Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2699/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində 1 (bir) uşağı olan, ali təhsilli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X7 Aeroportu “Terminal 1” Terminal zallarının və vağzalyanı meydanının idarəetmə xidmətinin İstehsalat-texniki şöbəsinin rəisi vəzifəs ində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə, xx xxxxxx 1992-ci ildə Qəbələ rayonu, Tikanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində 4 (dörd) uşağı olan, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, X kəndində qeydiyyatda olan, hazırda cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2025-ci il tarixli, 1(103)-248/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Məmmədov Ülvi Ziyadxan oğlu və məhkum Təqsirləndirilən şəxs2 müdafiə çisi Azayev Tərlan Nurəhməd oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(101)-1257/2024 nömrəli hökmü ilə (hakimlər V.E.Quliyev (sədrlik edən), S.H.Hacıyev və A.H.Əliyevadan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 8 avqust 2023cü il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmək də təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 8 avqust 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X6, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi X5, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Seyfəlov Yusif Kamil oğlu və Məhkum müdafiəçisi X3 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 20 25-ci il tarixli qərarı ilə, (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), M.Ə.Abbasov və E.Z.Əliyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2024-cü tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Ülvi Ziyadxan oğlu və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Azayev Tərlan Nurəhməd oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Məhkum X müdafiəçisi Məmmədov Ülvi Ziyadxan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr məhkumun cinayət işinin ibtidai istintaqı zamanı cinayətin açılmasına kömək etməsi, himayəsində iki azyaşlı uşağın olması məh kəmə tərəfindən nəzərə alınmamış ona ədalətsiz və ağır cəza təyin edilmişlər. Bu səbəbdən müdafiəçi apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və X barəsində cəzanın şərti təyin olunmasını xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Azayev Tərlan Nurəhməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almamış, nəticədə birinci instansiya məhkəməsinin hökmünü əsassız olaraq qüvvədə saxlamışdır. Müdafiəçi apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün təyin olunmasını xahiş etmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsindən və eyni zamanda məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 ərizələr ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər. Məhkəmə kollegiyası verilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumların ərizələrinin təmin edilməsi ilə bağlı məhkum Təqsirləndirilən şəxs2 və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətləri geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassa siya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məcəllənin 414.8-ci maddəsinin tələblərindən həmçinin görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə bax ılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və Məhkum müdafiəçisi müdafiəçisi Məmmədov Ülvi Ziyadxan oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Azayev Tərlan Nurəhməd oğlu tərəfindən verilmiş kassasiya şikayətini geri götürməsi barədə məhkumların ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumların ərizələri təmin edilməli, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmalı və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin C inayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 ərizələri təmin edilsin. Məhkum və Təqsirləndirilən şəxs2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2025-ci il tarixli, 1(103)-248/2025 nömrəli qərarından müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-2699/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2699/2025
02.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver