Məhkəmə qərarları › İş №1(102)-2643/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2643/2025

18.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2643/2025 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-in nümayəndəsi Nümayəndə iştir akları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2025-ci il tarixli, 1(103)-970/2025 nömrəli qərarından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Azər Tağıyev) 16 yanvar 2025-ci il tarixli, 1(009)-21/2025 nömrəli hökmü ilə 27 avqust 1990-cı ildə Zərdab rayonu, Alıbəyli kəndində doğulmuş, ailəli, ali təhsilli, müstəqil mühasibatlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Əlibəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası na məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 1 (bir) günü 2 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, tanışı X1 03 may 2021-ci il tarixdə elektron qaydada Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 08 fevral 2021-ci il tarixli 1.0.3 №-li versiyasının şərtlərini qəbul etməsi barədə Razılaşma” müqaviləsi bağladığını və bundan sonra 09 avqust 2021-ci il tarixdə vəfat etdiyini bildiyindən son uncunun vəfat etdiyi üçün hər hansı əmlakı üzərində sərəncam vermək qabiliyyətinin olmadığını əminliklə dərk edərək tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədilə istintaqa məlum olmayan şəraitdə əvvəlcədən əldə etdiyi Zamiq Zülfüqarovun adına olan “Asan İmza” mobil telefon nömrəsi ilə 03 noyabr 2021-ci il tarixdə vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhərində istintaqa dəqiq məlum olmayan yerdə istifadəsində olan mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin internet saytına daxil olub qanunsuz olaraq kredit almaq hüququnu əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məlumatlar əsasında yəni, mərhum Zamiq Zülfüqarovun adından saxta olaraq kredit almaq hüququ verən rəsmi sənəd hesab olunan elektron ərizəni istifadə etmək məqsədilə qanunsuz hazırlamış, qeyd edilən ərizə ilə həmin banka onlayn qaydada kredit götürməklə bağlı müraciət edərək bilə-bilə həmin saxta sənəddən istifadə etmiş və eyni tarixdə Bakı şəhəri ərazisində istintaqa dəqiq məlum olmayan yerdə olarkən həmin mobil telefonundan istifadə etməklə kredit məbləğini sonradan tam ödəmək niyyəti olmadan mərhum Zamiq Zülfüqarovun adına Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən “Landmark” şöbəsində açılmış hesabına ümumilikdə 25.872 manat pulun köçürülməsini təmin edərək həmin hesab üzərində sonuncuya məxsus əvvəlcədən əldə etdiyi “Asan İmza” mobil nömrəsi və banka məxsus 5472 2496 3433 2119 nömrəli plastik kart vasitəsilə sərəncam vermək qabiliyyəti yaratmaqla aldatma və etibardan sui-istifadə etmə yol u ilə ələ keçirib həmin bank hesabından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla pul vəsaitlərini “etopaz” onlayn qanuni mərc saytında mövcud olan özünə məxsus hesabına köçürməklə və müxtəlif formalarda şəxsi məsrəflərinə sərf etməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə 25.872 manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Murad Məmmədov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Zamin İbrahimov) 12 iyun 2025-ci il tarixli, 1(103)-970/2025 nömrəli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 1(009)-21/2025 saylı hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş, mülki iddia tam təmin edilmiş, təqsirləndirilən şəxs Məhkum 10872 (on min səkkiz yüz yetmiş iki) manat maddi ziyan və 5821 (beş min səkkiz yüz iyirmi bir) manat itirilmiş gəlir olmaqla cəmi 16693 (on altı min altı yüz doxsan üç) tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilməsi qərara alınmış, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2025-ci il tarixli, 1(103)970/2025 nömrəli qərarının dəyişdirilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdı r ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)970/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarı təqsirləndirilən şəxsin əməlinin tövsifi və mülki iddianın təmin olunması hissəsində əsaslı olsa da, məhkəmə təyin olunmuş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğu hissəsində haqlı olmamışdır. Belə ki, Məhkum cəza təyin edilərkən istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin aidiyyəti normasının tələbləri nəzərə alınmamış, təyin edilən cəzaya yalnız şəxsin vurduğu ziyanın bir hissəsini ödəməsi konteksindən baxılaraq, həmin əməllərin ədalətli cəzalandırılmamasının bu tipli cinayət əməllərinin törədilməsinə, eləcə də başqa şəxslərdə qanuna hörmət ruhunun azalmasına yola aça biləcəyi nəzərə alınmamışdır. Bundan başqa, Mə hkum qanunsuz hərəkətləri yalnız zərərçəkmiş şəxsin qanunla qorunan hüquq və mənafelərinə deyil, həm də dövlətin mənafeyinə və onun hüquqi nüfuzuna qarşı yönəlmişdir. Belə ki, o, vəfat etmiş şəxsə məxsus “Asan imza” sertifikatından qanunsuz istifadə etməklə, elektron idarəçilik və rəqəmsal identifikasiya sistemlərinin təhlükəsizliyi və etibarlılığına xələl gətirmiş, bu sahədə ictimai münasibətlərə etimadı zəiflədən əməl törətmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl ləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. M əhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməl yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində məhkumun əməlinin tövsifi məsələsi mübahisələndirilməmişdir. Zərərçəkmiş hüquqi şəxsin kassasiya şikayəti Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə daha ağı r cəza təyin edilməsi barədə verilmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, işin hallarına və onun şəxsiyyətinə öz yüngüllüyünə görə uyğun gəlmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçiril məsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum himayəsində iki azyaşlı övladının olmasını, vurduğu ziyandan qismən, yəni 15.000 manat ödə niş edilməsini, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə az ağır cinayət əməlini törətməsini və gənc olmasını, habelə barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab etmiş, ona təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası (dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il № 4 qərarın 2ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır növ - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hökm və qərardan görünür ki, məhkəmələr Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışlar. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında milli məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tət biq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən tam təcrid edilmədən islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddə sində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2025-ci il tarixli, 1(103)970/2025 nömrəli Məhkum haqqındakı qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respub likası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2025-ci il tarixli, 1(103)-970/2025 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar