Məhkəmə qərarları › İş №1(102)-2708/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2708/2025

25.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2708/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 1(103)-2236/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Telman Hüseynov (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Fərid Namazov) 13 sentyabr 2024-cü il tarixli 1(101)1485/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 8 (səkk iz) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1 və 67.5-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay 22 (iyirmi iki) gün hissəsi qismən, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilmə əlavə cəzası tamamilə birləşdirilməlklə, ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətin in əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Hüseyn” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Hüseyn” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1000,5 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, 01 noyabr 202 3-cü il tarixdə saat 12:50-də Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq 20 Yanvar küçəsi 86 ünvanında yerləşən 19-cu Polis Şöbəsinə aparılmış və orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin gün saat 14:30-da üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarının kəmərbəndinin altından 01 bükümdə təmiz çəkisi 1000,5 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Murad Məmmədov) 16 oktyabr 2024-cü il tarixli 1(103)-2236/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Mə hkəməsinin 13 sentyabr 2024-cü il tarixli 1(101)-1485/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 1(103)-2236/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 1(103)-2236/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 25 fevral 2026-cı il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydası nda baxılanadək yəni, 24 fevral 2026-cı il tarixdə Məhkum ərizəsi Ali Məhkəməyə daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, o, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəs ini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 1(103)-2236/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinin baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar