məhkəmələrdə, o cümlədən apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında onların çarpaz dindirilmələri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası isə qeyd edilən şəxslərin verdikləri ifadələr arasında açıq-aşkar ziddiyyətlərin olmasına baxmayaraq, hökmdən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə ümumiyyətlə məhkəmə istintaqı aparılmadan baxmışdır (bunun zəruri olmaması barədə məhkəmənin qənaəti həmin müraciətlərə ilkin baxış iclasının 5 noyabr 2022-ci il tarixli qərarında da əksini tapmış, buna baxmayaraq isə məhkəmə 25 fevral 2025-ci il tarixli öz yekun qərarında guya işə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını və Məhkum apellyasiya instansiyası məhkəməsin in məhkəmə iclasında dindirilərək ifadələr verməsini göstərmişdir). İbtidai araşdırma zamanı “WhatsApp” mobil tətbiqi vasitəsi ilə şahid qismində dindirilmiş və işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmə iclasında elan olunub tədqiq edilmiş Qazaxıstan Respublikasının vətəndaşı Şahid8 göstərmişdir ki, əvvəllər Qazaxıstan Respublikasının dövlət standartlaşdırma orqanında işləmiş, Şahid6 də həmin vaxtdan tanımış, sonuncu regional konfranslarda Azərbaycanı təmsil edərkən onunla tanış olmuş, partnyor kimi həmişə bir-birini dəstəkləmişlər. Məhkum şəxsən görməmiş və yalnız onun adını bilir. Şahid6lə aralarında yaxşı münasibətlər olduğuna görə o, sonuncudan xırda və iribuynuzlu hevanların qulaqlarına taxılan birkaların Azərbaycanda sertifikatlaşdırılmasının aparılıb-aparılmamas ı barədə dəqiqləşdilməsini xahiş etmiş, sonuncu da onu Məhkumla əlaqələndirmişdir. Bu haqda xahiş isə onun özündən Qazaxıstanda fəaliyyət göstərən «Единый консолидирующий центр» (“Vahid konsolidasiya mərkəzi”) adlı qurumdan olunmuş, o, da Məhkumla əlaqə saxladıqda sonuncu ona belə sertifikat verilməsini mümkünlüyünü bildirdiyinə görə bu haqda qeyd edilən mərkəzin nümayəndəsinə bildirmiş və onları biri-biri ilə əlaqələndirmiş, lakin sonradan baş verənlərdən məlumatı olmamışdır. Eyni qaydada ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Qazaxıstan Respublikasının vətəndaşı Şahid11 ifadələrindən görünür ki, o, «Единый консолидирующий центр» (“Vahid konsolidasiya mərkəzi”) adlı müəssisənin rəhbəridir, müəssisə kənd təsərrüfatı heyvanları üçün qulaq birkalarının istehsalı ilə məşğuldur, m üəssisə yalnız məhsulu deyil, həm də vaqonların, avtofurqonların bağlanması üçün plastik plomblar, polipropilen kisələr, vaqonların, konteynerlərin bağlanması üçün güc plombları istehsal edir, müəssisədə kənd təsərrüfatı heyvanları üçün vasitələr, məmulatlar üçün 2015-ci ilin milli standartlaşdırması mövcuddur, lakin indiyə qədər Qazaxıstanda sınaq laboratoriyası yoxdur, milli standartın işlənilib hazırlanması zamanı müəssisə qulaq birkalarının istehsalçısı kimi elan olunmuş tenderlərdə iştirak etmişdir. İstəehsal etdikləri məhsulun tenderə çıxarılması, bunun üçün isə müvafiq sertifakatın əldə edilməsi məqsədilə o, Qazaxıstan standartlaşdırma institutu ilə əlaqə saxlayaraq labotaroriya mövcuddursa, məhsullarını sınaqdan keçirmək və uyğunluq setifikatını almaq istədiklərini bildirmiş, məhz həmin vaxt Qazaxıstan Standartlaşdırma İnstitutunun Baş direktorunun müavini Şahid8la tanış olmuş, sonuncu Qazaxıstanda belə bir laboratoriyanın olmadığını, lakin onlara kömək edə biləcəyini və bunun üçün Belarus, Ukrayna və Azərbaycan kimi ölkələrdəki həmkarlarından maraqlanacağını bildirmişdir. bundan bir müddət keçdikdən sonra Şahid8 ona zəng edərək Azərbaycanda olan həmkarlarının birkalar üzrə sınaqlar aparıb sertifikat verə biləcəklərini demiş, bunun üçün isə lazım olan sənədləri və nümunələri Aktau şəhərinə göndərmək lazım olduğunu bildirmişdir. O, da bu təklifə uyğun olaraq müvafiq sənədləri və birka nümunələrini Aktau şəhərinə göndərmişdir ki, Azərbaycanı təmsil edən şəxslər həmin sənədləri və nümunələri oradan götürə bilsinlər. Həmin vaxt o, özü də Azərbaycana gəlmək istəmiş, laki n pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğuna görə bunu edə bilməmiş, Azərbaycandakı həmkarları ilə danışıqları isə Şahid8 özü aparmışdır. Bir müddət keçdikdən sonra Şahid8 Azərbaycanda birkalar üzrə tədqiqatlar aparılacağı və lazım olan sertifaktların veriləcəyi barədə ona məlumat verərək oraya 2000 ABŞ dolları məbləğində pul göndərmək lazım olduğunu bildirmiş, bu məsələni həll etmək üçün isə Məhkum şəxsiyətini təsdiq edən sənədin surətini və onun bank kartının nömrəsini vermiş, o, da yarım saat ərzində onun özünün kartına işlədiyi müəssisədən verilmiş həmin məbləğdə pulu Məhkum bank kartına yükləmiş, sonradan isə sertifakatların sifarişli poçtla ona göndərilməsini xahiş etmişdir. Lakin Azərbaycandan olan şəxslər ona sertifikatların elektron şəkildə onun elektron poçt ünvanına göndərə biləcəklərini bildirdiklərinə görə o, bununla razılaşmış və sertifaktları bu şəkildə əldə edib həmin sənədlərlə dövlət satınalma müsabiqəsində iştirak etsə də, həmin sertifikatlar müsabiqə komissiyası tərəfindən qəbul edilməmiş, müsabiqəni isə onların rəqibləri udmuşlar. Şahid11 həmin ifadələrində həmçinin qeyd etmişdir ki, Qazaxıstan Respublikasında adətən İtaliyada fəaliyyət göstərən beynəlxalq sertifikatlaşdırma qurumu, yaxud da öz ölkəsində verilmiş sertifikatlar keçərlidir və onların rəqibləri də İtaliyadan əldə etdikləri sertifaktlarla müsabiqədə iştirak edərək qalib gəlmiş, onun rəhbərlik etdiyi müəssisənin təqdim etdiyi sertifaktlar Azərbaycandan alındığına görə onlar müsabiqədən kənarlaşdırılmışlar. Təsvir edilmiş ifadələrin təhlili göstərir ki, bu ifadələr arasında kifayət qəd ər ziddiyyətlər mövcuddur və istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri bu ziddiyyətlərin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, digər tərəfdən isə iş üçün, o cümlədən Məhkum törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gəlmək üçün aşağıda göstərilən bir sıra məsələlər aydınlaşdırılmamışdır. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisə doğurmayan halı ondan ibaərətdir ki, Məhkum “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktoru və İnstitutun direktor müavini kimi vəzifəli şəxs olmuş və bu vəzifəyə aid 5 sentyabr 2019-cu il tarixli vəzifə təlimatına əsasən, onun Departamentin strukturuna daxil olan akkreditasiya olunmuş qurumların idarə olunması, sertifikatlaşdırma üzrə sifarişlərin e kspert-auditora icra üçün yönəldilməsi, nəticələrin yoxlanılması və təsdiq edilməsi, laborator sınaqlar üzrə sifarişlərin laboratoriyaların rəhbərlərinə icra üçün yönəldilməsi, nəticələrin yoxlanılması və təsdiq edilməsi, müqavilələrin, sınaq protokollarının və sertifikatların imzalanması, sertifikatlaşdırma sınaqlarının nəticələrinin təhlilinə əsasən, sertifikatın təsdiq edilməsi, sertifikatlaşdırılan məhsul və xidmətə dair uyğunluq sertifikatının və milli uyğunluq nişanının istifadəsinə dair son qərarın imzalanaraq təsdiq edilməsi, məhsul və xidmətlərin, sertifikatlaşdırma işlərinin obyektiv, dəqiq və qərəzsiz aparılması, sertifikatlaşdırmanın nəticələrini əks etdirən sənədlərin tərtibatı, dəqiqliyi, obyektivliyi və düzgünlüyünün təmin edilməsi və digər vəzifə öhdəlikləri mövcud olmuşdur. Bundan başqa, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in 30 sentyabr 2021ci il tarixli **********33 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında 10 iyun 1997-ci il tarixdə Almatı şəhərində imzalanmış sazişə əsasən əgər normativ sənədlərin tələbləri dövlətin mövcud qanunvericiliyinə uyğun olaraq standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqan tərəfindən müəyyən edilmiş qaydaya zidd deyilsə, bu halda hər bir tərəf, digər dövlətin standartlaşdırma, metrologiya və sertifikatlaşdırma ilə bağlı normativ sənədlərini tətbiq edə bilər. Qeyd olunanları nəzərə alaraq, xarici dövlətlərin standartları milli standartlaşdırma qurumunun qərarı ilə dövlət standartı kimi qəbul edilərək Azərbaycan Respublikasının ərazisində birbaşa tətbiq edilə bilər. Lakin Qazaxıstan Respublikasının CT PK 3480-2019 “Средства (изделия) идиентификации сельхохяйтсвенных животны. Тeхнические условия» standartının Azərbaycan Respublikasının ərazisində birbaşa tətbiqi və ya dövlət standartı kimi qəbul edilməsi barədə milli standartlaşdırma qurumu “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxs tərəfindən qərar qəbul edilməmişdir. Bu baxımdan Qazaxıstan Respublikasının CT PK 3480-2019 «Средства (изделия) идентификации сельхохяйтсвенных животных. Техническое условия» standartı əsasında verilən sertifikatlar əsassız hesab edilir. «Единый консолидирующий центр» adlı quruma verilmiş sertifikatlardan göründüyü kimi, hər iki sertifikat rus dilində tərtib edil məklə, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in Uyğunluğun Qiymətləndirilməsi Departamentinin dairəvi formalı möhürü və Məhkum imzası ilə təsdiq edilmişdir. Sertifikatlarda müəssisə tərəfindən təqdim edilmiş kiçikbuynuzlu və iribuynuzlu heyvanlar üçün istehsal edilmiş qulaq birkalarının Qazaxıstan Respublikasında mövcud olan CT RK 3480-2019 milli standartına uyğun olduğu qeyd edilmişdir. Lakin istər bu sertifaktlardan, istər də iş üzrə toplanmış və araşdırılmış digər sübutlardan sertifaktlarda göstərilən mallar üzrə həqiqətən laboratoriya sınaqlarının aparılması görünmür və bu hal da apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamışdır. Həmçinin iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Qazaxıstan Respublikasında fəaliyyət göstərən müəssisəyə ele ktron sənəd şəklində göndərilmiş 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01146.20 uyğunluq sertifikatı "xxxx" MMC-yə, eyni tarixli ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatı isə "xxxx" MMC-yə verilmiş, "xxxx" MMC-yə göndərilmiş uyğunluq sertifikatında təqdim olunmuş fizioterapiya aparatının QOST 25052-87 normativ sənədlərin tələblərinə, "xxxx" MMC-yə göndərilmiş sertifikatda isə təqdim edilmiş sink oksidinin QOST 10262-73 tələblərinə uyğun olması qeyd edilmişdir. Hər iki uyğunluq sertifikatı Məhkum tərəfindən imzalanaraq, Uyğunluğun Qiymətləndirilməsi Departamentinin möhürü ilə təsdiq edilmişdir. Qeyd edilən və işə əlavə olunmuş sübut əhəmiyyətli digər sənədlərin məzmunu birmənalı olaraq belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum tərtib edib öz imzası və möhürlə təsdiq edərək Qazaxıst an Respublikasında fəaliyyət göstərən müəssisəyə göndərilən sertifikatlar saxta olmuş və Məhkum özü də bunu bilmişdir. Belə nəticənin əsasında həmçinin o hal da durur ki, iş üzrə toplanmış sübutlarla, Şahid11 ifadələrində göstərdiyi kimi, istehsal etdikləri və Şahid8 təklifi ilə Aktau şəhərinə göndərdiyi məhsulun oradan kimsə tərəfindən qəbul edilərək Azərbaycan Standartlaşdırma İnstitutuna və şəxsən Məhkum təqdim olunması, bu məhsul üzrə hər hansı laboratoriya tədqiqatının aparılması müəyyən edilmir və bu da ona dəlalət edir ki, sonuncu onun törətdiyi cinayət əməllərinin predmeti olan sertifikatları onun vəzifə təlimatına uyğun olaraq həmin sertifikatda göstərilən malların laboratoriya tədqiqatı aparılmadan, digər tərəfdən isə Şahid11 rəhbərlik etdiyi müəssisə ilə İnstitut arasında müqavi lə bağlanmadan tərtib edib Qazaxıstana göndərmiş, bunun müqabilində isə 2000 ABŞ dolları məbləğində pul istəyərək həmin pulu qəbul etmişdir (göstərilən pulun dostu R.Aslanovdan borc kimi istəyib alması barədə Məhkum və birinci instansiya məhkəməsinin məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Ruslan Aslanovun ifadələri məhkəmələr tərəfindən inandırıcı və mötəbər sübut kimi qəbul edilməmişdir). Bu hallların mövcudluğuna baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir ifadələr arasında olan ziddiyyətlər nəinki aradan qaldırılmamış, həmçinin Məhkum yuxarıda göstərilən qaydada tərtib etdiyi sertifikatların 10 iyun 1997-ci il tarixli Sazişə əsasən (həmin Saziş Azərbaycan Respublikası Prezidentinin 26 iyun 1997-ci il tarixli 34 5-İQ nömrəli Sərəncamı ilə təsdiq olunmuşdur) Qazaxıstan Respublikasında keçərli olub-olmaması, Şahid11 da həmin sertifikatların saxta olub-olmamasını əvvəlcədən bilib-bilməməsi, bu baxımdan onun həqiqətən aldadılıb-aldadılmaması, ümumiyyətlə Azərbaycanın sertifikatlaşdırma qurumu tərəfindən verilmiş sertifikatların Qazaxıstan Respublikasında qəbul edilərək istifadə olunmasının prosedurları göstərilən Sazişin tələbləri baxımından aydınlaşdırılmamış və belə çatışmazlıqların fonunda məhkəmə Məhkum rüşvət alma yox, qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməsi barədə qənaətə gəlmişdir, Məhkəmə kollegiyası isə hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyasının və Azərbaycanla yanaşı Qazaxıstan Respublikasının da qoşulduğu “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasının müddəaları apellyasiya instansiyası məhkəməsinə imkan vermişdir ki, Qazaxıstan Respublikasının müvafiq qurumlarına ayrıca tapşırıq verməklə bütün göstərilən çatışmazlıqların və ziddiyyətlərin aradan qaldırılmasına nail olsun və yalnız bundan sonra iş üzrə Məhkum təhlil edilən əməllərinə maddi hüquq normasının düzgün tətbiq edilməsinə dair qanuni və əsaslandırılmış qərar qəbul etsin. Məhkəmə isə iş üzrə hər hansı araşdırmanın aparılmasını təmin etmədən (baxmayaraq ki, apellyasiya şikayətinə və apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan baxmış, qəbul etdiyi qərarda isə əsassız olaraq bun u təmin etdiyini göstərmişdir) və yalnız ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin hökmündə təsvir edilmiş sübutları təkrarən təsvir edib eyni zamanda cinayət qanunvericiliyinin tələblərinə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə istinad edərək Məhkum qeyd edilən əməllərində qanunsuz hərəkətə görə rüşvət alma deyil, qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətinin tərkibinin olması barədə nəticəyə gəlmiş, öz nəticəsini isə aşağıdakı şəkildə əsaslandırmışdır: “Məhkum vəzifəli şəxs olsa da və məhz Azərbaycan Respublikası ərazisində uyğunluq sertifikatının verilməsi səlahiyyətlərinə malik olsa da, onun xarici ölkədə mövcud olan standartlara əsaslanaraq uyğunluq sertifikatının verilməsi səlahiyyəti olmamış, hətta elan olunmuş ittihamın təsvirində, yəni istintaq orqanının özünün gəldiyi nəticədə də onun Qazaxıstan Respublikasında mövcud olan ST RK 3480-2019 saylı standartların tələblərinə əsaslanaraq uyğunluq sertifikatının vermək səlahiyyətinin olmadığı birmənalı olaraq göstərilmişdir. Məhkum Azərbaycan Respublikasında vəzifəli şəxs kimi Qazaxıstan Respublikasında mövcud olan ST RK 34802019 saylı standartların tələblərinə əsaslanaraq uyğunluq sertifikatı vermək, müstəsna olaraq həm də həmin sertifikatın birbaşa rus dilində tərtib olunması və ya verilməsi üçün səlahiyyətləri olmamışdır.” Beləliklə, Məhkum özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keç irmək məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutunun Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktor müavini vəzifəsində işləyərkən, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında xx.xx.1997-ci il tarixli sazişə, habelə "Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi" haqqında Qaydaların 2-ci bəndinə əsasən Qazaxıstan Respublikasında mövcud olan standartların, o cümlədən ST RK 3480-2019 saylı standartların Azərbaycan Respublikasında tətbiq edilməsi üçün “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən qərar qəbul edilməli olduğu halda, belə qərar qəbul edilmədən Qazaxıstan Respublikasında mövcud olan ST RK 3480-2019 saylı standartların tələblərinə əsaslanaraq uyğunluq sertifikatı vermək səlahiyyətinin olmamağına baxmayaraq, qeyd edilən standartlara əsasən xırdabuynuzlu və iribuynuzlu heyvanlar üçün istehsal edilmiş qulaq birkalarına uyğunluq sertifikatı almaqdan ötrü cinayətdən xəbərsiz Qazaxıstan Respublikasının vətəndaşı Şahid8 vasitəsilə 2020-ci ilin may ayında özünə müraciət etmiş «Единый консолидирующий центр» adlı qurumun rəhbəri Şahid11 aldadaraq və ona yalan vəd verərək sonuncudan xx.xx.2021-ci il tarixdə “Whatsapp” proqramı vasitəsilə özünə məxsus ***-***-**-** mobil nömrəsindən Şahid8 istifadəsində olan +**********3 mobil nömrəsinə zəng edərək aralarındakı danışıq zamanı həmin sertifikatların verilməsinə görə 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat məbləğində pul vəsaitini Şahid8 vasitəs ilə aldatma yolu ilə ələ keçirmək məqsədilə, razılaşmalarından sonra həmin pul vəsaitinin özünə məxsus olmaqla "xxxx" ASC-dən verilmiş 5103********5608 nömrəli kart hesabına köçürülməsini bildirməsinə əsasən, Şahid11 tərəfindən “Kaspi Gold” beynəlxalq ödəniş sistemi vasitəsilə həmin tarixdə 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat məbləğində pul vəsaitinin, bank xərcləri çıxıldıqdan sonra 3.384 manat məbləğində pul vəsaitinin qeyd edilən kart hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini qeyd edilən kartdan istifadə etməklə ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan xx.xx.2021-ci il tarixdə 2.000 manatını və xx.xx.2021-ci il tarixdə iki dəfəyə 1.384 manatını cinayətdən xəbərsiz oğlu X vasitəsi ilə çıxarıb əldə edərək şəxsi ehtiyaclarına sərf etməklə, Şahid11 cəmi 3.384 (üç min üç yüz səksən dörd) manat məbləğində pul vəsaitini aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə ələ keçirib, verdiyi yalan vədini yerinə yetirmək məqsədilə həmin institut tərəfindən xx.xx.2020-ci il tarixli, ASİ.xx.xx.01146.20 nömrəli uyğunluq sertifikatının “Kral Təbabət" MMC-yə, xx.xx.2020-ci il tarixli, ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatının isə "xxxx" MMC-yə verilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə həmin institutun ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti iş otağında tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə, yəni «Единый консолидирующий центр» adlı quruma heç bir sınaq keçirmədən guya həmin qurum tərəfindən təqdim edilmiş xırdabuynuzlu heyvanlar üçü n nəzərdə tutulmuş qulaq birkalarının Qazaxıstan Respublikasının ST RK 3480-2019 saylı standartlarının tələblərinə uyğun olduğunu qeyd edərək xx.xx.2020-ci il tarixli, ASİ.xx.xx.01146.20 nömrəli və guya həmin qurum tərəfindən təqdim edilmiş iribuynuzlu heyvanlar üçün nəzərdə tutulmuş qulaq birkalarının Qazaxıstan Respublikasının ST RK 3480-2019 saylı standartlarının tələblərinə uyğun olması barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi xx.xx.2020-ci il tarixli, ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatlarını tərtib edib öz imzası və Uyğunluğun Qiymətləndirilməsi Departamentinin möhürü ilə təsdiq edərək istifadəsində olan Elektron ünvan 1 elektron ünvanı vasitəsilə Şahid11 məxsus Elektron ünvan 3 ünvanına göndərməklə, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yala n məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.” Əvvəla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması özü də ziddiyyətlidir. Belə ki, bir tərəfdən məhkəmənin mövqeyinə görə, Məhkum onun törətdiyi əməlin predmeti olan sertifikatları rus dilində tərtib edərək Qazaxıstan Respublikasına göndərmək səlahiyyəti olmamış, yəni vəzifə təlimatı il ona belə hüquq verilməmiş, digər tərəfdən isə məhkəmə hesab etmişdir ki, o, dələduzluq cinayətini qulluq mövqeyindən, yəni ona verilmiş vəzifə səlahiyyətlərindən istifadə etməklə törətmişdir. Göründüyü kimi, məhkəmə Məhkum əməllərinə münasibətdə maddi hüquq normasını tətbiq edərkən faktiki olaraq ziddiyyətli mövqedən çıxış etmiş, bununla da qəbul etdiyi qərarın əsaslığını və q anuniliyini şübhə altına qoymuşdur. Halbuki prosessual qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə əsasən hər bir məhkəmənin iş üzrə qəbul etdiyi yekun məhkəmə aktı məhkəmə iclaslarında araşdırılmış sübutlara əsaslanmaqla şübhədən kənar və inandırıcı olmalıdır. Məhkəmə kollegiyasının fikrincə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli qərarı barəsində isə belə fikir yürütmək mümkün deyil. Buna görə, məhkəmə kollegiyası hazırkı qərarda göstərilən çatışmazlıqların və ziddiyyətlərin fövqündə hesab edir ki, bunların aradan qaldırılması üçün iş üzrə əlavə araşdırmaların və CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədən düzgün qiymətləndirmənin aparılması, yalnız bundan sonra Məhkum əməllərinin düzgün tövsif edilməsi labüddür və belə olan halda apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 25 fevral 2025-ci il tarixli qərar qüvvədə saxlanıla bilməz və həmin qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalı, bu yekun məhkəmə aktından verilmiş kassasiya protestinin dəlilləri isə qəbul edilən sayılmaqla həmin protest təmin edilməlidir. Yeni apellyasiya baxışı isə yuxarıda göstərilən nöqsanların aradan qaldırılması ilə yanaşı həmçinin aşağıdakılar da nəzər alınmalıdır. Əvvəla, Məhkum ittiham olunduğu və birinci instansiyası məhkəməsinin hökmü il ə təqsirli bilindiyi CM-in 311.2-ci maddəsində vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi kimi, CM-in 178.1-ci maddəsində isə dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Dələduzluq cinayətini şəxsin öz qulluq mövqeyindən istifadə etməklə törə tməsi isə onun CM-in 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin bu normaların mənasına görə, şəxsin özgənin mülkiyyətində, istifadəsində və ya sərəncamında olan əmlakı (əmlak hüquqlarını) ələ keçirməsi ilə bağlı əməlin ya rüşvət alma, ya da qulluq mövqeyindən istifadə etməklə törədilmiş dələduzluq kimi qiymətləndirilib-qiymtələndirilməməsi mümkünlüyü müzakirə edilərkən ilk növbədə hər iki halda həmin şəxsin vəzifəli şəxs olubolmaması, daha sonra isə onun müəyyən əmlakın (əmlak hüququnun) müqabilində etdiyi və ya edəcəyi hərəkətin (hərəkətsizliyin) onun xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar olub-olmaması, yəni bu hərəkətin (hərəkətin) onun vəzifə səlahiyyətlərinə aid olub-olmaması müəyyə n edilməlidir. Rüşvət alma cinayəti obyektiv cəhətdən aşağıdakı əməllərin törədilməsi ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi; 2) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti alması; 3) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət ü zrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi. Rüşvət alma subyektiv cəhətdən birbaşa qəsdlə edilir, yəni təqsirkar rüşvət istəməsini və aldığını dərk edir və bunu arzu edir. Bu cinayətin subyekti isə yalnız vəzifəli şəxslər ola bilər ki, belə şəxsin anlayışı da CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində verilmişdir. Dələduzluq cinayəti isə həm obyektinə, həm də obyektiv cəhətlərinə görə rüşvət alma cinayətindən kəskin fərqlənən, mülkiyyət əleyhinə törədilən cinayətlər kateqoriyasına aiddir və bu cinayətin obyekti qismində mülkiyyətin və əmlak hüquqlarının idarə olunması və bölüşdürülməsi sahəsində mülki münasibətlər çıxış edir. Obyektiv cəhətdən isə həmin cinayət etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmədə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Dələduzluğun törədilməsi zamanı dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərə deyil, hər hansı şəxsin bu və ya digər əmlakı və ya əmlak hüquqları ələ keçirilməklə ona həmin əmlakın dəyəri məbləğində zərər vurulur. Buna görə, rüşvət alma cinayətindən fərqli olaraq, bu cinayətin törədilməsi nəticəsində əmlakından və ya əmlak hüququndan məhrum olmuş şəxs (fiziki və ya hüquqi) zərər çəkmiş şəxs qismində tanınaraq ona vurulmuş ziyanı tələb etmək hüququna malik olur. Rüşvət alma cinayətinin törədilməsi nəticəsində isə rüşvə t vermiş, yəni aktiv rüşvətxorluq cinayətini törətmiş şəxs bunun nəticəsində məhrum olunduğu hər hansı maddi neməti tələb etmək hüququna malik olmur, belə nemət cinayət təqibi mərhələsində aşkar edildikdə isə, onun dövlət nəfinə müsadirə olunması barədə qərar qəbul edilir. Bununla bağlı, məhkəmə kollegiyası əvvəla vurğulayır ki, rüşvət alma (passiv rüşvətxorluq) korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından biridir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Təhlil olunan cinayətin obyekti dövlət hakimiyyət inin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir və bu cinayətin predmetini maddi və ya sair nemətlər təşkil edir, onlara isə pul, əmlak (daşınar və daşınmaz əmlak, bölünər və bölünməz, əvəzedilməz və əvəzedilən əşyalar, istehlak edilə bilən və bilməyən əşyalar və s.), əmlak xarakterli mənfəət, daşınar və ya daşınmaz əşyalarda və ya hüquqlarda ifadə edilən istənilən aktivlər, habelə belə aktivlərə mülkiyyət hüququnu və ya onlarla bağlı marağı təsdiq edən hüquqi sənədlər, qiymətli kağızlar, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar (qeyri-maddi əmlak nemətləri), müxtəlif xarakterli işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və s. aiddirlər. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə, belə olan halda şəxsin (vəzifəli şəxsin) digər şəxsdən və ya şəxslərdən özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi ilə bağlı törədilmiş əməlin rüşvət alma kimi qiymətləndirilməsi üçün iş üzrə toplanmış və araşdırılmış sübutlarla aşağıdakı halların müəyyən edilməsinə xüsusi diqqət yetirilməlidir: 1) yuxarıda göstərilən hərəkətlərin vəzifəli və ya digər şəxs tərəfindən edilibedilməməsi; 2) həmin hərəkətlərin vəzifəli şəxs tərəfindən öz xidməti vəzifəsinin (səlahiyyətlərin in) icrası ilə əlaqədar, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində edilib-edilməməsi. 3) digər şəxsin xeyrinə edilən hərəkətlərin onun xidməti vəzifəsinin (səlahiyyətlərinin ) icrası ilə əlaqədar olub-olmaması; 4) özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qrəarınının 36-cı bəndində (Plenumun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş əlavələr və dəyişikliklərlə birlikdə) məhkəmələrə dələduzluq cinayətlərinə dair işlərə baxarkən diq qətlərinin bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilməsi tövsiyə edilmişdir. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçili k etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər ş əxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Bu izah və tövsiyələrdən belə nəticə hasil olur ki, vəzifəli şəxs onun səlahiyyətlərinə aid olan hərəkətləri və ya səlahiyyətlərini aşmaqla qanunsuz hərəkətləri etmək vədi ilə digər şəxsdən pul və ya sair nemət aldıqda, yaxud da bunların ona verməsini istədikdə əməl dələduzluq kimi deyil, rüşvət alma kimi qiymətlə ndirilməli və müəyyən edilmiş tövsifedici əlamətlərin müəyyən edilib-edilməməsindən asılı olaraq CMin 311.1, 311.2 və ya 311.3-cü maddələri ilə tövsif edilməlidir. Cinayət qanununun yuxarıda göstərilən normalarının və həmin normalara verilmiş təfsirin hazrkı işə münasibətdə tətbiqi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum ona istinad olunan əməlləri törədərkən CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin tələbləri baxımından onun həmin dövrdə vəzifəli şəxs olması ilə ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi ilə yanaşı apellyasiya instansiyası məhkəməsi də razılaşmış, eyni zamanda onun müxtəlif mallara dair sertifikatlar vermək (müvafiq tədqiqatlar aparıldıqdan sonra) səlahiyyətləri də olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu da vurğulayır ki, Məh kum törətdiyi əməlini dələduzluq cinayəti kimi qiymətləndirmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası öz qərarında Qazaxıstan Respublikasının vətəndaşı Şahid11 aldatması barədə qənaətə gəlsə də məhkum olunmuş şəxsin ələ keçirdiyi əmlakın – 2000 ABŞ dolları məbləğində pulun kimə məxsus olmasını ümumiyyətlə müəyyən etməmiş və bu halla da bağlı heç bir araşdırma aparmamışdır (Şahid11 öz ifadələrində bu pulun rəhbəri olduğu müəssisəyə məxsus olmasını bildirsə də bu hal da məhkəmə tərəfindən yoxlanılmamışdır). Halbuki, CM-in 178.1-ci maddəsinin tələblərinə görə şəxs özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirdikdə bu əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya sahibliyində olub-olmamasının və onlara bu və ya digər ziyanın vurul masının müəyyən edilməsi mütləqdir. Yuxarıda sadalananların məcmusundan görünür ki, apellyasiya instansiyası məhkəməsi kifayət etməyən sübutlar əsasında Məhkum öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməsi ilə bağlı nəticəyə gəlsə də, bununla bağlı zəruri olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, cinayət qanunvericiliyi normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələri nəzərə almamış, ümumi şəkildə isə sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirməmişdir. Buna görə məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1. 2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini qeyd edir və yuxarıda göstərdiyi kimi, bir daha hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 25 fevral 2025-ci il tarixli qərarı qüvvədə saxlanıla bilməz. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi haqda isə məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi N.Ç.Ələsgərovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməl i və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli qərarı ilə isə məhkum olunmuş şəxsin rüşvət alma əməlinin qul luq mövqeyindən istifadə edilməklə dələduzluq əməli kimi qiymətləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2627/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2627/2025
27.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver