Məhkəmə qərarları › İş №1(102)-2647/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2647/2025

13.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2647/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə, Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu (sədrliyi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) 30 noyabr 2023-cü il tarixli 1(099)-100/2023 nömrəli hökmü ilə xx xxxx 1990-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, xxx-da qeydiyyatda olmaqla, xxxda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 19 avqust 2022-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dis panserində qeydiyyata alınması və ona CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicənin təyin edilməsi; xx xxxxxx 1996-cı ildə Neftçala rayonu, x qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla, xx-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsas ən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 19 avqust 2022-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması və ona CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicənin təyin edilməsi müəyyən edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) 9 sentyabr 2024-cü il tarixli 1(106)-169/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti, Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən isə kassasiya şikayəti və kassasiya şikayə tinə əlavə verilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Məhkum 2022-ci ilin avqust ayının ortalarında qanunsuz yolla qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra həmin narkotik vasitə və psixotrop maddəni əldə etmələri üçün istifadəsində olan ***-***-**** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi "Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən, şəxsiyyəti məlum olmayan şəxslə danışaraq sonuncunun dediyi yerdən narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlayıb daşıdıqdan sonra qrup üzvü Təqsirləndiri lən şəxslə birlikdə satıb pulunu onunla böləcəkləri barədə sonuncu ilə razılaşmış, məlum olmayan tarixdə və vaxtda Cəlilabad rayonunun x kəndi ərazisində yerləşən üzərində 52 sayı yazılmış işıq dirəyinin yanına qoyulmuş külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün qabaqcadan razılaşdığı Təqsirləndirilən şəxslə birlikdə həmin əraziyə gəlib içərisində iki ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1305 qram və 1665 qram olmaqla, ümumi təmiz çəkisi 2970 qram külli miqdarda narkotik vasitə heroin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 450 qram və 790 qram olmaqla, ümumi təmiz çəkisi 1240 qram külli miqdarda narkotik vasitə tiryək, bir ədəd bağlamada təmiz çəkisi 835 qram külli miqdarda ağ rəngli kristalşəki lli psixotrop maddə olan metamfetamin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2830 qram və 2200 qram olmaqla, ümumi təmiz çəkisi 5030 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd torbanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla götürdüyü yerdən uzaqlaşmaq istəyərkən bir neçə addım kənara daşımış, 19 avqust 2022-ci ildə, saat 22 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində Təqsirləndirilən şəxslə birlikdə saxlanılaraq rayon polis şöbəsinə gətirilib sonuncunun üzərində şəxsi axtarış aparılan zaman əldə etdikləri bir ədəd qara rəngli torbanın içərisindən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1305 qram və 1665 qram olm aqla, ümumi təmiz çəkisi 2970 qram külli miqdarda xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 450 qram və 790 qram olmaqla, ümumi təmiz çəkisi 1240 qram külli miqdarda xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eyni olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, bir ədəd bağlamada təmiz çəkisi 835 qram külli miqdarda ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetamin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2830 qram və 2200 qram olmaqla, ümumi təmiz çəkisi 5030 qram külli miqdarda xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eyni olan tərkibində narkotik maddə olan ç ətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs "x” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 2 may 2022-ci ildə saat 05 radələrində ünvan 1 ünvanında yerləşən MMCnin ofisinin yanına gəlib, ətrafda olan şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra ofisin plastik materialından olan qapısının açarını yerdən götürdüyü və məlum olmayan dəmir parçası ilə sındırmaqla binaya qanunsuz daxil olaraq oradan 600 manat dəyərində 500 GB həcmli, "Hikvision” markalı videomüşahidə kamerasının yaddaş kartını-aparatını, yardımçı otaqda olan masanın siyirməsini açıb oradan 300 manat nağd pulu oğurlamış, yəni gizli olaraq talamış, siyirmədə avtomobilə məxsus açarların olduğunu görüb qeydiyyat şəhadətnaməsi ilə "x” MMC-nin mülkiyyətində olan "Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili oğurlamaq qərarına gəlmiş, açarları siyirmədən götürüb daxil olduğu qapıdan çıxdıqdan sonra ofisin həyətində dayanmış vəziyyətdə olan "Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq ofisdən götürdüyü açarla işə salıb kirayə yaşadığı ünvan 2 ünvanına gətirib orada avtomobilin arxa və ön qeydiyat nömrə nişanlarını açıb yük yerində gizlətməklə iki gün müddətində yaşadığı ünvanda saxlayıb ələ keçirməklə həmin avtomobilin tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq götürülməsindən və bu əmlakın özünün xeyrinə yönəldilməsindən ibarət hərəkətlər edərək, qeydiyyat şəhadətnaməsi ilə "x” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ümumilikdə xeyli miqdar təşkil edən 15000 manat dəyərində 2020-ci il buraxılışlı, ağ rəngli, parça oturacaqlı, 63702 km yürüşlü, mühərrik həcmi 1485 sm3 XWBTF69V9LA050124 ban nömrəli, "Ravon Nexia r3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili və "x” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumilikdə 900 manat dəyərində əmlakı gizli talamaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, təqsirəndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs saxlandığı və tutulduğu vaxt işin mübahisələndirilən halıdır. Məhkum və Təqsirləndirilən şəxs saxlandığı vaxtın müəyyənləşdirilmə si onların üzərində şəxsi axtarışın aparılmasının qanunun tələblərinə uyğun olub-olmadığı, şəxsi axtarış zamanı götürülmüş sübutların mötəbərliyi baxımından iş üzrə düzgün nəticəyə gəlinməsi üçün zəruri olduğu halda məhkəmələr tərəfindən 19 avqust 2022-ci il tarixinə aid nə Məhkum istifadəsində olmuş mobil telefon nömrəsi, nə də ki Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə bağlı məlumatların telefon operatorlarından götürülməsinə nəinki təşəbbüs göstərilməmiş, bu barədə müdafiə tərəfinin vəsatətini təmin etməmişdir, həmçinin telefon operatorlarından götürülmüş məlumatlara münasibət belə bildirilməmişdir. Məhkum və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinin qeydə alınmış anten dairəsi məlumatları Məhkum məhkəmə baxışı zamanı verdiyi ifadəl ərlə, irəli sürdüyü dəlillərlə uzlaşır, uyğun gəlir və onları tamamlayır. Başqa bir tərəfdən, Məhkum və Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələr həmçinin müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə çağırılaraq əlavə şahid qismində dindirilmiş X6, X2, X4 və X9 ifadələri və işdə olan digər sübutlarla üst-üstə düşür və onları tamamlayır. Təqsirləndirilən şəxsin saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında 21 saat 20 dəqiqə vaxtın keçməsi narkotik vasitənin onun və Təqsirləndirilən şəxs üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Çünki həmin müddət ərzində təqsirləndirilən şəxslər tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxslərin saxlanılmasından dərhal və ya qısa müddət sonra onların üzərinə şəxsi axtarış keçirilməsinin mümkü nsüzlüyü ilə bağlı hər hansı mötəbər, inandırıcı sübut növü mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün təqdim etdiyi digər bir çox, mühüm əhəmiyyət kəsb edə biləcək sübutların da tədqiqindən imtina etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham, həmin maddədə nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətlərini əks etdirən xüsusatlar (Məhkum narkotik vasitəni qazanc əldə etmək, satış məqsədilə alaraq üzərində saxlaması) onun ilkin araşdırma zamanı verdiyi izahatı və bu izahatı ilə eyni məzmunda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr əsasında müəyyən edilmiş və həm in izahat sübut kimi qiymətləndirilib ittihamın əsasına qoyulmuşdur. Sonradan məhkəmələrdə dindirilərkən Məhkum izahatında göstərdiklərini tam inkar etmiş və fərqli məzmunda ifadələr vermiş, lakin onun bu ifadələri işə baxan məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilməmiş, yoxlanılmamış və nəzərə alınmamışdır. Cinayət işinin materiallarında Məhkum narkotik vasitəni satış məqsədi ilə saxlayaraq daşımasını təsdiq edən heç bir sübut yoxdur. Ona qarşı irəli sürülən ittiham ehtimal və şübhə üzərində qurulmuşdur, yəni ittihamın məntiqi belədir ki, əgər Təqsirləndirilən şəxs torbada narkotik vasitə aşkar olunubsa, demək o və Məhkum bu narkotik vasitəni satış məqsədilə daşımışdır. Nə ibtidai istintaq materiallarında, nə də işə məhkəmədə mahiyyəti üzrə baxılan zaman Məhkum CM-in 234.4.3-cü ma ddəsində nəzərdə tutulan cinayət əməlini (narkotik vasitəni satış, qazanc məqsədi ilə) törətməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Odur ki, göstərilənlərə əsasən, cinayət işinin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk dəfə məhkum olunmasını, məhkəmədə və ibtidai istintaqı zamanı səmimi peşmançılıq keçirməsini, atası xxx oğlunun İ Qarabağ müharibəsi şəhidi olmasını, ailəsinin maddi vəziyyətinin çətin olmasını məhkəmələr cəza təyini zamanı nəzərə alınmamışdır. Odur ki, göstərilənlərə əsasən, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi5 çıxış edərək, sübutların qanunsuz olduğunu, ittihamın həmin sübutlar nəticəsində formalaşdığını bildirib, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sen tyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassa siya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində və ona əlavədə (bundan sonra “kassasiya şikayəti”) məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (mə hkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində isə barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPMin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəflərinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciə tlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olu nmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfl i və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblə rinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində onun əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilind iyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işi nin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin onun özünün və digər Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid və Şahid3 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 20 avqust 2022-ci il tarixli 19/866 nömrəli rəyi, məhkəmənarkoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli 857 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixot rop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla v ə narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi n əzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəl ərindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekur sorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Qeyd olunanlara əsasən, məhkum tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qabaq cadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, Şahid1, Şahid2, Şahid və Şahid3 ifadələrində göstərmiş olduqları faktlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması barədə istintaq hərəkətlərinin protokollarında göstərilmiş faktlar, həmin istintaq hərəkətlərinə dair videogörüntüləri özündə əks etdirən disk və həmin diskə baxış keçirilməsi barədə protokol ilə də öz təsdiqini tapır. Məhkum sellofan torbada aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin onlara aid olmadığı, həmin maddələrin polis əməkdaşları tərəfindən saxlanıldıqd an bir gün sonra onlara təqdim edildiyi, habelə qeyd olunan əşyaların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən üzərlərinə yerləşdirilməsi barədə irəli sürülən iddialar ibtidai istintaq zamanı onların şübhəli və sonradan təqsirləndirilən şəxs qismində verdikləri etirafedici ifadələrlə, müdafiəçinin iştirakı təmin olunmaqla videoçəkiliş altında keçirilmiş şəxsi axtarış və götürmə ilə bağlı istintaq hərəkətinin protokolu ilə, barələrində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında bu xüsusatlar üzrə hər hansı etiraz və ya mövqe bildirməmələri ilə, eləcə də məhkəmədə dindirilmiş şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam şəkildə təkzib edilir. Məhkəmə iclasında araşdırılmış video materiallardan da aydın olur ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üz ərində aparılan şəxsi axtarış zamanı təhqiqatçının suallarına cavab verərkən o, “yol boyu X-in telefonla iranlı şəxslə danışığından bu barədə məlumat əldə etdiyini” bildirmiş, müdafiəçisinin “nə barədə məlumat əldə etdiniz” sualına cavab olaraq isə ayağının yanında yerləşən, içərisində narkotik vasitə və psixotrop maddələr olan qara rəngli sellofan torbanı göstərmiş və narkotik maddələrdən yol gələrkən xəbər tutduğunu ifadə etməklə faktiki olaraq cinayət hadisəsini etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin mərhələdə narkotik vasitələrin polis əməkdaşları tərəfindən üzərinə qoyulması, yaxud fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə hər hansı bir iddia və ya irad irəli sürməmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin bu məzmunda dəlillərini qeyd olunanla ra əsasən əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələblərindən çıxış edərək apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum verdiyi ifadələrin isə işin faktiki halları ilə uyğun olmayan, əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmasına dair məqsəd güddüyü barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri v ə psixotrop maddələri satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Məhkum, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəflərindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübut ların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini öyrənərkən müəyyən olunur ki, müdafiə tərəfi Məhkum, ona verilmiş ittihamı ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyi, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edildiyi barədə iddialarını yeni faktiki hallardan çıxış edərək məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdu dlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qa nunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə (o cümlədən, məhkum edilmiş şəxsin əməllərində cinayət tərkibinin olmaması haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Müdafiə tərəfdən verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsas landırılmışdır. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində isə cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş olsa da, ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsasları nı nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüng ülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyi n olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən əlavə hallar müəyyən edilməmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiası nın əsaslı olmadığı müəyyən edilir. Eyni zamanda məhkəmə kollegiyası digər Məhkum aid hissədə cəza təyini məsələsini araşdırarkən müəyyən edir ki, məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması, cəzasını ağırlaşdıran hal kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi olmasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilə nlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2024- cü il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar