Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2664/2025 05.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum müdafiəçisi Tağıyeva Samirə Novruz qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-554/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 29 mart 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 aprel 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini və xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib satışını həyata keçirmək məqsədi ilə üzərində gəzdirməklə daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra – “BMCMİ”) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 yanvar 2024-cü il tarixdə, saat 23:25-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada 27 yanvar 202 4-cü il tarixdə, saat 01:15-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı sol əlində saxlayaraq daşıdığı 01 ədəd qara rəngli əl çantasının içərisindən 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofan bağlamada xüsusilə külli miqdarda 985 qram çəkidə psixotrop maddə metamfetamin və 04 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalarda xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 2.040,0 qram, 2.025,0 qram, 2.040,0 qram və 2.040,0 qram olmaqla, ümumi təmiz çəkisi 8.145,0 qram olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1649/2024 nömrəli, 19 dekabr 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs X1 müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və Məhkum barəsində əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-554/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1649/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd edilir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmişdir. O, məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, 26 yanvar 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, BMCMİ-nə aparılmış və orada təzyiq göstərilməklə təqdim edilən sənədləri imzalamağa məcbur edilmişdir. O, narkotik vasitələrin satışı ilə məş ğul olmadığını, əvvəllər polis əməkdaşları ilə heç bir münaqişəsinin olmadığını, ifadələrin polis əməkdaşları tərəfindən yazıldığını və ailə üzvlərinə zərər yetiriləcəyi hədəsi ilə imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, saxlanılarkən üzərində mobil telefon olmamış, telefon sonradan yaşadığı evdən götürülmüşdür. O, “Yaşar” adlı şəxsi tanımadığını, İran vətəndaşları ilə əlaqəsinin olmadığını, ittihamda göstərilən ünvanlara heç vaxt getmədiyini bildirmişdir. Müdafiə tərəfi saxlanılmanın evin qarşısında baş verdiyini görən qonşuların dindirilməsi barədə vəsatət qaldırsa da, məhkəmə bunu təmin etməmişdir. Bundan əlavə, məhkəmə istintaq orqanının iddia etdiyi hadisə yerində - Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 30 ünvanında - baxış keçirilməməsi nə, foto və ya video çəkiliş aparılmamasına, həmçinin həmin ərazidə əlavə narkotik maddələrin olub-olmamasının müəyyən edilməməsinə hüquqi qiymət verməmişdir. Bu cür prosessual hərəkətlərin aparılmaması ittihamın sübut bazasının tamlığı və etibarlılığı ilə bağlı ciddi suallar doğurur. Eyni zamanda, polis əməkdaşlarının Məhkum hadisə yerində olmasını hansı məlumatlar əsasında müəyyən etdikləri, onun hər hansı şəxslə telefon əlaqəsi olmadığı halda həmin yerə necə istiqamətləndirildiyi araşdırılmamışdır. Müdafiə tərəfi hesab edir ki, məhkəmə müdafiənin vəsatətlərini təmin etməmiş, sübutları hərtərəfli araşdırmamış, hadisə yerinə baxış keçirilməməsinə hüquqi qiymət verməmişdir. Bu səbəblərə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-554/2025 nömrəli, 17 aprel 2025-ci il t arixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün geri qaytarılması xahiş olunur. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qər ar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin mad dədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Məhkum müdafiəçisi verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini, nəticədə Məhkum əsassız olaraq məhkum edildiyini iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişlər.
15. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səl ahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-554/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Məhkum Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini və xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib satışını həyata keçirmək məqsədi ilə üzərində gəzdirməklə daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməli yyat-axtarış tədbiri nəticəsində Məhkum 26 yanvar 2024-cü il tarixdə, saat 23:25-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada 27 yanvar 2024-cü il tarixdə, saat 01:15-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı sol əlində saxlayaraq daşıdığı 01 ədəd qara rəngli əl çantasının içərisindən 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofan bağlamada xüsusilə külli miqdarda 985 qram çəkidə psixotrop maddə metamfetamin və 04 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalarda xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 2.040,0 qram, 2.025,0 qram, 2.040,0 qram və 2.040,0 qram olmaqla, ümumi təmiz çəkisi 8.145,0 qram olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən na rkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
17. Barəsində qəbul edilmiş məhkəmə aktlarının təhlili göstərir ki, məhkəmələr ittihamedici mövqelərini Məhkum ibtidai istintaq dövründə özünə qarşı verdiyi ifadəsi, onun tutulmasında iştirak etmiş polis əməkdaşlarının ifadələri, üzərindən aşkar edilərək götürülmüş maddi sübut və müvafiq ekspertiza rəyləri ilə əsaslandırmışlar.
18. Cinayət işinin materiallarından göründüyü kimi, cinayət təqibinin məhkəməyədək mərhələsinin müxtəlif dövrlərində verdiyi ifadələrində Məhkum bildirmişdir ki, iki il əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Yaşar” adlı şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, istədiyi təqdirdə ona narkotik vasitə göndərəcəyini, göndərilən narkotik vasitələri “Yaşar” adlı şəxsin dediyi ünvanlara qoyub hər kiloqramına görə 500 manat verəcəyini bildirdikdə, maddi imkanı zəif olduğu üçün həmin şəxslə danışmış, danışıq əsnasında “Yaşar” adlı şəxs ona birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı təklif etdikdə, o, həmin şəxsə narkotik vasitə göndərməsini və həmin narkotik vasitəni deyilən ünvanlara qoya biləcəyini və kiloqramına görə 500 manat alacağını bildirmiş və razılaşmışlar. 26 yanvar 2024-cü il tarixdə “Yaşar” adlı şəxs onun istifadəsində olan mobil nömrəsinin “Whatsapp” tətbiqinə konum, yəni ünvan göndərib narkotik vasitəni həmin ünvana qoyduğunu bildirmiş, özünə məxsus mobil nömrəsi olsa da, mobil telefonu olmadığından, anasının mobil telefonunu istifadə edərək öz nömrəsini anasının telefonuna salıb istifadə etmişdir. “Yaşar” adlı şəxs konum göndərdikdən sonra həmin konuma taksi sifariş vermiş, lakin mobil telefonunu üzərində götürməmişdir. Taksiyə minib həmin ünvanda düşmüş, bundan sonra taksi çıxıb getmişdir. Taksidən düşdüyü yer ünvan 4 ünvanının yaxınlığında yerləşən yarımtikilinin yanı olmuşdur. O, yarım tikiliyə daxil olub orada olan bir ədəd qara rəngli əl çantasını götürmüş, çünki “Yaşar” adlı şəxs həmin çantanın olduğu yerin şəkillərini də çəkib ona atmışdır. O, “Yaşar” adlı şəxsin gələcəkdə atacağı məkanlara sözü gedən narkotik vasitələri və psixotrop maddələri yerləşdirməyinin müqabilində hər bir kiloqram çatdırılmaya görə “Yaşar” adlı şəxsdən 500 manat pul alacağından, həmin çantanı götürüb oradan çıxdıqdan sonra 26 yanvar 2024-cü il tarixdə saat 23:25-də həmin ünvanın yaxınlığında bir neç ə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib BMCMİnin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda əlində olan qara rəngli əl çantasının içərisində psixotrop maddə “patı” və narkotik vasitə “heroin”-in olduğunu bildirdikdən sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdə, etiraz etməyib polis əməkdaşları ilə birli kdə həmin Baş İdarəyə getmiş, orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Üzərindən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif edildikdən sonra o, sol əlində olan 01 ədəd qara rəngli əl çantasını masanın üzərinə qoymaqla təqdim edib həmin çantanın içərisində “kakos” adı ilə bildiyi narkotik vasitənin və “patı” adı ilə bildiyi psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Bundan sonra əynində olan tünd boz rəngli parça şalvarın sol yan cibindən 01 ədəd metal təsbehi, 01 ədəd “10” qəpiklik dəmir pulu, həmçinin əynində olan tünd göy rəngli qış gödəkçəsinin sağ iç cibindən 01 ədəd qara dəri pul kisəsini masanın üzərinə qoymaqla təqdim etmiş, üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşyalar aşkar edilməmişdir. Onun təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanmış, ilk əvvəl təqdim etdiyi 01 ədəd qara rəngli əl çantasına baxış keçirilmiş, çantanın iplə bağlanmış ağız hissəsi açıldıqda içərisindən 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofan bağlama və 04 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalar aşkarlanmış, baxış zamanı həmin bağlamalardan 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofanın içərisindən psixotrop maddə metamfetamin, digər 04 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamaların içərisindən narkotik vasitə heroin aşkar edilmişdir... Bundan sonra təqdim etdiyi 01 ədəd qara rəngli də ri pul qabına baxış keçirilən zaman həmin pul kisəsindən şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik pul kartı və 01 ədəd ictimai nəqliyyatda istifadə olunan “Bakı kart” plastik kartı aşkar edilmiş, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik pul kartı təhqiqatçı tərəfindən götürülmüş, 01 ədəd metal təsbeh, 01 ədəd “Bakı Kart” plastik kartı və 01 ədəd 10 qəpiklik dəmir pul isə ona qaytarılmışdır.
19. Cinayət işinin təhlili göstərir ki, Məhkum üzərindən götürülmüş maddi sübut və bildirdikləri ilə bağlı istintaq orqanı tərəfindən aşağıda qeyd edilən istintaq hərəkətləri həyata keçirilmişdir: - 29 yanvar 2024-cü il tarixdə ekspertizadan sonra qalıq qalan 8.144,88 qram çəkidə narkotik vasitə heroin və 984,9 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış; - 31 yanvar 2024-cü il tarixdə ***-***-**-** saylı "xxxx" mobil rabitə şəbəkəsinə məxsus telefon nömrəsinin sahibinin tam anket məlumatları, 01 yanvar 2023-cü ildən 27 yanvar 2024-cü il tarixinədək bu nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS-lərin məzmunu, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqlar və məlumatların "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul edilməsi məqsədi ilə təqdimat verilmiş; - 12 fevral 2025-ci il tarixdə təqsirləndirilən şəxs Məhkum verdiyi ifadədə qeyd etdiyi “ Yaşar” adlı şəxsin şəxsiyyətinin, olduğu yerin və əlaqələrinin müəyyən edilməsi, həmin şəxsin istintaqa təqdim olunması; Məhkum əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı və qaçaqmalçılıqla məşğul olub-olmamasının araşdırılması, müsbət hallarda əvvəllər narkotik vasitələrin satışı hallarının müəyyən edilməsi; Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə bağlı məlumat verə biləcək şahidlərin dairəsinin müəyyən edilməsi; Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı və qəbulu ilə bağlı şübhəli şəxslərlə əlaqələrinin araşdırılması; Məhkum satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri alması, saxlaması, daşıması və satmasında iştirak edən digər şəxslərin şəxsiyyətinin, onların cinayətdə işti rakı və rolunun müəyyən edilməsi; külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin mənşəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmiş; - 11 mart 2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarla xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə olunma mənbəyinin müəyyən edilməsi məqsədi ilə ayrıca cinayət işi ayrılmışdır.
20. Cinayət işinin ibtidai istintaq dövrünə aid hissəsinin təhlili həmçinin göstərir ki, qeyd edilən istintaq hərəkətlərinin nəticəsində işin həlli üçün yeganə əhəmiyyət daşıyan sübut kimi "xxxx" MMC-dən əldə edilmiş məlumat hesab oluna bilər. Belə ki, qeyd edilən təşkilatın AZF/LGL-164/24 nömrəli, 5 mart 2024-cü il tarixli məktubuna əlavə edilmiş C D diskdən müəyyən edilir ki, istintaq orqanı tərəfindən Məhkum cinayətin törədilməsində istifadə etdiyi iddia edilən ********** saylı telefon nömrəsi sonuncu dəfə 16 oktyabr 2023cü il tarixdə aktiv olunmuş, həmin tarixdən sonra bu nömrədən hər hansı formada – MOC yaxud GPRS vasitəsilə məlumat ötürülməmiş, yəni qeyd edilən nömrə üzə sms, zəng və internet xidmətlərindən istifadə edilməmişdir.
21. İbtidai istintaq dövründə tərtib edilmiş cinayət işinin materiallarından habelə müəyyən olunur ki, istintaq orqanı tərəfindən Məhkum yaşadığı ünvanda baxış keçirilməmiş, o cümlədən sübuti əhəmiyyət daşıyan Məhkum yaxud onun yaxınlarının istifadəsində olmuş telefonların aşkar edilərək götürülməsi istiqamətində hər hansı tədbir görülməmişdir.
22. Eləcə də istintaq orqanı Məhkum tutularkən üzərindən aş kar edilərək götürülmüş bir ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik pul kartının kimə məxsus olduğu, həmin karta aid bank hesabından hansı əməliyyatların keçirildiyinə dair məlumatların əldə edilməsi istiqamətində heç bir addım atmamışdır.
23. Nəhayət, 23 mart 2024-cü il tarixdə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham təsdiq edilərək baxılması üçün məhkəmə göndərilmişdir.
24. Birinci instansiya məhkəməsində aparılmış məhkəmə araşdırması zamanı Məhkum ibtidai istintaq dövründə bildirdiklərindən fərqli olaraq, məhkəmə qarşısında verdiyi ifadəsində narkotik tərkibli maddələrin onların satışı ilə məşğul olmadığını, avtomobil ustası kimi işlədiyini, anası ilə birgə yaşadığını, məhkəməyədək icraat zamanı verdiyi ifadənin ona məxsus olmadığını, “Yaşar” adlı şəxsi tanımadığını, 26 yanvar 2024-cü il tarixdə, axşam saatlarında yaşadığı ünvan 2 ünvanının yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığı, saxlanılarkən tək olduğunu və üzərində mobil telefon olmadığını, İran İslam Respublikasının vətəndaşı olan heç bir şəxslə əlaqəsinin olmadığını qeyd etmişdir.
25. Eləcə də birinci instansiya məhkəməsinin əldə etdiyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 180 nömrəli, 25 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Məhkum təqsirləndirildiyi cinayət əməlini törədərkən yüngül dərəcəli əqli gerilikdən (orta debillik dərəcəsində oliqofreniya) əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin i tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Məhkum “Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya)” müəyyən edilir. Yüngül dərəcəli əqli gerilik adətən erkən uşaqlıqdan nəzərə çarpan, şəxsin intellektual inkişaf prosesi davam etdikcə müəyyən qədər yubanma şəklində özünü göstərən bir patologiyadır.
26. Beləliklə, iş materiallarında əks olunmuş və yuxarıda təsviri verilmiş faktlar əsasında cinayət təqibinin birinci instansiya məhkəməsində baxış mərhələsində hazırkı cinayət işi üzrə aşağıdakı mübahisəsiz ziddiyyətli halların mövcud olduğu müəyyən edilir: - Məhkum verilən ittihamda göstərilmişdir ki, BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, ünvan 3 ünvanın yaxınlığında saxlanılmışdır. Lakin məhkəmə qarşısında verdiyi ifadəsində Məhkum həmin ünvanda heç vaxt olmadığını, yaşadığı ərazidə, ünvan 2 ünvanınyaxın yerdə tutulub BMCMİ-nin inzibati binasına gətirildiyini bildirmişdir; - İttiham hökmünün əsaslarından birini təşkil edən, ibtidai istintaq dövründə verdiyi ifadəsində Məhkum İran İslam Respublikasının vətəndaşı olan “Yaşar” adlı şəxslə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxladığını, özünə məxsus mobil nömrəsi olsa da, mobil telefonu olmadığından, nömrəsini anasının telefonuna yerləşdirib istifadə etdiyini bildirmişdir. Lakin istintaq orqanı müəyyən etmişdir ki, Məhkum cinayətin törədilməsində istifadə etdiyi iddia edilən ********** saylı telefon nömrəsi sonuncu dəfə 16 oktyabr 2023-cü il tarixdə, yəni cinayət hadisəsi baş verəndən 3 aydan artıq müddət əvvəl istifa də edilmişdir; - Eyni ilə, ittiham tərəfinin məhkəməyə təqdim etdikləri sübutlara görə (yuxarıda istinad edilən ifadədə “Yaşar” adlı şəxs konum göndərdikdən sonra həmin konuma taksi sifariş vermiş,... taksiyə minib həmin ünvanda düşmüş” olduğu bildirilir) Məhkum cinayət törədilən məkana telefon vasitəsilə sifariş etdiyi taksidə gəldiyi iddia edilmişdir. Lakin istintaq orqanının topladığı sübutlara görə onun istifadəsində ümumiyyətlə hər hansı telefonun olması halı iş materiallarında müəyyən edilməmişdir; - Tutulduğu zaman üzərindən aşkar edilərək götürülmüş "xxxx" ASC tərəfindən verilmiş bir ədəd plastik kart üzrə bank hesabında hər hansı pul vəsaitinin olubolmaması araşdırılmamış, hesabda vəsaitin olmadığı müəyyən edilərsə, üzərində yalnız 10 qəpik pul olan, telefon götürməyən və 9 kiloq ramdan artıq narkotik daşıyan şəxsin hadisə yerindən necə kənarlaşmasının mümkünlüyü izah olunmamışdır. - Xüsusilə külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə aid cinayət başında yaxalanmış şəxsin yaşayış sahəsində axtarış aparılmır, istintaq orqanının onu narkotiklə təmin etdiyini iddia etdiyi şəxslə hansı vasitə ilə əlaqə saxladığının müəyyən edilməsi, habelə üzərində aşkar edilərək götürülmüş bank kartı, istifadə etdiyi bütün bank hesabları və digər maliyyə mənbələri üzrə əməliyyatlara dair məlumatların əldə olunması istiqamətində hər hansı istintaq hərəkəti aparılmamış və bunun səbəbi açıqlanmamışdır.
27. Məhkum ittiham edilən əməlin törədilməsində təqsirli olduğuna dair yuxarıda qeyd edilən ziddiyyətli halların mövcud olduğu, onun əqli inkişafı nda qüsurlu şəxs olması səbəbindən ibtidai istintaq orqanının yol verdiyi nöqsanların aradan qaldırılması üçün xüsusi səy tələb olunduğu birinci instansiya məhkəməsinin nəzərinə çatdırılsa da, məhkəmə bu istiqamətdə istintaqın aparılmasını təmin etməmiş, bu mümkün olmadıqda isə müəyyən edilmiş ziddiyyətləri nəzərə almaqla müvafiq yekun məhkəmə aktının qəbulunu təmin etməmişdir.
28. Halbuki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual q anunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
29. Həmin Məcəllənin 21.3-cü maddəsində isə təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
30. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
31. Habelə, eyni Məcəllənin 144 -cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
32. Eləcə də həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
33. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edil məsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
34. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
35. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.
36. Hə mçinin, həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
37. Nəhayət, həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq sübuta yetirilmiş hesab edilə bilər.
38. Məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presede nt hüququna istinad etməklə xatırladır ki, narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin təchizatını təmin və ya alış-verişində iştirak edən potensial şəxslər barədə məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində h eç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).
39. Eləcə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq şərhinə istinad edilməsini vacib hesab edərək xatırladır ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələb lərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun Qərarı, 12 may 2009-cu il)
40. Bütün qeyd edilənlərə baxmayaraq, hazırki qərarın 26-cı paraqrafında göstərilən ibtidai istintaqın aparılmasına dair ziddiyyətli məqamlar apellyasiya şikayətində əksini tapsalar da, şikayət üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı mövqeyini bildirməmiş və həmçinin həmin ziddiyyətlərin aradan qaldırılmasını təmin etməmişdir.
41. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırıb obyektiv qiymət versin və baxdığı işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Belə ki, ədalətli mə hkəmə araşdırılması ziddiyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olmamasını qaçılmaz edir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmama lıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 12 aprel 2017-ci il).
42. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında da müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istər hökmü, istərsə də digər yekun qərarı olsun, məhkəmə aktının qanuniliyi və əsaslılığı meyarları ilə ehtiva olunan tələblərə cavab verməli, apellyasiya müraciətlərinə məhkəmənin adekvat cavabını əks etdirməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 92, 24 dekabr 2021-ci il).
43. Beləliklə, hazırki qərarda istinad edilmiş cinayət-prosessual qanunvericiliyinin tələblərinin, onların tətbiqinə dair Azərb aycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinin baxılan kassasiya şikayətində qaldırılan məsələlərə tətbiqi belə nəticəyə gəlməyə imkan verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilinməsi haqda qərarını qəbul edərkən, cinayət işinin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib, Azərbaycan Respublikası CPM-nin 144, 145 və 146-cı maddələrinin tələblərini pozmaqla, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermişdir.
44. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-554/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərarı ləğv edilməli, hazırki qərarın 26-cı paraqrafında göstərilən məsələlər üzrə araşdrıma aparılması məqsədi ilə cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-554/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.