Məhkəmə qərarları › İş №1(102)-2676/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2676/2025

03.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2676/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Fərhadov Əhməd Hüseyn oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəm əsinin 7 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ə.H.Fərhadov tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğ lundan ibarət tərkibdə) Məhkum, 7 noyabr 1984-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə CM-in 126.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 may 2020-ci il tarixli Qanunu tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 3 (üç) ayadək endirilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 2545 saylı Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 may 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 yaşamış, Təqsirləndirilən şəxs1, 6 may 1992-ci il tarixdə Sabirabad rayonunun Qaratəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, və Təqsirləndirilən şəxs2, 1 may 1998-c i il tarixdə Sabirabad rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Nərimankənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, hər birisi, CM-in 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinərək, Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə, CM-in 69.3-cü maddəsinə əsasən isə onun 7 iyul 2023-cü il tarixdən 7 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) il 3 (üç) ay müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanaraq 2 (iki) il 6 (altı) müddət həmin cəzadan çıxılıb qəti olaraq 6 (altı) ay müddətə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə ayrı-ayrılıqda 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Hökmlə məhkum olunmuş şəxslər Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birisinin üzərinə cəza çəkdikləri müddətdə yaşayış yerlərini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Məhkum yaşadığı Cəlilabadan rayonunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə yaşadıqları Sabirabad rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, təyin edilmiş azadlığın məhdudlaşd ırılması növündə cəzanın icrası müddətinin onların cəzanı icra edən orqanlarda qeydiyyata alındıqları vaxtdan hesablanması, hökmün icrasının isə yaşadıqları rayonların İcra və Probasiya şöbələrinə həvalə edilməsi qərara alınmışdır. Bundan başqa, həmin hökmlə Məhkum xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,0716 ha və Təqsirləndirilən şəxs1 xüsusi mülkiyyətində olan Sabirabad rayonunun Qaratəpə kəndində yerləşən 1,87 ha torpaq sahələri həbsdən azad edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmündə qeyd olunmuşdur ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birisinə ayrı-ayrılıqda CM-in 19.2.2 və 244-1.4-cü maddələri ilə aşağıdakı eyni məzmunda ittihamlar irəli sürülmüşdür ona görə ki: “Məhkum, Təqsirlənd irilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet İnformasiya ehtiyatlarından və informasiya- telekommunikasiya şəbəkələrindən İstifadə edib xüsusilə külli miqdarda gəlir əldə edərək qumar oyunlarını təşkil edib keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, Azərbaycan Respublikası ərazisində qumar oyunlarının keçirilməsinin qadağan olunmasına baxmayaraq Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, qumar oyunları təşkil edərək, hər hansı ünvana gəlmədən xarici ölkə mobil operatorlarında qeydiyyatdan keçmiş mobil telefon nömrələri ilə “WhatsApp” mobil telefon proqramında yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “login” və “parol”dan istifadə edib daxil olmaqla və uduş olduğu halda yüksək qazanc əldə etmək şərti ilə qumar oyunları olan mərclərdə iştirak etmək imkanlarına malik olduqlarını bildirib 2021-2022-ci illər ərzində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq, yəni faktiki olaraq qumar oyunlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə oyunlarda iştirak edən şəxslər tərəfindən ödəniş terminalları və digər vasitələrlə 2021-ci il ərzində təqdim olunan bank hesab kartlarına, o cümlədən, qabaqcadan qrup üzvü Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də olan 416974******4988 nömrəli bank kartı hesabına 2021-ci ildə 1.858 manat, Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də olan 416973******2835 nömrəli bank kartı hesabına 2021-ci ildə 58.819,30 manat, 416973******6509 nömrəli bank kartı hesabına 2021-ci ildə 55.573,50 manat olmaqla, cəmi 114.392,80 manat, habelə Məhkum adına "xxxx" ASC-də olan 416973******6085 nömrəli bank kartı hesabına 2021-ci ildə 87.795,59 manat, 416973******5087 nömrəli bank kartı hesabına 2021-ci ildə 59.205,19 manat, 416973******9440 nömrəli bank kartı hesabına 2021-ci ildə 33.132 manat olmaqla, cəmi 180.132,78 manat, ümumilikdə isə 296.383,58 manat (iki yüz doxsan altı min üç yüz səksən üç manat əlli səkkiz qəpik) məbləğində pul vəsaitinin vahid niyyətlə köçürülməsinə nail olub Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda qanunsuz fəaliyyətləri nəticəsində külli miqdarda həmin pul vəsaitini vahid niyyətlə gəlir qismində "xxxx" ASC-yə məxsus müxtəlif ünvanlarda yerləşən bankomatlardan nağdlaşdırmaqla əldə edib aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz sahibkarlıqla məşğul olmuşlar. Bundan başqa, Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər), yəni qumar oyunlarını təşkil edib keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəx s qismində birləşib, qumar oyunları təşkil edərək, hər hansı ünvana gəlmədən xarici ölkə mobil operatorlarında qeydiyyatdan keçmiş mobil telefon nömrələri ilə “WhatsApp” mobil telefon proqramında yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “loqin” və “parol”dan istifadə edib daxil olmaqla və uduş olduğu halda yüksək qazanc əldə etmək şərti İlə qumar oyunları olan mərclərdə iştirak etmək imkanlarına malik olduqlarını bildirib Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda xidmət göstərilməsindən ibarət qumar oyunlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə oyunlarda iştirak edən şəxslər tərəfindən ödəniş terminalları və digər vasitələr ilə 2022-ci il ərzində tə qdim olunan bank hesab kartlarına, o cümlədən, qabaqcadan Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də olan "xxxx" ASC-də olan 416974******4988 nömrəli bank kartı hesabına 2022-ci ildə 6.959 manat, 416973******1717 nömrəli bank kartı hesabına 2022-ci ildə 85.873,44 manat, 416973******7347 nömrəli bank kartı hesabına 2022-ci ildə 44.319,50 manat, "xxxx" ASCdə olan bank hesabına 2022-ci ildə 14.644,20 manat, "xxxx" ASC-də ************ 1752 nömrəli bank kartı hesabına 27.948,16 manat olmaqla, cəmi 179.744,30 manat, Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də olan 416973******5366 nömrəli bank kartı hesabına 2022-ci ildə 49.841,32 manat, 416973******2509 nömrəli bank kartı hesabına 2022-ci ildə 4.792,72 manat, 416973******2835 nömrəli bank kartı hesabına 2022-ci ildə 647 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 27.918,24 manat olmaqla, cəmi 83.199,28 manat, habelə Məhkum adına "xxxx" ASC-də olan 416973******6085 nömrəli bank kartı hesabına 2022-ci ildə 10 manat, 5239******9440 nömrəli bank kartı hesabına 2022-ci ildə 327.520,44 manat, "xxxx" ASC-də olan bank hesabına 2022-ci ildə 8.149,81 manat olmaqla, cəmi 335.680,25 manat, ümumilikdə 598.623,83 manat (beş yüz doxsan səkkiz min altı yüz iyirmi üç manat səksən üç qəpik) məbləğində pul vəsaitinin vahid niyyətlə köçürülməsinə nail olub xüsusilə külli miqdarda həmin pul vəsaitini vahid niyyətlə gəlir qismində "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-yə məxsus müxtəlif ünvanlarda yerləşən bankomatlardan nağdlaşdırmaqla əldə etməklə və aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində internet informasiya ehtiya tlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edib xüsusilə külli miqdarda gəlir əldə edərək qumar oyunlarını təşkil edib keçirmişlər.” Birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında araşdırdığı sübutlara əsaslanaraq məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamlardan CM-in 192.2.2-ci maddəsinin xaric edilməsi, onların törətdikləri əməllərinin CM-in 2441.2.2 və 244-1.2.4-cü maddələri ilə tövsif edilərək həmin maddələrlə təqsirli bilinib cəzalanıdırılmalarına, habelə ibtidai araşdırma zamanı üzərlərinə həbs qoyulmuş torpaq sahələrinin üzərindən həmin həbsin götürülməsinə dair yuxarıda göstərilən hökmü çıxarmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli hökmündən məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum müdafiəçisi Ə.H.Fərhadov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və sonuncunun apellyasiya şikayətinə etdiyi əlavəyə, habelə dövlət ittihamçısı Həsənəliyev Babaxan Ramazan oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Zamin Vəliyəddin oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) 16 sentyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və müdafiəçi Ə.H.Fərhadovun apellyasiya şikayətinə etdiyi əlavə təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, hökm həmin protestə münasibətdə Məhkum cəzanın t əyin edilməsi hissəsində dəyişdirilmiş, hökmdən “Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2-ci və 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əmələrlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 7 iyul 2023-cü il tarixdən 7 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) il 3 (üç) ayın hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması; Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzasını çəkdiyi müddətdə üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəlilabad rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, həmçinin hökmün icrasının Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi” haqda müddəalar dəyişdirilərək Məhkum CMin 244-1.2.2-ci və 244-1.2.4-cü maddələri 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən onun 7 iyul 2023-cü il tarixdən 7 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) il 3 (üç) ay müddətin hər günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmaqla həmin müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq adı çəkilən məhkumun üzərind ə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ə.H.Fərhadov kassasiya şikayəti, dövlət ittihamçısı M.İ.Vəliyev isə - kassasiya protesti verərək öz kassasiya müraciətlərində aşağıdakıları xahiş etmişlər: - müdafiəçi Ə.H.Fərhadov – qərarın Məhkum aid hissəsinin ləğv edilərək onun barəsində cinayət işinin icraatına xitam verilməsini; - dövlət ittihamçısı M.İ.Vəliyev – qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikayətində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, başqa cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 8 aprel 2025-ci il tarixli 1(102)-301/2025 saylı qərarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum və digər məhkum olunmuş şəxslərə qarşı irəli sürülmüş ittihamlara, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəm aktlarına, həmin aktlarla müəyyən olunmuş işin faktiki hallarına və məhkəmələrin gəldikləri nəticələrə istinad edərək bu faktiki halları mübahisələndirə n müdafiəçi Ə.H.Fərhadov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı hazırki iş üzrə Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamlarda özü də təsdiq etmişdir ki, sonuncular 2021-2022-ci illər ərzində qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edərək qumar oyunlarını təşkil edib keçirmişlər. Buna baxmayaraq onlara əsassız olaraq 2021-ci ildə törədilmiş eyni xarakterli əməllərə görə qanunsuz sahibkarlıqla bağlı ittiham elan olunmuşdur. Halbuki, işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən təsdiq olunmuşdur ki, məhkum olunmuş şəxslər “WhatsApp” telefon proqramı və mobil nömrə üzərindən yazışma bölməsi vasitəs ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “loqin” və “parol”dan istifadə edib daxil olmaqla qumar oyunlarda iştirak etmək üçün müştəriləri bu oyunlara təşviq etmiş, müvafiq xidmətlər göstərmişlər. Qumar oyunlarının təşkili və həyata keçirilməsi isə öz məzmununa görə qanunsuz hesab edilən fəaliyyətdir, belə fəaliyyət ümumiyyətlə qeydiyyata alına bilməz və məhz buna görə də həmin fəaliyyətin həyata keçirilməsi CM-in 192-ci maddəsi ilə məsuliyyət yaratmır. Həmçinin hazırki iş üzrə ittiham tərəfi məhkumların vurduqları ziyanın və ya onların əldə etdikləri gəlirin konkret məbləğlərini müəyyən edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmiş, işə əlavə olunmuş sənədlərlə isə yalnız məhkumların bank kartalarına müxtəlif məbləğlə rdə pulluarın köçürülməsi təsdiq olunur ki, digər sübutların fonunda onların məhz bu məbləğlərdə gəlir əldə etmələri müəyyən edilmir. Cinayət işi üzrə dindirilmiş şahidlər qumar oyunlarında bəzən uduzduqlarını, bəzən isə udduqlarını, uduşlarını hər zaman əldə etdiklərini, uduşların verilməməsi kimi halların olmamasını, yəni onlara heç bir zərər vurulmamasını və Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişlər. Lakin, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclasında iş üzrə dindirilmiş şahidlərin hansı məbləğlərdə pul udub-uduzmaları, məhkum olunmuş şəxslərin bank kartlarına göndərilmiş pulların təyinatı, həmin pulların hansı hissəsinin onlar tərəfindən əldə edilməsi sübuta yetirilməmiş və belə olan halda onl ar elan olunmuş ittihamlar üzrə təqsirli bilinə bilməzdilər. İşə baxan məhkəmələr isə həm bu hallara, həm də araşdırılmış sübutlara kifayət qədər düzgün qiymət verməmiş, iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında müvafiq nəticəyə gələrkən isə cinayət qanununun tələblərini və artıq belə işlərə dair formalaşmış məhkəmə təcrübəsini nəzərə almayaraq bu təcrübənin vahidliyini pozmuş, bunun da nəticəsində hüquqlarını müdafiə etdiyi Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Şərh olunan dəlillərə əsaslanan müdafiəçi Ə.H.Fərhadov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Dövlət ittihamçısı M.İ.Vəliyev də kassasiya protestində CM-in və CPM-in bir sıra maddələrinə, “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Avropa Şurasının Konvensiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamlara, iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara, əsasən də məhkum olunmuş şəxslərin və şahidlərin ifadələrinə və işə əlavə olunmuş sənədlərə, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına və bu aktlara əsasən məhkəmələrin gəldikləri nəticələrə istinad edərək həmin protestini belə əsaslandırmışdır ki, məhkə mələr Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan CM-in 192.2.2-ci maddəsini xaric edərək onların heç bir qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmamamaları, törətdikləri əməlləri CM-in 2441.4-cü maddəsindən CM-in 244-1.2.2 və 244-1.2.4-cü maddələrinə tövsif edib onların qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunlarını təşkil edib keçirmələri, əldə etdikləri gəlirin konkret məbləğini isə sübuta yetirmək mümkün olmadığı barədə nəticəyə gəlsələr də, bu nəticə işin faktiki hallarına və araşdırılmış sübutlara uyğun olmamış, onlara elan olunmuş ittihamların arxasında duran mötəbər sübutlara isə məhkəmələr tərəfindən düzgün hüquqi qiymət veri lməmişdir. Halbuki, məhkum olunmuş şəxslər faktiki olaraq ölkə ərazisində azad sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasından sui-istifadə edərək 2021-2022-ci illər ərzində qeyd olunan qanunsuz fəaliyyət göstərmiş və bu fəaliyyətin nəticəsində 2021-ci il ərzində 296.383,58 manat, 2022-ci ildə isə 598.623,83 manat məbləğində pul vəsaitini gəlir qismində əldə edib həmin yüksək məbləğin dövriyyədən çıxarılması və qeydiyyatını aparıb bəyan etməməklə ölkənin iqtisadi sisteminin sabitliyinin və etibarlılığının, maliyyə əməliyyatlarının həyata keçirilməsi, dövriyyədə olan pul və maddi sərvətlər üzərində dövlət nəzarətinin həyata keçirilməsi fəaliyyətinə ciddi zərər vurmaqla cinayətkar niyyətlərinə nail olmaq üçün faktiki olaraq qumar oyunlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmişlər. Lakin məhkəmələr cinayət işinin materiallarında olan və biri digəri ilə ayrılmaz vəhdət təşkil edən sübutları müqayisəli şəkildə təhlil etməmiş və nəticədə cinayət işinin materialları ilə uzlaşmayan yekun məhkəmə aktları qəbul etmişlər. İş üzrə toplanmış və araşdırılmış sübutlarla isə müəyyən edilir ki, Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2021-2022-ci illər ərzində mərc oyunları adı altında əsas cinayətkar niyyətlərinə nail olmaq üçün pərdələnərək qumar oyunları təşkil edib, bir çox şəxslərə məntəqəyə gəlmədən “whatsapp” telefon proqramı və mobil nömrə üzərindən yazışma bölməsi vasitəsi ilə əlaqə saxlamaqla xarici informasiya resurslarında yaradılmış internet saytlarına veriləcək müvafiq “loqin” və “parol”dan istifadə edib daxil olma qla və uduş olduğu halda yüksək qazanc əldə etmək şərti ilə qumar oyunları olan mərclərdə iştirak etmək imkanlarına malik olduqlarını bildirib xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq, yəni faktiki olaraq qumar oyunlarının həyata keçirilməsi fəaliyyəti ilə məşğul olaraq istintaqla müəyyən edilən bank hesablarına köçürülmüş yuxarıda göstərilən məbləğlərdə pul vəsaitini gəlir qismində əldə etmişlər. Dövlət ittihamçısı M.İ.Vəliyevin mövqeyinə görə məhkəmələrin iş üzrə toplanmış sübutların qanuna müvafiq qaydada düzgün qiymətləndirməmələri nəticədə məhkum olunmuş şəxslərin əməllərinin hüquqi tövsifində səhvə yol verilməsinə səbəb olmuşdur. Kassasiya protestinin müəllifi daha sonra hazırki işə aid olmayan hala (hansısa mənzilin üzərindən həbsin götürülməsinə) istinad edib məlum olmay an başqa cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarını mübahisələndirərək (hazırki iş üzrə bu tarixdə apellyasiya instansiyası məhkəməsi heç bir qərar qəbul edilməmişdir) eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 14.320 manat dəyərində 0,0716 ha və Təqsirləndirilən şəxs1 xüsusi mülkiyyətində olan Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 18.700 manat dəyərində 1,87 ha torpaq sahələrinin üzərindən həbsin götürülməsi barədə də qərar qəbul etməkdə haqlı olmamış, bu haqda nəticəyə gələrkən xüsusi müsadirəyə dair cinayət qanunvericiliyinin və beynəlxalq müqavilələrin tələblərinin pozulmasına yol vermiş, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin pr esedent hüququnu nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq bu nəticə ilə də razılaşmışdır. Qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı M.İ.Vəliyev onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protestinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi Ə.H.Fərhadovun rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə məhkum olunmuş şəxslər Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi Ə.H.Fərhadovun kassasiya şikayətinin və dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinin məzmunlarından göründüyü kimi, hər iki kassasiya müracətlərini n müəllifləri işin faktiki hallarını mübahisələndirərək məhkəmələr tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini, müdafiəçi həmçinin məhkəmələr tərəfindən məhkəmə təcrübəsinin vahdliyinin pozulmasını, bütün bunların nəticəsində isə hüquqlarını müdafiə etdiyi Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda qanunsuz və əsassız olaraq məhkum edilməsini, dövlət ittihamçısı isə - məhkəmələr tərəfindən məhkum olunmuş şəxslər Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifində səhvə yol verildiyini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.22-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, yaxud da törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə (CPM-in 416.2-ci maddəsinin tələbinə görə, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlə r üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılması) kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Ə.H.Fərhadovun kassasiya şikayətini və dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslağını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassa siya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi mə sələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalan an qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu b axışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılark ən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya müraciətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və m əhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın, ümumilikdə isə - cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, digər tərəfdən -hər hansı c inayətin törədilməsində təqsirli bilinmiş şəxslərin də qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cina yət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlm işdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zər uri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələ rinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cina yət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əməlinə maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir m addəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamddan bu və ya digər epizod və ya CM-in hansısa maddəsi xaric edilmkla onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməldir. Belə nəticəyə gələrkən isə məhkəmə CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl etməlidir. Belə ki CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatını n həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-pr osessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edil ə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzər də tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiy mət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə ba xışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qər əzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya tə qsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənl əşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkə mə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbi nə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna m üvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş bütün sübutları araşdırmaqla və kassasiya müraciətlərinin əksinə olaraq onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə həmin sübutlara əsasən adları çəkilən məhkumlar tərəfindən ibtidai araşdırma orqanının nəticəsindən fərqli olan nəticəyə uyğun olaraq cinayət əməllərinin törədilməsi barədə mötəbər qənaətə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyasının müəyyən etdiyi şəkildə cinayət əməllərini törətməkdə təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin həm işin faktiki hallarının müəyyən edilməsinə və onların bu əməllərinə münasibətdə maddi hüquq normasının tətbiqinə dair gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya müraciətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 7 oktyabr 2024-cü il tarixli hökmlə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirliliklərinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdikləri qismən etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə şahid qismində dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə, mütəxəssis rəyi ilə və işə əlavə olunmuş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, bu aktlarda məhkəmələr həmin sübutları təkcə təsvir etməklə kifa yətlənməyib onlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymət vermiş və eyni zamanda maddi və prosessual hüquq normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Ali Məhkəmənin Plenum Qərarlarında əksini tapmış izah və tövsiyələrinə istinad edib onlardan çıxış edərək işin faktiki hallarını düzgün müəyyən etmiş, eyni zamanda Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərini məhz CM-in 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə tövsif etməklə bu əməllərə münasibətdə maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişlər. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların hazırkı qəra rda təkrarən təsvirinə ehtiyac görməyərək və aşağı instansiya məhkəmələrinin həm işin faktiki hallarını müəyyən edilməsi və məhkum olunmuş şəxslərin əməllərinin hüquqi tövsifi ilə bağlı gəldikləri nəticələrlə razılaşaraq, digər tərəfdən isə əldə olunmuş sübutlardan və qanunun tələblərindən çıxış edərək kassasiya şikayətinin və kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün aşağıdakılar qeyd etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz sahibkarlıq cinayətinin əsas tərkibini nəzərdə tutan CM-in 192.1-ci maddəsinin dispozisiyasında qanunsuz sahibkarlıq fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurmaqla, habelə xeyli miqdarda gəlir əldə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş q aydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti kimi təsbit edilmişdir. Eyni əməllər şəxs tərəfindən külli miqdarda gəlir əldə etməklə törədildikdə həmin şəxs CM-in 192.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. CM-in 190-cı maddəsinin “Qeyd” hissəsinin tələbinə görə, bu Məcəllənin 192.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, CM-in 192.2.2-ci maddəsində “külli miqdar” dedikdə isə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatda n artıq olmayan məbləğ başa düşülür. CM-in 192.1-ci maddəsinin dispozisiyasında qanunsuz sahibkarlıq cinayət əməlinə verilmiş təsbitdən aydın olur ki, həmin cinayət obyektiv cəhətdən maddi tərkibli cinayət olmaqla, obyektiv cəhətə dörd alternativ əməldə ifadə olunan qanunsuz sahibkarlıq fəaliyyəti (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, xüsusi razılıq tələb olunduğu halda belə razılıq almadan, lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə), vətəndaşa dövlətə xeyli miqdarda ziyan vurma və ya xeyli miqdarda gəlir əldə etmə daxildir. Təhlil edilən cinayətin subyektiv cəhəti birbaşa və ya dolayı qəsdlə ifadə olunur. Təqsirkar qanunsuz sahibkar lıqla məşğul olduğunu dərk edir, bununla vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli ziyan vuracağını, habelə xeyli miqdarda gəlir əldə edəcəyini görüb bunu arzu edir və ya buna şüurlu surətdə yol verir. Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birisinə qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamlara diqqət yetirildikdə adı çəkilən şəxslərin hər biri 2021-ci il ərzində CM-in 192.1-ci maddəsinin dispozisiyasında sadalanmış cinayətin obyektiv cəhətini təşkil edən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan (qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə) külli miqdarda 296.383,58 manat (iki yüz doxsan altı min üç yüz səksən üç manat əlli səkkiz qəpik) məbləğində pul vəsaiti şəkli ndə gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmada, yəni CM-in 192.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətdiklərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Məhkəmə kollegiyasının fikrincə, burada nəzərə alınmalı vacib hal ondan ibarətdir ki, CM-in 192.1-ci maddəsi blanket norma olmaqla cinayətin əlamətlərinin, məzmununun aydınlaşdırılması və təhlil edilməsi üçün başqa qanunlara, yaxud da başqa hüquq sahəsinin normativ aktlarına istinad (göndəriş) edilməsi tələb olunur. Başqa sözlə, qanunsuz sahibkarlıq özündə elə fəaliyyəti təsbit edir ki, həmin fəaliyyət qanunvericiliyə riayət edilməklə həyata keçirildiyi halda, normal, yəni qanuni sahibkarlıq hesab edilməlidir. Lakin şəxs müvafiq normativ aktların tələblərinə məhəl qoymayaraq belə fəaliyyətlə m əşğul olduğundan onun əməli kriminal əməl kimi dəyərləndirilir və buna görə həmin cinayəti törətmiş şəxsin haqqında çıxarılan ittiham hökmündə mütləq qaydada digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə onun qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” və “Lotoreyalar haqqında” Azərbaycan Respublikasının Qanunlarında qumar oyunları ilə məşğul olma fəaliyyətinə icazələrin verilməsi nəzərdə tutulmamışdır. Qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı münasibətləri tənzimləyən və ölkə ərazisində belə fəaliyyətlə məşğul olmağa razılıq verilməsi ilə bağlı sahəvi normativ aktlar da mövcud olmadığı şəraitdə, qeyd olunan fəaliyyətin qanunsuz sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməsi üçün əsaslar da yaranmır. Digər tərəfdən, qeyd olumalıdır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2021-ci il tarixli 453-VİQD nömrəli Qanunu ilə CM-nə qumar oyunlarının təşkilini və ya keçirilməsini həyata keçirən şəxslər üçün məsuliyyət nəzərdə tutan xüsusi norma - CM-in 244-1-ci maddəsi əlavə edilmiş, bu əlavə ilə isə - CM-in 192-1-ci maddəsi ləğv olunmuşdur. Qanunverici qeyd olunan normanı (CM 244-1) CM-in 192.1 və 192-1-ci (ləğv olunmuş) maddələrindən fərqli olaraq “İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə” görə mə suliyyət müəyyən edən fəsilə deyil “İctimai mənəviyyat əleyhinə olan cinayətlər” fəslinə daxil etmiş və müvafiq olaraq həmin cinayəti həm obyekt (cəmiyyətin əxlaqi mənəvi dəyərləri), həm də obyektiv cəhəti xarakterizə edən tərkib əlamətlərinə görə fərqləndirmişdir. Faktiki olaraq qanunverici qeyd olunan aktiv hərəkətlərlə xarakterizə olunan əməli iqtisadi fəaliyyət sahəsində olan cinayət, o cümlədən qanunsuz sahibkarlıq kimi deyil ictimai mənəviyyat əleyhinə qarşı olan cinayət kimi təsbit etmişdir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı (Məhkum cəza təyin edilməsinə dair hissə istisna olunmaqla) birinci instansiya məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli hökmündən göründüyü kimi, həmin məhkəmə də Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri nin və digər şəxslərlə qabaqcadan əlbir olmuş bir qrup şəklində 2021-ci il ərzində qanunsuz olaraq qumar oyunlarını təşkil edib keçirilməsində qanunsuz sahibkarlıq cinayət əməlini törətmələrini görməmiş, belə nəticəyə gələrkən isə məhkəmə kollegiyasının yuxarıda təsvir edilən mövqeyinə uyğun olan hüquqi mövqedən çıxış etmişdir. Həmin məhkəmə öz mövqeyini əsaslandırarkən isə düzgün olaraq qeyd etmişdir ki, “CM-in 192.1-ci maddəsimnin dispozisiya şərtlərindən göründüyü kimi, qanunsuz sahibkarlıq şəxs tərəfindən icra edilən elə bir fəaliyyətdir ki, həmin fəaliyyət qanunvericiliyə riayət edilməklə həyata keçirildikdə qanuni sahibkarlıq sayılır. Yəni, qanunsuz sahibkarlıq o fəailiyyətdir ki, qanunun tələblərinə riayət etməklə həmin fəaliyyətlə məşğul olmaq yolveriləndir. Hazırki iş üzrə təqsirl əndirilən şəxslər xarici ölkələrdə təşkil edilən qumar oyunlarında ayrı-ayrı şəxslərin iştirak etmələrinin təşviq olunması, onların həmin oyunlarda iştirak etmələrinin təşkili ilə bağlı xidmətlər göstərmələri (fəaliyyət göstərmələri) ilə əlaqədar olaraq ittiham olunurlar. Qüvvədə olan qanunvericilik qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı münasibətləri tənzimləmədiyi, ölkə ərazisində belə fəaliyyətlə məşğul olmağa razılıq verilmədiyi üçün həmin fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyəti sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” və “Lotoreyalar ha qqında” Azərbaycan Respublikasının Qanunlarında qumar oyunları ilə məşğul olma fəaliyyətinə icazələrin verilməsi nəzərdə tutulmamışdır. Ona görə qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı fəaliyyət qanunsuz sahibkarlıq fəadliyyəti hesab oluna və Cinayət Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb ola bilməz. Məhkəmə bir daha vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma” ittihamı verilmişdir. Halbuki, qumar oyunlarının təşkili və həyata keçirilməsi öz məzmununu görə qanunsuz hesab edilən fəaliyyətdir və belə bir fəaliyyət ümumiyyətlə qeydiyyata alına bilməz. Ona görə də həmin fəaliyyətin həyata keçirilməsi Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 244-1-ci maddəsi ilə məsuliyyət yaradır. Bundan başqa, təqsirləndirilən şəxslərin əməlləri həm də ona görə qeyd olunan maddə ilə tövsif oluna bilməz ki, Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiya şərtlərində fəaliyyətin qanunsuz sahibkarlıq kimi qiymətləndirilməsi və cinayət-hüquqi nəticələrə səbəb olması üçün fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurmaqla, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilməsi təsdiq olunmalıdır. Hazırki iş üzrə ittiham tərəfi vurulan ziyanın konkret olaraq məbləğini sübuta yetirə bilməmişdir. Nə ayrı-ayrı şəxslərə vurulmuş zərərin məbləğini, nə də təqsirləndirilən şəxslərin qumar oyunlarının təşkili ilə bağlı götürdükləri gəlirin konkret məbləğini müəyyən edən mötəbər sübutlar müəyyən edilməmişdir. Cinayət işi üzrə dindirilmiş şahidlər qumar oyunlarında bəzən uduzduqlarını, bəzən isə udduqlarını, uduşlarını hər zaman əldə etdiklərini, uduşların verilməməsi kimi halın yaşanmadığını, təqsirləndirilən şəxlərə qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişlər. Lakin, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı cinayət işi üzrə şahidlərin nə qədər pul uduzduqlarını və udduqlarını, təqsirləndirilən şəxslərin konkret nə qədər gəlir əldə etdiklərini müəyyən edən heç bir mötəbər sübut əldə olunmamışdır. Bundan əlavə həmin bank kartlarına mədaxil edilmiş pulların təyinatı müəyyən edilməmişdir. Rəydə qeyd edilən d igər şəxslər dindirilməmiş və həmin şəxslərin kimliyi, hansı fəaliyyətlə məşğul olması və özlərinə məxsus kartlara hansı təyinatla pul vəsaitlərinin məxaric və mədaxil edilməsi məlum deyildir.” Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsə, yaxud da dövlətə vurulmuş ziyanın (bununla bağlı iş üzrə hər hansı fiziki və ya hüquqi şəxs, habelə dövləti təmsil edən müvafiq qurum zərər çəkmiş şəxs qismində tanınmamışdır), habelə onlar tərəfindən əldə olunmuş gəlirin müəyyən edilməməsi ilə bağlı da birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və vurğulamağı lazım bilir ki, işə əlavə olunmuş sənədlər lə (həmin sənədlərə yekun məhkəmə aktları ilə yanaşı kassasiya protestində də istinad olunmuşdur) ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilməmiş sayda və qumar oyunları oynamış şəxslər tərəfindən, habelə hər hansı başqa məqsədlər üçün və başqa şəxslər tərəfindən (belə halı da təsdiq və ya təkzib edən sübutları ittiham tərəfi məhkəmələrə təqdim etməmişdir) adları çəkilən məhkumların bank kartlarına 2021-ci il ərzində - 296.383,58 manat (iki yüz doxsan altı min üç yüz səksən üç manat əlli səkkiz qəpik) manat məbləğində, 2022-ci ildə isə - 598.623,83 manat (beş yüz doxsan səkkiz min altı yüz iyirmi üç manat səksən üç qəpik) manat məbləğində pulların köçürülməsi müəyyən edilsə də, həmin pulların yalnız onlar tərəfindən gəlir kimi əldə olunması toplanmış və araşdıırılmış sübutlarla təsdi q olunmamışdır. Hərçənd, ibtidai araşdırma orqanı özü də Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamlarda onların keçirdikləri qumar oyunlarının hansısa xarici dövlətdə yaradılmasını, onların təqsirləndirildikləri əməllərin törədilməsində başqa şəxslərin də iştirak etmələrini qeyd etmiş, məhkum olunmuş şəxslər isə ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri ifadələrində isə onların fəaliyyətləri nəticəsində əldə olunmuş pul vəsaitlərinin yalnız az bir hissəsinin onlara verilməsini, qalan pul vəsaitlərinin qumar oyunlarını yaradan və bu oyunları keçirilməsini əsas təşkil edən şəxslərə verilməsini göstərmiş, onların bu ifadələrini müvafiq sübutlara əsaslanaraq nə ibtidai araşdırma orqanı, nə də ki, kassasiya protestinin müəllifi təkzib edə bilməmişlər. Halbuki, 1 yanvar 2022-ci il tarixdən qüvvədə olan CM-in 244-1.4-ci maddəsinə əsasən şəxsin bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun qumar oyunlarının təşkili və ya keçirilməsi nəticəsində xüsusilə külli miqdarda (həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə görə - beş yüz min manatdan yuxarı olan) məbləğdə gəlir əldə etməsi tələb olunur. Hazırki iş üzrə toplanmış sübutlarla isə Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında digər şəxslərlə birlikdə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunlarını təşkil edərək keçirmələri müdafiəçi H.Ə.Fərhadovun kassasiya şikayətinin dəlillərinin əksinə olaraq mübahisəsiz şəkildə təsdiq olunsa d a, onların bu fəaliyyətləri nəticəsində istər xüsusilə külli miqdarda, istərsə də xeyli və yaxud külli miqdarlarda gəlir əldə etmələri sübuta yetirilməmişdir. Bütün təsvir edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-in 138-146-cı maddələrinin tələblərinə müvafiq qaydada tədqiq edərək Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamlardan CM-in 192.2.2-ci maddləsinin xaric etməklə və onların hər birisinin törətdikləri əməllərini CM-in 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə tövsif etməklə hər hansı qanun pozuntusuna, yəni CPM-in 416.1.2 və 416.1.15-ci maddələrind ə nəzərdə tutulmuş hallara yol verməmiş, adları çəkilən şəxslər isə tam qanuni və əsaslı olaraq bu maddələrlə təqsirli bilinərək məhkum olunmuşlar. Buna görə, məhkəmə kollegiyası təhlil edilən məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələri tam qanuni və əsaslı, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini isə qəbul edilməz sayaraq həmin müraciətlərin təmin edilməsini və bu dəlillərə əsasən apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin icraatına xitam verilməsini, yaxud da işin yeni apellyasiya baxışına təyin edilməsini mümkün bilmir. O, ki qaldı apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən məhkəmənin CPM-in 416.1.22-ci maddəsində nəzərdə tutulmuş pozuntuya, yəni hüququn tə tbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verməsinə dair müdafiəçi Ə.H.Fərhadovun kassasiya şikayətinin dəlilinə, məhkəmə kollegiyası bu dəlillə də razılaşmır və qeyd etməyi zəruri bilir ki, istər məhkəmə kollegiyasının hazırkı qərarda, istərsə də birinci instansiya məhkəməsinin çıxardığı hökmündə və apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarda gəldikləri qənaət, hüquqi qiymətləndirmə və əsaslandırma müdafiəçinin öz müraciətində istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il tarixli qərarında da əksini tapmışdır və bütövlükdə götürüldükdə bütün bu yekun məhkəmə aktlarının qəbul edilməsi bu xarakterli işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına yönəlmişdir. Bu baxımdan məhkəmə kol legiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.22-ci maddəsində nəzərdə tutulmuş pozuntuya da yol verilməsini müəyyən etmir və eyni zamanda qeyd etməyi lazım bilir ki, qumar oyunlarının təşkili və keçirilməsi, yəni CM-in 244-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu hər hansı Qərar qəbul etməmiş və bu məsələ üzrə formalaşmış istintaq və məhkəmə təcrübəsi olmadığından, hal hazırda belə təcrübə müxtəlif instansiya məhkəmələri tərəfindən bu qəbildən olan konkret işlərə baxılması nəticəsində qəbul edilən yekun məhkəmə aktları ilə müəyyən edilir. Halbuki, CPM-in 416.2-ci maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Daha sonra məhkəmə kollegiyası Məhkum xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,0716 ha və Təqsirləndirilən şəxs1 xüsusi mülkiyyətində olan Sabirabad rayonunun Qaratəpə kəndində yerləşən 1,87 ha torpaq sahələrinin Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarı ilə üzərinə qoyulmuş həbsin əsassız olaraq ləğv edilməsinə dair kassasiya protesti nin dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, əvvəla hazırki iş üzrə adları çəkilən məhkumların təqsirli bilindikləri cinayət əməllərini törətmələri nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsə, eləcə də dövlət bu və ya digər məbləğdə ziyan vurulması müəyyən edilmədiyindən iş üzrə belə ziyanın ödənilməsi məqsədilə mülki iddia verilməmiş və buna görə məhkəmələr tərəfindən bu məsəyə baxılmamışdır. Digər tərədən, istər Məhkum, istərsə də Təqsirləndirilən şəxs1 göstərilən torpaq sahələrini cinayət yolu ilə, o cümlədən təqsirli bilindikləri cinayət əməllərini törətmələri nəticəsində qanunsuz olaraq varlanmaları hesabına da əldə etmələri müəyyən edilməmiş və bununla bağlı ittiham tərəfi heç bir sübut təqdim etməmiş, kassasiya protestində də bu kimi sübutlara istinad olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində bu iddia olunsa da, qeyd edilən torpaq sahələrinin xüsusi müsadirə edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir əsas olmamış və buna görə də apellyasiya instansiyası məhkəməsinin bu hissədə də razılaşdığı 7 oktyabr 2024-cü il tarixli hökmlə həmin daşınmaz əmlakların üzərindən həbsin götürülməsi barədə qanuni və əsaslı qərar qəbul edilmiş və bu qərar qanunvericiliyin və beynəlxalq müqavilələrin aşağıdakı tələblərinə, eləcədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmşı izah və tövsiyələrə tam uyğundur. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan R espublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malik dir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinin tələblərindən görünür ki, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. Birləşmiş Millətlə r Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir. Cinayət nəticəsində əldə olunan gəlirlərə tətbiq edilən tədbirlər eyni zamanda cinayət nəticəsində əldə olunan gəlirlərdən alınmış hasilata və ya mənfəətə, cinayətdən əldə edilən gəlirlərə çevrilmiş və ya əvəz edilmiş əmlakdan alınmış hasi lata və ya mənfəətə və ya cinayətdən əldə edilən gəlirlərin qatıldığı əmlakdan alınmış hasilata və ya mənfəətə də eyni qaydada və həcmdə tətbiq edilir (Konvensiyanın 12-ci maddəsinin 3, 4 və 5-ci bəndləri). Konvensiyada məhkəmələr tərəfindən cinayət törətmiş şəxsin cinayətdən əldə olunması güman edilən gəlirlərinin və ya müsadirə edilməli digər əmlakının qanuni mənbəyinin araşdırılaraq müəyyən edilməsi xüsusilə vurğulanmışdır (bu məsələ ibtidai araşdırma orqanı tərəfindən ümumiyyətlə araşdırılmamış, məhkəmələrdə dövlət ittihamını müdafiə edən prokurorlar da, o cümlədən kassasiya protestinin müəllifi buna heç bir təşəbbüs göstərməmişlər). CPM-in 18.1-ci maddəsinə görə, cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülkiyyət hüququ, o cümlədən, xüsusi mülki yyət hüququ məhdudlaşdırıla bilməz. CM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xara kterli tədbirləri müəyyən edir. CM-in 8-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. CM-in 99-1.2-ci maddəsinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-in 99-1.3-cü maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. CPM-in 248.1-ci maddəsində göstərilmişdir ki, əmlak üzərinə həbs: 248.1.1. mülki iddianı və cinayət qanunu ilə nə zərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir; 248.1.2. əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir; 248.1.3. bank əmanətlərinə tətbiq edildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir. CPM-in 253.0-cı maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə bir hüquqi mövqedən çıxış etmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Bundan başqa, həmin Q ərarda Konstitusiya Məhkəməsinin Plenumu o, nəticəyə gəlmişdir ki, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli və məhkəmə gəldiyi nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Eyni hüquqi mövqedən Ali Məhkəmənin Plenumu həmçinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında da çıxış etmişdir. Belə ki, həmin Qərarın 76-cı bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, xüsusi müsadirə əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasında ifadə olunan, cinayət cəzası ilə yanaşı cinayət məsuliyyətinin realizə edilməsinə xidmət edən cinayət-hüquqi xarakterli tədbirdir. Qərarın 81-ci bəndində göstərilmişdir ki, CM-in 99-1.3-cü maddəsinin tələbinə görə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş, özgəninkiləşdirilməklə və yaxud hər hansı başqa əsasla digər şəxsin (şəxslərin) mülki yyətinə keçmiş əmlak, əgər bu şəxs (o cümlədən əmlakı hədiyyə kimi və yaxud öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə edən) vicdanlı əldə edəndirsə, yəni əmlakı əldə edərkən onu özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirdisə və yaxud bilməli idisə, müsadirə edilə bilməz. Qeyd olunan müddəalar təfsir edilərkən onu nəzərə almaq lazımdır ki, CM-in 991.3-cü maddəsində həmin Məcəllənin 99-1.1-ci maddəsinə istinad olunmuş, bu maddədə isə xüsusi müsadirəyə məruz qoyula bilən əmlak sırasından, o cümlədən müsadirə edilməli olan cinayət yolu ilə edilmiş pul və əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər dairəsindən qanuni sahiblərinə qaytarılmalı olan pul vəsaitləri və digər əmlak istisna edilmişdir. Göründüyü kimi, maddi və prosess ual hüquq normaları ilə yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarlarında da nəzərdə tutulur ki, cinayət-hüquqi tədbir kimi xüsusi müsadirə tətbiq edilməzdən əvvəl buna əsas ola bilən bütün sübutlar tam, hərətərfli və obyektiv araşdırılmalı, həmin sübutlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməli, xüsusən müsadiryə məruz qalası əmlakın cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunması, əldə edilməsi, özgəninkiləşdirilməsi halları, o cümlədən həmin əmlakın törədilmiş cinayətlə heç bir əlaqəsi olmayan şəxsin mülkiyyətində olub-olmaması, vicdanlı şəkildə əldə edilibedilməməsi halları yoxlanılmalı və yalnız bundan sonra qeyd edilən tədbirin t ətbiq edilibedilməsi barədə qanuni və əsaslandırılmış qərar qəbul edilməlidir. Təsvir olunanlardan çıxış edərək məhkəmə kollegiyası dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinin təhlil edilən məsələ ilə bağlı da dəlili ilə razılaşmır və hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs1 məxsus torpaq sahələrinin xüsusi müsadirə edilməsi üçün heç bir əsas müəyyən edilmədiyindən həmin əmlakların üzərindən həbsin götürülməsi barədə qərar tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, dövlət ittihamçısı M.İ.Vəliyev kassasiya protestində göstərilən daşınmaz əmlakların xüsusi müsadirə edilməli olması barədə dəlil irəli sürərkən qanunvericiliyin digər normaları ilə yanaşı CPM-in 132-ci maddəsinə də istinad etsə də, nəzərə alınmalıdır ki, bu norma cinayət təqibi başa çatq ıdan sonra cinayət işinə maddi sübut kimi əlavə edilmiş əşyalar, pul vəsaitləri və digər əmlak barədə qəbul edilməli olan qərarlara, bunun qaydalarına və əsaslarına həsr edilmişdir ki, cinayət işinin materiallarına görə, adları çəkilən məhkumların xüsusi mülkiyyətlərində olan torpaq sahələri hazırkı işə maddi sübut qismində əlavə edilməmişdir. Kassasiya şikayətində və kassasiya protestində məhkum olunmuş şəxslər Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaların həddindən artıq ağır və ya yüngül olması mübahisələndirilməsə də, məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və həmin yoxlamanın nəticəsində belə qənaətə gəlmişdir ki, istər birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, istərsə də apellyasiya instansiyası məhkəməsi Məhkum barələrində cəza tədbirini seçərkən CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl edərək sonuncuların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və bunun da nəticəsində onların hər birisinə təqsirli bilindikləri CM-in 244-1.2.2 və 244-1.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş qanuni və ədalətli cəzalar təyin olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verildiyini müəy yən etməyərək və kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə müdafiəçi Ə.H.Fərhadovun, kassasiya protestinin təmin olunması, kassasiya şikayətinin isə - təmin olunmaması haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, hər iki kassasiya müraciətləri təmin edilməməli, Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birisinin CM-in 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarı isə kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 9.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi Ə.H.Fərhadovun kassasiya şikayəti və dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protesti təmin edilsin. Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarı kassasiya protestinə və kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar