Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2669/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun, onun müdafiəçisi Mirzəyeva Ramilə Comərd qızının və tərcüməçi Bədəlov Camal Teymuraz oğlunun iştirakları ilə, xx xxxx 1973-cü ildə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 177.3.1-ci və başqa maddəl əri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 9 ilə endirilmiş, məhkumluğu ödənilməmiş, x ünvanda qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 1(103)-1855/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 1(001)-322/2024 nömrəli hökmü ilə (hakim: E.Z.Ağayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177. 2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı 07 fevral 2023-cü il tarixli qərarı CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016cı il tarixli hökmü ilə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən ona hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, Məhkum qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cə zasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən) M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs apellyasiya şikayəti isə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ağırlaşdırılaraq, ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı 07 fevral 2023-cü il tarixli qərarı CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən ona yeni qərarla təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası il ə qismən birləşdirilərək, Məhkum qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 27 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 2 ünvanda yerləşən 39 saylı mənzilin giriş qapısının daxili taxma konstruksiyalı qıfılın silindrik mexanizmini özü ilə gətirdiyi ştat açarı olmadan müxtəlif növ qıfılları açmaq üçün alətlərdən istifadə etməklə qırıb qapını açmaqla, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında paltar dolabından 1 ədədi nin dəyəri 120 manat olmaqla cəmi 2 ədəd 240 manat dəyərində “Hublot” markalı “Big bang cwcm025” modelli qara və göy rəngli kişi qol saatlarını, dəyəri 95 manat olan “Emporium Armani” markalı, “ar2448” modelli 1 ədəd kişi qol saatını, dəyəri 150 manat olan “Casio” markalı, “mtp-1375L7avdf” modelli 1 ədəd kişi qol saatını, dəyəri 3.000 manat olan İtaliya Respublikası istehsalı brilliant qaşlı 1 dəst qızıl sırğa və üzük, dəyəri 800 manat olan Türkiyə Respublikası istehsalı 1 ədəd qadın qızıl qolbağını, dəyəri 1.100 manat olan İtaliya Respublikası istehsalı 1 ədəd qadın qızıl qolbağını, dəyəri 2.200 manat olan İtaliya Respublikası istehsalı 1 dəst qızıl boyunbağı və kulonu, dəyəri 1.000 manat olan Türkiyə Respublikası istehsalı “Pandora” markalı 1 ədəd qızıl üzük və sırğanı, dəyəri 1.000 mana t olan Türkiyə Respublikası istehsalı 1 ədəd tək qırmızı qaşlı böyük qadın qızıl üzüyü, dəyəri 600 manat olan Türkiyə Respublikası istehsalı olan 1 ədəd ağ tək qaşlı qadın qızıl üzüyü, dəyəri 400 manat olan Türkiyə Respublikası istehsalı olan 1 ədəd qadın qızıl üzüyü, dəyəri 600 manat olan Türkiyə Respublikası istehsalı olan 1 dəst qızıl üzük və tək tay qızıl sırğanı, dəyəri 600 manat olan Türkiyə Respublikası istehsalı olan 1 dəst ağ-qara qaşlarla nazik qızıl sepi və qara kulonlu qızıl sırğanı, dəyəri 1.000 manat olan İtaliya Respublikası istehsalı 1 ədəd brilliant qaşlı qızıl kişi üzüyü, dəyəri 250 manat olan 1 dəst tünd göy qaşlı gümüş sırğa, üzük və sep, dəyəri 200 manat olan 1 ədəd gümüş mirvari kulonlu mirvarili qolbağı, dəyəri 70 manat olan 1 dəst qızıl sırğanı, dəyəri 150 manat ola n 1 ədəd “Svarovski” markalı ürək formalı kulonlu gümüş boyunbağını, dəyəri 200 manat olan 1 dəst təbii mirvari boyun və qolbağı, dəyəri 300 manat olan 1 dəst gümüş qolbaq və mavi qırmızı təbii qaşlı üzüyü, eləyəri 150 manat olan 1 ədəd kulonlu gümüş qadın boyunbağını, dəyəri 150 manat olan 1 ədəd gümüş kişi boyunbağını, dəyəri 100 manat olan 1 ədəd gümüş kişi boyunbağını, dəyəri 120 manat olan 1 dəst yaşıl qaşlı gümüş üzük və tək sırğanı, dəyəri 150 manat olan 1 ədəd gümüş qadın ayaq üçün bilərziyi, 1 ədədinin dəyəri 2 manat olmaqla cəmi 3 ədəd 6 manat dəyərində müxtəlif rəngli «S» formalı yaxa sancağını, dəyəri 4 manat olan 1 ədəd sarı rəngli metaldan, üzərində mirvariyə bənzər muncuqlar və ağ şəffaf qaşlar olan yaxa sancağını, dəyəri 10 manat olan 1 ədəd “Gipfel” markalı termosu, dəyə ri 30 manat olan 1 ədəd “Aaopusen” markalı qara rəngli məktəbli çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 14.675 (on dörd min altı yüz yetmiş beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamış, əksinə əsassız olaraq onun törətdiyi cinayətin ictimai təhlükəliliyinə və xarakterinə istinad edilməklə onun cəzası artırılmışdır. Məhkum hesab edir ki, məhkəmələr tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tə ləbləri pozulmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız h üquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki ol araq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində t əsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin ed ilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağ ırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli residivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin əd alət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona təyin olunmuş cəzanın həddindən artıq ağır və ədalətsiz olması haqqında iddiasının əsassız olduğu müəyyən olunur. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi Məhkum cəzasını yüngülləşdirən halların olmaması mövzusunda birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Bununla belə, birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən digər əsasları, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, baxılan işdə cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran halın olmasını, CM-in 41.2-ci maddəsində təsbit edilən cəzanın məqsədləri, o cümlədən cəzanın təqsirkarın i slah olunmasına, digər şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri ilə birlikdə götürməklə nəzərdən keçirmiş, beləliklə də Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının onun islah edilməsi və cəzanın xəbərdaredici funksiyasının təmin edilməsi üçün kifayət etməməsi, sonuncuya daha yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin daha məqsədəuyğun olması haqqında nəticəyə gəlib, cəzanın təyin edilməsi məsələsinin həllində əhəmiyyət kəsb edən halların məcmusunun daha yaxşı, tarazlaşdırılmış şəkildə nəzərə alınmasını təmin edə bilmişdir. Bu qaydada, o cümlədən Cinayət Məcəlləsinin 65.2 və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla Məhkum qəti olaraq təyin olunmuş 5 il müdd ətə azadlıqdan məhrumetmə cəzası həddindən artıq ağır cəza kimi və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin pozuntusu kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndi ndə həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir. Qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və onun müdafiəçisi Mirzəyeva Ramilə Comərd qızının və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X1 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 1(103)-1855/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Cinayət kollegiyasının Məhkum barəsində olan 03 oktyabr 2024-cü il tarixli, 1(103)-1855/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2669/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2669/2025
27.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver