Məhkəmə qərarları › İş №1(102)-2657/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2657/2025

26.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2657/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2025-ci il tarixli, 1(105)-513/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2025-ci il tarixli, 1(060)-402/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim E.İ.Əliyev) Məhkum (xx xxxxxx 1973-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün müddətə az adlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 gün təşkil edən hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə müvafiq olaraq 4 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hazırkı hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə Məhkum qəti olaraq 1 il 4 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 13 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün ona təyin olunan cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə zalında həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 30 may 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında verilmiş əməllərin təsvirinə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,434 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx xx xx 2025-ci il tarixdə saat 22:47 radələrində Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən ü nvan4 ilə ünvan5nin kəsişməsində saxlanılaraq və üzərində aparılan şəxsi axtarış zamanı əynindəki gödəkcənin sol yan cibindən həmin 1 (bir) ədəd bükümdə olan 0,434 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2025-ci il tarixli, 1(105)-513/2025 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Ağayev, hakimlər R.O.Əsgərova və E.Q.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2025-ci il tarixli, 1(060)-402/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2025-ci il tarixli, 1(105)-513/2025 nömrəli qərarından Məhkum kassasiya şi kayəti vermişdir. Məhkum kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2025-ci il tarixli, 1(105)-513/2025 nömrəli qərarının ləğv edilməsini və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair yeni qərarın çıxarılmasını xahiş etmişdir. Lakin, Məhkum kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – 25 dekabr 2025-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (məhkumun 25 dekabr 2025-ci il tarixli ərizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən göndərilmiş və məhkəmə iclası keçirilənədək Ali Məhkəmənin Cinayət kollegiy asına daxil olmuşdur). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini vermiş şəxs onu geri götürmək hüququna malikdir. Hazırki vəziyyətə də şamil edilə bilən Cinayət-Prosessual Məcəllənin 414.8-ci maddəsində nəzərdə tutulmuş qaydadaya görə “Kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır”. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini, eləcə də bunun məhkumun hüququ olmasına dair dövlət ittihamçısının çıxışını nəzərə alıb, yuxarıda istinad olunan cinayət - prosessual normaların tələblərinə əsaslanaraq, həmin ərizənin təmin edilərək kassasiya şikayətinin geri qaytarılmasını və bununla əlaqədar, eyni zamanda məhkəmə baxışında başqa kassasiya müraciəti olmadığı üçün, kassasiya şikayətinə baxılmasına xitam verilməsini mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və və 414.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 31 iyul 2025-ci il tarixli, 1(105)-513/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti Məhkum müraciətinə əsasən məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın və bununla əlaqədar kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar