Məhkəmə qərarları › İş №1(102)-2761/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2761/2025

10.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2761/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü ma ddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 1(001)252/2025 nömrəli (hakim: Sadıqova Aynurə Vahid qızının sədrliyi) hökmü ilə xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmək də təqsirli bilinərək, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun CM-in 69.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 14 (on dörd) gün müddətin, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz olunması və dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, cəzasının əvvəlinin 28 aprel 2025-ci il tarixdən hesablanması müəyyən edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2025-ci il tarixli 1(103)-1269/2025 nömrəli (hakimlər: Mehdiyev Emin Əlixan oğlu (sədrliyi ilə), Qarayeva Mehriban Cəfər qızı və Əhmədov Zəfər Vahid oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 31 iyul 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 1 may 2024-cü il tarixdə, saat 17 radələrində şəxsiyyəti istintaqla araşdırılan şəxslər ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında ictimai yer olan ünvan 3 ünvanında yerləşən istirahət parkında ucadan mobil telefonla danışaraq nalayiq ifadələr işlətdiyinə görə Zərərçəkmiş şəxs2 ona irad bildirməsini bəhanə edərək, cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib yenidən mobil telefonla danışaraq nalayiq ifadələr işlətməyə davam etmiş, növbəti dəfə intizama dəvət edilməsinə baxmayaraq heç bir əsaslı səbəb olmadan silah qismində istifadə olunan əşya, yumruq və təpiyi ilə vuraraq Zərərçəkmiş şəxs2 göz almasının kontuziyası, travmatik midriaz və görmə itiliyinin 0,7-ə qədər azalması ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin dərialtı hematoması, sağ üst və alt göz qapağının əzilmiş-cırılmış yaraları, sağ qulaq seyvanı nahiyəsinin, sol yanaq nahiyəsinin qançırları, sol dirsək oynağı nahiyəsinin sıyrıqları və sol diz oynağı nahiyəsinin qançırlı sıyrığı kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə (5%) səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, daha sonra parkda valideyninin xəsarət almasına görə onu arxadan səsləyən Zərərçəkmiş şəxs1 əli ilə vuraraq sonuncuya sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sağ əlin arxa səthinin sıyrığı kimi xəsarətlər yetirərək dərəcəsinə görə ümumilikdə sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə şəxsiyyəti istintaqla araşdırılan şəxslər ilə bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmış dır ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi dəfələrlə Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı ilə müəyyən edilmiş əsaslara uyğun olmayan qərar qəbul etmişdir. Belə ki, apellyasiya şikayətində Məhkum özünü müdafiə etməsinə dair dəlillərə apellyasiya instansiyası münasibət bildirməmişdir. İşin hallarından göründüyü kimi Məhkum zərbədən yayınması, yumruq zərbəsi atana adekvat cavab olaraq yumruqla zərbə endirməsi və qaçması sırf zəruri müdafiədən irəli gəlmişdir. O, zəruri müdafiə həddini aşmamışdır. Apellyasiya şikayətində təqsirləndirilən şəxs Məhkum ona hücum edən qeyri-bərabər şəxsə qarşı özünü müdafiə edərkən silah və ya silah qismində əşyadan istifadə etməməsi barədə etiraza münasibət bildirilməmiş, sadəcə "silah qis mində əşyadan istifadə edildiyini” qeyd etməklə kifayətlənilmişdir. İş materiallarında isə bu barədə hər hansı bir sübut yoxdur. Zərərçəkmişlərin və şahidlərin ifadələrində belə bir alətin olması öz təsdiqini tapmamışdır. Məhkəmə hökmündə silah qismində əşyanın olması və bu əşyadan istifadə edilməsi sübuta yetirilmədiyi halda "silah qismində əşyadan istifadə edilməsini əsas götürülməsi" Cinayət-Prosessual Məcəlləsinin tələblərini heçə saymaqdır. Ona yumruq atmasını, qaçmaq istəyən Məhkum dalına düşərək onu təpiklə vurmasını əks etdirən videogörüntülər istintaqdan gizlədilərək istintaqı birtərəfli qaydada Zərərçəkmiş şəxs2 xeyrinə çevirmişlər. Belə ki, hadisə yerini müşahidə edən 4 kamera mövcud olduğu halda yalnız bir kameranın görüntülərinin bir hissəsi istintaq materiallarına əlavə edilm işdir. Bundan başqa X ilə Məhkum üzləşmə protokolunda X hadisə yerində 5-6 qadının olduğunu və 10-12 nəfər azyaşlı uşaqların olduğunu bildirir. Lakin nədənsə hadisə yerində olan həmin şəxslərin ifadələri alınmamış yalnız Zərərçəkmiş şəxs2 yaxın adamların ifadələri alınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, konkret işdə də bu cür qənaət üçün əsaslar olduğu halda Binəqədi Rayon Məhkəməsi, habelə Bakı Apellyasiya Məhkəməsi qanunsuz olaraq başqa qənaətə gəlmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2025-ci il tarixli qərarının ləğv edilərək, Məhkum barəsində CM-in 221.3-cü maddəsi ilə olan cinayət işi üzrə ona bəraət verilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi1 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini, məhkumun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 3.1-ci bəndinin tətbiq edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühü m əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməs i cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əla mətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyə t kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusi ya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliy i üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2025-ci il tarixli qərarı isə dəyişdirilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq hərəkətləri etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş möt əbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinay ətin tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol veri lməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum ona irəli sürülmüş ittiham üzrə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş silah qismində istifadə olunan əşyadan istifadə etmə klə xuliqanlıq etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud öz gənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. Şəx si münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hadisə nəticəsində ictimai qaydanın pozulması, təqsirləndirilən şəxsin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi ilə bağlı gəldiyi nəticə sübutların ta m, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanır. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi onun məhkəməyədək istintaq dövründə və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələri, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadələri, xx.xx.2024-cü il tarixli raport, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 874 nömrəli və xx.xx.2024-cü il tarixli 912 nömrəli rəyləri, xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolu, “Diskə baxış keçirilməsi barədə” xx.xx.2024cü il tarixli protokol, həmçinin iş üzrə toplanmış bir çox digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya məhkəmə kollegiyası Məhkum hərəkətlərinin AR Cinayət Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş zəruri müdafiə kimi qiymətləndirilməli olması barədə müdafiə tərəfinin dəlillərinə münasibətdə qeyd edir ki, sözügedən “zəruri müdafiə” vəziy yətinin mövcudluğu üçün CM-in 36.1-ci maddəsinə əsasən real, mövcud və ictimai təhlükəli qəsdin olması zəruridir. Əgər ictimai təhlükəli deyildirsə, ona qarşı zəruri müdafiəyə yol verilmir. Əməl şəxsiyyətə, cəmiyyətə yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli yaxud zərər yetirmək təhlükəsi yaratmalıdır. Qəsd real olmalıdır. Yəni, qəsd müdafiə edənin yanlış təsəvvürü ilə uydurulmamalıdır. Şəxs heç bir əsas olmadan qəsdin olduğunu zənn edirsə, o zaman müdafiə hərəkətləri məsuliyyətə səbəb olacaqdır. Qəsd mövcud olmalıdır. Başqa sözlə, qəsd başlamış, davam edən və hələ başa çatmayan olmalıdır. Qanunla təkcə özünün deyil, həmçinin başqa şəxslərin, cəmiyyətin və dövlətin mənafeyinə qarşı yönəlmiş ictimai təhlükəli qəsdlərdən müdafiə hərəkətlərinə yol verilir. Müdafiə yalnı z qəsd edənə zərər vurmaq yoluyla həyata keçirilir. Müdafiə qəsdin xarakteri və təhlükəlik dərəcəsini aşmamaqla həyata keçirilir. Sağlamlığa yetirilən zərərə qarşı, habelə, adam öldürməyə qarşı zəruri müdafiə mümkündür. Mübahisə edən şəxslərin heç birinin qarşı tərəfin təhlükəli əməlindən qorunmaq niyyəti yoxdursa və tərəflər bir birini intiqam hissi ilə döyməyə, xəsarət yetirməyə səy edirsə, belə hallarda müdafiə hüququ yaranmır. Mübahisənin gedişində tərəflərdən biri soyuq silahdan yaxud da odlu silahdan istifadə etməklə sağlamlığa ağır zərər yetirmək və ya cinayət törətmək fikrinə düşərsə belə halda mübahisənin xarakteri dəyişir. Qarşı tərəfin daha təhlükəli hərəkətdən müdafiə hüququ yaranır. Əgər, mübahisə edən tərəflərdən biri öz hərəkətlərinə son qoyarsa. Məsələn, zərbədən yıxılır və hücum etmək imkanı aradan qalxır. Yaxud könüllü olaraq imtina edir, digər tərəf bundan sonra yenə hücumu davam etdirərsə mübahisəyə son qoyan şəxsin belə hücumdan zəruri müdafiə hüququ yaranır. Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir. Qəsd edənin mənafeyinə zərər vurmaq yolu ilə qəsdin qarşısını almaq zəruri müdafiənin vacib şərtlərindəndir. Halbuki işin hallarından göründüyü kimi, zərərçəkmiş şəxsin təqsirləndirilənə qarşı həyatına, sağlamlığına və ya hüquqlarına yönəlmiş hər hansı bir zorakı hücumu olmamışdır. Əksinə, məhz təqsirləndirilən şəxs irad bildirilməsini bəhanə edərək, yenidən nalayiq ifadələr işlətmiş, ardınca heç bir əsaslı səbəb olmadan fiziki zorakılığa əl atmışdır. Bu şəraitdə təqsirləndirilən şəxsin davranışı müdafiə xarakteri daşımamış, aktiv hücum xarakteri ilə seçilmişdir. Müdafiə tərəfinin Məhkum “zərbədən yayınması və adekvat cavab verməsi” barədə arqumentləri də iş materialları ilə təkzib olunur. Hadisənin gedişindən aydın olur ki, Məhkum təkcə Zərərçəkmiş şəxs2 deyil, daha sonra hadisə yerində olan azyaşlı qızına, yəni Zərərçəkmiş şəxs1 qarşı da zor tətbiq etmişdir. İctimai təhlükəli qəsddən müdafiə anlayışı üçüncü şəxslərə qarşı zorakılığın tətbiqini istisna edir. Bu hal bir daha sübut edir ki, Məhkum məqsədi özünü qorumaq deyil, zorakılıq yolu ilə davranışını davam etdirmək olmuşdur. Müdafiə tərəfinin “silah və ya silah qismində əşyadan istifadə edilməməsi” ilə bağlı iddiasına gəldikdə isə, qeyd olunmalıdır ki, xuliqanlıq cinayətinin tövsifində əsas olan təkcə konkret alətin maddi sübut kimi təqdim edilməsi deyil, həmin əşyanın faktiki olaraq zor tətbiqi məqsədilə istifadə olunmasıdır. Zərərçəkmiş şəxslərin aldıqları xəsarətlərin xarakteri, çoxsaylı zərbələr, hadisənin gedişi və şahid ifadələri silah qismində istifadə olunan əşyanın mövcudluğunu istisna etmir. Cinayət-prosessual qanunvericilik sübutların yalnız maddi formada olmasını tələb etmir, onların məcmu şəkildə qiymətləndirilməsi prinsipini rəhbər tutur. Belə ki, müdafiə tərəfinin bu iddiası iş materialları ilə, xüsusilə məhkəmə-tibbi ekspertiza rəyləri ilə təkzib olunur. xx.xx.2024-cü il tarixli 874 nömrəli və xx.xx.2024-cü il tarixli 912 nömrəli ekspertiza rəylərindən aydın şəkildə görünür ki, hər iki zərərçəkmiş şəxsin bədən səthində aşkar olunmuş xəsarətlər bərk küt əşyanın və ya bərk küt əşyaların təsiri nəticəsində əmələ gəlmişdir. Ekspert r əylərində xəsarətlərin yaranma mexanizmi konkret olaraq göstərilmiş, onların yalnız insan bədəninin hissələri ilə deyil, eyni zamanda küt əşya ilə endirilmiş zərbələr nəticəsində baş verməsinin mümkünlüyü elmi əsaslarla təsdiqlənmişdir. Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərin xarakteri və lokalizasiyası, yəni göz almasının kontuziyası, travmatik midriaz, görmə itiliyinin azalması, üz və baş nahiyəsində çoxsaylı hematomalar, əzilmiş-cırılmış yaralar sadəcə bir dəfə vurulmuş təsadüfi yumruq zərbəsi ilə izah edilməsi ağlabatan deyildir. Bu xəsarətlərin ağırlıq dərəcəsi, çoxsaylı və müxtəlif nahiyələrdə yerləşməsi zərbələrin intensivliyini və tətbiq edilən fiziki təsirin gücünü göstərir ki, bu da silah qismində istifadə olunan əşyanın mövcudluğu ehtimalını əsaslı edir. Eyni zamanda ekspertiza rə yi bu xəsarətlərin zərərçəkmişin özü tərəfindən yetirilməsinin xarakterik olmadığını da açıq şəkildə istisna etmişdir. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər də analoji hüquqi qiymətləndirməni tələb edir. Sağ göz qapaqları və gözaltı nahiyənin hematoması, sağ əlin arxa səthinin sıyrığı bərk küt əşyanın təsiri ilə yaranmış və ekspertiza tərəfindən bunun mümkünlüyü açıq şəkildə göstərilmişdir. Azyaşlıya qarşı tətbiq edilən bu zorakılıq faktı, hadisənin zəruri müdafiə ilə əlaqəsinin olmadığını, əksinə, aqressiv və nəzarətsiz davranışın davamı olduğunu təsdiq edir. Cinayət hüququ nəzəriyyəsinə və məhkəmə təcrübəsinə əsasən, “silah qismində istifadə olunan əşya” anlayışı yalnız xüsusi hazırlanmış və ya aşkar edilmiş alətlə məhdudlaşmır. Hər hansı məişət əşyası, yaxud sərbəst for mada götürülmüş bərk predmet, konkret vəziyyətdə insana zərər vurmaq üçün istifadə edildikdə silah qismində əşya hesab olunur. Bu baxımdan, müdafiə tərəfinin maddi sübutun təqdim edilməməsini əsas götürərək silah qismində əşyanın mövcudluğunu inkar etməsi cinayət-prosessual qanunvericiliyin sübutların məcmu şəkildə qiymətləndirilməsi prinsipinə ziddir. Beləliklə, məhkəmə-tibbi ekspertiza rəyləri bir daha təsdiq edir ki, zərərçəkmiş şəxslərə yetirilmiş xəsarətlər yalnız fiziki təmasla deyil, bərk küt əşyanın tətbiqi nəticəsində də əmələ gələ bilər və bu hal iş üzrə silah qismində istifadə olunan əşyanın mövcudluğunu istisna etmir. Bu səbəbdən müdafiə tərəfinin “silah və ya silah qismində əşyadan istifadə edilməməsi” barədə kassasiya şikayətində irəli sürdüyü arqumentlər sübutlarla təkzib ol unur və əsassız hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək, təqsirləndirilən şəxsin hərəkətlərinin zəruri müdafiə ilə əlaqəli olmadığını, əksinə, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıq hörmətsizlik ifadə edən xuliqanlıq əməlləri olduğunu əsaslandırılmış şəkildə müəyyən etmişdir. Kassasiya instansiyası isə sübutların yenidən qiymətləndirilməsi ilə məşğul olmur və yalnız aşkar hüquq pozuntusu olduqda müdaxilə edir ki, hazırkı iş üzrə belə hal mövcud deyildir. Beləliklə, müdafiə tərəfinin Məhkum zəruri müdafiə vəziyyətində hərəkət etməsi, zəruri müdafiə həddini aşmaması və silah qismində əşyadan istifadə edilməməsi barədə dəlilləri işin faktiki halları və cinayət qanununun tələbləri ilə uzlaşmır, bu səbəbdən ka ssasiya şikayətində irəli sürülmüş arqumentlər əsassız hesab edilməlidir. Həmçinin kassasiya şikayətlərinin dəlillərinə əsasən müəyyən olunur ki, müdafiə tərəfi kassasiya şikayətində iş üzrə yeni faktiki hallardan çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənası na görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallar ını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkum, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apelly asiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bununla belə kassasiya instansiyası məhkəməsi, müdafiəçinin məhkum barəsində yuxarıda qeyd olunmuş tələblərinin təmin edilməsini hüquqi baxımdan məqsədəmüvafiq olmadığını hesab etsə də, cinayət işinin materiallarının araşdırılması nəticəsində məhkumun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 3.1-ci bəndinin tətbiq edilməsi üçün zəruri şərtlərin mövcud olduğu müəyyən edilmişdir. Bu səbəbdən, qeyd olunan tələb təmin edilməsə də, amnistiya aktı məcburi tətbiq olunmalı olan normativ hüquqi akt kimi məhkəmə tərəfindən tətbiq edilməli, nəticə etibarilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməklə məhkuma təyin edilmiş cəzanın müddəti azaldılmalıdır. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3cü bəndində qeyd edi lmişdir ki, “bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 3.1. az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;...” Kassasiya instansiyası məhkəməsi cinayət işinin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasına əsasə n, həmin əmələ görə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə uyğun olaraq, törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Bu baxımdan, məhkumun törətdiyi cinayət az ağır cinayət kateqoriyasına aiddir. Həmin Qərarın 3.1-ci bəndinə görə, az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş cəza hissəsi 1 ildən artıq olan şəxslərin cəzası 6 ay azaldılır, Qərarın 6-cı hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla. Məhkəmə müəyyən edir ki, Məhkum törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına daxildir, ona müəyyən müd dətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, cəzaçəkmə müddəti 28 aprel 2025-ci il tarixdən hesablanır, amnistiya qərarı qüvvəyə mindiyi tarixədək məhkumun çəkmədiyi cəza hissəsi 1 ildən artıqdır və məhkum amnistiya qərarının 6-cı hissəsində nəzərdə tutulmuş istisnalara aid edilmir. Bu hallar məhkum barəsində amnistiya aktının tətbiq edilməsinə hüquqi əsas yaradır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Məhkum Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli amnistiya Qərarının 3.1-ci bəndinin tələblərinə tam uyğun gəlir və onun barəsində həmin amnistiya aktı tətbiq edilməlidir. Bu əsaslarla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsini və Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli amnistiya Qərarını rəhbər tutara q, məhkəmə hesab edir ki, Məhkum barəsində təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılmalıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı amnistiya elan edilməsi barədə qərara əsasən dəyişdirilməli, verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikay əti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2025-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılsın, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 14 (on dörd) gün müddətin, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, onun üzərində qalan 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 1 (bir) il 3 (üç) ay 16 (on altı) gün müəyyən edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2025-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar