Məhkəmə qərarları › İş №1(102)-2696/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2696/2025

25.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2696/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixl i 1(107)-421/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xaliq Məmmədov (sədrlik edən), Bilal Məmmədov və Tural Əfəndizadə) 9 avqust 2024-cü il tarixli 1(091)-44/2024 nömrəli hökmü ilə xx xxxxx 1978-ci ildə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülmüş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 yanv ar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Məhkum özünü İran İslam Respublikasının vətəndaşı "Şəhruz” kimi təqdim edən şəxsiyyəti istintaqla dəqiq məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə danışıb razılaşdıqdan sonra "Şəhruz” adlı həmin şəxsin Göyçay rayonunun Çayarxı kəndinin ərazisində yolun kənarındakı yarımtikilidə gizlətmiş olduğu bir əd əd göy rəngli sellofan torbanın içərisində olan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, külli miqdarda, yəni 1040,0 qram təmiz çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda, yəni 430,0 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, yəni 839,353 qram təmiz çəkidə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda, yəni 87,280 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə met amfetamini "Şəhruz” adlı həmin şəxsin "WhatsApp” tətbiqi vasitəsi ilə ona göndərdiyi məkan və fotoşəkillər əsasında götürmək məqsədi ilə bu barədə məlumatı olmayan Goranboy rayon sakini X3 idarə etdiyi "Opel Astra” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 19 yanvar 2023-cü il tarixdə Goranboy rayonundan Göyçay rayonuna gəlib Ramin Qasımova guya dostu ilə görüşdükdən sonra gəlib onu götürməsini deyərək "Şəhruz" adlı şəxsin Göyçay rayonunun Çayarxı kəndinin ərazisində yolun kənarındakı yarımtikilidə gizlətdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddəni həmin tarixdə saat 22 radələrində axtarıb satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq eyni məqsəd ilə daşıyarkən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış t ədbirləri ilə 19 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Göyçay rayonunun Çayarxı kəndinin ərazisində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasına gətirilib qeyd edilən tarixdə saat 22:40-da üzərində şəxsi axtarış aparılarkən özünü İran İslam Respublikasının vətəndaşı "Şəhruz” kimi təqdim edən şəxsiyyəti istintaqla dəqiq məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq eyni məqsəd ilə daşıdığı, ümumilikdə bir ədəd göy rəngli sellofan torbanın içərisində olan külli miqdarda, yəni 02 ədəd qara rəngli sellofan bükümdə olmaqla tərkiblərinə görə eynilik təşkil edən, ayrıayrılıqda 545,0 və 495,0 qram olmaqla, ümumilikdə 1040,0 qram təmiz çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kanna bis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf sellofan bükümdə olmaqla külli miqdarda, yəni 430,0 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə olmaqla külli miqdarda, yəni 87,280 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd şəffaf sellofan bükümdə olmaqla xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda 339,378 qram və 499,975 qram olmaqla, ümumilikdə 839,353 qram təmiz çəkidə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək ondan aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov v ə İmanverdi Şükürov) 3 oktyabr 2024-cü il tarixli 1(107)-421/2024 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 9 avqust 2024-cü il tarixli 1(091)-44/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qərarından Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli 1(107)421/2024 nömrəli qərarının ləğv edilərək ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı araşdırma aparan təhqiqatçı, müstəntiq tərəfindən saxtakarlığa, səhlənkarılğa, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən xidməti vəzifələrinə münasibətdə laqeyd yanaşmaya yol verildiyini və hər iki məhkəmə instansiyası tərəfindən sonuncuların yol verdiyi qanunsuzluqlara göz yumulduğunu, bu halların hüquqi qiymətləndirilməməsini, qərəzli olaraq onun hüquqlarının pozulmasına şərait yaradıldığını qeyd etmişdir. Barəsində irəli sürülən ittihamın qeyri-mötəbər sübutlarla əsaslandırıldığını, barəsində olan cinayət işinin ibtidai araşdırılması zamanı kobud səhvlərə yol verildiyini və birinci instansiya məhkəməsinin bu hallara göz yumaraq onun barəsində ittiham hökmü çıxardığını qeyd etmişdir. Məhkəmə istintaqında tədqiq olunmuş cinayət işinin materialları, çoxsaylı şahid ifadələri, istintaq hərəkətinin protokolları, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların işin fa ktiki halları ilə tamamilə uyğunsuz olduğunu, nəticə etibarilə şəxsi toxunulmazlıq və azadlıq hüquqlarının kobud şəkildə pozulduğunu, lakin məhkəmələrin həmin halları nəzərə almadığını qeyd etmişdir. Həmin halların həm ibtidai araşdırma orqanlarının, həm də işə mahiyyəti üzrə baxmış məhkəmənin diqqətindən kənarda qaldığını, yekun məhkəmə aktlarında hüquqi qiymətləndirilmədiyini, müvafiq rəylə bağlı araşdırma aparılmadığını, qeyd etmişdir. Cinayət işinin materiallarına əsasən məhkəmələrin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığını, cinayət qanununun normasının düzgün tətbiq edilmədiyini qeyd etmişdir. Barəsində hökm və digər yekun qərarlar qəbul olunarkən Azərbaycan Respublikası CM-in 3, 5, 6, 8, 9, 59, 60, 62, və 70-ci maddələrinin, Azərbaycan Respublikası CPM-in 10.1, 125, 143, 144, 145, 318, 351, və 397.1, 397.2-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair”, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair”, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” müvafiq olaraq 23 iyul 2004-cü il, 17 mart 2011-ci il, 2 aprel 2012-ci il, 12 may 2009-cu il tarixli qərarlarının, "İnsan hüquqlarının və əsas azadlıql arın müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 2-ci hissəsinin, “İnsan Hüquqları Haqqında” Ümumi Bəyannamənin 11-ci maddəsinin tələblərinə əməl edilmədiyini, qanun pozuntularına yol verildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məh kəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyi halda barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Be lə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azə rbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsi ittiham tərəfi tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər X9, X5, X6, X1, X10, X11, X4 və X7 ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını məhkəmə iclasında tədqiq edər ək onlara hüquqi qiymət vermiş və həmin sübutlara əsasən belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxaraq birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq belə nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün hüquqi qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə n əzərdə tutulmuş cinayətləri törətməkdə təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, təqsirləndirilən şəxs Məhkum 350 qram qurudulmuş marixuananı götürmək üçün həmin yerə gəlməsi, lakin torbanın ağır olması səbəbindən onu götürmədən hadisə yerindən uzaqlaşması və əlində heç bir narkotik vasitə və ya psixotrop maddə olmadan polis əməkdaşları tərəfindən saxlanılması barədə məhkəmə iclasında verdiyi ifadə şahidlərin ifadələri, onun üzərində aparılmış şəxsi axtarış və götürmə protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və cinayət işi üzrə digər materiallarla təkzib olunur. Bu sübutların məcmusu məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirini tam təsdiq edir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmü ndə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmiş və qiymətləndirilmişdir. Məhkəmə kollegiyası həmin sübutların mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə iş üzrə digər sübutlarla təsdiq olunduğundan aşağı instansiya məhkəmələri tərəfindən əsaslı olaraq həmin ifadə mötəbər sübut kimi qəbul edilmişdir. Onun məhkəmə iclasında verdiyi ifadə isə həqiqətə uyğun olmayan və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verildiyi kimi düzgün qiymətləndirilmişdir. Buna görə də kassasiya şikayətində bu məsələyə dair irəli sürülmüş dəlillər əsassız hesab olunur. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayə t işi üzrə sübutlar əldə edilərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, iş üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət veril mişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməllərinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublika sı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasına və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsinə hüquqi əsas vermir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli 1(107)-421/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli 1(107)-421/2024 nömrəli qərarı dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar