Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-274/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyu n 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İlham Mahmudov və Samir Əliyev) 13 yanvar 2022-ci il tarixli, 1(101)450/2022 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3, 180.2.2 və180.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 177.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətin ə azadlıqdan məhrum etmə cəzası, CM-in 180.2.2-ci və 180.2.4-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 28 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinmişdir ona görə ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli yolla talama, habelə təkrarən insanın həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama əməllə rini törətmişdir. Belə ki, Məhkum özgə əmlakını gizli yolla talamaq məqsədi ilə 02 may 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan bir ədəd 1450 manat dəyərində kombi istilik aparatını, bir ədəd 100 manat dəyərində laqondanı, bir ədəd 100 manat dəyərində dreli, 100 manat dəyərində hamam aksesuarlarını, 50 metr uzunluğunda 100 manat dəyərində elektrik naqillərini, 450 manat dəyəri olan taraz cihazını və bir ədəd 200 manat dəyərində samovarı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 2500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 27 avqust2021ci il tarix də saat 03:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazidə yerləşən “Al market”in yaxınlığında dayanacaqda əyləşib avtobus gözləyən Zərərçəkmiş şəxs2 yaxınlaşıb bir əli ilə sonuncunun çiynindən tutaraq, digər əli ilə isə onun əl çantasını özünə tərəf dartıb əlindən alaraq qaçmağa başlamış, qaçarkən çantadan pul qabının yerə düşdüyünü və Zərərçəkmiş şəxs2 tərəfindən götürüldüyünü görüb geri qayıdaraq bir əli ilə Zərərçəkmiş şəxs2 sağ əlindən tutub saxlamış, digər əli ilə isə sonuncunun əlində olan pul qabından yapışaraq dartmağa başlamış, pul qabını dartıb əlindən alma prosesində Zərərçəkmiş şəxs2 həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona boynunun, sağ əlin sıyrıqları, sağ bazunun qançırı xəsarətlərindən ibarət dərəcəsinə g örə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə içərisində 60 manat pul, Zərərçəkmiş şəxs2, onun oğlu X4 və bacısı X3 məxsus şəxsiyyət vəsiqələri, Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş maaş kartı və “Tam kart” bank kartı olan 15 manat dəyərində pul qabını əlindən alıb qaçmaqla əmlakını açıq talayıb ona 75 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzov) 30 iyun 2022-ci il tarixli, 1(103)-702/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli hökmü və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının CM-in 177.2.3 və 181.2.2-c i maddələri ilə təqsirli bilinərək, ona CM-in 177.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.2.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2021-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmündən Məhkum kassasiya şikayəti verərək hökmün ləğv edilməsi və ona birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzadan da az cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, o, törətmədiyi cinayət əməlinə görə qanunsuz olaraq məsuliyyətə cəlb edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin başlıca dəlili onun törətmədiyi cinayət əməlinə görə əsassız və qanunsuz olaraq məsuliyyətə cəlb edilməsidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməy i zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci və apellyasiya instansiyası məhkəmələrində Məhkum göstərmişdir ki, o oğurluq cinayəti törətməmiş, özünü Azərbaycan Respub likası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilmir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Məhkum həm şübhəli şəxs qismində, həm təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən dəfələrlə və ardıcil olaraq özünü Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilib göstərmişdir ki, 02 may 2021-ci il tarixdə gecə vaxtı o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazisində yerləşən fərdi yaşayış evinə daxil etməklə oradan kombi aparatı, laqonda, drel, elektrik naqillər, taraz cihazı, samovar və hamam aksessuarı oğurlamış, həmin əşyalları taksi ilə bazara aparıb satmışdır. Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazisində yerləşən ona məxsus olan fərdi y aşayış evindən 02 may 2021-ci l tarixdə kombi aparatı, “Bosch” markalı laqonda, drel və lazer tikinti tənzimləyicisi, elektrik naqillər, samovar və hamam aksessuarı oğurlanmışlar. Göründüyü kimi Məhkum oğurluq cinayətinin törədildiyi vaxt və yer, habelə oğurlanmış əşyalar haqqında cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi Zərərçəkmiş şəxs1 ifadəsi ilə tamamilə üst-üstünə düşür. Məhkəmələr Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrdə olan cinayət haqqında xəbərdarlığını nəzərə alaraq nəticəyə gəlmişdir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadə düzgün və həqiqətə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara düzgün qiymət vermiş və əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutlarla təqsirləndirilən şəxs Məhkum tərəfindən birin ci instansiya məhkəməsinin hökmünün təsviri hissəsində göstərilmiş hallarda oğurluq cinayətinin törədilməsi təsdiq olunmuşdur. Ona görə də məhkəmə kollegiyası məhkumun əsassız olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair kassasiya şikayətinin dəlili ilə razılaşmır. Digər Zərərçəkmiş şəxs2 qarşı törədilmiş cinayət əməli ilə əlaqədar qeyd edilməlidir ki, istintaq orqanı məhkumun bu əməli Azərbaycan Respublikası CM-in 181.2.2-ci maddəsi ilə tövsif etmişdir. Birinci instansiya məhkəməsi məhkəmə istintaqının nəticələrinə əsaslanaraq Məhkum Zərərçəkmiş şəxs2 qarşı törədilmiş əməlini Azərbaycan Respublikası CM-in 181.2.2-ci maddəsindən həmin Məcəllənin 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum bu əməli Azər baycan Respublikası CM-in 181.2.2-ci maddəsi ilə tövsif etmiş və onun barəsində həmin maddə ilə yeni ittiham hökmü çıxarmışdır. Məhkum öz kassasiya şikayətində onun tərəfindən Zərərçəkmiş şəxs2 qarşı törədilmiş əməlinin Azərbaycan Respublikası CM-in 181.2.2-ci maddəsi ilə tövsifi mübahisələndirir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mü hüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənlə şdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 180-ci maddəsinə əsasən soyğunçuluq özgənin əmlakının açıq talanması kimi başa düşülür. Qeyd edilən əməlin insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edilməklə törətməsi həmin maddədə tövsifedici hal kimi nəzərdə tutulur və əməlin CM-in 180.2.4-cü maddəsi ilə tövsif edilməsinə səbəb olur. Azərbaycan Respublikası CM-in 181-ci maddəsinə əsasən isə quldurluq özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın kimi başa düşülür. Cinayət qanunvericiliyinə əsasən həm soyğunçuluq, həm də quldurluq talamanın formalarıdır, həmin cinayətlərin obyektləri həm mülkiyyət münasibətləri, həm də insanların sağlamlığıdır. Göründüyü kimi, soyğunçuluğun və quldurluğun biri-birindən ayırması obyektiv cəhəti üzrə həyata keçirilir. Belə ki, soyğunçuluq zamanı zərərçəkmiş şəxsə qarşı tətbiq edilən zor onun sağlamlığı üçün təhlükəli olmamalı, quldurluq zamanı isə həmin zor zərərçəkmiş şəxsin sağlamlığı və ya həyatı üç ün təhlükəli olmalıdır. Ona görə də əməlin düzgün tövsif edilməsi və həmin cinayət tərkiblərinin fərqləndirməsi üçün talamanı həyata keçirən zaman zərərçəkmiş şəxsə qarşı törədilmiş zorun xarakterinə diqqət yetirmək vacibdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı qərarının 23-cü bəndində qeyd edilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-in 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Azərbaycan Respublikası CM- in 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zo rakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Zorakılığın mövcudluğu və xarakteri cinayət işi üzrə sübutlar əsasında müəyyən edilməlidir. Ona görə də məhkəmə kollegiyası Məhkum törətdiyi əməlin düzgün tövsif edilməsi üçün cinayət işi üzrə toplanmış sübutlara nəzər salmağı zəruri h esab edir. Məhkum apellyasiya instansiyası məhkəməsində göstərmişdir ki, 27 avqust 2021-ci il tarixdə saat 03:30 radələrində yaşadığı evin yaxınlığında Bakavtomat deyilən yola çıxmış, orada “Al market”in yaxınlığında əlində çanta olan tanımadığı bir qadının dayanacaqda əyləşib maşın gözlədiyini gördükdə onun əlindəki çantanı alıb qaçmaq qərarına gəlmişdir. Bu məqsədlə bir qədər həmin qadının yanında dayanıb ətrafa baxaraq kənarda heç kimin olmadığını gördükdən sonra qadına yaxınlaşaraq əvvəlcə saatı soruşmuş, qadın saatına baxıb ona cavab verdikdən sonra isə onun sağ tərəfinə keçib dayanmışdır. Bir az tərəddüd etsə də nəhayət qəti qərara gəlmiş və cəld hərəkətlə bir əli ilə həmin qadının çantasından yapışaraq dartmış, digər əli ilə isə çiynindən basmışdır ki, ayağa qalxa bilməsin. Lakin qa dın bərk-bərk yapışdığı çantanı buraxmaq istəməmiş, çantanı hərə öz tərəfinə dartmışdır. Nəhayət, qadın dözməyib çantanı buraxmış və o dartışma prosesində artıq cırılmış çantanı ələ keçirib qaçmağa başlamışdır. Təxminən üç-dörd metr aralandıqdan sonra nəyinsə yerə düşdüyünü hiss edib ani olaraq dayanmış, geri boylananda çantadan pul qabının yerə düşdüyünü və həmin qadının pul qabını götürdüyünü görüb geri qaçmış, çantanı yerə ataraq qadına - adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 tərəf qaçmışdır. Gülçin pul qabını yerdən götürüb geri qaçdığı anda ona çatmış və onun qolundan tutub saxlamış, sonra cəld pul qabından tutmuş və əlindən qoparıb almaq üçün Gülçinin boyun nahiyəsindən əli ilə itələyərək pul qabını Gülçinin əlindən dartıb almış və dərhal qaçaraq oradan uzaqlaşmışdır, sonra iki nə fər şəxsin onun arxasınca qaçdığını görüb yol kənarında gizlənmişdir. Pul qabını alarkən Gülçinin saçından tutmamış və onu aralarında olan dartışma zamanı vurmamış və hədələməmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 27 avqust 2021-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən “Al market”in qarşısında dayanacaqda oturub Zirə qəsəbəsində yerləşən istixanadakı iş yerinə getmək üçün xidməti avtobusu gözləyərkən kənarda dayanan bir nəfər tanımadığı şəxs əvvəlcə ondan saatı soruşmuş, o cavab verdikdən sonra həmin şəxs onun sağ tərəfinə keçərək dayanmışdır, daha sonra həmin şəxs anidən bir əli ilə onun əlində olan çantadan tutaraq çək məyə başlamış, digər əli ilə isə onun çiynindən tutmuşdur ki, o, ayağa qalxa bilməsin, həmin şəxs çantanı onun əlindən alaraq qaçmağa başlayarkən dartışma zamanı cırılmış çantanın içindən pul qabı yerə düşmüş, o da dərhal qaçıb pul qabını yerdən götürmüşdür, həmin şəxs onun pul qabını yerdən götürdüyünü görüb geri qayıtmış, əlindəki çantanı yerə ataraq onun əlindəki pul qabından yapışmış və pul qabını dartaraq onun əlindən almaq istəmişdir. Bu zaman o, qaçmaq istəsə də, həmin şəxs onun sağ qolundan tutub saxlamış, sonra pul qabından yapışıb onu aralamaq üçün digər əli ilə saçından tutmuş, sonra pul qabını buraxmadığını görüb onun itələmiş və onun həmin şəxsə gücü çatmadığından pul qabını buraxmağa məcbur olmuş, o anda adını sonradan bildiyi Teymur pul qabını əlindən alaraq qaçmışdır. İş ma teriallarında olan məhkəmə-tibbi ekspertizalarının 06 sentyabr 2021-ci il tarixli, 1099 və rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər boynun, sağ əlin sıyrıqları, sağ bazunun qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutları təhlil edərək qeyd edir ki, məhkumun və zərərçəkmiş şəxsin ifadələrindən və zərərçəkmiş şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən məhkum tərəfindən zərərçəkmiş şəxsə qarşı sonuncunun həyat və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edilməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələnməsi, habelə zərərçəkmiş şəxsin sağlamlığına zərər vuran xəsarətlərin yetirilməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən Məhkum Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-in 181.2.2-ci maddəsi ilə tövsif edilməsini əsaslı hesab etmir. Cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs2 məxsus əmlakı açıq talayarkən ona qarşı onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmişdir. Belə ki, məhkum tərəfindən zərərçəkmiş şəxsə qarşı törədilmiş əməl, yəni zərərçəkmiş şəxsi qolundan və saçından tutması, onu itələyərək zorla pul qabını əlindən alması hərəkətləri zərərçəkmiş şəxsin həyat və sağlamlığına real təhlükə yaratmamış, bu hərəkətlərin nəticəsində zərərçəkmiş şəxsə onun sağlamlığına zərər vuran xəsarətlər yetirilməmiş, həmin hərəkətlər törədil ərkən məhkum zərərçəkmiş şəxsi onun həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi ilə hədələməmişdir. İttiham tərəfi məhkumun zərərçəkmiş şəxsə qarşı törətdiyi zorakılıq barədə sübutlar təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Zərərçəkmiş şəxs2 qarşı törətdiyi əməl Azərbaycan Respublikası CM-in 181.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi yaratmır və həmin Məcəllənin 180.2.4-cü maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlə rin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Məhkum əvvəl oğurluq - CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət törətdiyindən onun bu əməli həm də təkrar törədilmiş kimi CM-in 180.2.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəl lənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiy i cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası hes ab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli, 1(103)-702/2022 nömrəli hökmü ilə Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 180.2.2 və 180.2.4-cü maddəsindən həmin Məcəllənin 181.2.2-ci maddəsinə tövsif edilməsi əsaslı və sübut edilmiş hesab edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli CM-in 180.2.2 və 180.2.4-cü maddələrindən həmin Məcəllənin 181.2.2-ci maddəsinə tövsif edilməsi ilə əlaqədar hüquqi səhvə yol verilmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkumn əməlləri Azərbaycan Respublikası CM-in 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələri ilə tövsif olunmalı və həmin maddələr ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhk əmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı məhkəmə vurğulamış dır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiyası işə baxan apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin tövsifi ilə bağlı səhvinin aradan qaldırılmasını zəruri hesab ed ir. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli, 1(103)-702/2022 nömrəli hökmü dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası CM-in 181.2.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilməli və ona törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli, 1(103)-702/2022 nömrəli Məhkum haqqındakı hökmü dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 181.2.2-ci maddəsindən həmin Məcəllənin 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 180.2.2 və 180.2.4-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən hazırki qərarla və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2022-ci il tarixli, 1(103)-702/2022 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-274/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-274/2023
01.03.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver