Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2721/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli hökmü ilə X5 Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2025-ci il tarixli hökmü ilə isə X5ə həmin maddə ilə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Xəzri Ramilə Həşim qızı) X5, 11 aprel 1989-cu i l tarixdə Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Qaraağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü ilə CMin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 69.4-cü maddəsinin tələblərinə uyğun olaraq 1000 (min) manat miqdarında cərimə cəzasına, həmin məhkəmənin 25 may 2021- ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 202 1-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4, 13 və 30-cu hissələrinə əsasən cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 16 avqust 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin məhkəmə tərəfindən hazırkı iş üzrə məhkəməyədək icraat zamanı prosessual hüquq no rmalarının pozulmasına yol verdiyinə görə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı X4 barəsində xüsusi qərar çıxarılaraq həmin qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən X5 CM-in 177.2.3-cü maddəsi ilə təqsirli blinərək məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 yanvar 2024-cü il tarixdən 25 fevral 2024-cü il tarixədək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan bağ evinin pəncərəsinin dəmir barmaqlığını çıxardaraq plastik pəncərəni sıxıb açma yolu ilə evin saxlanc yeri olan yaşayış sahəsinə qanunsuz daxil olaraq dəyəri 30 manat olan 1 ədəd samovar, dəyəri 10 manat o lan 1 ədəd "sony" markalı DVD aparatı, dəyəri 30 manat olan şüşə armudu stəkanlar, hər birinin içərisində 6 ədəd xurustal stəkanlar olmaqla dəyəri 600 manat olan 3 qutu, dəyəri 300 manat olan xurustal dəst, ümumi dəyəri 500 manat olan 2 ədəd kiçik ölçülü çərçivənin içərisində olan qadın rəsmləri, ümumi dəyəri 300 manat olan 6 ədəd güldan, ümumi dəyəri 800 manat olan 4 ədəd kişi və qadın qol saatı, ümumi dəyəri 400 manat olan bijuteriya, ümumi dəyəri 600 manat olan 4 ədəd farfordan olan kiçik ölçülü qız heykəlləri daşıyıb aparmaqla özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 3570 manat məbləğində maddi zərər vuraraq oğurluq etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli hökmündən məhkum X5 və onun müdafiəç isi Zamanov Əli Fəxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətləinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Emin Zöhrab oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə) 9 sentyabr 2025ci il tarixli hökmü ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılaraq Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 42.1.4-cü maddəsinə əsasən X5in CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə sonuncuya həmin maddə ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas z alından dərhal həbsdən azad olunmuş, həmçinin X5ə bəraət alması ilə əlaqədar onun tutulması, cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bundan əlavə isə iş üzrə “25 yanvar 2024cü il tarixdən 25 fevral 2024-cü il tarixədək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan bağ evinin pəncərəsinin dəmir barmaqlığı çıxarılaraq plastik pəncərəni sıxıb açma yolu ilə evin saxlanc yeri olan yaşayış sahəsinə qanunsuz daxil olaraq dəyəri 30 manat olan 1 ədəd samovar, dəyəri 10 manat olan 1 ədəd "sony" markalı DVD aparatı, dəyəri 30 manat olan şüşə armudu stəkanlar, hər birinin içə risində 6 ədəd xurustal stəkanlar olmaqla dəyəri 600 manat olan 3 qutu, dəyəri 300 manat olan xurustal dəst, ümumi dəyəri 500 manat olan 2 ədəd kiçik ölçülü çərçivənin içərisində olan qadın rəsmləri, ümumi dəyəri 300 manat olan 6 ədəd güldan, ümumi dəyəri 800 manat olan 4 ədəd kişi və qadın qol saatı, ümumi dəyəri 400 manat olan bijuteriya, ümumi dəyəri 600 manat olan 4 ədəd farfordan olan kiçik ölçülü qız heykəllərini” oğurlamış şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2025-ci il tarixli hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə kassasiya şikayəti, dövlət ittiham çısı S.İ.Hüseyinova-Zeynalova isə kassasiya protesti verərək aşağıdakıları xahiş etmişlər: - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə – həmin hökmün ləğv edilməsini və iş üzrə Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2025ci il tarixli hökmünün qüvvəyə minməsi barədə yeni qərar qəbul edilməsini; - dövlət itihamçısı S.İ.Hüseyinova-Zeynalova - həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikyətində X5in barəsində çıxarılmış hökmlərə istinad edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə həmin şikayətini belə əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi X5in barəsində bəraət hökmü çıxararkən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Halbuk i, cinayət işinin materiallarında olan “Hadisə yerində kriminalistika xidməti əməkdaşlarının mütəxəssis kimi iştirak etmələrinin qeydiyyatı” Jurnalından çıxarışdan görünür ki, hadisə yerinə baxış keçirilmiş, nümunələr götürülmüş və həmin nümunələr 28 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmiş, həmin İdarənin 1 mart 2024-cü il tarixli məktubu ilə isə sorğuya cavab verilərək bildirilmişdir ki, təqdim olunmuş əl-barmaq izləri bu İdarənin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində isə əl izlərindən 6 ədədi (ADİS-in məlumat bankına İHOSMT, Xəzər RPİ-dən daxil olan) 11 aprel 1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş X5 sağ əlinin ovucu (4 dəfə) və böyük bar mağı ilə, sol əlinin böyük barmağı ilə eynilik təşkil etmişdir. Yalnız şərh olunan dəlillərə əsaslanaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə kassasiya şikayətinin təmin edilərək həmin şikayətdə irəli sürülmüş tələbə uyğun olan qərarın qəbul edilməsini xahiş edirlər. Kassasiya protestində Azərbaycan CM-in və CPM-in bir sıra normalarına, ibtidai araşdırma orqanı tərəfindən X5ə qarşı irəli sürülmüş ittihama, əsasən də həmin mərhələdə toplanmış, həmçinin məhkəmələr tərəfindən əldə olunmuş və məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, sonuncunun barəsində çıxarılmış hökmlərə və həmin hökmlər üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri fərqli nəticələrə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına istinad edən dövlət ittihamçısı S.İ.Hüseyinova-Zeynalova həmin protestini onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla X5in ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi tam təsdiq olunmuş və birinci instansiya məhkəməsi tam əsaslı olaraq onun haqqında ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi isə həmin hökmü ləğv edərək X5in barəsində bəraət hökmü çıxararkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş və sonuncunun təqsirsizliyi barədə 9 sentyabr 2025-ci il tarixli hökmün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestinin müəllifinin öz müraciətində həmçinin qeyd etmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində həmin məhkəmənin hakimləri Emin Əliyev, Əli Məmmədov və Mirzəli Abbasovdan ibarət tərkibdə baxılsa da, hökmdə hakim Əli Məmmədovun əvəzinə hakim Zaur Hüseynovun adı qeyd olunmuşdur ki, bu pozuntu da 9 sentyabr 2025-ci il tarixli hökmün ləğv edilməsi üçün əsaslardan biridir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi toplanmış və araşdırılmış sübutları qarşılıqlı müqayisə etməklə təhlil aparmadan işin faktiki hallarına uyğun gəlməyən əsassız nəticəyə gəlmiş, iş üzrə şahid qismində dindirilmiş şəxslərin biri digərini tamamlayan və işin obyektiv hallarına tam uyğun olan ifadələrinin, prosessual hərəkətlərin aparılması haqqında protokolların və digər sübutların qəbul edil məməsinin səbəblərini göstərmədən yekun məhkəmə aktı qəbul etmişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı S.İ.Hüseyinova-Zeynalova onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Bəraət almış şəxs X5in müdafiəçisi Ə.F.Zamanov kassasiya şikayətinə və kassasiya protestinə ayrı-ayrılıqda yazılı etirazlar verərək həmin kassasiya müraciətlərinin təmin edilməməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə və kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2026-cı il tarixli iclasına təyin olunmuş və bu haqda cinayət prose sinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin bəraət almış şəxs X5, onun müdafiəçisi Ə.F.Zamanov, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsininin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə bəraət almış şəxs X5in, onun müdafiəçisi Ə.F.Zamanovun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iş tirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə kassasiya şikayətinin və dövlət ittihamçısı S.İ.Hüseyinova-Zeynalovanın kassasiya protestinin məzmunlarından göründüyü kimi, hər iki kassasiya müraciətlərinin müəllifləri öz müraciətlərində apellyasiya instansiyası məhkəməsinin X5in ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiyini, həmin məhkəmənin qəbul etdiyi yekun məhkəmə aktının əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək iş üzrə çıxarılmış 9 sentyabr 2025-ci il tarixli bəraət hökmünün ləğv edilməsi haqqında kassasiya tələblərini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəm bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qayd asında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə kasssiya şikayətini və dövlət ittihamçısı S.İ.HüseyinovaZeynalovanın kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən kassasiya qaydasında mübahisələndirilən 9 sentyabr 2025-ci il tarixli hökmün qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəs i müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiy ada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması v ə tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş tələbə cavab olaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməsini aşkar etdikdə yalnız aşağıdakı qərarlardan birini qəbul etmək səlahiyyətinə malikdir: - məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək (CPM-in 419.10.2-ci maddəsi); - qanuni qüvvəyə minmiş hökm və qərarları ləğv etmək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam vermək (CPM-in 419.10.3-cü maddəsi); - ape llyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək (CPM-in 419.10.4-cü maddəsi). Bu normaların tələblərindən göründüyü kimi, həmin normalarda kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün və ya qəbul edilmiş digər yekun məhkəmə aktının ləğv edilərək birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının qüvvəyə minməsi barədə qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə kassasiya şikayətində irəli sürülmüş tələbi, həmçinin aşağıda göstərilən əsaslarla həmin tələbin araxasında duran dəlilləri qəbul edilməz sayır və həmin müraciətdə göstərilən qərarın qəbul edilməsini mümkün bilmir. Bununla yanaşı məhkəmə kollegiyası hazı rki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2025-ci il tarixli hökmündən verilmiş kassasiya şikayətinin və kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya ha kimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakim əsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyə tinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlveriş siz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsin də də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edil ənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyə n olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə mə suliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq et məyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilm işdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azər baycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulm ası ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin I-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətli liyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilən ədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədili btörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məh dudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; -şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə i craat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və h allarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxs in öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun di gərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikd ə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müdd əalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara müna sibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsas şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi üm umilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 sentyabr2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarını n sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı za manı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Mə hkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsi nə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143 146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və müdafiə tərəfinin vəsatətləri əsasında, habelə məhkəmələrin öz təşəbbüsləri ilə əldə edilmiş əlavə sübutlar apellyasiya şikayətlərinə əsasən işə baxılarkən məhkəmə tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdırılmış, iş üzrə çıxarılmış 9 sentyabr 2025-ci il tarixli hökmdə məhkəmə məhz həmin sübutlara istinad etmiş və kassasiya şikayətinin və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X5nin ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırmalar zamanı sübutların qanun pozuntularına yol verilməklə toplanması, sonuncuya qarşı irəli sürülmüş ittihamın və birinci instansiya məhkəməsinin hökmünün əsaslarını isə məhz belə sübutlar təşkil etməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə, habelə qanunveric iliyin tələblərinə əsaslanmışdır. Belə olan halda məhkəmə kollegiyası X5in barəsində bəraət hökmü çıxarmış apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı S.İ.Hüseyinova-Zeynalova apellyasiya instansiyası məhkəməsi tərəfindən hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin yekun məhkəmə aktının əsasına qoyulmuş sübutların tədqiqində dövlət ittihamçısı özü də iştirak edərək onların qanunsuz yolla ə ldə edilməsinin nədə ifadə olunmasını, yəni məhkəmə iclasında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər əks sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin cinayət təqibinin bütün mərhələlərində verdiyi ifadələrin CPM-in 125.2ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilə n pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən X5ə CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş, lakin ehtimal xarakteri daşıyan ittiham, həmin maddədə nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətlərini əks etdirən xüsusatlar (X5in 25 yanvar 2024-cü il tarixdən 25 fevral 2024-cü il tarixədək olan dövrdə, lakin naməlum tarixdə və vaxtda yaşayış sahəsinə girməklə oradan Zərərçəkmiş şəxs1 məxsus cəmisi 3570 manat məbləğində əmlakı gizli yolla talaması, yəni oğurlaması) ilk olaraq 27 fevral 2024-cü il tarixdə aparılmış hədisə yerinin müayinə edilməsi haqqında istintaq hərəkətinin nəticələri və bu nəticələrə əsasən əldə edilmiş şübhəli sübutlara əsaslanmışdır. Halbuki, X5 istər ilkin və ibtidai araşdırmalar zamanı, istərsə də məhkəmə iclaslarında şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, o, əvvəllər oğurluq cinayətini törətdiyinə görə məhkum olunsa da, sonuncu məhkumluğu üzrə cəzasını çəkib azad olunduqdan sonra heç bir cinayət xarakterli, o cümlədən oğurluq cinayəti törətməmiş, hazırki iş üzrə həbs olunana qədər Xəzər rayonunun ərazisində ictimai faydalı əməklə məşğul olmuş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərini tanımamış və ona məxsus bağ evində heç vaxt olmamış, həmin evə girməklə oradan oğurluq etməmişdir. İbtidai araşdırma zamanı isə ona qarşı zor tətbiq edilməklə oğurluğun onun tərəfindən edilməsini etiraf etməsi ondan tələb olunsa da, o, bu tələb uyğun if adələr verməkdən imtina etmişdir. X5 verdiyi ifadələrdə həmçinin onu da qeyd etmişdir ki, əvvəllər məhkum olunduğuna görə onun əl-barmaq izləri Daxili İşlər Nazirliyinin məlumat bazasında mövcud olmuş, təhqiqatçı tərəfindən bu məlumatların məhz həmin bazadan əldə edilməsi və ekspertiza tədqiqatına təqdim olunması istisna deyil, onun əlbarmaq izlərinin nümunələri isə ondan müvəqqəti saxlama yerində olarkən müdafiəçinin iştirak olmadan götürülmüşdür. İş materiallarının təhlili göstərir ki, hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlarla, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs1, şahidlər Şahid X4 (xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı) və həmin İdarənin Kriminalistika Şöbəsinin mütəxəssisi X8in da verdikləri ifadələri ilə X5in verdiyi ifadələri təkzib olunmamı ş və belə olan halda sonuncuya qarşı irəli sürülmüş ittihamın əsasını birinci instansiya məhkəməsi tərəfindən də qanunsuz sübut hesab edilərək sübutlar siyahısından çıxarılmış hadisə yerinin müayinə edilməsi haqqında 27 fevral 2024-cü il tarixli protokol və ibtidai araşdırma orqanının mülahizələrinə görə, bu istintaq hərəkətinin aparılması nəticəsində əldə edilmiş sübutlar (hadisə yerində əl-barmaq izlərinin aşkar edilərək götürülməsi və bu izlərin X5in əl-barmaq izləri ilə uyğun təşkil etməsi haqda biri digərinə zidd olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 1 mart 2024-cü il tarixli 3-13-11/2-29992/2024 saylı məktubu və həmin İdarə tərəfindən keçirilmiş məhkəmə-daktiloskopik ekspertizasının 20 may 2024-cü il tarixli 24/922 saylı rəyi) təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmdən göründüyü kimi, məhkəmə məhz bu sübutlar üzərində müvafiq təhlil apararaq əvvəla birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə uyğun olaraq hadisə yerinin müayinə edilməsi haqqında 27 fevral 2027-ci il tarixli protokolun və bu istintaq hərəkətinin aparılmasının qanunvericiliyin tələblərinə zidd olması, həmçinin bundan sonra əldə edilmiş sübutların X5in ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməməsi barədə qənaətə gəlmişdir. Belə ki, işə məhkəmə iclaslarında (o cümlədən birinci instansiya məhkəməsinin məhkəmə iclasında) baxılan zaman iş üzrə ibtidai araşdırma zamanı toplanmış sübutlar tədqiq olunarkən müəyyən edilmişdir ki, hazırki iş üzrə zərər çəkmiş şəxs 25 fevral 2024cü il tarixdə ona məxsus ünvan 2 ünvanında yerləşən bağ evindən oğurluq edilməsini aşkar etdikdə 27 fevral 2024-cü il tarixdə bu haqda ərizə ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisinə ərizə ilə müraciət edərək oğurluq etmiş şəxslərin müəyyən edilməsini və onların cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Bu ərizə əsasında ilkin araşdırmanın aparılması həvalə edilmiş göstərilən polis şöbəsinin tədqiqatçısı X4 27 fevral 2024-cü il tarixdə naməlum vaxtda barələrində anket və digər məlumatlar göstərilməyən X8 və X12 iştirakları ilə oğurluq edilmiş bağ evinə baxış keçirmiş, bu haqda tərtib edilmiş protokolda isə həmin evi və pəncərədəki barmaqlıların zədələnməsini təsvir etməklə kifayətlənmiş, bunlarla yanaşı hadisə yerinə baxış zamanı fotoşəkillərin də çəkilməsini qeyd etsə də, be lə fotoşəkilləri protokola əlavə etməmiş, eləcə də bu fotoşəkillər cinayət işinin materiallarında da aşkar olunmamışdır. Eyni zamanda göstərilən protokolda evin hər hansı hissəsindən, o cümlədən pəncərələrin və ya digər əşyaların üzərindən istər X4 özü, istərsə də sonradan ehtimal edildiyi kimi, hadisə yerinin müayinəsində iştirak etmiş Xəzər RPİ-nin Kriminalistika şöbəsinin mütəxəssisi X8 tərəfindən əl-barmaq izlərinin hər hansı şəkildə götürülməsi və protokola əlavə olunması həmin prosessual sənəddən və işin digər materiallarından görünmür. Məhkəmə kollegiyasının qənaətinə görə, təsvir edilən hallar 27 fevral 2024-cü il tarixdə bu istintaq hərəkətinin aparılması və bu haqda protokolun tərtib edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin aşağıdakı normalarının kobud pozulmasına də lalət etdiyindən, kassasiya müraciətlərinin dəlillərinin əksinə olaraq, bunların əsasında toplanmış və X5ə qarşı irəli sürülmüş ittihamın əsasına qoyulmuş digər sübutlar da qanunsuz yolla əldə edilmiş, yəni yolverilməz sübutlar kimi dəyərləndirilməlidir. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayəti özgə əmlakını gizli olaraq talamada ehtiva olunur və bu cinayəti törətmiş şəxsin niyyəti bütün hallarda öz əməlinin gizliliyini təmin etməyə yönəlir. Şəxs özgənin əmlakını başqa üsullardan istifadə etməklə, o cümlədən açıq yolla taladıqda isə onun törətdiyi əməl bu əməlin törədilməsi hallarından asılı olaraq soyğunçuluq, quldurluq və s. cinayətlər kimi qiymətlndirilərək CM-in müvafiq maddələri ilə tövsif edilir. Oğurluq cinayət əməlini törətmiş şəxsin ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin əsas şərtlərindən biri isə də odur ki, cinayət təqibini aparan orqan tərəfindən bu istiqamətdə lazımi və hərtərəfli aradırma aparılsın, həmin araşdırma zamanı isə zəruri olan sübutları yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq toplalsın və məhz belə sübutlar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə, sonradan isə barəsində ittiham hökmü çıxarılmaqla məhkum olunmasına kifayət etsin. Belə araşdırma zamanı sübutlar istintaq və ya digər prosessual hərəkətlərinin icraatı qaydalarının kobud pozuntuları ilə, habelə CPM-in 125.2-ci maddəsində sadalanan digər pozuntularla əldə edildikdə isə həmin sübutlar yolverilməz sübutlar kimi qiymətləndirilməli və heç bir halda şəxsin bu və ya digər cinayəti törətməkdə təqsirliliyinə əsas ola bilən sübutlar kimi qəbul edilməməlidir. Bu təfsirdən çıxış edən və iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası həm cinayət işinin materiallarına, həm də cinayət-prosessual qanunveriliciyinin aşağıdakı tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqelərinə müraciət etməyi zəruri bilir. Belə ki, əvvəla iş materialları ilə Zərərçəkmiş şəxs1 məxsus bağ evindən hər hansı qaydada əl-barmaq izlərinin götürülməsi və onların 28 fevral 2024-cü il tarixli 3-1345/24313/2024 saylı məktubla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilməsi müəyyən edilmir və belə məktub işə əlavə olunmamışdır. Məhkəmə kollegi yasının fikrincə, bu hallar hadisə yerində həm əl-barmaq izlərinin həqiqətən götürülməsinə və qeyd olunan quruma göndərilməsinə şübhə ilə yanaşmağa əsaslar yaradır, baxmayaraq ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X4, X8 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, hər birisi ayrı-ayrılıqda hadisə yerinin müayinə edilməsi zamanı əl-barmaq izlərinin götürülməsini bildirmiş, lakin bu izlərin fərqli şəraitdə (qaranlıq vaxtı, bağ evinin işıq olmayan ikinci mərtəbəsindəki fərqli-fərqli əşyaların üzərindən) götürülməsini qeyd etmiş və bu kimi ziddiyyətləri məhkəmə iclaslarında aradan qaldırma mümkün olmamışdır. Daha sonra, iş materiallarına əlavə edilmiş məhkəmə-daktiloskopik ekspertizasının təyin edilməsi haqqında 4 aprel 2024-cü il tarixli qərarın 4-cü abzasında qeyd olunmuşdur k i, araşdırma zamanı DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 1 mart 2024-cü il tarixli 3-xx-xx/229923/2024 saylı məktuba görə Zərərçəkmiş şəxs1 məxsus bağ evindən baş vermiş oğurluq hadisəsi zamanı balonun üzərindən götürülmüş əl-barmaq izi ilə X5 sağ əlinin ovucu (4 dəfə) və böyük barmağı ilə, sol əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 1 mart 2024-cü il tarixli 3-13-11/2-29923/2024 saylı məktubda göstərilmişdir ki, Xəzər RPİ-nin 28 fevral 2024-cü il tarixli, 3-13-45/2-4313/2024 nömrəli məktubu vasitəsilə (qeyd olunduğu kimi, belə məktub işdə yoxdur) 29 fevral 2024-cü il tarixdə KTİ-yə daxil olmuş və 27 fevral 2024-cü il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Tel man küçəsində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan 9/29 nömrəli bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izlərinin DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqatı nəticəsində əl izlərindən 6 ədədi (ADİS-in məlumat bankına İHOSMT, Xəzər RPİdən daxil olan) 11 aprel 1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş X5 sağ əlinin ovucu (04 dəfə) və böyük barmağı ilə, sol əlinin böyük barmağı ilə eynilik təşkil etmişdir. Göründüyü kimi, həmin məktubda qeyd olunan məlumatlara münasibətdə, müstəntiq 4 aprel 2024-cü il tarixli qərarında başqa məlumatları əks etmiş, bununla da bu sənədlər arasında ziddiyyətlər yaranmışdır. Bununla yanaşı məhkəmə-daktiloskopik ekspertizasının təyin edilməs i haqqında 4 aprel 2024-cü il tarixli qərarda ekspertizaya hadisə yerindən götürülmüş 6 ədəd əl-barmaq izlərinin müqayisəli tədqiqat üçün təqdim olunması qeyd olunsa da, həmin ekspertizanın 20 may 2024-cü il tarixli 24/922 saylı rəyinin tədqiqi hissəsində, tədqiqata zərfin içərisində 3 ədəd yapışqanlı lent kəsikləri üzərində olan, “bağ evinin 2-ci mərtəbə qonaq otağının pəncərəsinin şüşəsi” yazılmış 3 ədəd əl-barmaq və 2 ədəd ovuc izlərinin təqdim olunması və bu izlərin Z.G.Zamanzadənin əl-barmaq və ovuc əksləri ilə müqayisə edildiyi qeyd olunmuşdur. Göründüyü kimi, təhlil edilən sənədlərdə həm əl-barmaq və ovuc izlərinin mənbəyi və sayı barədə müxtəlif məlumatlar əksini tapmış və bu ziddiyyətlərin də aradan qaldırılması mümkün olmamışdır ki, yenə də məsələyə, yəni əl-barmaq izlərinin hə qiqətən hadisə yerinin müayinə edilməsi zamanı götürülmüsinə və onların Kriminalistik Tədqiqatlar İdarəsinə təqdim olunmasına şübhə ilə yanaşmaq üçün kifayət qədər əsaslar yaranmışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hadisə yerinə baxış keçirilməsi haqqında 27 fevral 2024-cü il tarixli protokolda bu istintaq hərəkətinin aparılması vaxtı göstərilməsə də, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və şahidlər X4 və X8, hər birisinin ayrıayrılıqda verdikləri ifadələri ilə müəyyən edilmişdir ki, həmin istintaq hərəkəti qaranlıq vaxtı aparılmış və Natiq Ağamirzəyev, onun deməsinə görə, hətta bu zaman elektrik fənərdən də istifadə etmişdir. Hərçənd, qanunun tələbinə əsasən, hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla baxış gündüz vaxtı ap arılır (CPM-in 236.2-ci maddəsi). Bununla yanaşı, məhkəmə kollegiyası göstərilən istintaq hərəkətinin aparılmasında və bu haqda protokolun tərtib edilməsində qanun pozuntularını onda da görür ki, 27 fevral 2024-cü il tarixli protokola görə, hadisə yerinə baxış yalnız zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Kriminalistika Şöbəsinin mütəxəssisi X8 və naməlum şəxs X12 iştirak ilə keçirilmiş, lakin bu zaman, qanunun tələb etdiyi kimi, ən azı iki nəfər hal şahidinin iştirakı, yaxud da videoçəkilişdən istifadə edilməsi təmin olunmamış, göstərilən protokol təhqiqatçı tərəfindən qeydiyyatdan keçirilməmiş, bununla da bu istintaq hərəkətinin aparılmasının prosessual qaydaları kobud şəkildə pozulmuşdur. Bu qənaəti ilə əlaqədar məhkəmə kollegiyası prosessual qanunvericiliyin tələblərinə müraciət edərək v urğulamağı lazım bilir ki, CPM-in 236.1-ci maddəsinə əsasən, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. CPM-in 236.4-236.6-cı maddələrinin tələblərinə görə, müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoç əkilişdən istifadə məcburidir. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. Baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir: - baxışın aparıldığı vaxt, tarix və yer; - müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; - baxışda iştirak edən şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; - hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiy i halda); - hal şahidlərindən hər birinə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda); - baxışın xüsusiyyətləri, xüsusən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd; - müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar. CPM-in 236.8-ci maddəsində göstərilmişdir ki, baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 134.1-ci maddəsinə əsasən, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cin ayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. CPM-in 134.2-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər: baxış; şəxsi müayinə; şəxsin və əşyaların tanınması; götürmə; axtarış; əmlak üzərinə həbs qoyulması; poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması; telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi; maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla şəxsi, a ilə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi; meyitin qəbirdən çıxarılması (ekshumasiya); dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama; ekspertiza və ya tədqiqat üçün nümunələri götürmə; istintaq eksperimenti. CPM-in 134.4-cü maddəsində qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsinin məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilməsi nəzərdə tutulmuşdur. CPM-in 134.5-ci maddəsində isə təsbit edilmişdir ki, istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Göründüyü kimi, ittiham məqsədi ilə, xx.xx.2024-cü il tarixl i (Hadisə yerinə baxış keçirilməsi haqqında) protokolda (texniki səbəblərdən əl-barmaq izlərinin götürülməsinin qeyd edilməməsi) ilə bağlı yaranmış natamamlığın təhqiqatçı X4 və DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin mütəxəssis-kriminalisti X8 ifadələri ilə aradan qaldırılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Göründüyü kimi, təhqiqatçı X4 tərəfindən 27 fevral 2024-cü il tarixdə hadisə yerinə baxış qanunvericiliyin yuxarıda təsvir edilmiş tələbləri pozulmaqla aparılmış, bu haqda tərtib edilmiş protokol isə yenə də qanunun tələb etdiyi kimi, lazımi qaydada qeydiyyatdan keçirilməmiş, bu hallar da, yuxarıda qeyd olunduğu kimi, bu istintaq hərəkətinin aparılması nəticəsində əldə olunmuş sübutların, o cümlədən naməlum şəraitdə götürülmüş əl-barmaq izlərinin mötəbər sübutl ar kimi qiymətləndirilməsinə əsas vermir. Çünki, CPM-in 125.3-cü maddəsinə əsasən, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Bu haqda nəticəyə apellyasiya instansiyası məhkəməsi ilə yanaşı birinci instansiya məhkəməsi də gələrək çıxardığı 27 yanvar 2025-ci il tarixli hökmlə hadisə yerinə baxış keçirilməsi haqqında 27 fevral 2024-cü il tarixli protokolu yolverilməz sübut kimi qiymətləndirib onu sübutları siyahısından xaric etmiş, eyni zamanda həmin istintaq hərəkətinin aparılması zamanı kobud qanun pozuntularına yol verdiyinə görə təhqiqatçı X4 barəsində eyni tarixli xüsusi qərar da çıxarmışdır. Qeyd olunm alıdır ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında təhlil edilən istintaq hərəkətinin nəticələrindən və bunu əks etdirən 27 fevral 2024-cü il tarixli protokoldan başqa X5nin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən mötəbər və təkzib edilməz sübutlar ibtidai araşdırma zamanı əldə olunmamış, məhkəmə iclaslarında da ittiham tərəfi belə sübutları məhkəmələrə təqdim etməmiş və istər kassasiya şikayətində, istərsə də kassasiya protestində bu kimi sübutlara istinad etməmişlər. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası cinayət işinin materiallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin o qənaəti ilə də razılaşır ki, cinayət işi üzrə ibtidai araşdırma zamanı digər qanun pozuntularına yol verilməsi ilə bağlı da hallar müəyyən edilmişdi r. Belə ki, iş materiallarından görünür ki, istintaq orqanı tərəfindən X5 bu haqda müvafiq protokol tərtib edilmədən və özünün deməsinə görə, 1 və ya 2 aprel 2024-cü il tarixdə, digər sənədlərə görə isə - 2 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, lakin bundan dərhal sonra onun müvəqqəti saxlama yerində saxlanılması təmin edilməmiş, bununla da cinayət-prosessual qanunun aşağıdakı tələbləri də pozulmuşdir. CPM-in 147.4-cü maddəsinə əsasən, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 147.5-ci maddəsinin tələbinə və mənasına görə, təhqiqatçı və ya müstəntiq tərəfindən şübhəli şəxsin tutulması barədə müvafiq protokol tərtib edilməli və həmin protokolda onun tərtib edildiyi yer, tarix və vaxt; protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi; tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat; tutulmanın aparıldığı yer, tarix və vaxt; tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti və tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd göstərilməlidir. CPM-in 147.6-cı maddəsində müəyyən edilmişdir ki, tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. CPM-in 148.5-ci maddəsində isə cinayət törətmə kdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılmasının cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası bütün yuxarıda təsvir edilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, X5in ona CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın əsaslı hesab edilməsinə ehtimal yaradan sübutlar prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə əldə edildiyindən, digər tərəfdən isə - iş üzrə müəyyən olunmuş bu pozuntuların və şübhələrin aradan qaldırılması mümkün olmadığından, apellyasiya instansiyası məhkəməsi təqsirsizlik prezumpsiyası prinsipinə əsasən haqlı olaraq bütün şübhələri sonuncunu xeyrinə həll etməklə onun həmin ittiham üzrə təqsirliliyinin sübut a yetirilməməsi barədə qanuni və kifayət qədər əsaslandırılmış hökm çıxarmış, bu zaman iş üzrə gəldiyi nəticəni təsdiq edən bütün sübutları tədqiq edərək onları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirmiş, CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməklə əldə olunmuş yolverilməz sübutlardan istifadə etməmiş, ümumi şəkildə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmiş və buna görə X5ə onun təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir, apellyasiya instansiyası məhkəməsinin 9 sentyabr 2025-ci il tarixli hökmündən verilmiş kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini isə qəbul edilməz sayaraq həmin yekun məhkəmə aktının ləğv edi lməsi üçün əsaslar görmür və bunu mümkün bilmir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh ed ilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2002-ci il tarixli Qərarında çəkişmə prinsipi ilə əlaqədar qeyd edilmişdir ki, qanunverici tərəfindən cinayət mühakimə icraatının çəkişmə prinsipinə müvafiq olaraq həyata keçirilməsinin müəyyənləşdirilməsi, tərəflərin müəyyən hədlərdə prosessual müstəqilliyinin təmin olunmasına, onların prosessual mövqe və məqsədlərinin konkretləşdirilməsinə, həmçinin prosessual funksiyaların tarazlaşdırılmasına yönəlmişdir. İttiham və müdafiə tərəflərinin çəkişməsi cinayət mühakimə icraatının bütün mərhələlərini əhatə edir və məhkəmə tərəfindən qanuni, əsaslı və ədalətli hökm çıxarılmasına şərait yaradır. Həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış tövsiyəyə görə, təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərba ycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 8-ci bəndində isə məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. İşə apellyasiya qaydasında hakimlər Emin Əliyev, Əli Məmmədov və Mirzəli Abbasovdan ibarət tərkibdə baxılsa da, hökmdə hakim Əli Məmmədovun əvəzinə hakim Zaur Hüseynovun adının qeyd olunması, bu pozuntunun da 9 sentyabr 2025-ci il tarixli hökmün ləğv edilməsi üçün əsaslardan biri olması barədə kassasiya protestinin dəlil inə cavab olaraq cinayət işinin materiallarına müraciət edən məhkəmə kollegiyası qeyd edir ki, işdə olan məhkəmə iclas protokollarına əsasən, X5in barəsində çıxarılmış 27 yanvar 2025-ci il tarixli hökmdən verilmiş apellyasiya şikayətinə ilk olaraq hakimlər E.Əliyev, Ə.Məmmədov və M.Abbasovdan ibarət məhkəmə tərkibi tərəfindən baxılsa da, 9 sentyabr 2025-ci il tarixdə həmin tərkibdə dəyişiklik edilərək hakim Ə.Məmmədov hakim Z.Hüseynovla əvəz edilmiş və bu səbəbdən sonradan məhkəmə istintaqı təzələnməsə də məhkəmə baxışı iclası yenidən başlanmış, bu iclasda isə bütün prosessual qaydalara təkrarən əməl edildikdən, o cümlədən proses iştirakçılarına hüquq və vəzifələri izah olunduqdan sonra onlar apellyasiya şikayətinin dəlilləri ilə bağlı izahatlar vermiş, sonradan yekun nitqlərlə, X5 isə - s on sözlə məhkəməyə müraciət etmiş, daha sonra isə məhkəmə kollegiyası müşavirə otağına gedərək kassasiya qaydasında mübahisələndirən hökmü çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, təsvir edilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı qanun pozuntusuna, o cümlədən CPM-nin 308.2-ci maddəsinin tələblərinin pozulmasına yol verilməməsinə dəlalət edir və belə olan halda təhlil edilən məsələ ilə bağlı da kassasiya protestinin dəlili qəbul edilməz sayılaraq həmin protest ümumilikdə təmin olunmamalıdır. Bu qənaəti ilə bağlı isə məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 308.2-ci maddəsinə əsasən, hakimlərdən birinin məhkəmə baxışında iştirakı davam etdirmək imkanı olmadıqda o, digər hakimlə əvəz edilir, cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materialların a və ya xüsusi ittiham qaydasında şikayətə baxılması isə bu Məcəllənin 309-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əvvəldən başlanır. Məhkəmə kollegiyası bu normanın tələblərinə əsaslanaraq hakim Z.N.Hüseynovun son, lakin yenidən başlanmış məhkəmə iclasında iştirak etdiyinə görə 9 sentyabr 2025-ci il tarixli hökmün onun da daxil olduğu məhkəmə tərkibi tərəfindən çıxarılmasında heç bir qanun pozuntusu görmür, həmin hökmü isə qanuni və əsaslı yekun məhkəmə aktı kimi dəyərləndirir. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə kassasiya şikayətinin və dövlət ittihamçısı S.İ.Hüseyinova-Zeynalovanın kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyə rək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli və X5yə CM-in 177.2.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayəti və dövlət ittihamçısı S.İ.Hüseyinova-Zeynalovanın kassasiya protesti təmin edilməsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2721/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2721/2025
10.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver