Məhkəmə qərarları › İş №1(102)-2671/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2671/2025

27.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2671/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi6 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təqsirli bil inib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 1(008)54/2025 nömrəli (hakim: İmanova Nigar Arzu qızının sədrliyi) hökmü ilə xx xxxx 1982-cü il tarixdə xxx-də doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla xxx-də yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təqsirli bilinərək, onun CM-in 46.2-ci maddəsinə əsasən 1 il müddətinə aksiz markası ilə markalanmalı malların alqı-satqısı ilə məşğul olma hüququndan məhrum edilm əklə aylıq qazancından dövlət nəfinə 20% pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimov Anar Firdovsi oğlu (sədrliyi və məruzəsi ilə), Qaraqurbanlı Ramin Afad oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət məhkəmə tərkibində) 10 aprel 2025-ci il tarixli 1(103)-657/2025 nömrəl i qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə "xxxx" MMC-dən əldə etdiyi 3171 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri, həmçinin, istintaqa məlum olmayan mənbədən satış məqsədilə ümumilikdə, külli miqdar təşkil edən, 9065,23 manat dəyərində, 1422 ədəd müxtəlif adda alkoqollu içkiləri n ağd qaydada alaraq, 13 dekabr 2022-ci il tarixədək sahibkarlıq fəaliyyəti göstərdiyi xxxdə yerləşən ərzaq topdan satış mağazasında saxlamışdır. Belə ki, o, müxtəlif həcmli 120 ədəd “BAKİNSKAYA MARKA”, 2553 ədəd “DİKİY ORYOL”, 138 ədəd “SUVOROVSKAYA KOLLEKSİYA” və 360 ədəd “TRİ ZLAKA” əmtəə nişanlı olmaqla, cəmi 3171 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə "xxxx" MMC-dən, həmçinin, müxtəlif həcmli 16 ədəd “AĞSU NATURALNAYA”, 361 ədəd “AĞSU ORQANİK”, 120 ədəd “ÇYOTKAYA”, 261 ədəd “ECOLİNE VODKA”, 74 ədəd “FLAQMAN”, 84 ədəd “ORQANİK 555", 91 ədəd “ORQANİK BELAYA BERYOZKA”, 48 ədəd “PLOMBA”, 60 ədəd “STEP LİNE”, 205 ədəd “VODOÇNİY MASTER N1” və 102 ədəd “XLEBNAYA STRANA” əmtəə nişanlı olmaqla, ümumilikdə, külli miqdar təşkil edən, 9065,23 manat dəyərində 1422 ədəd alkoqollu istintaqa məlum olmayan mənbədən dəyərini nağd qaydada ödəməklə əldə etmiş və həmin alkoqollu içkiləri satış məqsədi ilə fəaliyyət göstərdiyi xxx-də yerləşən ərzaq topdan satış mağazasında 13 dekabr 2022-ci il tarixədək saxlamış, qeyd olunan tarixdə həmin alkoqollu içkilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, baş vermiş əməlin qəsdən törədilməsi və nəticədə kimə zərər dəyməsi sübuta yetirilməmişdir, ictimai təhlükəsizliyin nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Nə qədər ki, təqsirləndirilən şəxs saxta aksiz markalarla markalanmış malları satılmamışdır, mağazada saxta aksiz markası etiketi müəyyən olunmamışdır, deməli hadisədən zərərçəkən də olmamışdır. Yaranmış vəziyyətdə cinayətin qəsdən törədilməsi istisna olunur. Mövcud vəziyyətdə apellyasiya məhkəməsi işin icraatına xitam verməli idi. Əməlin CM-in 205-1 maddəsi ilə tövsif edilməsi üçün saxta aksiz markaları ilə markalanmış malların satış məqsədi ilə əldə edilib saxlanılması tələb olunur ki, saxta aksiz markalı malların satış məqsədi ilə əldə edilməsinə dair sübut məhkəməyə təqdim olunmamışdır. Ekspertlərin qarşısında malların üstündə aşkarlanmış aksiz markaları ilə saxta olmayan aksiz markaları arasındakı fərqin nədən ibarət olması sualı qoyulmamışdır. Məhkəmələr isə bu xüsusatı tədqiq edib araşdır mamışdır. Beləliklə Məhkum aksiz markalarını fərqləndirə bilməməsi və bu səbəbdən saxta aksiz markaları almasını cinayət xarakterli əməl kimi tövsif etmək əsassızdır. Başqa sözlə Məhkum qəsdi saxta aksiz markalı malları satış məqsədi ilə almasına, saxlamasına yönəlməmışdır. O cümlədən, baş vermiş cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, himayəsində azyaşlı övladı var və vətən müharibəsinin iştirakçısı olmaqla ikinci qrup əlildir. İş üzrə zərərçəkən isə yoxdur. Maddənin sanksiyasında cərimə və islah işləri cəzası nəzərdə tutulmuşdur. İslah işi cəzası 2 aydan iki ilədək təyin olunur. Məsuliyyəti ağırlaşdıran halların müəyyən olunmadığı və cəzanı yüngülləşdirən halların mövcud olduğu halda islah işi cəzasının maksimum hədd ə təyin olunması məhkumu islah etmək prinsipinə tamamilə ziddir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası qərarında birinci instansiya məhkəməsinin yol verdiyi çox saylı qanunsuzluqları tədqiq edib qiymətləndirməmiş, təqsirləndirilənin əməlində cinayət tərkibi olmamasını və qanunsuz ittiham hökmü çıxarılmasını nəzərə almayaraq, özünün istinad etdiyi Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumunun qərarlarına formal yanaşmış, birinci instansiya məhkəməsinin qanunsuz hökmünü dəyişdirmədən saxlayaraq əsassız və qanunsuz qərar çıxarmışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin icraatına xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi6 çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəlləni n normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində ona elan edilmiş ittiham üz rə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu, barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallar ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu ma ddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh ed ilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırıl ır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən ci nayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiəçinin məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görü nür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 205-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini öyrənərkən müəyyən olunur ki, müdafiəçi, məhkuma verilmiş ittiham ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyi, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edildiyi barədə iddialarını yeni faktiki hallardan çıxış edərək məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkə məsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə (o cüml ədən, məhkum edilmiş şəxsin əməlində cinayət tərkibinin olmaması haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Kassasiya məhkəmə kollegiyası cinayət iş inin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid5, X6, Şahid7, Şahid6, X3, X2, X7, X1, X12, X11, X4 və əlavə şahid qismində dindirilmiş Şahid8 ifadələri, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 12 dekabr 2022-ci il tarixli **********9685 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar, həmin qərara əsasən tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli DVX№ 000046 saylı akt, həmin akta əlavə edilmiş DVX№ 006002 saylı protokol, DVX№ 000046 saylı siyahı, DVX№ 000513 saylı protokol və akt, “Maddi sübutlara baxış keçirilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli protokol, kompleks məhkəmə fiziki-kimyəvi və sənə dlərin məhkəmə-texniki ekspertizasının 29 yanvar 2024-cü il tarixli 3-16-16/2-5/15156/5655/2024 nömrəli rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2024-cü il tarixli 9/8025 nömrəli rəyi, həmçinin iş üzrə həyata keçirilmiş bir çox istintaq hərəkətlərinə dair protokollar və toplanmış bir çox digər sənədlər ilə öz təsdiqini tapdığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti dövlətin maliyyə maraqları, vergi və aksiz nəzarətinin təmin edilməsi, habelə əmtəə dövriyyəsində qanunçuluğun qorunmasıdır. Bu cinayət tərkibi üzrə konkret fiziki zərərçəkənin və ya maddi zərərin baş verməsi zəruri əlamət hesab edilmir. Cinayət formaldır və qanunda sadalanan əməllərdən hər hansı birinin törədilməsi ilə başa çatmış sayılır. Həmin maddənin obyektiv tərəfi saxta aksiz markalarını və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama, satma, eləcə də aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama və ya saxta aksiz markaları ilə markalanmış malları (istehlak məqsədilə pərakəndə satış obyektindən əldə etmə istisna olmaqla) əldə etmə və ya saxlama kimi hərəkətlərdə ifadə olunur. Göründüyü kimi, cinayətin mövcudluğu üçün malların faktiki olaraq satılması və ya saxta aksiz markasının pərakəndə satış zamanı aşkar edilməsi tələb olunmur. Satış məqsədi ilə əldə etmə və ya saxlama faktının müəyyən edilməsi cinayətin başa çatmış hesab olunması üçün kifayətdir. İş üzrə toplanmış və məhkəmələr tərəfindən qiymətləndirilmiş sübutlardan aydın olur ki, məhkumun faktiki sahibliyində olan mallar q anunla müəyyən edilmiş qaydada aksiz markalanmasına məruz qalmalı olduğu halda, onlar saxta aksiz markaları ilə markalanmışdır. Məhkum həmin malları istehlak məqsədilə pərakəndə satış obyektindən əldə etdiyini təsdiq edən hər hansı sübut, o cümlədən “Qeyd” hissəsində göstərilən ciddi hesabat blankı və ya elektron qaimə-faktura təqdim etməmişdir. Bu hal CM-in 205-1-ci maddəsində nəzərdə tutulan istisnanın tətbiqini mümkünsüz edir. Cinayətin subyekti ümumi subyektdir və məhkum cinayət məsuliyyəti yaşına çatmış, anlaqlı fiziki şəxs olmaqla bu tələblərə tam cavab verir. Cinayətin subyektiv tərəfi isə birbaşa qəsdlə xarakterizə olunur. Məhkumun saxta aksiz markaları ilə markalanmış malları əldə etməsi və saxlaması, həmin malların qanunsuz dövriyyəyə buraxılması imkanını dərk etməsi və buna baxm ayaraq bu hərəkətləri etməsi onun qəsdini təsdiq edir. Qanunvericiliyə əsasən, təqsirin müəyyən edilməsi üçün konkret zərərin baş verməsi və ya zərərçəkənin müəyyən olunması tələb edilmir. İctimai təhlükəlilik məhz aksiz nəzarətinin pozulmasında və dövlətin fiskal maraqlarına təhlükə yaradılmasında ifadə olunur. Bu baxımdan, müdafiə tərəfinin “zərərçəkənin olmaması”, “malların satılmaması” və “qəsdin sübuta yetirilməməsi” ilə bağlı dəlilləri CM-in 205-1-ci maddəsinin hüquqi mahiyyətinin yanlış şərhinə əsaslanır. Məhkumun əməllərində həmin maddədə nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri mövcuddur və onun təqsirliliyi məhkəmələr tərəfindən toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə olan halda, apellyasiya məhkəməsinin iş üzrə icraata xitam verməməsi və məhkumun əməlinin CM-in 205-1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır, kassasiya şikayəti isə təmin edilməməlidir. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM- in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 205-1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək işin faktiki halları üzrə obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifa dələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası da Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmədiyi barədə verdiyi ifadələrini, işin faktiki hallarına uyğun hesab edilməməli olması barədə aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsa slı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar