Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2755/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1212/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul et di. I. İşin halları
1. Məhkum x-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 05 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 05 sentyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunm uşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 03 mart 2023-cü il tarixdə, saat 20:10-da etibarnamə əsasında idarə etdiyi “VAZ 21013” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq maksimum sürət həddi məhdudlaşdırılan yaşayış məntəqəsində 60 km/saatdan artıq olan 80-90 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən keçən Məmmədli-Kürdəxanı yolunda yerləşən “AL” marketin qarşısında Kürdəxanı qəsəbəsi istiqamətində hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gö rdükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə əməl etməklə hadisənin qarşısına almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməmiş, həmin qaydaları pozub mövcud şəraitdə yolun orta, yəni 2-ci zolağı ilə hərəkət etdiyi zaman bir qədər irəlidə yolun 1-ci zolağından qövsvarı şəkildə onun hərəkət zolağına keçən sürücü X5 idarə etdiyi “Mercedes Benz 200” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun əks istiqamətinə dönmə əməliyyatı aparmaq istəyərkən, yol ayrıcısı olan qoşa xətdən 0,60 metr aralıda avtomobilin qabaq hissəsi ilə “Mercedes Benz 200” markalı avtomobilin sol orta hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan onun avtomobilində arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün yerini dəyişən, qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, həmçinin həmin avtomobilin qabaq sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 onurğa beyninin boyun şöbəsinin əzilməsi, 1-11 boyun fəqərələrinin, burun sümüyünün yerini dəyişən qapalı sınıqları, sol tərəfli hemotoraks (sol döş boşluğuna qan yığılması), sol ağciyərin əzilmiş-cırılmış yarası, sol tərəfli İİİ-İV-V-Vİ, sağ tərəfli V-Vİ-Vİİ qabırğaların, hər iki bud sümüyünün yerini dəyişən qapalı sınıqları, başın, sifətin, gövdənin və aşağı ətrafların qançır və sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla Zərərçəkmiş şəxs1 ölümü ilə birbaşa səbəbli əla qəli olan, habelə “Mercedes Benz 200” markalı avtomobilin sürücüsü İlkin Əzizova onurğa beyninin boyun şöbəsinin əzilməsi, İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, sol tərəfli hemotoraks (sol döş boşluğuna qan yığılması), sol ağciyərin əzilmiş-cırılmış yaraları, sol körpücük sümüyünün, sol tərəfli İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin, sol sağrı nahiyəsinin və hər iki budun qançırları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla İlkin Əzizovun ölümü ilə səbəbli əlaqəli olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 və İlkin Əzizovun ölümünə səbəb olmuşdur.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-663/20 24 nömrəli, 28 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 mart 2024-cü il tarixdən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Hüseynov Xaliq Nazim oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 1(103)-1212/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarı ilə Məhkum və müdafiəçisi Hüseynov Xaliq Nazim oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-663/2024 nömrəli, 28 mart 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum kassasiya şikayətində zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığına dair notarial qaydada təsdiq edilmiş barışıq ərizəsi verdiyini, ailəsinin maddi və sosial vəziyyətinin pis olmasını nəzərə alaraq, ona daha yüngü l cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1212/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarın dəyişdirilməsi qənaətinə gəlir.
17. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm d ə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-c i il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyət i, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. İstinad edilənlərə əsaslanaraq iş materiallarını təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkə məsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən hallar kimi Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışıq əldə etməsini, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olmasını, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində özünün də ağır xəsarət almasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyası həddində (həmin maddənin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhr um etmə cəzası nəzərdə tutulmuşdur) 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.
23. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı Məhkum cəza təyininə aid hissədə maddi hüquq normalara uyğun olsa da, həmin qərarın qəbul edilməsindən sonra ötən dövrdə məhkumun digər zərərçəkmiş şəxs X3 hüquqi varisi X6 ilə də barışıq əldə etməsi kimi yeni hal Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin müddəaları baxımından onun cəzasını yüngülləşdirməsini tələb edir.
25. Belə ki, hazırkı kassasiya şikayətinə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən 22 dekabr 2025-ci il tarixdə verilmiş notarial qaydada təsdiqlənmiş ərizə məhkəməyə təqdim edilmişdir. Həmin ərizədə zərərçəkmiş şəxsin hüquqi varisi Məhkum qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cəzanı yüngülləşdirən yeni hal, həmçinin hazırkı qərarın 22-ci bəndində qeyd olunmuş yüngülləşdirici halların mövcud olması və hökmlə müəyyən edilmiş digər cəzanı ağırlaşdıran halların olmaması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)663/2024 nömrəli, 28 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1212/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış əsas cəza - 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə azaldılmalı və ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
27. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkum barəsində amnistiya aktı tətbiq edilməklə, ona təyin edilmiş cəzanın həddi 06 (altı) ay müddətinə azaldılmalıdır.
28. Belə ki, apelyasiyası instansiyası məhkəməsinin yekun qərarı qəbul edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarı qəbul edilmiş dir.
29. Azərbaycan Respublikası CM-nin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
30. Amnistiya Qərarının 3 və 3.2-ci bəndlərinə əsasən bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər aşağıdakı məhkumların cəzası 6 ay azaldılmalıdır (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla).
31. Davam edilərək Qərarın 5.3-cü bəndində göstərilir ki, icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər.
32. Eyni Qərarın 5.2.3-cü bəndində müəyyən edilir ki, bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla).
33. Yenə də həmin Qərarın 27-ci bəndində təsbit edilir ki, kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir.
34. Məhkəmə kollegiyası Məhkum ehtiyatsızlıqdan ağır cinayət törətməsini, ona həmin cinayət əməli üzrə 05 (beş) ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, 28 mart 2024-cü il tarixdən cəza çəkdiyi, eləcə də cəzasının çəkilməmiş hissəsinin 6 aydan çox olduğunu nəzərə almaqla hesab edir ki, məhkum barəsində sözügedən Amnistiya Qərarının 3.2-ci bəndi tətbiq edilməklə, ona hazırkı qərarla təyin edilmiş əsas cəza - 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay müddətinə azaldılmalı və üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır.
35. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını n çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1212/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli Qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməli, həmçinin məhkum edilmiş şəxs barəsində amnistiya aktı tətbiq edilərək, cəzası azaldılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1212/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə mü nasibətdə Məhkum əsas cəza təyini hissəsində dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-663/2024 nömrəli, 28 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1212/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə azaldılsın və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum barəsində əsas cəza üzrə Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 3.2-ci bəndi tətbiq edilsin, ona hazırkı qərar üzrə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay müddətinə azaldılsın və üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1212/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.