Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2667/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 24 iyul tarixli, 1(103)-371/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 27 noyabr tarixli, 1(101)-1540/2023 nömrəli hökmü ilə (X12 (sədrlik edən), Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət tərkibdə) xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilmiş və üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev4/41də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində n əzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(009)115/2021 nömrəli hökmü ilə Məhkum təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməklə və göstərilən hökm üzrə çəkilməmiş 3 (üç) il 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum ona təyin edilmiş azadlıqdan məhrum et mə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə) 2024-cü il 8 fevral tarixli, 1(103)-371/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 fevral tarixli, 1(103)-371/2024 nömrəli qərarından Məhkum kassasiya şikayəti və kassasiya şika yətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 24 iyul tarixli, 1(103)-371/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 24 iyul tarixli, 1(103)-371/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan ci nayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 24 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət k ollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1- 1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətin dəlillərini araşdırıb, hesab edir ki, Məhkum kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq vəsatətin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Mə cəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: -411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; -411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. İş materiallarında kassasiya şikayəti verilməsi üçün buraxılmış müd dətin üzrlü sayılaraq bərpa olunması üçün yuxarıda qeyd edilən hallardan hər hansı biri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrıayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsas ən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409.1.1-ci maddəsinə əsasən məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müda fiəçisi və ya qanuni nümayəndəsinin kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası müddətin bərpa edilməsi barədə məhkumun vəsatətini təmin etməyən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, kassasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyil. Cinayət işinin materiallarından görünür ki, məhkum məhkəmə qərarının surətini aldığı tarixdən 13 ay 10 gün sonra kassasiya şikayəti vermiş, lakin qanunla müəyyən edilmiş prosessual müddəti buraxmasının səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat, sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrü bəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılm ası problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşk il edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X9rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması və kassasiya şikayətinin vaxtında verilməsinə maneə olan bir hal olmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 24 iyul tarixli, 1(103)-371/2024 nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2667/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2667/2025
04.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver