Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2764/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 3 aprel 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə t əqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 3 aprel 2025-ci il tarixli 1(060)-96/2025 nömrəli (hakim: Quliyev Ramiz Mübariz oğlunun sədrliyi) hökmü ilə xx.xx.1968-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, x rayonu x kəndində qeydiyyatda olan, x saylı otaqda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onun 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ed ilməsi, CM-in 69.3-cü maddəsinə əsasən 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək tutulduğu 2 gün müddətin təyin edilən cəzadan çıxılması və çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddətinin qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 3 aprel 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişlər. Hö kmdən Təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Muxtarov Kamran Nüsrət oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət məhkəmə tərkibində) 4 sentyabr 2025-ci il tarixli 1(105)494/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən Məhkum müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 3 aprel 2025-ci il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmiş, hökmü ilə Məhkum CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəza sının 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək tutulduğu 2 gün müddətin təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddətinin qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi qərar alınmış, hökm isə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndi rilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evin qarşısına gələrək cinayətkar niyyətlərini həyata keçirmək üçün aralarında əldə edilmiş razılığa və rol bölgüsünə əsasən hər hansı bir kənar şəxs gələrsə xəbər verməsi üçün çöldə dayanmış, Təqsirləndirilən şəxs1 isə hasardan keçməklə həyətə düşüb darvazanı açdıqdan sonra Təqsirləndirilən şəxs2 darvazadan həyətə qanunsuz daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs1 həyətdəki evin yan tərəfində olan taxta pəncərəni sıxıb açmaqla Təqsirləndirilən şəxs2lə birlikdə içəri qanunsuz daxil olub yataq otağındakı dolabda olan çantanın içərisindən 4700 manat pulu və otaqdakı üzərində “Vətən müharibəsi işti rakçısı” yazısı olan 1 ədəd qızılı rəngdə olan medalı və üzərində “Laçın” yazısı olan 1 ədəd qızılı rəngdə olan medalı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 4700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun təqsirli bilindiyi maddələrin sanksiyasında alternativ cəza kimi bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması nəzərdə tutulsa da məhkəmə daha ağır, yəni azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı Zərərçəkmiş şəxs1 tərəfindən yazılı ərizə təqdim olunaraq ona dəymiş ziyanın (2350 manat) ödənildiyini və qarşı tərəflə barışıq əldə etdiyini bildirmişdir. Cin ayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini nəzərə alınmaqla onun əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Lakin məhkəməyə təqdim edilmiş onun məcburi köçkün olması, himayəsində digər ailə üzvlərinin olması, təyin ediləcək cəzanın onların gələcək ailə şəraitinin ağırlaşmasına təsiri nəzərə alınmamışdır. Odur ki, göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarının dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi4 çıxış edərək, məhkuma verilən cəzanın ağır olduğunu, məhkumun zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı ödədiyini, məcburi köşkün olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini, məhkumun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 3.1-ci bəndinin tətbiq edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi nin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutl arın hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum vermiş olduğu kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirilməmiş olsa da, ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbay can Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsin ə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şə xsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə gö türülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirka rın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi və barışıq əldə edilməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilə n digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən əlavə hallar müəyyən edilməmişdir. Müdafiəçinin kassasiya şikayətində Məhkum azadlıqdan məhrum etmə əvəzinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin mümkünlüyü iddia edilsə də, bu mövqe işin faktiki halları və cinayət qanununun tələbləri baxımından əsaslı hesab edilə bilməz. İş materiallarından görünür ki, törədilmiş cinayətin qrup halında və yaşayış sahəsinə qanunsuz daxil olmaqla baş verməsi mülkiyyət toxunulmazlığı ilə yanaşı, şəxslərin yaşayış təhlükəsizliyinə də real təhdid yaratmışdır. Bu isə cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə artırır və təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunma sının zəruri hesab edilməsinə əsas verir. Belə şəraitdə azadlığın məhdudlaşdırılması cəzası törədilmiş əməlin xarakteri və təhlükəlilik dərəcəsi ilə mütənasib hesab edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi cəzanın növü və ölçüsünə yalnız açıq-aşkar ədalətsizlik hallarında müdaxilə edir. Hazırkı iş üzrə isə cəza cinayət qanununun tələblərinə uyğundur, sanksiya hədləri aşılmamışdır və məhkəmə tərəfindən motivli şəkildə əsaslandırılmışdır. Bu baxımdan kassasiya instansiyasının hökmü dəyişdirməsi üçün hüquqi əsas mövcud deyil. Beləliklə, müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü arqumentlər əsassızdır və birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində çıxardığı hökm qanuni və ədalətli hesab edilməli, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq he sab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcuddür, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bununla belə kassasiya instansiyası məhkəməsi müdaqfiəçinin, məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğundan yüngülləşdirilməli olması barədə tələbinin təmin edilməsini hüquqi baxımdan məqsədəmüvafiq olmadığını hesab etsə də, cinayət işinin materiallarının araşdırılması nəticəsində məhkumun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 3.1-ci bəndinin tətbiq edilməsi üçün zəruri şərtlərin mövcud olduğu müəyyən edilmişdir. Bu səbəbdən, qeyd olunan tələb təmin edilməsə də, amnistiya aktı məcburi tətbiq olunmalı olan normativ hüquqi akt kimi məhkəmə tərəfindən tətbiq edilməli, nəticə etibarilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməklə məhkuma təyin edilmiş cəzanın müddəti azaldılmalıdır. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3cü bəndində qeyd edilmişdir ki, “bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 3.1. az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiy i günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;...” Kassasiya instansiyası məhkəməsi cinayət işinin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasına əsasən, həmin əməllərə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə uyğun olaraq, törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən a rtıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Bu baxımdan, məhkumun törətdiyi cinayət az ağır cinayət kateqoriyasına aiddir. Həmin Qərarın 3.1-ci bəndinə görə, az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş cəza hissəsi 1 ildən artıq olan şəxslərin cəzası 6 ay azaldılır, Qərarın 6-cı hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla. Məhkəmə müəyyən edir ki, Məhkum törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına daxildir, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, cəzaçəkmə müddəti 3 aprel 2025-ci il tarixdən hesablanır, amnistiya qərarı qüvvəyə mindiyi tarixədək məhkumun çəkmədiyi cəza hissəsi 1 ildən artıqdır və məhkum amnistiya qərarının 6-cı hissəsin də nəzərdə tutulmuş istisnalara aid edilmir. Bu hallar məhkum barəsində amnistiya aktının tətbiq edilməsinə hüquqi əsas yaradır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Məhkum Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli amnistiya Qərarının 3.1-ci bəndinin tələblərinə tam uyğun gəlir və onun barəsində həmin amnistiya aktı tətbiq edilməlidir. Bu əsaslarla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsini və Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli amnistiya Qərarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, Məhkum barəsində təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılmalıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı amni stiya elan edilməsi barədə qərara əsasən dəyişdirilməli, verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 3 aprel 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilsin. Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılsın, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək tutulduğu 2 gün müddət onun üzərində qalan 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2025-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2764/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2764/2025
10.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver