Məhkəmə qərarları › İş №1(102)-2705/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2705/2025

25.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2705/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Zərərçəkmiş şəxs1, Məhkum və onun müdafiəçisi Xasayev Vüqar Nəriman oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1601/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarın dan Məhkum müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 22 noyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 dekabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Bakı şəhəri 44 nömrəli tam orta məktəbdə direktor işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək rəfiqəsi Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, onu öz əlaqələri vasitəsilə Bakı şəhərində yerləşən orta məktəblərin birinə direktor təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən 155 saylı evdə vahid niyyətlə əhatə olunan qəsdlə 17 yanvar 2015-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs1 80.000 manat, 24 yanvar 2015-ci il tarixdə, saat 20 radələrində isə 70.000 ma nat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 150.000 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Bakı şəhəri 44 nömrəli tam orta məktəbdə direktor işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək rəfiqəsi Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, birlikdə uşaq bağçası açıb onun həmin bağçanın müdiri olacağına və həmin fəaliyyətdən yaxşı qazanc əldə edəcəklərinə dair yalan vədlər verib aldadaraq, 2015-ci ilin oktyabr ayından 2015-ci ilin sonlarınadək olan müddət ərzində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən 155 saylı evdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla 50.000 manat, 30.000 m anat, 20.000 manat, 15.000 manat, 10.000 manat, 10.000 manat, 5.000 manat və 10.000 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 150.000 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 5 nömrəli tam orta məktəbin direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edib Şahid5 etibarından sui-istifadə etməklə öz əlaqələri vasitəsilə sonuncunun tanışı Zərərçəkmiş şəxs2 qohumu X2 iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili aldığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən X1 Cihazqayırma Universiteti tərəfindən verilmiş 107819 ******* nömrəli diplomu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində nostrifika siya etdirəcəyinə, yəni həmin ali təhsil sahəsində ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınmasına dair təsdiqləyici şəhadətnaməni alacağına dair yalan vəd verib Şahid5 aldadaraq onun vasitəsilə Zərərçəkmiş şəxs2 2021-ci ilin aprel ayının əvvəllərində vahid niyyətlə əhatə olunan qəsdlə 2 dəfə olmaqla ünvan 3 ünvanda yerləşən “Atatürk parkı”nın içərisində fəaliyyət göstərən “Özsüt” restoranının qarşısında 4.000 manat və Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən 155 saylı evin qarşısında 2.000 manat pulu ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 6.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-115/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 iyun 2022-ci il tarixdən hesablanması, hökmün və Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 01 (bir ) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilməsi haqqında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmünün müstəqil icra olunması, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum qarşı mülki iddiasının tam təmin edilməsi, vurulmuş maddi ziyana görə 300.000 (üç yüz min) manat və dövlət rüsumu kimi ödənilmiş 590 (beş yüz doxsan) manat, ümumilikdə 300.590 (üç yüz min beş yüz doxsan) manat məbləğində pul vəsaitinin Məhkum alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Zeynalov Orxan Rauf oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıx arılmasını xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1601/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-115/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Müdafiəçi apellyasiya şikayətinin məzmununu təkrarlayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində araşdırma tam qeyri-obyektiv, natamam və birtərəfli aparılmış, məhkuma bəraət verilməsinə əsas ola biləcək sübutlar ya tədqiq edilməmiş, ya da səthi araşdırılmış, habelə zərərçəkmiş və ittiham tərəfinin şahidlərinin istintaq zamanı və məhkəmə baxışında verdikləri ifadələr arasındakı kəskin ziddiyyətlərə qiymət verilməmiş, eyni zamanda Bakı şəhər prokurorunun müavini M.Şəfiyevin istintaq zamanı verdiyi göstərişlər icra edilməmişdir. Bu səbəbdən müdafiə tərəfi məhkəməyə vəsatətlər verərək aşkar edilmiş çatışmazlıqları və ziddiyyətləri məhkəmənin diqqətinə çatdırmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi qərarında apellyasiya baxışı zamanı tərəflərin və şahidlərin ifadələrinin olduğu kimi verilməsinə, habelə tədqiq edilən sübutların obyektiv araşdırılmasına baxmayaraq, apellyasiya şikayətlərinin əsassız olması və Məhkum təqsirli olması nəticəsinə gəlmişdir. Halbuki, Zərərçəkmiş şəxs1 məhkum edilmiş şəxsə verdiyi iddia ed ilən 300.000 manat pul vəsaitinin, xüsusən 70.000 və 130.000 manat məbləğində hissələrinin mənbəyini göstərə bilməməsi bu xüsusat üzrə ittihamın sübuta yetirilmədiyini göstərir. Məhkumun ittiham olunduğu digər epizod üzrə isə təsdiqlənməli diplomun sahibi X6 bu məqsədlə kiməsə pul verərək xahiş etmədiyini, sonuncunun anasının da həmin faktı təsdiqlədiyini, habelə bir daha Zərərçəkmiş şəxs2 və Şahid5 pul vermədiyini bildirməsi nəzərə alınmadan məhkum edilmiş şəxsə ittiham elan edilməsi qanunsuz və əsassızdır. Müdafiəçi, həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarını tamamilə əsassız və qanunsuz hesab edərək, təyin edilmiş cəzanın ağır və ədalətsiz olduğunu, eləcə də zərərçəkmiş şəxs tərəfindən səs yazılarının əslinin təqdim edilməməsi səbəbindən həmin yazılarda dəyişiklik edilib-ed ilməməsinin müəyyən olunmadığını bildirmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1601/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin ha lları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi kassasiya şikayətində sübutların düzgün tədqiq edilmədiyini, məhkumun təqsirliliyinin sübuta yetirilmədiyini halda barəsində ittiham hökmü çıxarıldığını iddia edilib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlə ndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1601/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan R espublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi barədə müdafiəçinin dəlillərini əsassız hesab edir.

22. Belə ki, məhkumun və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən eyni dəlillər üzrə verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilməsə də, lakin onun həmin cinayət əməlini törətməkdə təqsiri zərərçəkmiş şəxslərin, çoxsaylı şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolu, məhkəməfonoskopik ekspertizasının rəyi, Məhkum istifadəsində olan mobil telefon nömrəsinə daxil olan, çıxan və cavabsız zənglər, daxil olmuş və göndərilmiş SMS-lərin mətnlərinin əks olunduğu CD diskə baxış keçirilməsi barədə protokol, digər istintaq, məhkəmə hərəkəti protokolları və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutl arın məcmusu ilə müəyyən edilmişdir.

23. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun həmin maddə üzrə təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

25. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassatorun istinad etdiyi hallarla əlaqədar olaraq əvvəl birinci instansiya məhkəməsi, daha sonra isə apellyasiya şikayətlə ri üzrə baxış keçirən apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış, məhkumun cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələr zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də cinayət işinin materiallarında olan digər sübutlarla müqayisəli təhlil edilmişdir. Aparılmış araşdırma nəticəsində məhkumun məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün irəli sürdüyü, guya Zərərçəkmiş şəxs1 məktəb direktoru və ya bağça müdiri kimi iş düzəldəcəyini təklif etmədiyi və bu məqsədlərlə ondan hər hansı məbləğdə pul almadığı, Zərərçəkmiş şəxs1 sələmə pul verən şəxs kimi tanıdığı üçün ondan təxminən 30–40 min manat məbləğində faizə pul aldığı, həmin məbləği faizi ilə birlikdə tam şəkildə qaytardığı, hazırda ona hər hansı borcunun qalmadığı, zərərçəkmiş şəxsin istintaq a təqdim etdiyi səs yazılarında və SMS yazışmalarda əks olunan danışıqların məhz faizə götürdüyü pulların qaytarılması ilə bağlı olduğu, Şahid5 isə ümumiyyətlə pul almadığı barədə dəlilləri məsuliyyətdən yayınmaq məqsədilə seçilmiş müdafiə taktikası kimi qiymətləndirilmişdir. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş məhkumun yaxın qohumlarının verdikləri ifadələr digər sübutlarla təkzib olunduğundan və obyektiv həqiqəti əks etdirmədiyindən, düzgün olaraq sübut kimi qəbul edilməmişdir.

26. Yekunlaşaraq məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

27. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1601/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1601/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar