Məhkəmə qərarları › İş №1(102)-2776/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2776/2025

13.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2776/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun və müdafiəçisi Əsgərli Fuad Ələsgər oğlunun iştirakları ilə, 08 oktyabr 1977-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tə qsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2025-ci il tarixli, 1(106)-76/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 1(099)-397/2024 nömrəli hökmü ilə (hakimlər: C.C.Nəbiyev (sədrlik edən), M.V.Məmmədov və C.Ş.Səfərli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) ay 03 (üç) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hökm ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cə zaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri Quliyev Elxan Ağalar oğlu və Muradov Bəxtiyar İbrahim oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Hüseynov Zülfüqar Hüseyn oğlu və Məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2025-ci il tarixli qərarı ilə, (hakimlər: E.İ.Əliyev (sədrlik edən), Y.X.Həşimov və H.X.Bəhmənov) ap ellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2025-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 2023-cü ilin may ayının əvvəllərində qanunsuz yolla qazanc əldə etmək üçün Türkiyə Cümhuriyyəti ərazisində olarkən tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti məlum olmayan «Anar» adlı şəxs və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri Türkiyə Respublikası ərazisində əldə etmə, saxlama, daşıma, gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə Azərbaycan Respublikası ərazisində satışı ilə bağlı əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqca dan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən məlum olmayan tarixdə «Anar» adlı şəxsdən külli miqdarda 458,917 qram narkotik vasitə kokain, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3284 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini və külli miqdarda 17,323 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib idarə etdiyi «Mercedes» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabin hissəsində gizlədərək 04 may 2023-cü ildə, saat 12:15-də Gürcüstan–Azərbaycan dövlət sərhədində yerləşən «Qırmızı körpü» adlanan gömrük-sərhəd buraxılış məntəqəsindən gömrük nəzarətindən gizli keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə qanunsuz o laraq daşımış, həmin gün Qazax rayonunun Qazaxbəyli kəndinin ərazisində idarə etdiyi «Mercedes» markalı yük avtomobili ilə qəza törətdikdən sonra onların qaçaqmalçılıq cinayəti törətməsindən məlumatı olmayan qohumu Məhkum ilə əlaqə saxlayaraq onunla cinayət əlaqəsinə girib onu hadisə yerinə çağırmış, sonuncu taksi ilə Hacıqabul şəhərindən Qazax rayonunun Qazaxbəyli kəndinə gedərək ondan 458,917 qram narkotik vasitə kokaini və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3284 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini qanunsuz əldə edərək yaşadığı Hacıqabul şəhəri, Şirvan küçəsi, ev 50 ünvanında yerləşən mənzilinə qanunsuz olaraq daşımış, Məhkum əldə etdiyi kokainin külli miqdarda 3,189 qram hissəsini və külli miqdarda tərkibində t əsiredici psixotrop maddənin ümumi miqdarı 0,36 qram təşkil edən 02 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini üzərində saxlamış, ertəsi gün, yəni 05 may 2023-cü ildə Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Hacıqabul şəhərinə gedərək günorta saatlarında Məhkumla sonuncunun yaşadığı evin yaxınlığında görüşüb külli miqdarda 458,917 qram narkotik vasitə kokaini, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3282 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini bir ədəd sellofan torbada qanunsuz olaraq əldə edib, külli miqdarda kokainin 451,985 qram hissəsini, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 588,96 qram təşkil ed ən 3272 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini idarə etdiyi «Toyota Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə və külli miqdarda kokainin 3,743 qram hissəsini və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 1,8 qram təşkil edən 10 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini üzərində yerləşdirib Bakı şəhəri istiqamətində qanunsuz olaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 13:45-də Bakı–Qazax magistral yolunun 10-cu kilometrliyində idarə etdiyi «Toyota Prius» markalı avtomobillə birlikdə saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə aparılı b, orada saat 15:00-da üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərdə külli miqdarda 3,743 qram çəkidə narkotik vasitə kokain və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 1,8 qram təşkil edən 10 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbləri aşkar olunaraq götürülmüş, həmin gün saat 16:00-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 özünün razılığı və iştirakı ilə idarə etdiyi «Toyota Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Hacıqabul Rayon Polis Şöbəsinin həyətində baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən bir ədəd polietilen torbada külli miqdarda 451,985 qram narkotik vasitə kokain və küll i miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 588,96 qram təşkil edən 3272 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbləri aşkar olunaraq götürülmüşdür. Həmin gün saat 15:40-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri davam etdirilərkən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Qazax rayonunun Qazaxbəyli kəndində, yolun kənarında saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə aparılıb, orada saat 16:50-də üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 17,323 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, həmin gün saat 16:30-da Baş Narkotiklərlə Mübar izə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən YDM-nin yaxınlığında saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə aparılıb, orada saat 18:00-da üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 3,189 qram narkotik vasitə kokain və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 0,36 qram təşkil edən 02 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həblər aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə ona irəli sürü lmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkum iddia edir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən işə baxılarkən müdafiə hüququnun təmin edilməsi ilə bağlı cinayət-prosessual qanunun tələbləri pozulmuş, təqsirləndirilən şəxsin iştirakı ilə aparılmış istintaq hərəkətləri dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı olmadan həyata keçirilmişdir. Bu hal Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilmiş müdafiə hüququnun və CinayətProsessual Məcəllənin müdafiəçinin məcburi iştirakını nəzərdə tutan normalarının pozulmasına səbəb olmuşdur. Məhkum kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2025-ci il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanunu nun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə o, cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bil indiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına da ir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsas ən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum kassasiya şikayətindən görünür ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cina yətin törədilməsində təqsirliliyinin lazımınca sübuta yetirilməməsi barədə iddia ilə çıxış edərək, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini irəli sürmüşdür. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrini əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması, onun həmin maddələrlə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143 -146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum və digər məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələri, şahid ifadələri, «əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair» 05 may 2023-cü il tarixli qərarı, «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 may 2023-cü il tarixli protokolu, məhkəmə-kimyəvi ekspertizasının 06 may 2023-cü il tarixli 6/2628 saylı rəyi, məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 203 saylı rəyi, maddi sübutlarla, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin barəsində verilmiş apellyasiya şikayəti üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Eyni ilə Məhkum müdafiə hüququnun pozulması ilə bağlı dəlilləri əsassızdır, çünki iş materiallarından görünür ki, istintaq və məhkəmə baxışı mərhələlərində müdafiəçi iştirak etmiş, təqsirləndirilən şəxsin ifadələri və digər prosessual hərəkətlər vəkilin iştirakı ilə aparılmış, həmin sübutlar məhkəmə iclasında tərəflərin iştirakı ilə bilavasitə tədqiq və qiymətləndirilmişdir. Bu səbəbdən, məhkumun müdafiəçinin iştirakı olmadan istintaq aparılması barədə iddiaları işin faktiki halları ilə uzlaşmadığından Cinayət-Prosessual Məcəllənin müdafiə hüququnun təminatına dair təsbit edilmiş tələblərin in pozulması kimi qiymətləndirilə bilməz. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hallar – onun himayəsində 1 (bir) azyaşlı uşağının olması, yaşayış yerindən müsbət xarakterizə olunması və himayəsində heç bir yerdə işləməyən arvadının olması, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə CM-nin 67.1 və 68.1.1- maddələrinin tələblərini nəzərə alınmaqla qəti cəza ol araq 09 (doqquz) il 06 (altı) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instans iyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2025-ci il tarixli, 1(106)-76/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhb ər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 06 mart 2025-ci il tarixli, 1(106)-76/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar