Məhkəmə qərarları › İş №1(102)-2749/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2749/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2749/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum müdafiəçisi – XXX12nun vəkili Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 dekabr 2024-cü il tarixli, 1(103)-2391/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 1(101)-1761/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim M.N.Kərimova, hakimlər F.A.Məmmədov və A.B.Sadıqovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, işləməyən, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçə kmə müddətinin 24 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 dekabr 2024-cü il tarixli, 1(103)-2391/2024 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.İ.Məmmədov, hakimlər Z.N.Hüseynov və E.Z.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçiləri Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 1(101)-1761/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 dekabr 2024-cü il tarixli, 1(103)-2391/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsas ən, Məhkum istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,888 qram, 1,528 qram və 0,387 qram olmaqla, ümumi təmiz çəkisi 3,803 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan5 ünvanına daşımış və 24 yanvar 2024-cü il tarixdə, saat 14:00 radələrində XXX16nin əməkdaşları tərəfindən ünvan5 ünvanının qarşısında saxlanılaraq, ünvan 3nında yerləşən XXX19-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ içəri cibindən qanunsuz olaraq külli miqdarda əldə edib üstündə saxladığı 3 ədəd bükümdə ayrı-a yrılıqda təmiz çəkiləri 1,888 qram, 1,528 qram və 0,387 qram olmaqla, ümumi təmiz çəkisi 3,803 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, o cümlədən məhkəməyədək icraatda Məhkum etirafedici ifadələrin qanunsuz yolla - fiziki zor və psixoloji təzyiq tətbiq olunmaqla alınmasına, işdə Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olduğunu göstərən sübutların olmamasına əhəmiyyət verilməmiş, nəticədə o, əsassız olaraq satış məqəsdi ilə külli miqdarda psixotrop maddə əldə etmə, sa xlama, daşımaya görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən Vətən Müharibəsinin iştirakçısı olması, medallarla təltif olunması nəzərə alınmadan həddindən artıq ağır cəza təyin olunmuşdur. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 dekabr 2024-cü il tarixli, 1(103)2391/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin ittihamın əsasına qoyulmuş sübutların məhkəməyədək icraatda Məhkum hüquqlarının pozulması ilə (zor tətbiq etmə və psixoloji təsir etmə yolu ilə) əldə edilməsinə əhəmiyyət verməyib sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, nəticədə Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə edib saxladığını təsdiq edən sübutlar olmadığı halda onun əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu və ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edib, faktiki olaraq mübahis ələndirilən qərarın ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 dekabr 2024-cü il tarixli, 1(103)-2391/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağı dakıları qeyd edir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq cinayət işinin materiallarından görünür ki, Məhkum tutulduqdan sonra şəxsi axtarışın gedişində əynindəki gödəkçəsinin cibindən aşkarlanmış 3 bükümə qablaşdırılmış külli miqdarda – 3,803 qram psixotrop maddəyə - metamfetaminə aidiyyəti, həmin narkotik vasitəni hazırkı qərarın “İşin halları” bölməsində təsvir olunduğu kimi ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməyən mənbədən qanunsuz olaraq və məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması sübut etmə predmetinə daxil olan, bu məsələlər üzrə yekun nəticəyə gəlmək üçün kifayət edən, CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilmiş, o cümlədən yoxlanılaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu (məhkə məyədək icraatda müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarışa dair 24 yanvar 2024-cü il tarixli protokol, şəxsi axtarışın gedişində, habelə şübhəli və təqsirləndirilən şəxs qismində 2024-cü ilin 25 və 26 yanvar tarixlərində dindirilərkən Məhkum verdiyi məlumatlar, məhkəmədə şahid qismində dindirilmiş Məhkum saxlanılıb polis orqanına gətirilməsində iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələri, materialların fiziki-kimyəvi ekspertizasının 26 yanvar 2024-cü il tarixli 3-13-50-258 nömrəli rəyi, ekspert komissiyasının ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 yanvar 2024-cü il tarixli 614 nömrəli rəyi, Məhkum istifadəsində olmuş mobil telefonun yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokol və baxışın gedişində aşkarlanmış “s ms” yazışmalarının mətnləri və s. materiallar) əsasında müəyyən edilmişdir. Müdafiə tərəfinin psixotrop maddəni Məhkum satış məqsədi ilə əldə etməsinin, saxlamasının və daşımasının mübahisələndirilməsi üzrə dəlilləri (onun psixotrop maddəni şəxsi istehlakı üçün əldə edib saxlamasına dair iddiası) birinci instansiya məhkəməsində ətraflı araşdırıldıqdan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmələr həmin dəlilin yuxarıda qeyd edilən məhkəməyədək icraatın gedişində toplanaraq məhkəmədə baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən onda narkotik vasitə və ya psixotrop maddə çox olduqda, pul müqabilində deyil, əvəzsiz olaraq tanışlarına verməsinə dair etirafları, onun psixotrop maddənin yayılması ilə bağlı digər şəxslərlə əlaqə saxladığını əks etdirən “sms” yazışmaları ilə təkzib olunması haqqında nəticəyə gəlmişlər. Məhkəmələrin müdafiə tərəfinin sözügedən iddiasını rədd edərkən Məhkum üzərində olan psixotrop maddənin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbasycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununu ilə təsdiq edilmiş “Psixotrop maddələr” “İİ Siyahı”sına əsasən külli miqdar təşkil etməsinə və bu miqdarda psixotrop maddənin eyni vaxtda 3 bükümlərə ayrılmış vəziyyətdə Məhkum üzərində saxlamasına istinad etmələrində də məhkəmə kollegiyası hər hansı səhv aşkarlamır (“İİ Siyahı”ya əsasən metamfetaminin xeyli miqdarın aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi 400 qram təşkil edir). Müdafiə tərəfinin yuxarıda qeyd edilən etirafedici ifadələrin Məhkum zor tətbiq edilməklə, qanunsuz təsir göstərilməklə, müdafiə hüquqlarının pozulması ilə əldə edilməsi barədə iddiası da məhkəmələr tərəfindən araşdırılmış, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də bu iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Məhkəmələr belə nəticəyə gələrkən, o cümlədən ona əsaslanmışlar ki, Məhkum tutulduqdan sonra onun üzərində şəxsi axtarış müdafiəçi qismində dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla həyata keçirilmiş və bu istintaq hərəkətinin gedişində, eləcə də müdafiəçinin iştirakı ilə şübhəl i və təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum ona zor tətbiq edildiyini və ya başqa şəkildə qanunsuz təsir göstərildiyi deməmiş, əksinə ifadələrində belə halların olmadığını bildirmişdir. Bundan başqa, məhkəmələr sözügedən məsələ üzrə nəticəyə gələrkən onu da nəzərə almışlar ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında XX15nin verdiyi 27 avqust 2024-cü il tarixli arayışa əsasən Məhkum XX19nin müvəqqəti saxlama yerinə daxil olarkən onun bədəni üzərinə baxış keçirilmiş və hər hansı xəsarət izi aşkar edilməmişdir, habelə birinci instansiya məhkəməsinin Məhkum ifadəsində göstərdiklərini nəzərə alıb XX12na göndərdiyi məlumat əsasında XX13 tərəfindən Məhkum tutularkən ona qanunsuz olaraq zor tətbiq edilibedilməməsi məsələsi araşdırılmış və 25 iyul 2024-cü il tarixli qərarla ci nayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, məhkəmə heyəti Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri törətməsinə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 3,803 qram psixotrop maddə - metamfetamini əldə edib saxlaması və daşımasına, 24 yanvar 2024-cü ildə saat 14.00 radələrində ünvan8 ünvanı üzrə binanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində aparılmış şəxsi axtarışın gedişində həmin psixotrop maddənin götürülməsinə və bu hallara müvafiq olaraq Məhkum əməlinin hüquqi tövsifinə, onun CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təhlil edilən məsələlər üzrə olduğu kimi, Məhkum cəzanın təyin edilməsi məsələsi həll edilərkən və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. O, cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən X2 iştirakçısı olması, medallarla təltif olunması CM-in 59.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş və digər hallarla yanaşı məhz həmin cəzanı yüngülləşdirən hal nəzərə alınmaqla Məhkum CM-in 234.4.3-cü maddəsinin sanksiyasının ən aşağı həddində - 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1-416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini, müdafiəçinin kassasiya şikayətinə baxılması nəticəsində onun təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 5 dekabr 2024-cü il tarixli, 1(103)-2391/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 5 dekabr 2024-cü il tarixli, 1(103)-2391/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar