Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2759/2025 17.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Səxavətdin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsin in (bundan sonra CM-in) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 1(105)-177/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 19 dekabr tarixli 1(124)204/2023 nömrəli hökmü ilə (hakimlər A.Rzayeva (sədrlik edən və məruzəçi), H.Əliyev və F.Hümbətov) Məhkum Səxavətdin oğlunun Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 126.2.4-cü maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 221.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsi nə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər, qətimkan tədbiri və maddi sübutların taleyi məsələləri də hökmdə öz həllini tapmışdır. Hökmdən Məhkum müdafiəçisi, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 2024-cü il 11 oktyabr tarixli 1(105)-177/2024 nömrəli qərarı ilə (hakimlər R.Əsgərova (sədrlik edən və məruzəçi), A.İsmayılov və R.Ağayev) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 19 dekabr tarixli 1(124)-204/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Səxavətdin oğluna CM-in 126.2.4-cü maddəsi ilə təyin olunmuş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il müddətinə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 CM-in 29,120.2.2-ci maddəsi ilə təyin edilmiş 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 14 il müddətinə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən topl amaq yolu ilə qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ev dustaqlığında və xx.xx.2021-ci il tarixdə həbsdə saxlandığı 6 ay 1 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində 14 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 il müddətinə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 25-ci il 05 iyun tarixli 1(102)820/2025 nömrəli qərarına əsasən (hakimlər İ.Qılıcov (sədrlik edən və məruzəçi), İ.Rəcəbov və N.Mövsümov) kassasiya şikayəti və ona əlavə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 1(105)-177/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə və onun müdafiəçisinin kassasiya şikayətinə əlavəsinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 1(105)-177/2024 nömrəli qərarından Məhkum Səxavətdin oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Səxavətdin oğlu Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib mə hkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq etməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Məhkum Səxavətdin oğlu dayısı oğlanları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və istintaqla müəyyən edilməyən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində Şahid1 və onun qohumlarının yaşadığı Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsi, 3 nömrəli evin qarşısına gələrək, üç gün əvvəl, yəni 15 iyul 2020-ci il tarixdə saat 14 ra dələrində həmin kənd ərazisində idarə etdiyi «Mercedes Benz» markalı **-VF-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Təqsirləndirilən şəxs2 avtomobili yolun hərəkət hissəsində saxlamasına və yüksək sürətlə idarə etməsinə görə Şahid1 ona irad tutmasını bəhanə edib, öz hərəkətlərini bir-birləri ilə qarşılıqlı uzlaşdıraraq əvvəlcədən əldə etdikləri razılığa əsasən özləri ilə silah qismində istifadə etmək üçün beysbol idman növündə istifadə olunan qalın taxtadan hazırlanmış əşyalarla (bitalarla) silahlanıb, orada avtomobildən birlikdə düşərək Şahid1 “cəzalandırmaq” üçün evdən çağırdıqdan sonra orada ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarım qərəzli surətdə pozmaqla, habelə ətrafdakı şəxslər üçü n aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarına saymamazlıq göstərməklə ictimai qaydam kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, yaşadığı ərazinin sakinləri arasında özlərinin müstəsna şəxsiyyət olduqlarını və başqalarından əsaslı surətdə fərqləndiklərini, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmalarını nümayiş etdirərək ictimai yer olan küçədə Şahid1 deyil, həyətdən onların qarşısına çıxan sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 qarşı ucadan nalayiq ifadələr işlədərək hər üçü silah qismində istifadə etdikləri əllərində olan beysbol taxtaları ilə sonuncunun başına zərbələr endirməklə zor göstərib qərəzli hərəkətlər, yəni xuliqanlıq etmi ş, bundan sonra Zərərçəkmiş şəxs1lə qarşılıqlı dalaşan Təqsirləndirilən şəxs1 ayrılıb öz xuliqanlıq hərəkətlərini davam etdirərək yaranmış səs-küyə evinin qarşısına çıxan Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 qarşı da istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmalarını nümayiş etdirərək ictimai yer olan küçədə əsaslı səbəb olmadan, yəni mübahisəyə müdaxilə edərək onları ayırmaq istədiyinə görə əlindəki beysbol taxtası ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə zərbə vuran cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 sonuncunun müqavimət göstərdiyini görüb ümumi niyyətdən kənara çıxan hərəkətlər edərək psixi emosional halında yaranmış hirslilik fonunda onun bu müqavimətini qırmaq məqsədilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi uzunluğu 229 mm, tiyəsinin orta xə tti üzrə uzunluğu 105 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli cib bıçağı ilə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib onları idarə etmək iqtidarında olmaqla sonuncunun döş qəfəsinə bir dəfə zərbə vuraraq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “döş qəfəsinin sağ yarısının orta körpücük xətti üzrə İV qabırğaarası sahədən döş boşluğuna nüfuz edən, sağ tərəfli pnevmohemotoraks ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası” kimi xəsarət yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən lazımi araşdırma aparılmamaqla ya naşı sübutetməyə dair cinayətprosessual normaların tələbləri pozulmuş, cinayət qanunu norması düzgün tətbiq olunmamış və əsassız olaraq bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, o, yalnız hadisə günü orada olduğuna görə özünü qismən təqsirli bilsə də, əmələ münasibətdə özünü təqsirli bilmir. Cinayət işinin materiallarında olan sübutlar ona qarşı irəli sürülmüş ittihamın əsassızlığına, onun təqsirsizliyinə dəlalət edir. Zərərçəkmiş şəxs Ağamalı Ağalıyevin ilkin istintaq zamanı verdiyi ifadəni sonradan dəyişərək fərqli ifadə verməklə ona xəsarətin məhz Məhkum tərəfindən yetirildiyini iddia etməklə ziddiyyətli fikirlər ortaya atmışdır. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsi nin 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 11 oktyabr tarixli qərarının ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddəsi ilə təqsirli bil inib məhkum edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 oktyabr tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublika sı CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstit usiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın hə lli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum Səxavətdin oğlunun CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, məhkumu n kassasiya şikayətindən görünür ki, o, hadisə yerində olsa da, hər hansı cinayət törətmədiyini iddia etməklə, CM-in 126.2.4 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi m əsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, CM-in 221.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, iş üzrə müəyyən edilmiş faktlara əsaslanmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bil məz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə məhkəmə kollegiyasının qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiya məhkəməsi qismən məhkəmə istintaqı keçirməklə həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, CM-in 221.3 və 126.2.4-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-in 221.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Zərərçəkmiş şəxs2 ifadələri (zərərçəkmiş şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsində, digər təqsirləndirilən şəxslərlə üzləşdirmə zamanı ifadələrində, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində verdiyi ifadələrində israrla onu bıçaqla vuran şəxsin Məhkum olduğunu bildirmişdir), xx.xx.2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokol (üzləşmə zamanı Zərərçəkmiş şəxs2 onu bıçaqla vuran şəxsin Məhkum olduğunu sonuncunun üzünə qarşı demişdir), şahidlər Şahid2 və Şahid11 ibtidai istintaq zamanı verdikləri ifadələri (Məhkum əlində bıçaqla Zərərçəkmiş şəxs2 üzərinə gedərək onun sinəsindən vurduğunu bildiriblər), Şahid3 ifadəsi (Məhkum əlində bıçaq görmədiyini, lakin onun Zərərçəkmiş şəxs2 üzərinə getmək istəyərkən mane olduğunu, hadisə yerində üzərində qan ləkələri olan beysbol taxtalarını gördüyünü bildirib), istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiy a instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum barəsində cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsə lə üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi məhkuma CM-in 221.3 və 126.2.4-cü maddələri ilə yuxarıda qeyd olunan cəzanı təyin etsə də, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alaraq CM-in 126.2.4-cü maddəsi ilə təyin edilmiş cəzanı 7 ilə endirməklə, daha sonra cinayətlərin məcmusu üzrə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş və bununla da CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Cəza məhkəmə hökmü ilə təyin edilən cin ayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma apellyasiya instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Məhkumun cəzasının yüngülləşdirilməsi, eləcə də onun barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum aid hissədə qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü i l 11 oktyabr tarixli 1(105)-177/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Səxavətdin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 11 oktyabr tarixli 1(105)-177/2024 nömrəli qərarı Məhkum Səxavətdin oğluna aid hissədə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2759/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2759/2025
17.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver