Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2765/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum müdafiəçisi Nuhiyev Aqşin Əlməmməd oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-341/2025 nömrəli, 21 may 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Nuhiyev Aqşin Əlməmməd oğl u tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, X müəllim işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. 2. 02 fevral 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 167-3.1 və 204.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 mart 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdu r.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə ofset çap üsulu ilə hazırlanmış, eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən və eyni nominallı həqiqi əskinaslardan aşkar şəkildə fərqlənməyən xarici valyuta olan 25 ədəd 100 ABŞ dollar nominallı olmaqla ümumilikdə 2500 ABŞ dolları məbləğində saxta pul əskinaslarını əldə edib üzərində və idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobildə, eləcə də istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, q anunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi kitablar və materiallar əldə edib idarə etdiyi həmin avtomobildə və yaşadığı ünvan 1 ünvanında saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra – “BMCMİ“) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 20 iyul 2023-cü il tarixdə saat 08:05-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobillə birlikdə BM CMİ-nə gətirilmiş, orada həmin tarixdə, saat 10:25-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən ofset çap üsulu ilə hazırlanmış, eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən və eyni nominallı həqiqi əskinaslardan aşkar şəkildə fərqlənməyən 05 ədəd PF98731822H, PF98731883H, PF98731037H, PF98731835H, PF98731640H seriya və nömrəli 100 ABŞ dollar nominallı olmaqla ümumilikdə saxta 500 ABŞ dolları pul əskinasları aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 20 iyul 2023-cü il tarixdə, saat 11:00-dan etibarən BMCMİnin inzibati binasının həyətində Məhkum idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ*** qeydiyyat nişanlı avtomobilə Məhkum iştirakı və razılığı ilə keçirilən baxış zamanı avtomobilin salon hissəsində arxa sol ot uracağın üzərində olan göy rəngli əl çantasının ön cibindən ofset çap üsulu ilə hazırlanmış, eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən və eyni nominallı həqiqi əskinaslardan aşkar şəkildə fərqlənməyən 20 ədəd PF98721643H, PF98731644H, PF98741642H, PF98731881H, PF98731884H, PF98731825H, PF98731824H, PF98731823H, PF98731963H, PF987319205H, PF98731821H, PF98731829H, PF98731828H, PF98731827H, PF98731826H, PF98731835H, PF98731829H, PF98731845H, PF98731827H, PF98731828H seriya və nömrəli 100 ABŞ dollar nominallı olmaqla ümumilikdə saxta 2000 ABŞ dolları pul əskinasları, eləcə də həmin əl çantasının içərisindən sonuncunun naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyət i əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi https://fgulen.com./tr/ saytında yayınlanmış 02 ədəd “Ali Bayramı uğurlarken”, 02 ədəd “Bizden misin?”, 01 ədəd “Hasret körpüleri kuran mimar”, 01 ədəd “Kelebeğin ilk kanat çırpışı” başlıqlı kserosurətlər, yaddaşında Fəthullah Gülənin “İnancın gölgesində2” və “Ölçü ve ya yoldakı işıklar” kitablarının elektron versiyalarının olduğu “Kindle book reader” elektron kitab”ı aşkar edilərək götürülmüşdür. Bundan başqa, Bakı şəhəri Nərimanov Ra yon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarı əsasında Məhkum yaşadığı ünvan 1 ünvanında 21 iyul 2023-cü il tarixdə, saat 15:00-dan etibarən keçirilən axtarış və götürmə zamanı mənzilin qonaq otağında yerləşən kitab rəfinin içərisindən Məhkum naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi 01 ədəd M.Fethullah Gülenin “Ölçü ve yoldakı işıklar”, 01 ədəd M.Fethullah Gülenin “Yaratılış gerçeği ve evrim”, 01 ədəd M.Fethullah Gülenin “Ölüm ötesi hayat”, 01 ədəd M.Fethullah Gülenin “Asrın getirdiği tereddüdler 1”, 01 ədəd M.Fethullah Gülenin “İnancın gölgesinde”, 01 ədəd Lynne Emily Webbin “İftiranın değişmeyen mantığı”, 01 ədəd M.Fethullah Gülenin “Kırık testi: İmtihanlar kuşağı” adlı kitablar, www.tr.724.com saytından götürülmüş 01 ədəd “Financial Times: Erdoğan, Gülenin suçlu olduğuna müttefiklərinden çok azını ikna ede bildi”, 01 ədəd “Samanyolu haberde yayınlanmış Rüyada Cebrail Aleyhisselam, elinde bir masa saati...” başlıqlı kserosurətlər, yaddaşında Fəthullah Gülənin “Kırık testi”, “İrşad ekseni”, “Mealli dua mecmuası”, “Miraç enginlikli ibadet”, “Sohbet atmosferi”, “Sonsuz nur 1-2”, “Ruhumuzun heykelini dik erken 1-2” kitablarının PDF formatda elektron versiyası və F.Gülənin ABŞ-ın Pensilvaniya ştatında yerləşən iqamətgahında apardığı dini söhbətlərin video lent yazısı olan üzərində “ZYKLEN” sözü yazılmış 02 ədəd DVD disk aşkar edilərək götürülmüşdür.
5. Abşeron Rayon Məhkəməsinin 1(012)-108/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 167-3.1 və 204.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplam aqla, qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Nuhiyev Aqşin Əlməmməd oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-341/2025 nömrəli, 21 may 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-108/2025 nömrəli, 19 fevral 2025-ci il t arixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Nuhiyev Aqşin Əlməmməd oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum təqsiri heç bir mötəbər və qanuni sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsinə əsasən dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, bu cür fəaliyyəti əsaslandıran və ya onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması cinayət məsuliyyətinə səbəb olur. Halbuki cinayət işinin materiallarında olan 04 avqust 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Məhkum mənzilindən və iş yerindən götürülmüş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarının heç birində məzmununa və mətninə görə qanunauyğunsuzluq aşkar edilməmişdir. Sözügedən materiallar yalnız müəllifinə görə dini ekstremist material kimi qiymətləndirilmişdir. Bundan başqa, Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsinə əsasən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızların hazırlanması, habelə əldə edilməsi və ya satılması cinayət tərkibi yaradır. Kassasiya şikayətində göstərilir ki, həmin ittiham yalnız Məhkum təzyiq altında verdiyi ilkin izahat və ifadəsinə əsaslanmış, digər mötəbər və qanuni sübutlarl a təsdiqlənməmişdir. Eyni zamanda, ittihamdan da göründüyü kimi, iş materiallarında olan saxta pullar Məhkum tərəfindən hazırlanmayıb, sonuncu yalnız həmin pulların saxlanmasına görə ittiham edilmiş, habelə onların onun tərəfindən satılması faktı müəyyən edilməmişdir. Belə olan halda hesab olunur ki, qeyd olunan maddə üzrə Məhkum ittihamın irəli sürülməsi, yaxud ən azından başa çatmış cinayətə görə ittihamın verilməsi qanuni və əsaslı sayıla bilməz. Həmçinin şikayətdə vurğulanmışdır ki, məhkəmə hökmü çıxarılarkən Məhkum şəxsiyyəti və ailə vəziyyəti lazımi qaydada nəzərə alınmamışdır. O, ailəlidir, daimi yaşayış yeri vardır, ailəsi ilə birlikdə yaşayır və tutulduğu günədək cinayət məsuliyyətinə cəlb olunmamışdır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 1(105)-341/2025 nömrəli, 21 may 2025-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ya əsaslar olduğu halda ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdi m edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasi ya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya şikayətində müdafiəçi iki fərqli tələblə çıxış edərək, təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə məhkuma bəraət verilməsini və ya cəzasının yüngülləşdirilməsini xahiş edərək, tələblərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit o lunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-341/2025 nömrəli, 21 may 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsv ir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə t əqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən məhkumun müdafiəçisinin eyni dəlillər üzrə verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və möv cud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib müəyyən etmişdir ki, Məhkum məhkəmə qarşısında özünü Azərbaycan Respublikası CM-nin 167-3.1 və 204.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməsə də, lakin onun həmin cinayətlərin törədilməsində təqsiri məhkəməyədək icraat dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokol, idarə etdiyi avtomobildə, yaşadığı mənzildə, iş otağında axtarış və götürmə aparılması haqqında protokollar, məhkəmətexniki və məhkəmə dinşünaslıq ekspertizalarının rəyləri, maddi sübutlar, digər istintaq və məhkəmə hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Yekunda, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 167-3.1 və 204.1-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələr ilə onun təqsirli bilinməsini isti sna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
25. Kassasiya şikayətinin həmin hissəyə aid dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassatorun istinad etdi yi hallarla bağlı əvvəl birinci instansiya məhkəməsi, daha sonra isə apellyasiya şikayəti üzrə baxış keçirən apellyasiya instansiyası məhkəməsi ətraflı araşdırma aparmış, məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadələr digər sübutlarla müqayisəli təhlil edilərək ziddiyyətləri düzgün hüquqi qiymətləndirilmiş, məhkəmə qarşısında bildirdikləri özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilmiş, əksinə ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin iştirakı ilə verdiyi ifadələrin isə işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyü müəyyən edilmişdir.
26. Məhkum məhkəməyədək icraat dövründə verdiyi ifadələrini fiziki və psixi zorakılığın təsiri ilə alınmasına dair iddialara gəldikdə, məhk əmə kollegiyası “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 25-ci bəndinə əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai is tintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir.
27. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız həmin şikayətin əvvəlki paraqrafda qeyd edilən CinayətProsessual Məcəlləsinin müvafiq müddəaları ilə müəyyən edilmiş qaydaya riayət edilməklə ölkədaxili prosedur daxilində qaldırılması və baxılaraq ona münasibətin bildirilməsindən sonra mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № 34445/04, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).
28. Yuxarıda istinad edilənləri nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 03 oktyabr 2023-cü il tarixli qərarından göründüyü kimi, Məhkum BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən işgəncə verilməsi, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması barədə daxil olmuş məlumat araşdırılmış, yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
29. Sözügedən qərardan məhkum özü yaxud müdafiəçisi vasitəsilə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayətlə müvafiq orqana müraciət etməmiş, bunun edilməməsini hər hansı yetərli dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Hazırda qüvvədə olan həmin qərarın mövcudluğu Məhkum ibtidai istintaq dövründə hər hansı qanunsuz təzyiq və ya təsirə məruz qalması barədə iddiaları istisna etdiyindən, məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə əsassız hesab edir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun cəzasını yüngülləşdirilən halların kifayət qədər nəzərə al ınmadığı barədə dəlillərini də əsassız hesab edərək, bununla bağlı aşağıdakıları qeyd edir.
31. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən hallar olaraq himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsinin sanksiyası həddində - 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını (həmin maddənin sanksiyasında səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur), habelə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını (həmin maddənin sanksiyasında beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) təyin etmiş, qeyd edilən cəzaları qismən toplamaqla, nəticədə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.
32. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsinin tərəfindən eyni əsaslarla təsdiqlənmişdir.
33. Məhkəmə kollegiyası məhkəmələrin cəza təyininə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə cəzaların təyin edilməsinə dair maddi və prosessual cinayət-hüquqi normalar a, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
34. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə u yğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
35. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
36. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-341/2025 nömrəli, 21 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Nuhiyev Aqşin Əlməmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-341/2025 nömrəli, 21 may 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.