Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2712/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 26 may tarixli, 1(103)-1214/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 11 aprel tarixli, 1(101)-1008/2025 nömrəli hökmü ilə (X2 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 2024-cü il 9 oktyabr tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməs i, barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X11 və X6 ibarət tərkibdə) 2025-ci il 26 may tarixli, 1(103)-1045/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri kül li miqdarda əldə etməklə saxlamış və daşımışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum qeyrisi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vatsap tətbiqi vasitəsi ilə özünə məxsus mobil telefon nömrəsindən istifadə etməklə əlaqə yaratmış, qeyrisi tərəfindən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin gizlədildiyi məkanın fotoşəkli göndərilməklə müəyyən məbləğdə pul vəsaiti və narkotik vasitə qarşılığında həmin narkotik vasitə və psixotrop maddələrin gizlədildiyi ünvandan götürüb saxlanılması, daha sonra barəsində məlumat verəcəyi şəxsə çatdırılmasına dair tapşırıq almışdır. Bundan sonra Məhkum 9 oktyabr 2024-cü il tarixdə, saat 00:05 radələrində qeyrisi tərəfindən verilmiş tapşırığa uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsində yerləşən “Ulduz” metrostansiyasının yaxınlığına gedərək, həmin ünvanda avtomobil şininin (təkərin) içərisində gizlədilmiş 2 (iki) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 980 qram olmaqla, ümumi təmiz çəkisi 1980 qram olan külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı, 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 95,308 qram olan külli miqdarda tünd qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2 (iki) ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 48,810 qram və 40,346 qram olmaqla, ümumi təmiz çəkisi 89,156 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərində “Methadone 40” markalanma göstəricisi olan 10 (on) ədəd konvalyutda ümumilikdə 100 (bir yüz) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı qəhvəyi rəngli (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla) ümumi miqdarı 4 qram olan külli miqdarda narkotik vasitə - metadon həbləri olan sellofan torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanına daşımış və qeyd olunan yerdən uzaqlaşarkən Nərimanov Rayon Polis idarəsinin 17-ci Polis Şöbəsinin (bundan sonra mətndə - Nərimanov RPİ-nin 17-ci PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, 9 oktyabr 2024-cü il tarixdə, saat 00:30 r adələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq, onun üstünün yerində yoxlanılması zamanı əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 48,810 qram və 40,346 qram olmaqla, ümumi təmiz çəkisi 89,156 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, sol yan cibindən 1(bir) ədəd bükümdə ümumi təmiz çəkisi 95,308 qram olan külli miqdarda tünd qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Methadone 40” markalanma göstəricisi olan 10 (on) ədəd konvalyutda ümumilikdə 100 (bir yüz) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı qəhvəyi rəngli (üzərində qeyd olun muş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla) ümumi miqdarı 4 (dörd) qram olan külli miqdarda narkotik vasitə - metadon həbləri və sağ əlində saxladığı ağ rəngli sellofan torbada 2 (iki) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 980 qram olmaqla, ümumi təmiz çəkisi 1980 qram olan külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, 2024-cü il 9 oktyabr tarixli tarixdə saat 00:15 radələrində taksi ilə gedərkən Nərimanov rayon Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq heç bir mötəbər sübut və dəlil olmadan taksi şoferi ilə birlikdə polis bölməsinə aparılmış, taksi şoferi səhər saatlarında təxminən saat 06:30-da buraxılmış, onun üzərinə isə külli miqdarda narkotik maddə qoyulmuş, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmış və məcburi şəkildə ittiham aktına qol çəkmişdir. Hətta iş o yerə çatmışdır ki onu şəkər xəstəsi olan valideynleri və 2 uşağı ilə hədələmişlər. Bundan başqa, məhkəmədə tələb etsə də, taksi sürücüsünü şahid kimi çağırmamışlar. Yalnız polis işçiləri şahid kimi çağrılmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 26 may tarixli, 1(103)1045/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassas iya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib- verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində təqsirsiz olduğunu və ona bəraət verilməli olduğunu və ya əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməli olmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetiri lmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, kassasiya şikayətinin əsas dəlili kimi irəli sürülmüş məhkuma təqsirli bilindiyi CM-in maddələri ilə bəraət verilməsi iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslı dır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, məhkumun cəzasını yüngülləşdirən hallar və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, məhkuma ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 11 aprel tarixli, 1(101)-1008/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 26 may tarixli, 1(103)-1214/2025 nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2712/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2712/2025
25.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver