Məhkəmə qərarları › İş №1(102)-2768/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2768/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2768/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov X1 ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Saatlı rayonu Hacıqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də sürücü işləmiş, məhkumluğu olmayan, Saatlı rayon Məzrəli kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu Hacıqasımlı kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 sentyabr tarixli 1(106)314/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 2025-ci il 17 yanvar tarixli 1(055)-1/2025 nömrəli hökmü ilə (hakim M.Sadıqov) Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəs sisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər P.Əhmədov (sədrlik edən), P.Hacıyev və E.Xasməmmədov) 2025-ci il 23 sentyabr tarixli 1(106)-314/2025 nömrəli qərarı ilə apellyasiya şikayət təmin edilməmiş, apellyasiya protesti isə təmin edilməklə Saatlı Rayon Məhkəməsinin 2025-ci il 17 yanvar tarixli 1(055)-1/2025 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il 6 (altı) ay müddətə endirilmiş və onun üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 sentyabr tarixli 1(106)-314/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx.xx.2023-cü il tarixdə saat 13:33-də Saatlı RMX PHŞ-nin TTTY şöbəsinə daxil olmuş çağır ış əsasında TTTY briqadasının üzvləri həkim Zərərçəkmiş şəxs3 və feldşer Şahid1 ilə birlikdə xəstə Zərərçəkmiş şəxs1 Saatlı RMX PHŞ-yə təxliyyəsini həyata keçirərkən saat 14 radələrində Y-49-04-M:(59-cu km, Saatlı)-Heydərabad avtomobil yolunun Saatlı rayonu Dədə Qorqud kəndi ərazisindən keçən 2,5 km-nin döngəli hissəsində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-ə məxsus, «Fiat Doblo» markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla ona verilmiş yol vərəqəsi əsasında “Dədə Qorqud-Saatlı şəhəri” istiqamətində idarə edərək, “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar” tələbini pozaraq, öz idarəetmə hərəkətləri ilə yolun döngəli hissəsində avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməməsi və qarşı əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan Şahid2 idarə etdiyi “Hyundai Sonata” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxması ilə həmin hərəkət zolağında toqquşmasına, bunun nəticəsində avtomobilindəki xəstə yaxınları Zərərçəkmiş şəxs4 sağ körpücük sümüyünün qapalı oynaqdaxili sınığı, sağ bayır topuğun qapalı sınığının əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 sol incik sümüyünün aşağı 1/3-də qapalı sınıq, sağ gözün üst qapağında, sol əlin 1-ci barmağının ovuc səthində çapıqlar əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, həkim Zərərçəkmiş şəxs3 sağ bazu sümüyünün qapalı yerdəyişmiş sınığı, alın nahiyəsində çapıq əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, xəstə Zərərçəkmiş şəxs1 5-ci boyun fəqərəsinin cisminin, çıxıntılarının qapalı yerdəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumalarının qansızması, onurğa beynin əzilməsi, qansızması, baş beynin və ağciyərin ödemi, daxili orqanların doluqanlılığı, sol ayağın üst səthində 1-ci ayaqdarağı sümüyü proyeksiyasında sıyrığın əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, onurğanın boyun şöbəsinin qapalı küt travması, 5-ci boyun fəqərəsinin sınması nəticəsində onurğa beyninin əzilməsi ilə sonuncunun ehtiyatsızlıqdan ölümünə, yəni yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə istintaq aidiyyəti pozulmuş, bu da CPM-in 9.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə və ya toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə s əbəb olan xüsusatdır. Belə ki, hazırki cinayət işi xx.xx.2023-cü il tarixdə Saatlı rayon prokuroru tərəfindən başlanılmış və işin istintaqının aparılması həmin prokurorluğun müstəntiqinə həvalə edilmişdir. CPM-in 215.3-cü maddəsində isə ibtidai istintaqın prokurorluq tərəfindən aparıldığı işlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla həmin cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Saatlı rayon prokurorluğuna həvalə edilmişdir. Bundan başqa, məhkəmə qərarı əsasında verilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 iyun 2024-cü il tarixli, 8/12350 nömrəli rəyi ilə ekspert qarşısında qoyulmuş suallar üzrə Məhkum deyil, Şahid2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa teхniki imkanının olması, habelə sürücü E.X3 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olması, həmçinin sürücü E.X3 markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60-70 km/saat sürətlə idarə etdiyindən hnun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq o lması, hərəkət üçün təhlükə yarandığı anda “Fiat Doblo” markalı 99JB527 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafədən 35,7 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində Məhkum hadisənin qarşısını almağa teхniki imkanının olmaması və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmaması müəyyən olunduğundan, Məhkum əməlində cinayət tərkibi yoxdur. Buna görə də ona bəraət verilməlidir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsi nin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən məhkumun yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətində təqsirli olması barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum CM-in 263.2-ci maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 sentyabr tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndir ilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Həmçinin qeyd edilməlidir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayətprosessual qanunun 125, 143-146-cı maddələri, hökmün ə saslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, müdafiə tərəfi Məhkum verilmiş ittiham, yəni avtomobil idarə edən şəxs tər əfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan bir nəfərin ölümünə və üç nəfərin az ağır xəsarət almasına səbəb olma ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyi, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edildiyi, iş üzrə hadisənin baş verməsinə səbəbkarın digər nəqliyyat vasitəsinin sürücüsünün olduğu barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdu dlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanun un tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Müdafiəçinin kassasiya şikayətində göstərdiklərindən deyil, məhz məhkəmələrin müəyyən etdikləri faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, Məhkum cinayət əməlini təşkil edən faktik hallar müəyyən edilərkən birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntus una yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Şərh edilən kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olan dəlillər Müdafiəçi3 tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxılması nəticəsi ndə sübutlar və sübutetmə, eləcə də işin faktik hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmişdir. O cümlədən, müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi müdafiə tərəfinin hadisənin Məhkum idarə etdiyi avtomobilin yolunda baş verməsi, hadisədən sonra avtomobillərin yerlərinin dəyişdirilməsi ilə bağlı dəlillərini də ətraflı araşdırmış, müdafiə tərəfinin həmin dəlillərinin yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol (baxış zamanı sürücülər nəqliyyat vasitələrinin toqquşma yerlərini müxtəlif göstərsələr də, hadisə yerində avtomobillərin hadisədən sonra qaldıqları yerlərə, toqquşmaya xarakterik avtomobil detallarının sınıb yerə düşməsindən, avtomobillərdən axan mayelərdən, yol üzərindəki toqquşmaya xarakterik izlərdən toqqu şma yerinin Şahid2 idarə etdiyi avtomobilin yolunda olması müəyyən edilmişdir), məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizalarının xx.xx.2023-cü il tarixli, 8/2263 nömrəli, xx.xx.2023-cü il tarixli 8/2621 nömrəli rəyləri, ekspertin və mütəxəssisin verdiyi şifahi rəylər, iş üzrə zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə təkzib olunması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi də göstərilən ifadələri, protokolları və xüsusilə qeyd edilən ekspert rəylərini iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə təhlil edərək hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi qənaətinə gəlmişdir. Məhkəmə ekspertizalarının rəyləri və apellyasiya instansiyası məhkəməsinin öz nəticələrini əsaslandırdığı digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə v ə apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası hazırki qərarda yuxarıda qeyd edilən sübutların təkrarən geniş şəkildə təsvir və şərh edilməsinə zərurət görmür. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dai r gəldiyi nəticə ilə razılaşmışdır. Göründüyü kimi, müdafiə tərəfinin təqsirsizliklə bağlı bütün dəlilləri məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə yoxlanılmış və Məhkum tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1360 saylı rəyinə əsasən baş vermiş hadisədə təqsirləndirilən şəxs Məhkum təqsirinin olmaması, əksinə hadisənin digər sürücü Şahid2 təqsiri icbatından baş verməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən rəy məhz hadisənin müdafiə tərəfinin göstərdiyi mexanizm üzrə, yəni Şahid2 idarə etdiyi «Hyundai Sonata» markalı, **-DS-*** dövlət qeydiyyatı nişanlı avtomobilin M əhkum idarə etdiyi «Fiat Doblo» markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna keçməsi və avtomobilin toqquşma yerindən olduğu məsafənin 35,7 metrdən kiçik məsafədə olmasının müəyyən edilməsi şəraitində sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmadığını göstərir. Halbuki iş üzrə toplanmış sübutlarla müdafiə tərəfinin iddia etdiyinin əksinə, hadisənin məhz Şahid2 idarə etdiyi «Hyundai Sonata» markalı avtomobilin yolunda baş verdiyi təsdiq olunmuşdur. Odur ki, məhkəmə kollegiyası Məhkum birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlir. Hazırki iş üzrə istintaq aidiyyətinin pozulması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, CPM-in 215.3-cü maddəsinə əsasən cinayətin törədilməsində Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının keçmiş Prezidentinin və ya onun arvadının (ərinin), Milli Məclisin deputatlarının, Baş nazirin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Məhkəmə-Hüquq Şurasının üzvlərinin, hakimlərin, prokurorluq orqanları əməkdaşlarının, Azərbaycan Respublikas ının xaricdəki diplomatik idarələrinin və xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının, habelə ədliyyə, polis, təhlükəsizlik, miqrasiya, fövqəladə hallar, vergi və gömrük orqanları əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. İş materiallarına əsasən Saatlı rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə fakt üzrə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, yoxlama materialında CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməlinin tərkib əlamətlərinin olmasına işarə edən kifayət qədər dəlillər olduğundan, həmçinin yol hadisəsi iştirakçılarından Şahid2 Saatlı RPŞ-nin İstintaq bölməsinin müstəntiqi vəzifəsində işlədiyindən, cinayət işi üzrə istintaqın aparılması Saatlı rayon prokurorluğunun müstəntiqinə həvalə edilməlidir. Bundan sonra, Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Saatlı rayon prokurorluğuna həvalə edilmişdir. Göründüyü kimi, hazırki cinayət işinin istintaqının aparılması Saatlı rayon prokurorluğu tərəfindən CPM-in 215.3.2-ci maddəsində sadalanan şəxslər dairəsinə daxil olan şəxsin, yəni polis əməkdaşının (Şahid2) təqsirləndirilə bilməsi ilə əlaqədar icraata qəbul edilib istintaqı aparılmı ş, lakin istintaq zamanı toplanmış sübutlarla hadisənin polis əməkdaşının təqsirindən baş verməməsi müəyyən olunduğundan, Saatlı rayon prokurorunun vəsatətinə əsasən Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2023cü il tarixli qərarı ilə CPM-in 215.7.5 və 215.9-cu maddələrinə əsasən ibtidai istintaqın davam etdirilməsi Saatlı rayon prokurorluğuna həvalə edilmişdir. Odur ki, müdafiə tərəfinin hazırki cinayət işi üzrə istintaq aidiyyətinin pozulması ilə bağlı dəlili də əsassız görünür. Məhkum təqsirli bilindiyi əmələ görə cəza təyin edilərkən də hər hansı qanun pozuntusuna yol verilməmiş, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və onlara vurulmuş zərəri ödəməsi, hadisələrin təsadüfi axarı zəmini ndə ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsi, hadisənin məhz təqsirləndirilən şəxsin mərhum zərərçəkmiş şəxsi ixtisaslaşdırılmış tibbi yardımla təmin edilərək həyatının xilas edilməsi üçün idarə etdiyi avtomobillə xəstəxanaya apararkən baş verməsi, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunması), cəzanı ağırlaşdıran halların olmaması CM-in 58.3-cü maddəsində təsbit edilmiş digər məsələlər üzrə müəyyən edilmiş hallarla birlikdə götürülməklə nəzərə alınmış, ona ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən, cəzanın məqsədlərinin (CM, maddə 41.2) təmin edilməsi üçün kifayət edən cəza təyin edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsinin qərarından sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 19 dekabr tarixli 315-VİİQR nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarın Məhkum barəsində tətbiq edilməsi məsələsini müzakirə edərək kollegiya aşağıdakıları qeyd edir: CM-in 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. CM-in 81.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edi lə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 19 dekabr tarixli qərarının 2.2-ci bəndində göstərilmişdir ki, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzadan azad edilsinlər. Həmin qərarın 9-cu hissəsinə əsasən bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvv əyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Qeyd olunan qərarın 27-ci hissəsinə əsasən kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin ehtiyatsızlıqdan cinayət törətməyə görə beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və təsvir edilən amnistiya aktının tələblərindən çıxış edərək belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Resp ublikası Milli Məclisinin 2025-ci il 19 dekabr tarixli Qərarının 2.2-ci bəndi tətbiq edilərək o, azadlıqdan məhrum etmə cəzasından azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 sentyabr tarixli 1(106)-314/2025 nömrəli qərarı dəyişdirilsin. Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 19 dekabr tarixl i Qərarının 2.2-ci bəndi tətbiq edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona təyin edilmiş 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar