Məhkəmə qərarları › İş №1(102)-2630/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2630/2025

11.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2630/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM və ya CM) 234.1-ci maddəs i ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(106)278/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 8 fevral 1994-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Astara rayon məhkəməsinin 09 iyun 2022cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərb aycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin faktiki hallarına əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 1,286 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 06 avqust 2024-cü il tarixdə, saat 15:15də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsində saxlanılaraq üstü yoxlanılan zaman 01 ədəd sellofan bükümündə təmiz çəkisi 1,286 qram psixotrop maddə metamfetamin əynində olan göy rəngli şortikin sol yan cibindən aşkar edilərək götürülmüşdür.

3. Astara Rayon Məhkəməsinin (sədrlik edən hakim: X2) 17 dekabr 2024-cü il tarixli, 1(018)-148/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlandığı 02 (iki) gün ona təyin olunmuş 01 (bir) il 06 (altı) il müddətinə azadlığın məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 dekabr 2024-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilmə si, barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun dərhal məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İ saylı Bakı İstintaq Təcridxanasına göndərilməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Şir van Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət məhkəmə tərkibində) 27 fevral 2025-ci il tarixli, 1(106)278/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Astara Rayon Məhkəməsinin 1(018)-148/2024 saylı, 17 dekabr 2024-cü il tarixli hökmünün təqsirləndirilən şəxsin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(106)-278/2025 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində gözdən birinci qrup əlil olmasını, təqaüdçü olmasını qeyd edərək, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

9. Qərardan kassasiya protesti verilməmişdir III. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

12. Ümumi şəkildə kassasiya instansiyası məh kəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə v ə yaxud dəyişdirməyə haqlıdır.

14. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbi irəli sürsə də, tələbini Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hər hansı halla əlaqələndirməmişdir.

15. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(106)-278/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

17. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

18. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

19. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsin ə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

20. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

21. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

22. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədal ət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

23. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etmək lə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

24. Belə ki, Məhkum barəsində bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, eyni zamanda məhkuma təyin edilmiş cəzanı qanuniliyi və ədalətliliyi baxımından araşdıraraq, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Astara Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 1(018)-148/2024 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, birin ci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən hallar kimi anasının göz xəstəliyindən əziyyət çəkməsini, özünün isə qaraciyər xəstəliyindən əziyyət çəkməsini və ağırlaşdıran hal kimi onun törətdiyi əməldə cinayətlərin residivinin mövcud olmasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan həmin maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini düzgün müəyyən etmişdir.

26. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkumun barəsində bəraət hökmünün çıxarılması üçün onun əməlində bəraətverici əsasların mövcud olmadığı qənaətinə gəlmiş, həmçinin məhkum barəsində daha yüngül cəza növünün təyin edilməsinə əsas görməmiş, bununla da hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

27. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələ lərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

28. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

29. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(106)-278/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək m əhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(106)-278/2025 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar