Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2715/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2025-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin (hakim: Hacıyev Süleyman Aslan oğlunun sədrliyi) 14 may 2025-ci il tarixli 1(062)-37/2025 nömrəli hökmü ilə 3 iyul 1981-ci ildə Tovuz rayonu, X kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Tovuz rayon X bələdiyyəsinin sədri vəzifəsində işləyən, Tovuz rayonu, X kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 309.1 v ə 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 309.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasının, CM-in 313-cü maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplanmaq yolu ilə qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasının təyin edilməsi, barəsində seçilmiş «başqa yer ə getməmək barədə iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət verilmişdir. Tovuz Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli 1(062)-37/2025 nömrəli (hakim: Hacıyev Süleyman Aslan oğlunun sədrliyi) qərarı ilə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edilmişdir. Həmin tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərardan Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) 30 sentyabr 2025-ci il tarixli 1(104)-518/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə Tovuz Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2025-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti ilə Tovuz Rayon Məhkəm əsinin 14 may 2025-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2025-ci il tarixli qərarının qeyri-qanuni və əsassız olduğu üçün ləğv edilməsini və buraxılmış müddətin bərpa olunması barədə daha ədalətli qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 çıxış edərək, proses gedişi zamanı zərərçəkmiş şəxs olan atasının halının pisləşdiyini, sonradan onun mikro infarkt keçirdiyinin məlum olduğunu, məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə qərarını 2 ay sonra aldıqlarını, kənddə poçt məntəqəsinin olmadığını, bu kimi səbəblərə görə müddəti ötürdüklərini bildirib, verilmiş kassasiya şikay ətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünl üyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və nümayəndənin məhkəmə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materialında olan sənədlərdən görünür ki, Tovuz Rayon Məhkəməsinin hökmü 14 may 2025-ci il tarixdə çıxarılmış, hökm 21 may 2025-ci il tarixdə zərərçəkmiş şəxsin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmiş, bu barədə həmin şəxsə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilmiş, o cümlədən hökmün surəti isə Zərərçəkmiş şəxs 5 iyun 2025-ci il tarixli müşayiət məktubu ilə göndərilmiş və 17 iyun 2025-ci il tarixdə təqdim edilmişdir. Lakin, o, məhkəmənin hökmündən yalnız 15 iyul 2025ci il tarixdə, yəni prosessual müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Həmçinin, iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli 1(062)-37/2025 nömrəli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmişdir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəmə si qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin hökmü elan olunduğu gündən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsi müddətini buraxmaqla apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, birinci instansiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsinin iştirak etməsini də nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Gəncə Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2715/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2715/2025
03.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver