Məhkəmə qərarları › İş №1(102)-2725/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2725/2025

25.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2725/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-232/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Abdullayev Loğman Qüdrə t oğlu və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Məhkum Təqsirləndirilən şəxs xx xxxx-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 2 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq Abşeron rayonu, Novxanı qəsəbəsi, Püstəxanım Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamışdır. 2. 25 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 25 yanvar 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmişlər və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Hadi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə ar alarında olan cinayətkar razılaşmaya əsasən Məhkum və Təqsirləndirilən şəxs “Hadi” adlı şəxsin sifarişi və pul təklifi ilə gələcəkdə ayrı-ayrı yerlərə yerləşdirilməsi və ya “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Lənkəran rayonu ərazisində yerləşdirdiyi 6.770,756 qram çəkidə narkotik vasitə heroini həmin yerdən qanunsuz əldə edib cinayətkar razılaşmaya uyğun olaraq Məhkum yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2 ünvanında yerləşən nömrəsiz fərdi evə daşımaqla narkotik vasitə heroinin bir hissəsini həmin ünvanda, qalan hissəsini isə Məhkum və Təqsirləndirilən şəxs üzərilərində saxlamaqla Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2 ünvanının yaxınlığın a daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum və Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə, saat 20:50-də Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2 ünvanının yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmişlər və orada həmin tarixdə, saat 22:40-dan Məhkum və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şortun sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 45,765 qram çəkidə, Məhkum əynində olan qısa ətəyli şalvarın sağ yan cibindən isə 01 ədəd bükümdə külli miqdarda 59,991 qram çəkidə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları narkotik vasitə heroin aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq 01 avqust 2023-cü il tarixdə saat 00:05-dən Təqsirləndirilən şəxs və Məhkum iştirakları və razılıqları ilə sonuncunun yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2-də yerləşən nömrəsiz fərdi evə baxış zamanı evin həyətindəki qarajdan onların satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 07 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1.025,0 qram, 935,0 qram, 1.075,0 qram, 920,0 qram, 1.005,0 qram, 980 qram və 725 qram olmaqla ümumilikdə külli miqdar təmiz çəkisi 6.665,0 qram olan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəm əsinin 1(124)-26/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli hökmü ilə: Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 31 iyul 2023-cü il tarixdən hesablanması; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 31 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Qənbərov Daşqın Məcid oğlu apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi, cinayət işinin yenidən məhkəmə istintaqı aparılmaqla icraata qəbul edilməsini xahiş etmişlər.

7. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, cinayət işinin qeyri-obyektiv aparılması və hökmün ədalətsiz olduğunu bildirməklə, düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Onunla yanaşı müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu da ayrıca apellyasiya şikayəti verib, hökmün təqsirləndirilən şəxs Məhkum dair hissədə ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 1(105)-232/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-26/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli hökmünün cəza təyini hissəsində dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzasının 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qə rarından Məhkum müdafiəçisi Abdullayev Loğman Qüdrət oğlu və məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Məhkum müdafiəçisi Abdullayev Loğman Qüdrət oğlu kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr məhkumun xeyrinə olan heç bir halı nəzərə almamış, yalnız ibtidai istintaq dövründə toplanmış sübutları, habelə məhkəmə qarşısında yox, məhkəməyədək icraat dövründə verilmiş ilkin ifadələri əsas götürmüşlər. Halbuki məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandığı halda hökm əsaslı hesab edilə bilər. Hər iki təqsirləndirilən şəxs məhkəmə iclasında səmimi ifadə verərək qarajda 100 qram narkotik vasitənin olduğunu, qalan narkotik vasitənin isə polis əməkdaşları tərəfindən o ra yerləşdirildiyini bildirmişlər. Bu hal şahid Həcər Əliyevanın ifadəsi ilə də öz təsdiqini tapmışdır. Lakin məhkəmə həmin şahidin ifadəsini qohumluq münasibətlərinə istinad edərək mötəbər sübut kimi qəbul etməmişdir. Bundan əlavə, Məhkum Bakı İstintaq Təcridxanasına qəbulu zamanı tibbi müayinədən keçirilərkən ağır fiziki işgəncələrə məruz qalması barədə təcridxana tərəfindən təqdim edilmiş arayışa qiymət verilməmiş, onun kim tərəfindən və hansı məqsədlə döyüldüyü araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Məhkumun üzərində olduğunu etiraf etdiyi az miqdarda narkotik vasitəyə görə onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-232/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum qarşı irəli sürülmüş ittihamlar üzrə bəraət hökmünün çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində satış məqsədinə dəlalət edən hər hansı sübutun olmadığını, 6.770,756 qram çəkidə narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən zor tətbiq edilməklə və təzyiq göstərilməklə onun üzərinə qoyulduğunu, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin təsir dairəsinə düşdüyünü, habelə barəsində cəzanı yüngülləşdirən halların nəzərə alınmadan ona ağır cəza təyin edildiyini iddia edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-232/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini və barəsində daha yüngül və ədalətli qərar qəbul ol unmasını xahiş etmişdir.

12. Kassasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təs bit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum müdafiəçisi Abdullayev Loğman Qüdrət oğlu kassasiya şikayətində törədilən əməlin tövsifini mübahisələndirsə də, sonda məhkum edilmiş şəxsə bəraət verilməli olduğ iddia etmiş, faktiki olaraq kassasiya xahişini Azərbaycan Respublikası CPMnin 416.1.6 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində əməlinin tövsifinin səhv və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etmiş, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-232/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən o nun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259- cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

24. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs törətdiklər cinayət əməlinə dair tövsifinin səhv olmasına, eləcə də Məhkum bəraət verilməsinə dair kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir.

25. Belə ki, məhkumların və onların müdafiəçilərinin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, məhkum edilmiş şəxslərin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri onların məhkəmə qarşısında verdikləri qismən etirafedici ifadələri ilə yanaşı, habelə: - ibtidai istintaq dövründə verdikləri tam etirafedici ifadələri, - videoçəkilişdən istifadə edilməklə Məhkum və Təqsirləndirilən şəxs üzərində keçirilmiş “şəxsi axtarış və götürmə haqqında” protokol, - video çəkilişdən istifadə edilməklə evə “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi (həmin rəy əsasında tədqiq edilmiş narkotik vasitələrin kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil etdiyi müəyyən edilmiş, həmçinin elektron tərəzinin üzərində heroin izləri aşkar edilmişdir), - məhkəmə-bioloji ekspertizasının rəyi (həmin rəy əsasında hər iki məhkum edilmiş şəxsin üzərindən, eləcə də yaşadıqları mənzildən aşkar edilmiş narkotik vasitə - qurudulmuş marixuananın tərkiblərinin eyni olması müəyyən edilmişdir), - Məhkum və Təqsirləndirilən şəxs götürülmüş mobil telefonlara baxış keçirilməsi haqqında protokol (Məhkum götürülmüş mobil telefonda hər iki məhkumun “Hadi” adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair yazışmal arı və danışıqları, o cümlədən fotoşəkillər müəyyən edilmiş, həmin yazışmalar və fotoşəkillər çıxarılaraq iş materiallarına əlavə edilmişdir), - Məhkum istifadəsində olmuş bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən sənədlərə və CD diskə baxış keçirilməsi protokol (diskdə olan fayllarda müxtəlif tarixlərdə kartla ATM-lərdə əməliyyat keçirilən zaman çəkilmiş fotoşəkillər öz əksini tapmışdır. Həmin şəkillərdən müəyyən edilmişdir ki, qeyd olunan kartdan həm Məhkum, həm də Təqsirləndirilən şəxs istifadə etmişdir), - məhkəmə-narkoloji ekspertizasının rəyləri (Təqsirləndirilən şəxs müayinəsi zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır), - digər məhkəmə və istintaq hərəkəti protokolları, - cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcm usu ilə müəyyən edilmişdir.

26. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum və Təqsirləndirilən şəxs hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməllərində Cinayət Məcəlləsinin ittiham edildikləri maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələr ilə onların təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə nəticəsi apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə qənaəti, eləcə də əməlin tövsifi ilə nəticəni şübhə altına almaq üçün əsas görmür.

28. Müdafiə tərəfinin məhkəmə araşdırmaları dövründə təqdim etdiyi süb utların, o cümlədən şahid ifadələrinin məhkəmələr tərəfindən nəzərə alınmadığına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassatorların bu istiqamətdə istinad etdikləri hallar əvvəlcə birinci instansiya məhkəməsi, daha sonra isə apellyasiya şikayətləri üzrə baxış keçirən apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılmış, məhkumların məhkəmə qarşısında onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməmələrinə dair verdikləri ifadələr, habelə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdiyi xüsusatlar digər şahidlərin ifadələri və cinayət işinin materiallarında olan sübutlarla müqayisəli təhlil edilmişdir. Bununla yanaşı, məhkumların ifadələrində mövcud olan ziddiyyətlərə düzgün hüquqi qiymət veril ərək, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmağa yönəlmiş kimi, Məhkum qohumu (bibisi) olan H.A.Əliyevanın ifadəsi isə həqiqətə uyğun olmayan və məhkumun məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş cəhd kimi qiymətləndirilmişdir.

29. Baxılan kassasiya şikayətinin digər dəlilli - məhkumların ibtidai istintaq dövründə təzyiqlərə məruz qalaraq, polis əməkdaşları tərəfindən etirafedici ifadə verməyə məcbur edilmələri barədə xüsusatlara münasibətdə məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirə n şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı, № 15, § 25, 24 dekabr 2021-ci il).

30. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-ins ani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).

31. Təsvir edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası qe yd edir ki, baxılan cinayət işinin materiallarından göründüyü kimi, hər iki məhkum edilmiş şəxs peşəkar müdafiəçi ilə təmin edilmişlər, lakin istər onların özü, istərsə də vəkilləri vasitəsilə ibtidai istintaq dövründə pis rəftara məruz qalmasına dair şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, hazırda da bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər.

32. Məhkumların məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddiaya münasibətdə məhkəmə kollegiyası Ali Məhkəmənin yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarının 26-cı bəndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sad əcə ifadənin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

33. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməlidir, dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartını tətbiq edir və belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyasının birgə mövcudluğundan irəli gələ bilə r (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10, § 151, 18 iyun 2019-cu il).

34. Kassasiya şikayətlərində pis rəftarla bağlı qaldırılan iddia ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir.

35. Müvafiq olaraq, məhkəmə kollegiyası təsviri verilən xüsusatları, o cümlədən məhkumların baxılan kassasiya şikayətlərində fiziki və ya psixi zorakılığa məruz qalmasına dair əsaslı şübhə yaradan heç bir dəlil təqdim etmədiyini nəzərə alaraq, ibtidai istintaq dövründə etirafedici ifadələrini işgəncə təsiri altında məcbur olaraq verməsi barədə onların iddiasını cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq qaldırılan dəlil kimi qiymətləndirir və bu dəlili əsassız hesab edir.

36. Məhkəmə kollegiyas ı məhkum Təqsirləndirilən şəxs ona həddindən artıq ağır cəza təyin edildiyinə, bu zaman məhkəmələrin cəzasını yüngülləşdirən halların kifayət qədər nəzərə almadıqlarına dair kassasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

37. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yə ni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

38. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

39. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədil miş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

40. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

41. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur.

42. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

43. Məhkəmə kolleg iyası yuxarıda istinad edilənlərə əsaslanmaqla qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

44. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəza sı təyin etmişdir.

45. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hər iki məhkuma təyin edilmiş cəzanın həddini qanunçuluq, ədalətlilik və humanizm prinsipi baxımından qanuni və əsaslı hesab etməyərək, məhkum Təqsirləndirilən şəxs, eləcə də digər məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirmişdir.

46. Məhkum Təqsirləndirilən şəxs daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onun bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun müvafiq şərhlərinə, eləcə də narkotik maddələr, vasitələr və prekursorların qanunsuz dövriyyəsinə aid baxılmış cinayət işləri üzrə cəza təyininə dair formalaşan vahid məhkəmə təcrübəsi uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

47. Yuxarıda təfsiri verilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiələrinin əlverişli qaydada təşkil etmələri və öz mənafelərini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilməmiş, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yaranmamışdır.

48. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-232/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Abdullayev Loğman Qüdrət oğlu və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-232/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar