Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-139/2025 10.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 21(122)-862/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t abeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı cavabdehin 23 aprel 2025-ci il tarixli, 3-17-9-1/1-M2038/2025 nömrəli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 23 aprel 2025-ci il tarixli, 3-17-9-1/1-M2038/2025 nömrəli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 04 noyabr 2025-ci il tarixli, 2-1(122)-862/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. O xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X24 Zavodunda çeşitləyici, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək X21 zavodunda fəhlə, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Babək rayon Tingçilik sovxozunda gözətçi, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçı van şəhər 13 nömrəli Uşaq bağçasında dalandar vəzifəsində işləmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək aşpaz vəzifəsində işləyərək hərbi xidmətdə olmuşdur. O xx.xx.2024-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Onun işlədiyi bütün bu illər əmək kitabçasında və hərbi biletində göstərilmiş, lakin arxiv arayışında bəzi dövrlər göstərilməmişdir. Ümumilikdə 30 ildən çox ümumi əmək stajı vardır. Pensiya təyin edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat şöbəsinə müraciət etsə də, ona göndərilmiş cavab məktubunda 30 il ümumi stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdə mübahisə arxiv sənədlərinin arasında olan əmək haqqı cədvəllərində bir sıra dövrlərdə iddiaçının adına rast gəlinməməsidir. İddiaçının 1994-cü ildə 11 ay, 1995-ci ildə 7 ay və 1996-1999-cu illərdə ümumiyyətlə əmək haqqı almaması həmin dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmadığını və ona əmək haqqı hesablanmadığını ehtiva edir. Beləliklə, İddiaçı ümumi iş stajı 30 il 2 ay 22 gündən 5 il 28 gün azaldılaraq 25 il 01 ay 24 gün müəyyən edilmişdir. Prosessual məsələlər Cavab dehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, sovxozda hər ay əmək haqqı almışlar, amma yazılmamasının səbəbini bilmir. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respu blikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 24 aprel 2025-ci il tarixli, 317-9-1/2-M-4523/2025 nömrəli məktubda qeyd edilmişdir ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün araşdırma aparılmış, tələb olunan 30 il ümumi iş stajının olmaması səbəbindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 23 aprel 2025-ci il tarixli, 3-17-9-1/1-M-2 038/2025 nömrəli qərarından görünür ki, İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5.2-ci maddəsinə əsasən tələb olunan 30 il ümumi iş stajının olmaması səbəbi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1969-cu il tarixdə doğulmuşdur. İşdə olan 373141 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X9 xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuş, X1 dəyişərək Mehdiyeva soyadını qəbul etmişdir. İşdə olan Qarayeva (Mehdiyeva) Nəzakət Həsən qızına məxsus 10 aprel 2017-ci il tarixli, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.2006-cı il tarixdən xx.xx.2 024-cü il tarixədək QHQ kimi həqiqi hərbi xidmətdə olmuş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İşdə olan ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından görünür ki, Qarayeva (Mehdiyeva) Nəzakət Həsən qızı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X24 Zavodunda çeşitləyici, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək X21 zavodunda fəhlə, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Babək rayon Tingçilik sovxozunda gözətçi, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan şəhər 13 nömrəli Uşaq bağçasında dalandar vəzifəsində işləmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası X10 (Qarayeva) Nəzakət Həsən qızına təqdim etdiyi 24 dekabr 2024-cü i l tarixli, 13/1851 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X24 zavodunun sənədlərində X5 xx.xx.1987-ci il tarixli, 492 nömrəli əmrlə ikinci dərəcəli sorturovşik qəbul edilməsi, xx.xx.1988-ci il tarixli, 544 k nömrəli əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası X10 (Qarayeva) Nəzakət Həsən qızına təqdim etdiyi 24 dekabr 2024-cü il tarixli, 13/1851 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, o, Babək rayon Tingçilik sovxozunda işləmiş və müvafiq aylar üzrə 1991-ci ildə 2 ay (noyabr, dekabr), 1992-ci ildə 12 ay (yanvar-dekabr), 1993-cü ildə 12 ay (yanvar-dekabr), 1994-cü ildə 1 ay (fevral), 1995-ci ildə 1 ay (avqust), 1996-cı ildə 5 ay (may, iyun, iyul, avqust, sentyabr) ə mək haqqı almışdır. Babək rayon Tingçilik sovxozunun 1994-cü ilə dair əmr kitablarında mart-dekabr aylarında, 1996-cı ilin yanvar-aprel, oktyabr-dekabr aylarında adına rast gəlinməmiş, 1995-ci ilin yanvar-iyul aylarında, sentyabr-dekabr aylarında adı var, lakin adına əmək haqqı yazılmamışdır. İşdə olan Naxçıvan Muxtar Respublikası X10 (Qarayeva) Nəzakət Həsən qızına ünvanladığı 05 iyun 2025-ci il tarixli, 3-48-NDA/2-2-M-9xx-xx/2025 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Babək rayon Tingçilik sovxozunun sənədlərinə baxdıqda müəyyən olundu ki, Mehdiyeva (Qarayeva) Nəzakət Həsən qızının xx.xx.1991-ci il tarixli, 101 nömrəli əmrlə sovxoza müvəqqəti gözətçi təyin edilməsi əmr kitabında göstərilmişdir. 1992-ci ilin iyun ayından sonrakı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad olunması haqqında məlumat mövcud deyildir. Məhkəmə kollegiyası tərəfindən 25 dekabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə birlikdə Babək rayon tingçilik sovxozunda işləmişdir. O, işə hesabatçı olaraq başlamış və sonra sovxozda mühasib köməkçisi işləmişdir. İşlədiyi dövrdə İddiaçı sovxozda qarovul işləmişdir. O, işə girəndə direktor Əmoyev İbrahim, kadrlar üzrə müfəttiş Qaragöz Abasova, mühəndis isə Ramazan Bağırov olmuşdur. Məhkəmə kollegiyası tərəfindən 25 dekabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, uzun müddət Babək rayon tingçilik sovxozun da maşinist işləmişdir. Sovxoz ləğv olunanda işdən çıxmışdır. Kadrlar üzrə müfəttiş X11, sonuncu direktor X17, mühasib İntiqam müəllim, anbardar Əmir müəllim, aqronom Qabil müəllim olmuşdur. Əliyeva Tahirə də mühasiblərin yanında yazı işlərinə baxırmış. Əmək haqqı kitablarını kadrlar şöbəsi yazırdı. O, işləyən vaxtı İddiaçı da işləmişdir. Sovxoz dağıldıqda onlar çıxmışdırlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5 və 9.5.2-ci maddələrinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bə ndinə əsasən hərbi qulluqçular yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. Mehdiyeva (Qarayeva) Nəzakət Həsən qızı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının 30 il ümumi stajının olmamasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. İddiaçı da cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək hazırkı iddianı qaldırmışdır. Cavabdeh iddiaçının xx.xx.2006-xx.xx.2024-cü illər üzrə qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmət üzrə olan iş stajını mübahisələndirmir. Qarayeva (Mehdiyeva) Nəzakət Həsən qızı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (11 ay, 15 gün) X24 Zavodunda çeşitləyici, xx.xx.1989-cu il tarixdən xx.xx.1990cı il tarixədək (1 il, 3 ay, 25 gün) X21 zavodunda fəhlə, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (8 il, 1 ay, 29 gün) Babək rayon Tingçilik sovxozunda gözətçi, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (1 il, 9 ay) Naxçıvan şəhər 13 nömrəli Uşaq bağçasında dalandar vəzifəsində işləmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək (17 il, 10 ay, 1 gün) hərbi xidmətdə olmuş, ümumi iş stajı 30 il, 9 gündür. Cavabdeh apellyasiya şikayətini iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (8 il, 1 ay, 29 gün) Babək rayon Tingçilik sovxozunda işlədiyi müəyyən dövrlərdə əmək haqqı almaması, bu səbəbdən də onun ümumi iş stajının 30 il 2 ay 22 gündən 5 il 28 gün azaldılaraq 25 il 01 ay 24 gün olaraq müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (8 il, 1 ay, 29 gün) Babək rayon Tingçilik sovxozunda işləməsi əmək kitabçası ilə öz təsdiqini tapır. Həmçinin iddiaçının Babək rayon Tingçilik sovxozunda işləməsi ilə əlaqədar müəyyən dövrlərlə bağlı arxiv məlumatları mövcuddur. İddiaçının Babək rayon Tingçilik sovxozunda işlədiyi müəyyən dövrlərlə bağlı arxiv məlumatlarının olmaması onun həmin dövrlərdə işləməməsi anlamına gəlmir. İddiaçının əmək kitabçasında işə girməsi və işdən çıxması barədə əmrlər vardır. Həmin əmrlər barədə əmək kitabçasında olan qeydlər sovxozun kadrlar üzrə müfəttişi və katibi işləmiş Q.Abasova tərəfindən imzalanaraq möhür ilə təsdiq edilmişdir. Həmçinin biri nci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər iddiaçının həmin tarixlərdə Babək rayon Tingçilik sovxozunda işləməsini təsdiq etmişdirlər. Cavabdeh iddiaçının müəyyən tarixlərdə Babək rayon Tingçilik sovxozunda işləməməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 21(122)-862/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-139/2025
Ali Məhkəmə Qərar — İş №2-1(108)-139/2025
10.03.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver