Məhkəmə qərarları › İş №1(102)-2707/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2707/2025

18.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2707/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum və onun müdafiəçisi Məmmədov Pərviz Yaşar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1354/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Məmmədov Pərvi z Yaşar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, idman müəllimi işləmiş, əvvəllər məhkum olunmamış, X kəndində daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. 2. 29 noyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilm iş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum AD 225322 nömrəli ABC kateqoriyalı sürücülük vəsiqəsi ilə 05 avqust 2023-cü il tarixdə, saat 10:53-də xüsusi mülkiyyətində olan texniki cəhətdən saz vəziyyətdə “Opel Astra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 65-70 km/saat sürətlə Bakı şəhəri, Xətai rayonu, Nümayəndə küçəsi ilə 8 Noyabr prospekti istiqamətində idarə edərkən nəqliyyat vasitəsini baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə uyğunsuzluq olmuş, yəni həmin maddənin tələblərinə əsasən nəqliyyat vasitələri hadisə baş verən sahədə 60 km-də n çox olmayan sürətlə hərəkət etməli olduğu halda icazə veriləndən artıq sürətlə hərəkətdə olarkən həmin ərazidə yaşayış binaları tərəfdən adsız küçədən Nümayəndə küçəsi istiqamətində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bitişik ərazidən (yolun hər hansı tərəfinə bitişik olan və nəqliyyat vasitələrin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaq doldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən yolla gedən nəqliyyat vasitəsinə yol verməyərək Məhkum hərəkət zolağına daxil olub hərəkət üçün təhlükə yaradaraq hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin təl əblərinə uyğunsuzluq olmuş və Təqsirləndirilən şəxs həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etmədikdə avtomobilinin qabaq sol hissəsi ilə Məhkum idarə etdiyi avtomobilin ön sağ hissəsi toqquşmuş, təhlükə yaranan anda toqquşma yerindən olduğu məsafə onun nəqliyyat vasitəsinin icazə verilən hərəkət sürətinə uyğun dayanma yolundan böyük olduğundan Məhkum hərəkətlərində Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olaraq Qanunun 50-ci maddəsinin 1-ci hissəsi, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun nəqliyyat vasitələrinin toqquşması və bununla da onun piyadanın v urulması hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq təhlükəsizlik adacığında yolu keçmək istəyən piyada X1 vuraraq ehtiyatsızlıqdan sonuncunun ölü doğmuş olduğu 30-32 həftəlik dölün başın və bədənin küt travması, baş beynin ağır dərəcəli əzilməsi-kəskin travmatik beyin ödemi, daxili orqanların (dalaq və hər iki böyrəklərin) əzilməsi xəsarətləri dölün ana bətnində həyati olub dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqə olmaqla Gülli Mehdiyevanın ölü doğmuş olduğu 30-32 həftəlik dölün ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində inkişaf etmiş kəskin beyin ödemi olaraq xəsarət yetirmiş və Gülli Mehdiyevanın başın və bədənin küt travması, baş-beyinin kəskin ödemi, 30-32 həft əlik hamiləliyin pozulması, dölün keysərriyə yolu ilə çıxarılması, daxili qanaxma, döş qəfəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, bədənin müxtəlif nahiyələrininin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, bədənin müxtəlif nahiyələrinin çoxsaylı qançır və sıyrıqları həyati olmaqla, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqə olmaqla 05 avqust 2023-cü il tarixdə M.G.Mehdiyevanın baş-beyin, qarın və döş qəfəsinin əzilməsi fonunda artan qan-damar və böyrək çatışmazlığı nəticəsində poliorqan çatışmazlığı başın küt travması nəticəsində yaranmış beyin toxumasının əzilməsi ilə 06 avqust 2023-cü il tarixdə ölümünə səbəb olan xəsarətlər yetirməklə yol -nəqliyyat hadisəsi törətmişdir.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-16/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün Məhkum aid hissədə cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilərək cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmaqla dəyişdirilməsini xahiş etmişdir.

8. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mehdiyev Nazim Moruc oğlu apellyasiya şikayəti verib, hökmün Məhkum aid hissəsində ləğv edilməsi və təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsini xahiş etmişdir.

9. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X4 apellyasiya şikayəti verib, hökmün Məhkum münasibətdə dəyişdirilməsi və ona təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir. 1

0. Hökmdən eləcə də Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1354/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs, eləcə də digər təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mehdiyev Nazim Moruc oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-16/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli hökmünün dəyişdirilməsi, hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının artırılaraq ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 sentyabr 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbs edilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Məmmədov Pərviz Yaşar oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum əməlində nə cinayətkarcasına özünəgüvənmə, nə də etinasızlıq mövcuddur, onun hərəkətləri sırf qəzanın texniki şəraitindən irəli gəlmişdir. Bildirilmişdir ki, hadisənin baş verdiyi yolda icazə verilən sürət həddi 60 km/saat olmuş, ekspert rəyinə əsasən isə Məhkum hadisə zamanı təxminən 65–70 km/saat sürətlə hərəkətdə olmuşdur ki, bu da icazə verilən həddən cüzi dərəcədə artıqdır, hətta, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tərkibini belə yaratmır, çünki həmin maddəyə görə sürət həddinin ən azı 10 km/saat aşılması tələb olunur. Bu baxımdan qeyd edilən əməlin cinayətkarcasına özünəgüvənmə və ya e tinasızlıq kimi qiymətləndirilməsinin mümkün olmadığı vurğulanmış, yalnız 100–120 km/saat sürətlə hərəkət edildiyi halda belə davranışın cinayətkarcasına özünəgüvənmə kimi dəyərləndirilə biləcəyi göstərilmişdir. Eyni zamanda sübutlardan göründüyü kimi, məhkumun idarə etdiyi nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq onun hərəkət trayektoriyasına daxil olmasından sonra toqquşma baş vermiş, toqquşmadan dərhal sonra Məhkum idarə etdiyi avtomobilin hava yastıqları açılmış və idarəetmə tamamilə itirilmişdir. Sonrakı mərhələdə nəqliyyat vasitəsinin piyadalara toxunmasının artıq şəxsin iradəsindən kənar obyektiv amillər nəticəsində baş verdiyi, qarşı tərəfin yol hərək əti qaydalarını pozması olmasaydı, Məhkum icazə verilən sürət həddində öz istiqamətində hərəkətinə davam edəcəyi və heç bir pozuntuya yol verilməyəcəyi qeyd edilmişdir. Şikayətdə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin iş üzrə mövcud sübutları lazımi dərəcədə araşdırmadığı, qəbul olunmuş ekspert rəylərinə tənqidi yanaşmadığı və nəticədə Məhkum əməlini düzgün qiymətləndirmədiyi bildirilmiş, iş materiallarından məhz digər nəqliyyat vasitəsinin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq inzibati xəta törətməsinin aydın göründüyü vurğulanmışdır. Hadisə nəticəsində baş vermiş insan ölümü də bilavasitə həmin sürücünün qanunsuz hərəkətləri ilə əlaqələndirilmiş, Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsinin tətbiqi üçün zəruri olan hərəkətlə nətic ə arasında hüquqi səbəbli əlaqənin bu işdə Təqsirləndirilən şəxs yol verməli olduğu nəqliyyat vasitəsinə yol verməməsi ilə yarandığı, Məhkum hərəkətlərinin isə nəticəyə səbəb olmadığı göstərilmişdir. Bu əsaslarla Məhkum əməlinə ibtidai istintaq, birinci instansiya və apellyasiya instansiyası mərhələlərində düzgün hüquqi qiymət verilmədiyi, məhkəmələrin istinad etdiyi ekspert mövqelərinin qüsurlu olduğu, ekspert rəyindən başqa onun təqsirini təsdiq edən başqa sübutun mövcud olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli, 8/1177-4/614 saylı rəyinin nəticə hissəsi ilə razılaşılmasa da, rəyin təsviri hissəsində göstərilən müddətlərin videogörüntülərlə müqayisəli tədqiqinin Məhkum toqquşmanın qarşısını alma imkanı nın olmadığını sübut etdiyi bildirilmiş, hər iki rəyin müqayisəli təhlilinin ekspert tərəfindən rəqəmlərlə manipulyasiya edilməklə təqsirlilik qənaətinə gəlinməsi nəticəsini ortaya qoyduğu, təhlükə anının müəyyən edilməsinin isə əsassız olaraq məhkəmənin üzərinə qoyulduğu vurğulanmışdır. Ekspert rəyinin məhkəmə üçün imperativ xarakter daşımadığı qeyd edilməklə, göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1354/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi, hökmün Məhkum aid hissədə kassasiya qaydasında ləğv olunaraq onun barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

14. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraci ətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Müdafiə çi Məmmədov Pərviz Yaşar oğlu kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməli olduğunu iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1354/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşa ğıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzər ə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası, Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçisinin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

26. Belə ki, məhkumun müdafiəçisinin, digər məhkumun, zərərçəkmiş şəxsin hüquqi varisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında yenidən təhlil edilmiş, qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş apellyasiya baxışı zamanı məhkum edilmiş şəxslər Məhkum və Təqsirləndirilən şəxs, ekspertlər X9 və X5 əlavə olaraq dindirilmiş, yekun olaraq belə nəticəyə gəlinmişdi r ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsə də, lakin onun həmin cinayətin törədilməsində təqsiri özünün ifadəsində göstərdiyi xüsusatlarla yanaşı, həmçinin digər məhkum Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş fotoşəkillər, videoyazı məlumatlarına baxış keçirilməsi protokolu, məhkəmə-tibbi ekspertizasının rəyləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 8/1703 nömrəli rəyi, daha sonra isə 13 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-8/1177-4/614 nömrəli kompleks təkrar m əhkəmə yol-nəqliyyat ekspertizasının və görüntülərin texniki ekspertizasının rəyi, eləcə də işdə olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

27. Həmin sübutlar əsasında birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, yol üstünlüyü “Opel Astra” markalı avtomobilin sürücüsü Məhkum məxsus olmuş, “Toyota Prius” markalı avtomobili idarə edən Təqsirləndirilən şəxs isə köməkçi yol ilə hərəkətdə olmuşdur. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Nümayəndə küçəsi ilə 8 Noyabr prospekti istiqamətində hərəkət edən “Opel Astra” markalı avtomobil əsas yol ilə, adsız yol ilə hərəkət edən “Toyota Prius” markalı avtomobil isə köməkçi yol ilə hərəkətdə olmuşdur. “Toyota Prius” markalı avtomobil əsas yola daxil olmazdan əvvəl “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42- ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq əsas yola daxil olmuşdur. Cinayət işi materiallarında olan hadisə yerinin görüntüləri ilə müəyyən edilmişdir ki, “Toyota Prius” markalı avtomobil əsas yola daxil olmamışdan əvvəl, avtoparkinq ərazisində, səkinin tini istiqamətində yerləşən “Mercedes” markalı qara avtomobilin arxa hissəsi yaxınlığında dayanaraq əsas yol ilə hərəkət edən nəqliyyat vasitələrini gözləmiş, bundan sonra isə əsas yola daxil olmuşdur. Həmin görüntülərlə bir daha müəyyən edilmişdir ki, “Toyota Prius” markalı avtomobil adsız köməkçi yol ilə hərəkət edərək əsas yol ilə hərəkət edən nəqliyyat vasitələrinə yol vermədən əsas yola daxil olduğu üçün yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə baxış zamanı iştirak edən Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin yol-nəq liyyat hadisələri üzrə inspektoru X6 bildirmişdir ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü parklanma yerinin yanındakı səki hissəsini keçmədən, yəni yolun hərəkət hissəsinə çıxmadan gözləməli idi, lakin həmin tələblərə əməl etmədən əsas yola daxil olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, Məhkum müvafiq sürət həddini aşaraq, yəni həmin yolda icazə verilən sürət həddi 60 km/saat olduğu halda 75 km/saat sürətlə hərəkət etmiş və bu halda “Toyota Prius” markalı avtomobil ilə toqquşma baş vermişdir.

28. Birinci instansiya məhkəməsinin əsaslı mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hökmü həmin hissədə dəyişdirmədən saxlayaraq, yalnız Məhkum təyin edilmiş cəzanı dəyişmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apell yasiya müraciətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə yekun nəticəni şübhə altına almaq üçün əsas görmür.

30. Bununla belə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilməsini zəruri hesab edir.

31. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictima i təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsi n fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

32. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuli yyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

33. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

34. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

36. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

37. İstinad edilənlərə əsaslanara q iş materiallarını təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, idman müəllimi kimi çoxsaylı şəxslərə idman dərsləri keçməklə cəmiyyət üçün faydalı fəaliyyətlə məşğul olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində (həmin maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan mə hrum etmə cəzası nəzərdə tutulmuşdur) 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.

38. Hökmdən verilmiş apellyasiya protestini və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətini əsaslı hesab edən apellyasiya instansiyası məhkəməsi Məhkum təyin edilmiş əsas və əlavə cəzaların hədləri ilə razılaşmamış və həmin hədləri artıraraq ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı Məhkum cəza təyininə aid hissədə də maddi hüquq normalara uyğun olsa da, həmin qərarın qəbul e dilməsindən sonra ötən dövrdə məhkumun zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu ziyanı tam ödəməsi və sonuncu ilə barışıq əldə etməsi kimi yeni hallar Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 60.1-ci maddələrinin müddəaları baxımından onun cəzasını yüngülləşdirməsini tələb edir.

40. Belə ki, hazırkı kassasiya şikayətinə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi 16 dekabr 2025-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəni təqdim edib, Məhkum tərəfindən cinayət nəticəsində ona vurulmuş maddi ziyanın tam ödənildiyini, bu səbəbdən onunla barışaraq heç bir şikayət və tələbinin olmadığını bildirmiş, habelə eyni məzmunlu ərizə ilə əlavə olaraq məhkəməyə müraciət etmişdir.

41. Yaranan yeni halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələri zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hal kimi müəyyən etmişdir.

42. Eləcə də, eyni Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməməsi Cinayət Məcəlləsinin 60.1-ci maddəsində imperativ qayda kimi təsbit etmişdir.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən yüngülləşdirici halların mövcud olmas ı və hökmlə müəyyən edilmiş digər cəzanı ağırlaşdıran halların olmaması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1354/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi üzrə təyin edilmiş əsas cəza hissəsində dəyişdirilməli, ona Cinayət Məcəlləsinin həmin maddəsi üzrə təyin edilmiş əsas cəza Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməlidir.

44. Məhkəmə kollegiyasının qənaətinə görə, bu cəza vasitəsi ilə Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

45. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CMnin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir.

46. Odur ki, Məhkum beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyi nəzərə alınaraq, onun cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsinin növü dəyişdirilməli və cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçis i tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1354/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Məmmədov Pərviz Yaşar oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1354/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə Məhkum əsas cəza təyini hissəsində dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 1(103)-1354/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası 08 (səkkiz) ay müddətinə azaldılsın və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsinin növü dəyişdirilsin və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1354/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar