Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2662/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 fevral tarixli, 1(103)-350/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən), X10 və X4 ibarət tərkibdə) 2024-cü il 14 iyun tarixli, 1(101)-922/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 260/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1, 18 2.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü maddələri ilə 5 (beş) il müddətinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci və 68.1.1-1-ci maddələri tətbiq edilməklə Bakı şəhəri Sabunçu Rayon Mə hkəməsinin 1(008)-260/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilmiş və Məhkum çəkilməsi üçün qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023cü il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da azadlıqdan məhrum etmə cəzasına məh kum edilmişlər. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X6 və X8 ibarət tərkibdə) 2025-ci il 4 fevral tarixli, 1(103)-350/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum 06 iyun 2023-cü il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək barədə qabaqcadan əlbir olub ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş ş əxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etmək barədə razılaşandan sonra planlaşdırdıqları qaydada hərəkət edərək, həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxslə əlaqə saxlayıb gecə saat 23-dən sonra sonuncunun yaşadığı ünvanda görüşmələri barədə razılaşaraq, 7 iyun 2023-cü il tarixə keçən gecə saat 1 radələrində onun idarə etdiyi “Hyundai Accent” markalı 77-PJ814 dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvana gəlib aşkar olunmamaq üçün girişdən aralıda dayanmışlar. Təqsirləndirilən şəxs2 avtomobildən düşüb onu evdə gözləyən Zərərçəkmiş şəxs yanına gedərək, orada bir müddət olub ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq, küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib evə qayıdandan bir neçə dəqiqə sonra özü və Təqsirləndirilən şəxs3, onların ardınca Təqsirləndirilən şəxs1 evə daxil olmuş, o, silah qismində istifadə etdiyi naməlum nümunəli bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək, Zərərçəkmiş şəxs hücum edib bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub yerə yıxmış, sonra Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs yıxıldığı yerdə yumruq və təpiklə vurmaqda davam edərək, Təqsirləndirilən şəxs1 zorlamaqda ittiham etmiş və buna görə cəzalandırılacağını bildirmişlər, Zərərçəkmiş şəxs qadını zorlamadığını deməsi ilə razılaşmayaraq yerdən qaldırmış və Təqsirləndirilən şəxs3 onun verdiyi kapron qaytanla Zərərçəkmiş şəxs qollarını arxasında bağlayaraq divana oturtmuş, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəs i altında sonuncunu Təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 telefonları ilə danışıqların videoçəkilişini aparmış, eyni zamanda evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq, birgə hərəkətləri ilə 870 manat nağd pulu, üstündə bir ədəd qiyməti 400 manat olan “Azercell” mobil rabitə şəbəkəsinin 050 *** ** ** nömrəli sim karlı, bir ədəd qiyməti 100 manat olan “Azerfon” mobil rabitə şəbəkəsinin sim kartı olan, özünün qiyməti 850 manat olan “Samsung A 53” markalı mobil telefonu, qiyməti 150 manat olan “Nokia” markalı mobil telefonu üstündəki qiyməti 15 manat olan yaddaş kartı ilə birlikdə, qiyməti 60 manat olan “Kgtel” markalı mobil telefonu, qiyməti 600 manat olan “Hoffman” markalı tele vizoru, qiyməti 300 manat olan gümüş kişi qol saatını, qiyməti 50 manat olan göy dəri bağlı kişi qol saatını, qiyməti 90 manat olan qəhvəyi dəri bağlı kişi qol saatını, qiyməti 200 manat olan “Cartecr” brendli kişi eynəyini, qiyməti 40 manat olan göy rəngli kişi eynəyini, qiyməti 40 manat olan optik eynəyi, hər qutusunun qiyməti 10 manat, ümumi qiyməti 140 manat olan 14 qutu '‘Parlament” markalı siqareti, hər birinin qiyməti 15 manat olmaqla ümumi qiyməti 60 manat olan 4 ədəd suvenir qaz alışqanlarını, qiyməti 20 manat olan bir ədəd flaşkartı, ümumi qiyməti 60 manat olan iki ədəd Ərəbistan ətrini, qiyməti 50 manat olan bir ədəd qara rəngli dəridən kişi əl çantasını, eləcə də Təqsirləndirilən şəxs1 onun barmağından çıxartdığı qiyməti 700 manat olan kişi qızıl üzüyü və boynundan qırıb götü rdüyü qiyməti 40 manat olan sadə metaldan zəncirə formalı kişi boyunbağısını ələ keçirib talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 4835 (dörd min səkkiz yüz otuz beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Bundan əlavə o, 7 iyun 2023-cü il tarixdə saat 1 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 İlə ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etdikləri zaman ümumi niyyətlə hərəkət edən bır qrup şəxs halında birgə hərəkətləri ilə Zərərçəkmiş şəxs adına ASAN-4 xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, 30,04.2027-ci il tarixədək etibarlı olan AZE № ******** seriya və nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini və Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tari xdə verilmiş, xx.xx.2030-cu il tarixədək etibarlı olan C03175767 seriya və nömrəli pasportu ələ keçirərək talamışdır. Bundan əlavə o, 7 iyun 2023-cü il tarixdə saat 1 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs hücum edərək əmlakını ələ keçirmə məqsədi ilə həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edəndən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakım tələb edərək, o, bıçaqla Zərərçəkmiş şəxs hədələməkdə davam etdiyi vəziyyətdə Təqsirləndiri lən şəxs3 daha bir neçə yumruq zərbəsi vurub, əvvəlki zərbələrlə yetirilən xəsarətlər də nəzərə alınmaqla Zərərçəkmiş şəxs ümumilikdə başın alın nahiyəsinin sıyrıqları, sol üst göz qapağının qançırı, burunun yumşaq toxumasının qançırı və burun belinin sıyrığı, sol bazunun bir xətt üzrə yerləşmiş nöqtə şəkilli sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edərək, Təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olmasını etiraf etməsinin videoyazısını sosial şəbəkələrdə yaymaqla qohumları və tanışları arasında rüsvay edəcəkləri ilə hədələyərək 7 iyun 2023-cü il tarixdə saat 17-dək onlara 5000 (beş min) manat pul verməsini tələb etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şi kayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsində cinayət işinə baxılarkən prosessual pozuntulara yol verilmiş, istintaq araşdırılması düzgün aparılmamışdır. Belə ki, ibtidai istintaq müddətində müstəntiqin qərəzli iş aparması, törədilmiş cinayətin şişirdilmiş şəkildə göstərilməsi, məhkəmədə zərərçəkmiş şəxslə barışıq əldə etməsi, törətdiyi əməldən səmimi peşiman olması, cinayət əməlini törədərkən gənc və çılqın olması və ailə vəziyyəti nəzərə alınmadan ona həddən artıq ağır cəza verilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum ba rəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 fevral tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddə sinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət- prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və ona yüngül cəza təyin edilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət itt ihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tut ulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, ona, təqsirli bilindiyi maddələrin sanksiyaları həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 14 iyun tarixli, 1(101)-922/ 2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 fevral tarixli, 1(103)-350/2025 nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2662/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2662/2025
04.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver