Məhkəmə qərarları › İş №1(102)-2640/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2640/2024

17.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2640/2024 17.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçilər – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Eyubova Çimnaz Hüseyn qızının, “BHM və Partnyorları” V əkil Bürosunun vəkili Əlili İsrafil Muğan oğlunun, “Xəzər Konsalting” Vəkil Bürosunun vəkili Alıyev Namiq Nazim oğlunun, Tərcüməçi – X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Eyubova Çimnaz Hüseyn qızı və Əlili İsrafil Muğan oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 1(101)-998/2024 nömrəli (hakimlər: Quli yev Əhməd Qəhrəman oğlu (sədrliyi), Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 1 yanvar 1979-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, “bərbər” işləmiş, məhkumluğu olmayan, xxx ünvanında qeydiyyatda olmaqla x şəhərində kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 206.3.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CMin 234.4.1, 234.4.3-cü maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 240.3.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 52.1 və 52.1-1-ci maddələrinə əsasən, Məhkum ona təyin edilmiş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 iyul 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmiş, həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də hə ll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs və onun müdafiəçiləri Əlili İsrafil Muğan oğlu və Eyyubova Çimnaz Hüseyn qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli 1(103)-1762/2024 nömrəli (hakimlər: İbrahimov Anar Firdovsi oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afaq oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Türkiyə Respublikasının vətəndaşı Məhkum CM-in 206.3.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilmiş və ona CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzas ı təyin edilmiş, cinayət işi üzrə Türkiyə Respublikasının vətəndaşı Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmü ilə CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası və hazırkı qərarla CM-in 206.2-ci maddəsi ilə təyin olunan 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmaq yolu ilə Türkiyə Respublikasının vətəndaşı Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərar ından Məhkum müdafiəçiləri Eyubova Çimnaz Hüseyn qızı və Əlili İsrafil Muğan oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmü ilə Türkiyə Respublikasının vətəndaşı Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə xx.xx.2023cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası vətəndaşı X16 və şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaq əsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən qəsdən qanunsuz olaraq satış məqsədilə külli miqdarda, 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələrini, 3,202 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi və tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda, 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsullarını əldə etmiş, onları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 qaba və 1 qutuya yerləşdirərək özünə məxsus çamadanda gizlədərək saxlayıb, xx.xx.2023-cü il tarixdə J2 078 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikası na daşımış və 19 iyul 2023-cü il tarixdə saat 2 radələrində Dövlət Gömrük Komitəsinin Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ‘Terminal-1 Beynəlxalq Hava Limam" gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 13 avqust 2024-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Eyubova Çimnaz Hüseyn qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum baş verən cinayət əməlində təqsirliliyinə dair sübutların qiymətləndirilməsinə dair Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinin tələblərini pozaraq, təqsir olunan şəxs barəsində qanunsuz hökm çıxarmışdır. Belə ki, Məhkum öz ifadələrində göstərir ki, həmin əşyalar ona X tərəfindən verilmişdir və iş üzrə dindirilmiş şahidlər X29, x həmin halı təsdiq etmişlər və çantada həmin narkotik vasitələr gömrük əməkdaşları tərəfindən aşkar edilərkən, psixotrop dərman vasitələri çantada açıq vəziyyətdə olmuşdur, yəni istər açıq şəkildə olan və ya qutularda olan psixotrop və ya digərlərinin olmasından Məhkum xəbəri olmamışdır. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertizanın rəyinə əsasən Məhkum narkomaniyadan əziyyət çəkməməsi və ya hər hansı müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Məhkəmə isə Məhkum məxsu s çantada müəyyən edilmiş psixotrop maddələrin və sairlərin çəkisinin şəxsi istehlak miqdarından artıq olması ilə yanlış nəticəyə gələrək hesab etmişdir ki, Məhkum CM-in 234 və 240-cı maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkum qabaqcadan bir dəstə şəxslə və X-lə əlbir olmasına dair hər hansı sübut yoxdur, belə ki, Məhkum üzərində aşkarlanmış telefonda hər hansı şəxslə narkotik vasitələrin və dərman vasitələrinin alınması və satılmasına dair və Azərbaycanda satılacağı barədə kimlərləsə hər hansı danışığı, hətta X-lə danışığı və ya yazışmaları müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi hökmdə Məhkum şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindilərkən verdiyi izahat və ifadələrə istinad edərək, cinayəti etiraf etməsini sübut kimi qəbul etmiş, la kin istintaqın gedişatında və məhkəmə proseslərində cinayəti etiraf etməməsini özünü müdafiə vasitəsi kimi qiymətləndirmişdir, beləliklə, məhkəmə Məhkum ilkin izahat və ifadəsini sübut kimi qəbul edərək, CinayətProsessual Məcəllənin tələblərinə zidd olaraq təqsir olunan şəxsin təqsirsizlik prezumpsiyası hüququnu pozmuşdur. Həmin izahat və ifadə gömrük əməkdaşlarının psixoloji və fiziki təsiri altında imza etdirilmişdir və fiziki təsirə qalması onun Bakı İstintaq Təcridxanasına daxil olarkən başından aldığı zərbənin nəticəsində sağ qulaq pərdəsinin cırılması ilə aşkarlanmışdır. Eyni zamanda həmin izahat və ifadə təqsir olunan şəxsin müdafiə hüququnun pozulması ilə, yəni formal müdafiə ilə həyata keçirilmişdir, ona görə də həmin izahat və ifadə Məhkum təqsirli hesab edilməsi üçün sübut kimi qəbul edilə bilməz. Məhkəmənin qanunsuz vasitələri Məhkum bilərəkdən Türkiyə Respublikasından Azərbaycana gətirməsi və baş verən cinayəti törətməsi qənaətinə gəlməsi yalnız məhkəmənin mülahizəsinə əsaslanmışdır, ona görə ki, X-in ifadəsi alınmadan və Məhkum həqiqətən həmin cinayəti bilərəkdən etməsi müəyyənləşdirilmədən, təqsir olunan barəsində çıxarılmış hökm qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarının ləğv edilərək onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkum digər müdafiəçisi Əlili İsrafil Muğan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham olunan Məhkum əslində bu cinayətlərin heç birini törətməmiş, hətta iş materialları və işin halları onu göstərir ki, heç onun əməllərində bu cinayətlərin formal olaraq əlamətləri belə mövcud deyildir. İş materiallarında onun bu cinayəti törətməsini təsdiq edəcək heç bir dənə də mötəbər sübut yoxdur. Vəkilin iştirakı formal xarakter daşımışdır. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması və bununla əlaqədar qətim kan tədbiri kimi məhz həbsin seçilməsi yolverilməzdir. Belə ki, Məhkum müdafiə hüququnun formal həyata keçirilməsindən başqa, o, xarici vətəndaş olmasına baxmayaraq bir çox hallarda tərcüməçinin iştirakı təmin olunmamışdır. Belə ki, Məhkum müdafiəsinə qoşulduqdan sonra onunla Bakı İstintaq Təcridxanasında görüşdüyümüz zaman o, bizə söyləmişdir ki, mən müstəntiqlərin dediklərini, suallarını bir çox hallarda anlamırdım. Təbii olaraq ondan soruşdum ki, bəs tərcüməçinin iştirakı yox idimi. O, isə bildirdi ki, mən nadir hallarda tərcüməçinin iştirakını görmüşəm. İlk izahat və ifadələrində isə otaqda ümumiyyətlə tərcüməçi olmamış, o yalnız sonradan gəlib sənədlərə imza etmişdir. Həmçinin bildirmişdir ki, tərcüməçinin təxminən 80-90 yaşı olardı və Türk dilini demək olar ki, bilmirdi. Bu hal çox ciddi prosessual pozuntu olmaqla Məhkum fundamental müdafiə hüququnun pozulmasıdır və yuxarıda qeyd etdiklərimizdən açıq-aşkar görünür ki, Məhkum müdafiə hüququ və ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququ kobud şəkildə pozulmuşdur. Məhkum iş materiallarında olan etirafedici məzmunda izahat və ifadələrindəki qanunsuzluqlar, ziddiyyətlər, məntiqsizliklər həmin izahat və ifadələrin mötəbərliyini ciddi şübhə altına alır və həmin izahat və ifadələr sübut siyahısından çıxarılmalıdır. Məhkum ilk izahat və ifadələrinə imza çəkməsinin səbəbi hava limanında tutularkən gömrük əməkdaşı tərəfindən ona vurulmuş zərbənin təsirindən olmuşdur. Belə ki, bu zərbə nəticəsində Məhkum sağ təbil pərdəsinin tamlığının pozulması baş vermişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən ona bu diaqnoz qoyulmuşdur. İstintaq zamanı Məhkum götürülmüş 4 ədəd mobil telefonlardan heç bir iş üçün əhəmiyyətli və onun cinayət törətməsini təsdiq edəcək dəlil (məlumat) aşkar edilməmişdir. Bu fakt bir daha onun cinayətə aidiyyəti olmadığını sübut edir. Həmçinin iş üzrə məhkəmə istintaqı ifadə vermiş bütün şahidlər bildirmişlər ki, sözü gedən bağlamalar Məhkum hadisə baş verməmişdən 2 gün öncə onun İstanbuldakı evinə gəlmiş X tərəfindən verilmişdir. İş materialları ilə təsdiq olunur ki, Məhkum Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılan zaman onun üzərində kifayət qədər pul olmuşdur. Bu fakt da bir daha onu təsdiq edir ki, o, Bakı şəhərinə iş qurmaq və istirahət məqsədilə gəlmişdir. Bu nüans Məhkum narkotik gətirmək və ya satmaq məqsədinin olmadığını təsdiqləyir. Odur ki, Ba kı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarının ləğv edilərək, Məhkum barəsində cinayətin törədilməsinə aidiyyəti olmadığına görə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Dövlət ittihamçısı verilmiş kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə verilmiş ittihamı mübahisələndirmədən yalnız əsassız olaraq əməlin düzgün tövsif olunmadığı qənaətinə gəlmişdir. Həmçi nin, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən məhkəmə prosesi zamanı müqavilə əsasında cinayət prosesinə buraxılmış müdafiəçisinin iştirakı ilə özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmişdir. İş materiallarından göründüyü kimi, Məhkum külli miqdarda, 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələrini, 3,202 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi və tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda, 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsullarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi üçün X32 X-ə aviabilet almış, öncədən razılaşmaları na uyğun olaraq həmin narkotik vasitələri, psixotrop maddəni və tərkibində güclü təsiredici maddəsi olan həbləri qəbul etmək üçün onların bilavasitə keçirildiyi yerə, yəni hava limanına gəlmiş, əvvəlcədən qaçaqmalçılıq yolu ilə gətiriləcək həmin vasitələrin satışını realizə edəcəyini vəd vermiş, bununla da Məhkum tərəfindən qaçaqmalçılıq cinayətinin bilavasitə icrası ilə bağlı əlverişli şərait yaratmışdır. Həmçinin, məhkəmə kollegiyası qərarda digər cinayət işi üzrə CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan olunmuş, faktiki olaraq cinayətin törədildiyi yerdən qaçmış X8 əməlinə hüquqi qiymət vermişdir ki, bununla da məhkəmə baxışının hədlərini pozmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 13 avqust 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçilər Əlili İsrafil Muğan oğlu və Alıyev Namiq Nazim oğlu kassasiya şikayə tlərinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini, kassasiya protestinin isə formal xarakter daşıdığı üçün təmin edilməməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Eyubova Çimnaz Hüseyn qızı çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini, kassasiya protestinin isə təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək ona verilmiş cəzanın endirilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yo xlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilər tərəflərindən verilmiş kassasiya şikayətlərində Məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya protestini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu mür aciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə g örə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-pr osessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, proses i ştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarı isə kassasiya şikayətlərinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmi ş sübutların məcmusu ilə öz təsdiqini tapmış, sonradan işə baxan apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmış, yalnız Məhkum qaçaqmalçılıq cinayət əməlini haqlı olaraq CM-in 206.2-ci maddəsi ilə tövsif etmiş, beləliklə də iş üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökm və qərarda göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün o laraq həmin maddələr ilə tövsif edilmişdir. Verilmiş kassasiya şikayətlərində məhkumun əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Kassasiya məhkəmə kollegiyası müəyyən edir ki, istinad olunan dəlillərin əksi olaraq iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Belə ki, CPM-in 144-cü maddəsinə görə cina yət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gə lməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum CM-in 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, “yoxlama, əşyaların və sənədlərin götürülməsi” haqqında 19 iyul 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillər, diskə baxış keçirilməsi barədə 1 avqust 2023-cü il tarixli protokol, baxış keçirilməsi haqqında 19 iyul 2023-cü il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli 3-16-1 6/26/3899 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli 3-16-16/2-7/1039 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4472 nömrəli ekspert rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan 19 iyul 2023-cü il tarixli “yoxlama, əşyaların və sənədlərin götürülməsi” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Məhkum məxsus üzərində “x” sözü yazılmış çamadanın içərisində şəxsi əşyaların arasında üzərində “Harry Potter” sözü yazılmış karton qutunun içində şəxsi gigiyenik əşyaların arasında üzərində “Lyrİca 150 mg” sözü yazılmış dərman qu tusu aşkar olunmuşdur. Həmin qutunun içində üzərində “Lyrica 150 mg” sözü yazılmış 2 konvalyut, hər konvalyutda 14 ədəd həb olmaqla ümumilikdə 28 ədəd həb və üzərində “Lyrica 300 mg” sözü yazılmış 2 konvalyut, hər konvalyutda 14 ədəd həb olmaqla ümumilikdə 28 ədəd həb aşkar edilmişdir. Daha sonra yoxlamanı davam etdirmiş və çamadanın içərisində olan şəxsi əşyaların arasından üzərində “Cerave” sözü yazılmış üz və əl kremi qutusunun içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış və çəkisi 130 qram olan ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində “Repairing hare care” yazısı olan krem qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış və çəkisi 112 qram ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində “erkan” yazısı olan plastmas tomat qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 202 qram olan ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində hər hansı fərqlənmə nişanı olmayan plastmas tomat qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 138 qram ağ rəngli narkotik vasitəyə bənzər maddə, xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 10 qram olan tünd qəhvəyi rəngli bitki mənşəli və qara rəngli maddə, üzərində “keçiboynozu özü” sözləri yazılmış şüşə bankanın içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 103 qram və 87 qram olmaqla ümumilikdə 190 qram 2 ədəd bükümdə ağ rəngli narkotik vasitəyə bənz ər maddə aşkar olunmuş və hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Cinayət işinin materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş Heydər Əliyev Beynəlxalq Hava Limanının videogörüntülərini özündə əks etdirən diskə baxış keçirilməsi barədə 1 avqust 2023-cü il tarixli protokoldan görünür ki, görüntülərə baxış zamanı 19 iyul 2023-cü il tarixdə Məhkum yaşıl kanal vasitəsilə gömrük nəzarətini tərk etmək istədiyi, gömrük əməkdaşı tərəfindən qırmızı kanala yönləndirildiyi, çantasını rentgen qurğusundan keçirdiyi, yaranmış şübhə əsasında çantaya ilkin baxış keçirilməsi, çantada şübhəli predmetlərin olması ehtimal edildiyindən Məhkum yoxlama otağına yönləndirildiyi, daha sonra Məhkum onu hava limanının çıxışında gözləyən X12 əli ilə saxlanı ldığını göstərməsi barədə i şarələr etməsi (boynunu sıxması, əli ilə qandal işarəsi verməsi və s.) müəyyən edilmişdir. İş materiallarında olan Məhkum məxsus 1 ədəd “İphone 8” markalı mobil telefona 19 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “whatsapp” proqramında olan yazışmalara əsasən Məhkum mütəmadi olaraq X16 ilə əlaqədə olduğu, X30 X-ə Bakı şəhərinə gəlmək üçün aviabilet aldığı, 19 iyul 2023-cü il tarixdə X30 X-i qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq hava limanına getməsi müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı Məhkum 19 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf edərək bildirmişdir ki, “xx.xx.2023-cü il tarixdə X zəng vuraraq Bakı şəhərinə getməyi üçün aviabilet aldığını və gələrkən bir az MDMA, lirika (preqabalin), marixuana və çox miqdarda kokain gətirməyini tapşırmışdır....”. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları təkrarən yuxarıda sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələ r tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş, Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətlərinin yeni faktiki hallar müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tə rəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmama sı haqqında nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilmiş, məhkumun CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsini, onun əməllərində bu cinayətlərin əlamətlərini n mövcud olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini yuxarıda göstərilənlərə əsasən tamamilə əsassız hesab edir. Məhkəmə kollegiyaları haqlı olaraq şahidlər Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özlərini müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədini güddüyü barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərinin aşkar edilmiş narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin X-ə məxsus olmasına dair dəlillərinə münasibət onu qeyd edir ki, cinayət işi nin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X16 və qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər üzvlərinin əməllərinə obyektiv və hərtərəfli hüquqi qiymət verilməsindən ötrü onlar barəsində ********* nömrəli cinayət işinin materiallarından CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi ayrılmış, həmin cinayət işinə ********* nömrəsi verilmişdir. Dövlət ittihamçısı isə verilmiş kassasiya protestinin dəlillərində Məhkum əməlinin apellyasiya məhkəmə kollegiyası tərəfindən düzgün tövsif edilmədiyini, əməlin Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edildiyini gös tərmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-maddəsinin dispozisiyası qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların,...........kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdiri lməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsində ifadə olunur. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarını tədqiq edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə gəlinmiş nəticə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyası ilə şərtləndirildiyindən, eləcə də “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarına, bu qərarda iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini törətməsinə dair verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, apellyasiya məhkəməsində işə baxı larkən düzgün olaraq şəxsin təqsirli bilinməsində və əməlin tövsifində birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhv kimi qiymətləndirilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. Bununla yanaşı, qaçaqmalçılığ ın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların h amısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkum məxsus mobil telefona keçirilmiş baxışa əsasən X16 adlı şəxs narkotik vasitənin və psixotrop maddələrin əldə edilməsi, Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndərilməsi barədə danışıqlarda X16 iştirak etsə də, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin icra edilməsində bilavasitə X16 deyil, Türkiyə Respublikasının vətəndaşı Məhkum icra etmişdir. Bu baxımdan iş materiallarında olan və məhkəmələrin istinad etdiyi sübutların heç birində belə bir məlumat yoxdur ki, Məhkum CM-in 206.2-ci maddəsi ilə cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrupun tərkibində qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərərkətləri qrupun digər üzvləri ilə birgə icra etsin, yəni qaçaq malını Azərbaycan Res publikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar birgə keçirmiş olsun. Qeyd edilən normaların tələbləri baxımından məhkumun törətdiyi cinayət əməlinə məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarına uyğun olaraq hüquqi qiymət verilərkən müəyyən olunur ki, Məhkum Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törədərkən cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi təsdiq edilməmişdir. Odur ki, onun ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli haqlı olaraq apellyasiya məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bili nərək cəza təyin edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv ed ilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya şikayətləri və kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçiləri Eyubova Çimnaz Hüseyn qızı və Əlili İsrafil Muğan oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar