Məhkəmə qərarları › İş №1(102)-2727/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2727/2025

25.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2727/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1219/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə mah iyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 4 ünvanında kirayədə yaşamışdır. 2. 18 sentyabr 2024-cü il tarixli ittiham aktına görə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəll əsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 11 oktyabr 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmişlər və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs və şəxsiyyəti məlum olmayan “Baba” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı qeyrisi ilə cinayət əlaqəsinə girib, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq, daşımaq və həmin maddələri satm aq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, daha sonra qanunsuz olaraq satış məqsədi ilə “Baba” adlı şəxsin müəyyən edəcəyi yerlərə 3.000 (üç min) manat pul vəsaiti müqabilində çatdırmaq üçün külli miqdarda cəmi 1.136,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 20,800 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 52 ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili 520 ədəd metadon dərman həbini Neftçala rayonu ərazisində “Baba” adlı şəxsin qoymasını təşkil etdiyi yerdən əldə etmiş, saxlamış və daşımış, 27 mart 2024-cü il tarixdə, saat 02:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşlarının Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 17 ünvanının yaxınlığında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum və Təqsirləndirilən şəxs birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş, orada üzərilərinə şəxsi axtarış aparılan zaman Məhkum əynində olan qara rəngli gödəkcəsinin sol cibindən yuxarıda qeyd edilən narkotik vasitələrdən 01 (bir) ədəd sellofanda təmiz çəkisi 19,54 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,400 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 01 (bir) ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili 10 (on) ədəd metadon dərman həbi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofanda təmiz çəkisi 22,44 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsir maddəsinin ümumi çəkisi 0,400 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 1(bir) ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili 10 (on) ədəd metadon dərman həbi, daha sonra isə Məhkum və Təqsirləndirilən şəxs birgə kirayə tutduqları ünvan 4 ünvanında yerləşən mənzilə baxış keçirilərkən qonaq otağında divanın altından 01 (bir) ədəd göy rəngli sellofan torbada qablaş dırılmış 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 370 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 725 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 20 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 50 ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili cəmi 500 ədəd metadon dərman həbi və 03 (üç) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-606/2025 nömrəli, 18 aprel 2025-ci il tarixli hökmü ilə: Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 mart 2024-cü il tarixdən hesablanması; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 mart 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmün dən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Hüseynli Əfqan Qurban oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Hökmdən Təqsirləndirilən şəxs və müdafiəçisi Abdıyev Rəşad İlqar oğlu apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi və yeni hökm çıxarılmasını xahiş etmişlər, daha sonra dəqiqləşdirmə verib təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişlər.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1219/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Abdıyev Rəşad İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum müdafiəçisi Hüseynli Əfqan Qurban oğlunun apellyasiya şikayəti təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-606/2025 nömrəli, 18 aprel 2025-ci il tarixli hökmünün məhkum olunmuş şəxslərə cəza təyin edilməsi hissəsində dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya i nstansiyası məhkəməsinin həmin qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarı ilə cəzasının yüngülləşdirilsə də, lakin cəzasını yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını iddia edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1219/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsi və cəzasının qismən yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində məhkəmələr tərəfindən cəzasını yüngülləşdirən halların nəzərə alınmadan ona ağır cəza təyin edildiyini iddia edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 1(103)-1219/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsi və ona təqsirli bilindiyi maddələrin aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm v ə ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Hər iki məhkum kassasiya şikayətlərində onlara təyin edilmiş cəzanın ağır olduğunu iddia edib, kassasiya xahişlərini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya mürac iətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1219/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, y əni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə d air” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları).

20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilm iş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

22. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayəthüquqi xarakterli tədbirin ədalət prins ipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

24. Məhkumların onlara daha yüngül cəza təyi n edilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

25. Belə ki, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindikləri cinayət əməlləri həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

26. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi hər iki məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini səciyyələndirən halları, təyin ediləcək cəzanın ailələrinin həyat şəraitinə təsirini, Məhkum cəzasını yüngülləşdirən hallar olaraq himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, onlara təqsirli bilindiyi maddələrin sanksiyası həddində Məhkum 07 (yeddi) il və Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

27. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınb məhkumlara təqsirli bilindikləri maddələrin sanksiyası həddində cəza təyin edilsə də, lakin onlara təyin edilmiş cəza ağır olmaqla onların şəxsiyyətinə uyğun deyil. Buna görə də təyin edilmiş cəzaları yüngülləşdirərək, Məhkum təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirmişdir.

28. Məhkumlar Məhkum və Təqs irləndirilən şəxs daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə dair mövqeyi ilə razılaşır və hesab edir ki, bu hissədə gəlinmiş nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

29. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiələrini əlverişli qaydada təşkil etmələri v ə öz mənafelərini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 1(103)-1219/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1219/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar