Məhkəmə qərarları › İş №1(102)-276/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-276/2025

05.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-276/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, “Qanunçuluq” Vəkil Bürosunun vəkili Cəfərov Rəsul Ağahəsən oğlunun iştirakları ilə xx xxx 1980-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsi lli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli 1(103)-914/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, “Qanunçuluq” Vəkil Bürosunun vəkili Cəfərov Rəsul Ağahəsən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 1(101)-107/2024 nömrəli hökmünə əsasən (hakimlər: S.A.Məmmədzadə (sədrlik edən), T.Q.Hüseynov və Ə.İ.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 177.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tör ədilməsində təqsirli bilinərək, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin 20 iyul 2022-ci il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxs, onun müdafiəçisi və maraqlı şəxs Şahid2 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli 1(103)- 914/2024 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), S.X.Bəhrəmzadə və M.A.Məmmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmişdir. Hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 177.4-cü maddəsi ilə təyi n edilmiş 11 (on bir) il azadlıqdan məhrum etmə cəzanın müddəti 10 (on) ilə endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qanunsuz olaraq saxlanc yerinə daxil olub xüsusilə külli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək olan müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə xadimə kimi işlədiyi ünvan 3 ünvanında yerləşən evin müxtəlif otaqlarından Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd dəyəri 2500 manat təşkil edən “Perrelet” markalı saatı, 01 ədəd dəyəri 500 manat təşkil edən “Apple watch 6 seriya” markalı saatı, 01 ədəd dəyəri 950 manat təşkil edən “İphone 11 pro ” markalı mobil tele fonu, 01 ədəd “Perrelet” markalı Azərbaycan məzənnəsi ilə qiyməti 25500 manat təşkil edən 15 min ABŞ dolları dəyərində qol saatını, 01 ədəd ağ rəngli dəyəri 120 manat təşkil edən “Apple” markalı simsiz qulaqcığı, eləcə də Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd üzərində gözmuncuğu elementləri olan kilidində “750” damğası olan 3 ədəd brilyant, hər biri 0,029 karat olan, çəkisi 5,47 qram təşkil edən, dəyəri 680 manat olan boyunbağını, qulaqcığında “750” damğası olan gümüşü rəngli dəyəri 220 manat olan 01 ədəd boyunbağını, üzərində 16 ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd kilidində 750 damğası olan üzərində 16 ədəd olmaqla, hər biri 0,031 karat olmaqla dəyəri 920 manat olan boyunbağını, mərkəzində bir ədəd damla cilalı bənövşəyi rəngli qaş, kənarlarında 109 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl-sarı rəngli 1 ədəd kulon, asılqan hissəsində “750” damğası olan, üzərində 1 ədəd 0,040 karat, 108 ədəd hər biri 0,006 karat olan çəkisi 11,85 qram, dəyəri 1950 manat təşkil edən boyunbağını, üzərində “925” damğası olan gümüşü rəngli çəkisi 4,76 qram dəyəri 30 manat təşkil edən 1 ədəd kulonu, üzərində “Hugo Boss” yazısı olan, gümüşü rəngli, çəkisi 7,19 qram, dəyəri 20 manat təşkil edən 1 ədəd qol düyməsini, ipə düzülmüş 22 ədəd ağ rəngli muncuqdan ibarət çəkisi 26,89 qram, dəyəri 80 manat təşkil edən muncuğu, 01 ədəd üzərində “Baga 925” yazısı olan, çəkisi 29,54 qram, dəyəri 70 manat təşkil edən qolbağı, 01 ədəd qara rəngli ipə düzülmüş kürə formalı, qəhvəyi rəngli muncuqlardan və metal elementlərdən ibarət çəkisi 49,61 qram, dəyəri 80 manat olan təsbehi, 01 ədəd üzərində “Gran at” yazısı olan çəkisi 20,47 qram gümüş tərkibli dəyəri 500 manat təşkil edən qol saatını, 01 ədəd “Tissot” markalı 158 ədəd brilyant daş olan, hər biri 0,013 karat olan çəkisi 44,34 qram, dəyəri 2500 manat təşkil edən qol saatını, 01 ədəd “Rado” markalı, üzərində 40 ədəd brilyant daş olmaqla, hər biri 0,004 karat təşkil edən, çəkisi 61,15 qram, dəyəri 3500 manat təşkil edən qol saatını, üzərində “Paris” yazısı olan, çəkisi 50 qram, dəyəri 50 manat təşkil edən rəngli qələmi, üzərində “Dupont Paris” yazıları olan, çəkisi 500 qram, dəyəri 500 manat təşkil edən qələmi, 01 ədəd üzərində “Hugo Boss” yazıları olan dəyəri 10 manat təşkil edən qolsuz köynəyi, 01 ədəd “John Galliano” markalı, dəyəri 10 manat təşkil edən qolsuz köynəyi, 01 ədəd “Ferragama Made in İtaly” yazıları və rəng qopuqları ol an, dəyəri 10 manat təşkil edən dəri kəməri, 01 ədəd “Svatch İrony” markalı, dəyəri 60 manat olan qol saatını, 01 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 1190 manat təşkil edən, 700 ABŞ dolları dəyərində “DİOR” markalı sabo ayaqqabını, 01 ədəd dəyəri 3700 manat təşkil edən “Stella McCartney” markalı kostyumu, 01 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 1972,5 manat təşkil edən 1000 avro dəyərində “Georgio Armani” markalı qarar rəngli donu, 01 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 986,25 manat təşkil edən 500 avro dəyərində “Escada” markalı şalvarı, 01 ədəd dəyəri 7000 manat təşkil edən “Erdem” markalı kostyumu, 01 ədəd dəyəri 500 manat təşkil edən “Vakko” markalı şalvarı, 01 ədəd dəyəri 500 manat təşkil edən “Gucci” markalı köynəyi, 01 ədəd dəyəri 4370 manat təşk il edən “Dolce Gabbana” markalı çəhrayı rəngli paltarı, 01 ədəd dəyəri 2500 manat təşkil edən “Ermano Scervino” markalı mavi rəngli köynəyi, 01 ədəd dəyəri 1000 manat təşkil edən “Vakko” markalı paltarı, 01 ədəd dəyəri 300 manat təşkil edən “Twinset” markalı köynəyi, 01 ədəd dəyəri 4000 manat təşkil edən “Ermano Scervino” markalı paltarı, 01 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 1700 manat təşkil edən, 1000 ABŞ dolları dəyərində “Dior” markalı çantanı oğurluq yolu ilə ələ keçirdikdən sonra, eyni qəsdlə 2022-ci ilin may ayının sonlarında həmin evin 2-ci mərtəbəsində Zərərçəkmiş şəxs1 məxsus yataq otağında yerləşən televizorun alt hissəsində quraşdırılmış dolabın üzərindəki rəsm çərçivəsinin arxa hissəsindən asılmış vəziyyətdə olan 01 ədəd saxlanc yeri hesab edilən seyfin açarını g izli yolla ələ keçirib həmin seyfin üzərində olan digər açarı və ələ keçirmiş olduğu açarı daxil etməklə seyfi açaraq saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 01 ədəd halqa formalı sarı rəngli “Au 750” damğası olan 21 ədəd brilyant olmaqla, hər biri 0,102 karat olan çəkisi 4,31 qram, dəyəri 3400 manat təşkil edən üzüyü, 01 ədəd üzərində “Bvlgari” yazısı olan halqa formalı içəri hissəsində “PC3YM2”, “Au 750 Made in İtaly” yazılar olan, çəkisi 11,45 qram, dəyəri 3000 manat təşkil edən üzüyü, 01 ədəd üzərində “Bvlgari” yazısı, “Au 750” damğası olan 7 ədəd brilyant olmaqla hər biri 0,032 karat olan, çəkisi 9,30 qram, dəyəri 1330 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 54 qaş olan, içərisində “750” və “18K” damğaları olmaqla 1 ədəd 0,031 karat 53 ədədin hər biri 0,017 karat təşkil edən, ç əkisi 7,59 qram, dəyəri 1740 manat olan üzüyü, 01 ədəd 102 ədəd daş olmaqla “750” damğası olan brilyant üzük olmaqla 102 ədəd hər biri 0,003 karat çəkisi 9,55 qram, dəyəri 1360 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 145 ədəd rəngsiz şəffaf qaş olan, sarı rəngli “750” damğası olan brilyant, 40 ədəd hər biri 0,003 karat, 16 ədəd, hər biri 0,028 karat, 89 ədəd hər biri 0,009 karat olmaqla çəkisi 8,24 qram, dəyəri 2230 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 33 ədəd rəngsiz şəffaf qaş olan, gümüşü rəngli “750” damğası olan brilyant, 1 ədəd 1,847 karat, 2 ədəd hər biri 0,490 karat, 6 ədəd hər biri 0,070 karat, 6 ədəd hər biri 0,028 karat, 6 ədəd hər biri 0,014 karat, 12 ədəd hər biri 0,003 karat olan, çəkisi 6,61 qram, dəyəri 22000 manat təşkil edən üzüyü, 01 ədəd 52 ədəd rəngsiz şəffaf qa ş olan brilyant 52 ədəd hər biri 0,024 karat təşkil edən, çəkisi 12,29 qram, dəyəri 2560 manat təşkil edən üzüyü, 01 ədəd üzərində yaşıl rəngli daş, kənarlarında 62 ədəd rəngsiz şəffaf qaş olan brilyant, 2 ədəd hər biri 0,276 karat, 20 ədəd hər biri 0,003 karat, 40 ədəd hər biri 0,005 karat olan, çəkisi 7,60 qram, dəyəri 1835 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 171 ədəd rəngsiz, şəffaf qaş olan “14 kt” damğası olan brilyant, 1 ədədi 3,994 karat, 10 ədədin hər biri 0,0006 karat, 160 ədəd hər biri 0,003 karat olan, çəkisi 7,05 qram, dəyəri 35000 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 77 ədəd rəngsiz, şəffaf qaş olan sarı rəngli “750” damğası olan brilyant, 1 ədəd 0,077 karat, 10 ədəd hər biri 0,020 karat, 66 ədəd hər biri 0,012 karat olmaqla, çəkisi 8,03 qram, dəyəri 1760 manat təşk il edən üzüyü, 01 ədəd üzərində 69 ədəd rəngsiz şəffaf qaş olan, “Au 750” damğası olan brilyant 32 ədəd hər biri 0,018 karat, 12 ədəd hər biri 0,008 karat, 25 ədəd hər biri 0,012 karat olmaqla, çəkisi 8,94 qram, dəyəri 2000 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 153 ədəd qaş olan brilyant 128 ədəd hər biri 0,013 karat, 25 ədəd hər biri 0,018 karat çəkisi, 15,55 qram, dəyəri 3630 manat təşkil edən üzüyü, 01 dəst olmaqla hər birində bir ədəd olmaqla üzərilərində ümumilikdə 3 ədəd oval cilalı, narıncı rəngli qaş “585” damğası olan (sırğa tayının birinin üzərində olan narıncı qaşın kənarında qırıq hissə var) sarı rəngli çəkisi 18,27 qram, dəyəri 1550 manat təşkil edən sırğa cütü- üzüyü, 01 dəst üzərində 105 ədəd rəngsiz şəffaf qaş olan brilyant 105 ədəd hər biri 0,007 karat olmaqla çəkisi 1 1,67 qram, dəyəri 2000 manat təşkil edən sırğa cütü-üzüyü, 01 dəst hər birinin üzərilərində ümumilikdə 4 ədəd açıq mavi rəngli və bir neçə ədəd rəngsiz şəffaf qaş “750” damğası olan, çəkisi 24,37 qram, dəyəri 2680 manat təşkil edən sırğa cütü-üzüyü, 01 ədəd “585” damğası olan şunur toxunuşlu, çəkisi 5,62 qram, dəyəri 480 manat təşkil edən boyunbağını, 01 ədəd “Xarı bülbül” təsvirli “585” damğası olan, çəkisi 2,83 qram, dəyəri 240 manat təşkil edən yaxa sancağını, 01 ədəd üzərində 32 ədəd rəngsiz şəffaf qaş olan brilyant 32 ədəd hər biri 0,161 karat olmaqla 19,25 qram, 8500 manat təşkil edən qolbağı, 01 ədəd üzərində 275 ədəd şəffaf qaş olan sarı rəngli 01 ədəd qolbaq iç tərəfində “750” damğası olan brilyant, 70 ədəd hər biri 0,019 karat olmaqla, çəkisi 18,36 qram, dəyəri 3300 manat təşki l edən qolbağı, 01 ədəd üzərində 275 ədəd şəffaf qaş olan sarı rəngli iç tərəfində “Cartier” yazısı və “Au 750” damğası olan brilyant 56 ədəd hər biri 0,008 karat, 219 ədəd hər biri 0,003 karat olmaqla, çəkisi 19,06 qram, dəyəri 3170 manat təşkil edən qolbağı, 01 ədəd üzərində 32 ədəd şəffaf qaş olan kilidində “EFE model 750” damğası olan qırıq vəziyyətdə brilyant 32 ədəd hər biri 0,165 karat olmaqla, çəkisi 13,39 qram, dəyəri 8100 manat təşkil edən qolbağı, 01 ədəd üzərində 3 ədəd ağ rəngli mirvari muncuq və 272 ədəd şəffaf qaş, “750” damğası olan brilyant 128 ədəd hər biri 0,011 karat, 144 ədəd hər biri 0,019 karat, çəkisi 45,59 qram, dəyəri 8000 manat təşkil edən qızıl qolbağı, 01 ədəd üzərində 70 ədəd şəffaf qaş olan brilyant 37 ədəd hər biri 0,041 karat, 33 ədəd hər biri 0,009 karat o lmaqla çəkisi 14,48 qram, dəyəri 3350 manat təşkil edən qızıl qolbağı, 01 ədəd kulonun üzərində 01 ədəd rəngsiz şəffaf qaş olan 01 ədəd kulonlu boyunbağı, boyunbağının qulacığında “750” damğası olan brilyant 1 ədəd 3,513 karat olmaqla, çəkisi 9,84 qram, dəyəri 25000 manat təşkil edən qızıl boyunbağını, 01 ədəd üzərində 55 ədəd tünd çəhrayı rəngli qaş olan kilidində “750” damğası olan, çəkisi 21,84 qram, dəyəri 2500 manat təşkil edən qızıl qolbağı, 01 ədəd üzərində 66 ədəd rəngsiz şəffaf qaş olan (iki qaş yeri boş) sarı rəngli qulaqcığında “18k” damğası olan brilyant 66 ədəd hər biri 0,0047 karat çəkisi 8,39 qram, dəyəri 3500 manat təşkil edən qızıl boyunbağını, 01 dəst üzərində “Bvlgari” yazısı olan mərkəzində qara rəngli hissədən, kənarları qırmızımtıl-sarı rəngli hissədən ibarət, dəstin elementlərinin hər birində “Au 750” damğası olan, çəkisi 23,01 qram, dəyəri 5000 manat təşkil edən sırğa cütü-üzük- kulonu, 01 cüt üzərində ümumilikdə 2 ədəd rəngsiz şəffaf qaş və yaşıl rəngli hissələr olan kilidlərində “Bvlgari” yazısı və “Au 750” damğası olan brilyant 2 ədəd hər biri 0,034 karat olmaqla, çəkisi 5,72 qram, dəyəri 1500 manat təşkil edən qızıl sırğaları, 01 ədəd mərkəzində dördkünc cilalı, tünd göy rəngli qaş, kənarlarında 32 ədəd rəngsiz, şəffaf qaş olan brilyant 16 ədəd hər biri 0,018 karat, 16 ədəd hər biri 0,010 karat olmaqla, çəkisi 4,31 qram, dəyəri 950 manat təşkil edən qızıl kulonu, 01 dəst üzərilərində qara rəngli hissələr, 21 ədəd rəngsiz şəffaf qaş olan qırmızımtıl-sarı rəngli, dəstin hər birinin üzərində “Cartier” yazısı və “Au 750” damğası olmaqla çəkisi 19,42 qram, dəyəri 2520 manat təşkil edən qızıl sırğa cütü-kulonlu boyunbağını, 01 ədəd kulonun üzərində 51 ədəd rəngsiz şəffaf qaş olan, boyunbağının qulaqcığında “750” damğası olan, brilyant 51 ədəd hər biri 0,007 karat olmaqla, çəkisi 6,20 qram, dəyəri 1050 manat təşkil edən qızıl boyunbağını, 01 ədəd səthi boyunca 81 ədəd rəngsiz şəffaf qaş düzülmüş kilidində “585” damğası olan brilyant 1 ədəd 0,893 karat, 6 ədəd hər biri 0,478 karat, 6 ədəd hər biri 0,404 karat, 10 ədəd hər biri 0,369 karat, 10 ədəd hər biri 0,306 karat, 48 ədəd hər biri 0,144 karat olmaqla, çəkisi 40,76 qram, dəyəri 55000 manat təşkil edən qızıl boyunbağını, 01 dəst üzərilərində qırmızı rəngli daşlar və 24 ədəd rəngsiz şəffaf qaş olan sarı rəngli dəstin elementlərində “750” damğası olan brilyant 1 ədədi 0,048 karat, 2 ədəd hər biri 0,025 karat, 11 ədəd hər biri 0,008 karat, 10 ədəd hər biri 0,016 karat olmaqla, çəkisi 34,09 qram dəyəri, 4050 manat təşkil edən qızıl sırğa cütü-üzük-kulonu, dairəvi cilalı 1 ədəd 0,991 karat çəkisi 0,22 qram, dəyəri 5000 manat təşkil edən rəngsiz şəffaf brilyant qaşı, dairəvi cilalı 1 ədəd 0,977 karat, çəkisi 0,20 qram dəyəri 5000 manat təşkil edən rəngsiz şəffaf brilyant qaşı, oval cilalı narıncı rəngli, çəkisi 1,83 qram, dəyəri 40 manat təşkil edən 1 ədəd qaşı, 01 ədəd qara rəngli muncuqlardan ibarət 3 qat düzülüşlü 01 ədəd boyunbağı və həmin boyunbağıya birləşdirilmiş 01 ədəd kulonu, kənarlarında 115 ədəd rəngsiz, şəffaf qaş olan boyunbağının kilidində “Primavera” yazısı və “585” damğası olan brilyant 102 ədəd hər biri 0,003 karat, 2 ədəd hər biri 0,035 karat, 11 ədəd hər b iri 0,160 karat olmaqla, çəkisi 22,69 qram, dəyəri 4400 manat təşkil edən qızıl boyunbağını, 01 cüt mərkəzlərində 2 ədəd bənövşəyi rəngli qaş, kənarlarında 84 ədəd rəngsiz qaş, kilidində “750” damğası olan brilyant 84 ədəd hər biri 0,004 karat olmaqla, çəkisi 11,51 qram, dəyəri 1600 manat təşkil edən sırğaları, 01 ədəd üzərində 176 ədəd şəffaf qaş olan dairəvi formalı asılqan hissəsində “750” damğası olan brilyant 176 ədəd hər biri 0,005 karat olmaqla çəkisi 7,25 qram, dəyəri 1500 manat təşkil edən qızıl kulonu, 01 ədəd kulonunun üzərində 33 ədəd rəngsiz şəffaf qaş olan, qulaqcığında “750” damğası olan brilyant 1 ədəd 0,108 karat, 7 ədəd hər biri 0,055 karat, 25 ədəd hər biri 0,034 karat olmaqla, çəkisi 7,93 qram dəyəri 2000 manat təşkil edən qızıl boyunbağını, 01 dəst üzərində ümumilikd ə 3 ədəd qara rəngli daş və 108 ədəd rəngsiz şəffaf qaş olan brilyant 6 ədəd hər biri, 0,074 karat, 102 ədəd hər biri 0,023 karat, çəkisi 32,21 qram, dəyəri 6000 manat təşkil edən qızıl sırğa cütü-üzüyü, 01 ədəd üzərində 386 ədəd rəngsiz, şəffaf qaş olan qırıq vəziyyətdə, klidində “750” damğası olan brilyant 220 ədəd hər biri, 0,003 karat, 152 ədəd hər biri 0,021 karat, 14 ədəd hər biri 0,055 karat, çəkisi 18,46 qram, dəyəri 5600 manat təşkil edən qızıl boyunbağını, 01 ədəd üzərində 429 ədəd rəngsiz şəffaf qaş olan boyunbağı hissəsi qırıq vəziyyətdə brilyant 220 ədəd, hər biri 0,003 karat, 195 ədəd hər biri 0,021 karat, 14 ədəd hər biri 0,055 karat, çəkisi 22,84 qram, dəyəri 6100 manat təşkil edən qızıl boyunbağını, 01 ədəd kilidində “750” damğası olan çəkisi 78,77 qram, dəyəri 400 manat t əşkil edən ipə düzülmüş metal hissəsi qızıl olan mirvari boyunbağını, 01 ədəd ipə düzülmüş 308 ədəd çəhrayı rəngli qaşdan ibarət çəkisi 24,35 qram, dəyəri 350 manat təşkil edən boyunbağını, 01 ədəd “Bvlgari” markalı üzərində 42 ədəd şəffaf rəngli brilyant daşlar olan hər biri 0,020 karat olmaqla çəkisi 109,70 qram, dəyəri 10000 manat təşkil edən qızıldan hazırlanmış hissələri olan qol saatını, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Franck Müller” və “Geneve” yazıları olan gümüşü rəngli, kənarlarında 124 ədəd rəngsiz şəffaf qaş düzülmüş brilyant 124 ədəd hər biri 0,012 karat, çəkisi 99,48 qram, dəyəri 30000 manat təşkil edən qızıl qol saatını, 01 cüt “Graff” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə 161.500 (yüz altmış bir min beş yüz) manat təşkil edən dəyəri 95000 ABŞ dolları olan qızıl sırğanı, 01 cüt “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə dəyəri 7101 manat təşkil edən 3600 avro olan qızıl sırğanı, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 6120 manat təşkil edən 3600 ABŞ dolları dəyərində qızıl boyunbağını, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5917,5 manat təşkil edən 3000 avro dəyərində qızıl qolbağını, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5523 manat təşkil edən 2800 avro dəyərində qızıl üzüyü, 01 ədəd “Cartier” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5865 manat təşkil edən 3450 ABŞ dolları dəyərində qızıl boyunbağını, 01 ədəd “Cartier” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiymət i 7890 manat təşkil edən 4000 avro dəyərində qızıl üzüyü, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 10651,5 manat təşkil edən 5400 avro dəyərində qızıl boyunbağını, 01 cüt keyfiyyət göstərici 1,7 karat olmaqla Azərbaycan manatının məzənnəsi ilə qiyməti 37400 manat təşkil edən 22000 ABŞ dolları dəyərində qızıl tək qaş sırğa, 01 cüt keyfiyyət göstərici 1 karat olmaqla Azərbaycan manatının məzənnəsi ilə qiyməti 20400 manat təşkil edən 12.000 ABŞ dolları dəyərində qızıl tək qaş sırğanı, 01 ədəd “Cartier” markalı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 29587,5 manat təşkil edən 15000 avro dəyərində qızıl qol saatını, 01 ədəd “Cartier” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində qızıl boy unbağını, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə dəyəri 29587,5 manat təşkil edən 15000 avro dəyərində qızıl boyunbağını, 01 ədəd paxlava formalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 11900 manat təşkil edən 7000 ABŞ dolları dəyərində qızıl üzüyü, 01 ədəd Sibir brilyantlarından hazırlanmış gül formalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5100 manat təşkil edən 3000 ABŞ dolları dəyərində qızıl üzüyü, 01 cüt zümrüd daşlarından hazırlanmış 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5950 manat təşkil edən 3500 ABŞ dolları dəyərində qızıl sırğanı, zümrüd daşlarından hazırlanmış 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl qolbaq 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 25500 manat təşkil edən 15000 ABŞ dolları dəyərində 01 dəst olmaqla qızıl komplekti, 01 ədəd “Behrad” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində uzun qızıl boyunbağını, 01 ədəd “Behrad” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində uzun qızıl boyunbağını, 01 ədəd 750 əyarlı “Chopard” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə dəyəri 1700 manat təşkil edən 1000 ABŞ dolları dəyərində qızıl boyunbağını, 01 ədəd 750 əyarlı qızıl sırğa və 01 ədəd 750 əyarlı qızıl üzük olmaqla Azərbaycan manatının məzənnəsi ilə ümumi qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində qızıl komplekti, 01 ədəd rubin daşlarından hazırlanmış Azərbaycan manatının məzənnəsi ilə ümumi qiyməti 8500 manat təş kil edən 5000 ABŞ dolları dəyərində brilyant boyunbağını, 01 ədəd 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə ümumi qiyməti 5100 manat təşkil edən 3000 ABŞ dolları dəyərində brilyant üzüyü, 01 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 4931,25 manat təşkil edən 2500 avro dəyərində topaz kulon başlığı olan qızıl boyunbağının zəncirini, 3.200 manat nağd pulu, Azərbaycan manatının məzənnəsi ilə dəyəri 1360 manat təşkil edən 800 ABŞ dolları nağd pulu, Azərbaycan manatının məzənnəsi ilə dəyəri 15780 manat təşkil edən 8 min avro nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 59570 (əlli doqquz min beş yüz yetmiş) manat, Zərərçəkmiş şəxs1 743,548 (yeddi yüz qırx üç min beş yüz qırx səkkiz) manat olmaqla ümumilikdə zərərçəkmiş şəxslərə 803,118 (səkkiz yüz üç min yüz on səkkiz) manat məblə ğində xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CMin 177.4-cü maddəsindən həmin Məcəllənin 177.3.2-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməsi və qərarın Məhkum qarşı irəli sürülmüş mülki iddianın təmin olunması hissəsində isə ləğv edilərək həmin hissədə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən zəruri olan araşdırılmalar aparılmadan yalnız zərərçəkmiş şəxslərin ifadələri əsas götürülməklə CM-in xüsusilə külli miqdarda oğurluğa görə məsuliyyəti nəzərdə tutan 177.4-cü maddəsi ilə Məhkum təqsirli bilinmiş və məhkum edilmişdir. Belə ki, iş materiallarında ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs oğurladığı predmetləri istintaq zamanı könüllü olaraq təqdim etmişdir. Həmin malların 2021-ci ilin noyabr və 2022-ci ilin may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri ekspert rəyinə əsasən təxminən 317745,00 manat müəyyən edilmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, zərərçəkmiş şəxs çatışmayan digər malların mövcudluğunu təsdiq edən hər hansı bir sübutu nə istintaq, nədə ki məhkəməyə təqdim etməmişdir. Məhkum törətdiyi əməldə CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri olmuşdur. Qeyd edir ki, zərərçəkmiş şəxsin evi ndən oğurlanmış qızıl zinət əşyalarının sayı ibtidai araşdırma orqanı tərəfindən şişirdilmiş həddə göstərilib, zərərçəkmiş şəxsdən oğurlanmış qızıl zinət əşyalarının 803000 (səkkiz yüz üç min) manat məbləğində olmasını təsdiq edən mötəbər sübutların olmaması təqsirləndirilən şəxs əməlinin CM-in 177.4-cü maddəsi ilə deyil, 177.3.2-ci maddəsi ilə tövsif edilməli olduğunu göstərir. Şikayətdə həmçinin qeyd olunur ki, məhkəmələr Məhkum məxsus hesab etdikləri əmlakın müsadirəsi zamanı qanun pozğunluğuna yol vermişlər. Belə ki, ¼ hissəsinə həbs qoyulmuş Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil Məhkum yox, bacısı X1 adına qeydiyyatdadır. Mənzil 26 sentyabr 2018-ci il tarixdə RX ******* nömrəsi ilə qeydiyyata alınıb və bacısına hüquqların dövlət qeydiyyatı haqqında d aşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Mənzildə qardaşı X3 da payı var. Digər qardaşı X5 İ Qarabağ müharibəsi zamanı 28 iyun 1992-ci ildə şəhid olub, ailəsi şəhid ailəsidir. Mənzil onların yurdudur, Məhkum cinayət yolu ilə əldə etdiyi əmlaka aidiyyəti yoxdur. Ona görə də mənzilin üzərinə həbs qoyula, müsadirə oluna bilməz, əmlakın dəyəri zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilə bilməz. Məhkəmə hökmündə müsadirəsi nəzərdə tutulmuş “Daewo Nubira ” markalı 10HJ866 və “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər isə birgə nikah dövründə alındığı Məhkum ilə bərabər əri Şahid2 da həmin nəqliyyat vasitələri üzərində mülkiyyət hüququ var. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32ci maddəsinə görə, nikah müddətində ər-a rvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.3-cü maddəsinə görə, ər-arvaddan biri digərinin razılığı olma dan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. “Daewo Nubira” markalı **-HJ-*** və “Hyundai Elantra” markalı **BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər Məhkum ilə Şahid2 nikahı müddətində alındığı üçün ümumi birgə mülkiyyətdir və hər birinin bərabər payı var. Birinci instansiya məhkəm əsi bu halları nəzərə almamış, apelyasiya instansiya məhkəməsi də həmin səhvi aradan qaldırmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.Cəfərovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-in 177.4-cü maddəsindən həmin Məcəllənin 177.3.2-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməsi və qərarın Məhkum qarşı irəli sürülmüş mülki iddianın təmin olunması hissəsində isə ləğv edilərək həmin hissədə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 177.4-cü maddəsində görə “Bu Məcəllənin 177.1-177.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd”-nə görə: “1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə v ə ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişd ir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmunu nun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkə mələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apel lyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, əda lət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 177.4-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sü butlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, şahidlər Şahid7, Şahid8, Şahid4, Şahid5, Şahid1 və Şahid3 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 19 iyul 2022-ci il tarixdə ərizəsi, təqsirləndirilən şəxs Məhkum 20 iyul 2022-ci il tarixli şübhəli şəxs qismində dindirmə protokolu, axtarış və götürmə aparılması haqqında 19 iyul 2022-ci il tarixli protokolu, “ifadənin yerində yoxlanılması” haqqında 20 iyul 2022-ci il tarixli protokolu, “ə şyaların götürülməsi haqqında” 20 iyul 2022-ci il tarixli protokolu, “əşyanın tanınmaya təqdim olunması haqqında” 21 iyul 2022-ci il tarixli protokolu, “əşyanın təqdim edilməsi haqqında” 1 noyabr 2022-ci il tarixli protokoldan və qəbzi, Azərbaycan Respublikası MEMin 2 sentyabr 2022-ci il tarixli 6/4189-9/5505 saylı rəyi, Azərbaycan Respublikası MEM-in 8 sentyabr 2022-ci il tarixli 3/1113 saylı rəyi, təqsirləndirilən şəxs Məhkum ilə Zərərçəkmiş şəxs1 arasında aparılmış 21 okrtyabr 2022-ci il tarixli üzləşdirmə protokolu, habelə toplanmış digər sübutlarla məhkumların təqsirləri tam sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən, təqsirli şəxsin tal anmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hər əkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 177.4-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Həmçinin məhkəmələr tərəfindən Məhkum məxsus hesab etdikləri əmlakın müsadirəsi zamanı qanun pozğunluğuna yol verməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin sübuta yetirilmiş hallarına əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxslərin 803,118 (səkkiz yüz üç min bir yüz on səkkiz) manat məbləğində əmlakları oğurluq yolu ilə ələ keçirilmiş, oğurlanmış əmlakların bir hissəsi geri qaytarılmış, lakin 485.373 manat məbləğində əşyalar zərərçəkmiş şəxslərə ödənilməm işdir. Zərərçəkmiş şəxslər və mülki iddiaçıların iddia tələbinə görə 485.373 manat məbləğində əşyaların dəyəri Məhkum tələb etdiklərini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99-2-ci maddəsinə əsasən bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğindəcinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 5(009)-4257/2022 nömrəli və 5(009)-4258/2022 nömrəli qərarlarından görünür ki, Məhkum Müseyb qızına məxsus “Daewo Nubira” markalı **-HJ*** və “Hyundai Elantra” markalı 77-BT540 dövlət qeydiyyat nişanlı avtomobillərin və Məhkum Müseyb qızının və onun əri Şahid2 adına qeydiyyata alınmış Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin ¼ hissəsinə həbs qoyulmuşdur. Məhkəmə k ollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə məxsus olub, üzərinə həbs qoyulmuş əmlaklar xüsusi müsadirə edilməsi və müsadirə edilmiş əmlakların dəyəri zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi ilə bağlı aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişlər. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Yuxarıd a göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar