Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2763/2025 12.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, Sumayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 28 avqust tarixli 1(105)-592/2025 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş X11 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayə t ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyasının yuxarı həddində cəzalandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X15 2003-cü ildə Quba rayonu, Alpan kənd sakini Salamət Novruzova məxsus 1.81 ha torpaq sahəsinin 7 sot hissəsini satın almışdır. Bu satınalma 7 fevral 2003-cü il tarixində Quba rayon Dövlət Notariat Kontoru tərəfindən 1Ə/287 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən rəsmiləşdirilmişdir. Daha sonra, X5 2005-ci ildə Babayev Rahid vasitəsi ilə Salamət Novruzova məxsus olan torpaq sahəsinin 1.81 ha hissəsini öz adma keçirmişdir. Qeyd edilən 1.81 ha torpaq sahəsinə X12 daha öncədən satılmış 0.0 7 ha torpaq sahəsi də daxildir. Sözügedən 0.07 ha torpaq sahəsi üzərində 20 ildən artıqdır ki, X5 və X15 arasında mübahisə davam edir. Bu müddət ərzində X5 və X15 dəfələrlə məhkəmə və məhkəmədən kənar qarşı-qarşıya gəlmişdir. Bu qarşılaşmalarda X1 Kamal Azər oğluna qarşı dəfələrlə kobud, nalayiq, böhtan xarakterli və hətta təhqiramiz ifadələr istifadə etmişdir. 13 may 2018-ci il və 08 sentyabr 2018-ci il tarixində X9 Həmidov arasında torpaq sahəsi ilə bağlı telefon danışığı olmuşdur. Sonuncu telefon danışığında Təriqəddin adlı şəxs Kamal Şabanovu torpaq sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət etmişdir. Kamal Şabanov özünəməxsus telefonun səsyazma funksiyasından istifadə etməklə 8 sentyabr 2018-ci il tarixində torpaq sahəsinin hüdudlarına Həmidova Təriqəddin və digər üçüncü şəxslərlə birlikdə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin əməkdaşı Faiq Mirzəyev, Alpan kənd bələdiyyəsinin üzvü torpaq ölçən X7, Samirə və Yaşar adlı şəxslər və s.) baxış keçirərkən həmin yerdə baş verən bütün danışıqları səs yazısına almışdır. Torpaq sahəsinə baxış keçirilən zaman Şabanov Kamal (aşağıdakı dialoqlar üzrə "K") və Həmidov Təriqəddin (aşağıdakı dialoqlar üzrə "T") arasında aşağıdakı dialoqlar səsləndirilmişdir: 08:39 T: Nəysə, koluçkanı vur ora. Mənim torpağım orda başlıyır, sənlə baxıram biz sülhməranlı iş görə bilməyəcəyik. 08:53 K: Sən nahaq bunu gətiribsən. 08:56 T: Sən razılaşmaya bilərsən, mən də şey edəcəm. Dövlət, aidiyyatı orqanlar onu şey eliyəcək, qiymət verəcək. 09:09 K: Birdə mənim 7 sotumu göstərərsən, Faiq. 09:12 T: Sənin 7 sotun sual alt ındadır. 09:15 K: Heç bir sual altında deyil. Mənim dövlət sənədim var. 09:25 T: Bu ərazi var ey bu ərazi. Sənin saxta 7 sotundadır. 09:34 K: Bu ərazi mənim ərazimdi sənəddə. İndi hansı saxtadırsa qoy, dövlət araşdırsın. 09:59 Rasim bəy dialoqa qoşulur (bundan sonra "R"). 10:04 К: Rasim müəllim, burada neçə sot torpaq var? 10:07 R: 1 hektar 81. 10:09 K: Bu Salamatın satdığı torpaqdı, mən Salamatdan 7 sot torpaq almışam. Hanı çıxarış ? Çıxarışa baxmaq olar? 10:16 T: Bax, o Çıxarış məhkəmədən sonra çıxarılıbdır. 10:20 K: Məhkəmədən sonra yox ey, bu 2002-ci ildə.10:24 T: Qulaq as mənə. Məhkəmədə sən saxta sənədlərin olubdur veribsən. Olub da indi. Mən də deyirəm ki, sənə sənlə mənim sənədim mənim zaborum ilə yekunlaşır. Yox əgər, onunla razılaşmırsansa, sənin sənədində saxta 7 sotun var. 11:3 9 T: Sonrada məlum oldu ki, həmin gün həmin dəqiqə məlum oldu ki, Kamalın evi mənim ərazimin üzərində tikilib. Kamal ondan sonra duyux düşdü. Tez getdi day bilmirəm hansı yollarla....14:20 K: Sən mənə göstər nə sənəddi orda, baxım da sənədi görmək istiyirəm, niyə görə şey eliyirsən ki, sənədə baxıram da, əgər düz sənəddirsə, burada nə problem var ki? Deməli, Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış seriya nömrəsi: 0403708, Mülkiyyətçi X8, deməli bu torpaq sənin deyil. X17 adınadı, bəs sənin burada nə işin var? 16:18 T: Sənin nə işinə qalıb? 16:18 K: Necə yəni, deməli sən DTX-da işləyə-işləyə, sən dövlətdən gizlədirsən ki, əsil mülkiyyətçi sənsən. 16:24 T: Ə sənin qulağının dibindən bu dəqiqə bi dənə. Çəpişin biri çəpiş. Qatıq- qatıq danışırsan, adamsan sən ə...? 16:36 K: Kənd təsərrüfa tı təyinatlı torpaqlar? Bu ev ola ola siz buna sənəd vermisiz? 16: 37 T: Onun sənə nə dəxli var ey, sənə nə dəxli var? 16:40 K: Qanun pozuntusu yol verilib ey, sən nə danışırsan? Əlbəttə dəxli var sən mənim evimi sökdürməy istiyirdin, məhkəməyə vermişdin. 16:47 T: Mən verməmişəm ey, sən vermişdin. 16:49 K: Mən vermişəm? İddianı mən çıxardım göstərim? Kimin adından iddia çıxıb. Bu saxta sənəddir. 16:59-dan başlayaraq T: Adam deyilsən, olmuyubsan, olmayacaqsan da, mandaloşkasan, tərbiyəsiz. Mən dedim ki, adam deyilsən, tərbiyəsiz. 17:26 T: 0 ev söküləcək. 17:27 K: Söküləcəy? Baxarıq. 17:29 T: Sənin evin söküləcək. 18:11 T: Sənin yerində tikməmişəm ha, Səni niyə ağrıdır o? 18:14 К: Çünki sən mənim yerimə girmisən, sən mənim sotumun bir hissəsinə girmisən, məndən xəbərsiz divar atmısan. 19:37 T: Rasim müəllim, ondan sonra duyux düşdü bu. Qaçdı ordan burdan sənədlər düzəltdilər. 20:34 K: Araşdırsınlar. Vəkillər də gəlsin, DTX-ya da məktub gedəcək. Korrupsiyaya qarşı mübarizə orqanına da. 20:42 T: O sənin işverənliyindi, demaqoqluğundu... Bu səs yazısı Həmidov Təriqəddin tərəfindən səsləndirilmiş təhqiramiz ifadələrin sadəcə bir hissəsi və bariz sübutudur. Həmçinin, səs yazmadan da açıq şəkildə eşidildiyi üzrə, X10 Kamalı sənəd saxtakarlığı ilə ittiham edərək ona böhtan atmışdır. Quba Rayon Məhkəməsinin hazırlıq iclasının 2025-ci il 25 iyun tarixli, 1(027)-90/2025 nömrəli qərarı ilə (sədrlik edən hakim S.Ə.Məmmədov) X11 xüsusi ittiham qaydasında şikayəti üzrə X2 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 28 avqust tarixli, 1(105)-592/2025 nömrəli qərarı ilə (hakimlər K.N.Muxtarov (sədrlik edən), M.Ə.Rzayev və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2025-ci il 25 iyun tarixli, 1(027)-90/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 28 avqust tarixli 1(027)-90/2025 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə kassasi ya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə hazırlıq iclasında yanlış (formal) nəticəyə gələrək, hüquqlarını müdafiə etdiyi şəxsin xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata qəbul edilməsindən əsassız olaraq imtina etməklə bağlı qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində həmin qərardan verilmiş olan apellyasiya şikayətini təmin etməyərək, mübahisələndirilən qərarı dəyişdirilmədən saxlamışdır. Belə ki, apellyasiya məhkəməsi işə formal yanaşmış, işin baxılmasının zəruriliyini araşdırmamış, qərar qəbul edərkən əməlin törədilmə şəraitini və təqsirləndirilən şəxsin şəxsiyyətini, öz vəzifəsindən sui-istifadə hallarını və bu kimi digər halları nəzərə al mamışdır. Halbuki, xüsusi ittihamçı X11 Quba Rayon Məhkəməsinə ünvanlandığı şikayət ərizəsində yazılan məlumatları - böhtan xarakterli fikirlər kimi hesab etmək üçün kifayət qədər əsaslar olmuşdur. Kamal Şabanov 2018-ci il 8 sentyabr tarixində torpaq sahəsinin hüdudlarına Təriqəddin Həmidov və digər üçüncü şəxslərlə birlikdə baxış keçirilərkən elektron daşıyıcıda məhkəməyə təqdim edilmiş səs yazısındakı dialoqlar səsləndirilmişdir. Səs yazısından açıq şəkildə eşidildiyi kimi X13 Şabanovu sənəd saxtakarlığı ilə ittiham edərək ona böhtan da atmışdır. Dialoqun 11:39 dəqiqəsində X13 Şabanovu rüşvət verməklə (CM-in 312-ci maddəsi ilə) ittiham edərək böhtan atmışdır. CM-in 147.2-ci maddəsi özündə ağır və ya xüsusi ağır cinayətdə ittiham etməklə böhtan atmanı ehtiva edir. Həmin maddədə nəzərdə tu tulan cinayət əməli CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. CM-in 75.1.2-ci maddəsində isə az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edilən hadisə 2018-ci ilin sentyabr ayında baş vermişdir, yəni CM-in 75.1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti – 7 il hələ ötməmişdir. Müddət məsələsi məhkəmənin hazırlıq iclasında müzakirə olunan zaman bu xüsusatlar xüsusi ittihamçının nümayəndəsi tərəfindən məhkəməyə bildirilsə də, məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin məzmununun dəqiqləşdirilməsinə şərait yaradılmamışdır. Göründüyü kimi, məhkəmə işi icraata qəbul etməyərək xüsusi ittihamçının pozulmuş hüquqlarının qorunmasından imtina etmişdir. Odur ki, Sumqayıt A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 28 avqust tarixli, 1(105)-592/2025 nömrəli qərarının ləğv edilməsi, xüsusi ittiham qaydasında şikayətin məzmununun X2 CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrlə cəzalandırılması kimi qəbul edilməsi, xüsusi ittiham qaydasında şikayətin yeni redaksiyada icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barəcə qərar qəbul edilməsi edilmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Xüsusi ittiham qayd asında şikayət vermiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində X5 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərarın əsassız olaraq qəbul edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CP M-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 28 avqust tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, proses iştirakçılarının çıxışlarını dinləyərək, iş materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək o nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 28 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətd ə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1 və 302.1.4-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarının 11 bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 2 93.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPMnin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, X3 isnad edilən əməllər 2018-ci ildə baş vermiş və bu əməllərə görə onun Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. CM-in 147.1 və 148-ci maddələri isə cinayətlərin təsnifatı baxımından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir (CM 15.3) və həmin maddələrlə cinayət məsuliyyəti nə cəlb etmə müddəti iki ildir (CM 75.1.1). Göründüyü kimi, X2 xüsusi ittiham qaydasında şikayətdə göstərilən əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı 2018-ci ildə başlamış və CM-in 75.3-cü maddəsində göstərilən müddətin axımının dayandırılması halı müəyyən edilmədiyindən, həmin əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2020-ci ildə bitmişdir. Bu səbəbdən şikayətə baxan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X5 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Apellyasiya instansiya məhkəməsi də haqlı olaraq b irinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, kassasiya müraciətinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində istinad edilən məsələlərə dair müvafiq əsaslandırma və cavablandırma verilmişdir. Təriqəddin Həmidovun xüsusi ittiham qaydasında şikayət vermiş Kamal Şabanovu rüşvət verməklə (CM-in 312-ci maddəsi ilə) ittiham edərək böhtan atması, CM-in 147.2-ci maddəsinin özündə ağır və ya xüsusi ağır cinayətdə ittiham et məklə böhtan atmanı ehtiva etməsi, həmin maddədə nəzərdə tutulan cinayət əməlinin CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunması və CM-in 75.1.2-ci maddəsində isə az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin yeddi il olması ilə bağlı kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, əvvəla qeyd edilməlidir ki, xüsusi ittiham qaydasında şikayətdə Təriqəddin Həmidovun CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilməmişdir. İttiham tərəfi xüsusi ittiham qaydasında şikayətin məzmununun dəqiqləşdirilməsinə birinci instansiya məhkəməsi tərəfindən şəraitin yaradılmamasını iddia etsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmənin hazırlıq iclası iki dəfə təxirə salınmış və üçüncü iclasda xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilmişdir. Bu səbəbdən ittiham tərəfinin şikayətin məzmununun dəqiqləşdirilməsinə kifayət qədər imkanı və şəraiti olmuşdur. Həmçinin, ittiham tərəfinin şikayətin məzmununun dəqiqləşdirilməsi üçün şəraitin yaradılması barədə məhkəməyə müraciət etməsi də iş materialları ilə müəyyən olunmur. Apellyasiya şikayəti və ya kassasiya şikayəti tərtib edilərkən Təriqəddin Həmidovun CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin xahiş olunması xüsusi vurğulansa da, apellyasiya şikayətində və kassasiya şikayətində sonradan aparılan bu cür dəqiqləşdirmə şəxsin hazırki material üzrə həmin maddə ilə məsuliyyətə cəlb olunmasına əsas vermir. Digər tərəfdən qeyd edilməlidir ki, xüsusi ittiham qaydasında şikayətdə Kamal Şabanova ağır cinayət törətməkdə ittiham etməklə böhtan atılmasına dair yeganə dəlil Təriqəddin Həmidov tərəfindən işlədilməsi ehtimal olunan “tez getdi day bilmirəm hansı yollarla...” ifadəsi qeyri-müəyyən ifadə olmaqla, birmənalı olaraq şəxsin rüşvət verməkdə ittiham edilməsi anlamına gəlmir. Odur ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 300.1.3, 302.1, 302.1.4, 302.2 və 302.2.3-cü maddələrinə istinad etməklə K.A.Şabanovun xüsusi ittiham qaydasında şikayətini icraatına qəbul etməkdən imtina etməsi kollegiya tərəfindən əsaslı, cinayət və cinayət-prosessual normaların tələbləri baxımından qanuni nəticə kimi qəbul edilir. Belə olan halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onun qərarını dəyişd irilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin 2025-ci il 28 avqust tarixli qərarı da əsassız və qanunsuz qərar kimi qiymətləndirilə bilməz. Bütün bunlar ona dəlalət edir ki, K.A.Şabanovun xüsusi ittiham qaydasında şikayəti ilə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsinin nəzərdə tutduğu pozuntulara yol verilməmişdir. Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X11 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair material üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 28 avqust tarixli 1(105)-592/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2763/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2763/2025
12.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver