Məhkəmə qərarları › İş №1(102)-264/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-264/2025

30.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-264/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(106)-848/2023 nömrəli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxx 1985-ci ildə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsi ev 64 mənzil 9-da qeydiyyatda olan, faktiki olaraq Ağcabədi r ayonu Hindarx qəsəbəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə almaqla cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum külli miqdarda, yəni təmiz çəkisi 8,814 qram narkotik vasitə olan heroini qəsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib 2 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə üzərində daşıyaraq saxlamış, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 12 may 2023-cü il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində, qəbirstanlığın yaxınlığında saxlanılaraq saat 17 radələrində Ağcabədi rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan z aman, qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib, əynində olan qara rəngli gödəkçənin sol yan cibində daşıyaraq saxladığı 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, ayrı-ayrılıqda çəkiləri 5,218 qram və 3,596 qram, ümumi təmiz çəkisi 8,814 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X11 və X5 ibarət məhkəmə tərkibində) 16 oktyabr 2023-cü il tarixli, 1(099)-640/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 12 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi apellyasiya şikayəti verərək, məhkuma bəraət verilməsini, ya hökmün dəyişdirilərək onun əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini, ya da barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrini tətbiq etməklə, cəzasının şərti hesab olunmasını, yaxud da azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət məhkəmə tərkibində) 28 dekab r 2023-cü il tarixli, 1(106)848/2023 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Qərardan Məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

7. Məhkum və onun müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələri onun işinə qanunsuz və ədalətsiz şəkildə baxmışlar. Hər iki məhkəmə yekun məhkəmə qərarında müvafiq sübutlara istinadlar etsə də, faktiki olaraq o sübutların heç biri onun narkotik vasitələrin satışı ilə məşğul olmasını t əsdiq etməmiş, məhkəmələrdə aparılan araşdırmalar nəticəsində təqsirliliyi ona istinad edilən cinayət əməlləri üzrə sübuta yetirilməmişdir.

8. Məhkum və müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(106)848/2023 nömrəli qərarının ləğv edilməsini və məhkum barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən əməllərində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

9. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı za manı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətlərini müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından şikayətlərinin təmin edilməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübu tlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxl amanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum və müdafiəçisi kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə onun əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.

18. Odur ki, kollegiya məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(106)-848/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərar ından görünür ki, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə, yəni qanunsuz olaraq 8,814 qram narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə nəticəyə gəlmələrinə həlledici şəkildə həmin narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi və onun 2 bükümə qablaşdırılması səbəb olmuşdur.

20. Lakin, məhkəmələr Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması haqqında nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarında (hazırkı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Na rkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2024-cü il 14 iyun tarixli 8 nömrəli qərarı) ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərlərindən qaçırmışlar.

21. Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) isə məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alı nmalıdır”.

22. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur.

23. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi və yaxud onun bir neçə bükümdə olması narkotikin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz.

24. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum götürülmüş 8,814 qram narkotik vasitə heroinin külli miqdar və 2 bükümdə olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitəni xırda bükümlərə qablaşdırması, onda narkotik vasitənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir.

25. Belə ki, məhkəmələrin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır.

26. Belə ki, Məhkum istər məhkəmə istintaqı zamanı, istərəsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində heç vaxt satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddə əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirmişdir. 27. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 may 2023-cü il tarixli protokola əsasən Məhkum aşkar edilib-götürülmüş narkotik vasitə heroinin 2 bükümdə olsa da, Məhkum həmin narkotik vasitə heroini tanışı Məcid adlı şəxsin deməsi ilə Hindarx qəsəbəsindəki qəbiristanlıqdan götürməsini, Məcidin deməsi ilə başqa şəxsə verməli olmasını bildirsə də, heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini, nə də ki, onların satışı və ya qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir.

28. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından heç biri (Şahid1, Şahid2) Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar əməliyyat-axtarış tədbirinin gedişində baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Məhkum üzərindən narkotik vasitə heroinin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Hətta şah id X4 birinci instansiya məhkəməsində.

29. Məhkum ilə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi barədə polis əməkdaşının xidməti raportunda və yuxarıda adları qeyd olunan polis əməkdaşlarının ifadələrində Məhkum narkotik vasitələrin satışı ilə də məşğul olması qeyd edilsə də, ibtidai istintaq zamanı müstəntiq tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş, lakin Ağcabədi RPŞ-nin rəisinin 01 iyun 2023-cü il tarixli məktubundan da göründüyü kimi Məhkum gerçəkdən də narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edə biləcək məlumatlar əldə edilməmişdir.

30. Bununla yanaşı, məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli, 1183 nömrəli rəyində göst ərilmişdir ki, Məhkum narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.

31. Göründüyü kimi, Məhkum satış məqsədinin olmasına dair məhkəmələrin qənaətləri onda aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi və 2 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal, subyektiv xarakterli mülahizədir.

32. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2).

33. Təsvir olunanlardan görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə mübahisələndirilən məhkəmə qərarlarının kas sasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər.

34. Odur ki, (Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması, daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olması və cəzanı ağırlaşdıran halların isə olmaması, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində - 4 (dörd) il müddət inə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(106)-848/2023 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.

36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(106)-848/2023 nömrəli qərarı Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(106)-848/2023 nömrəli qərarı Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar