Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2789/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 1(103)-345/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2024-cü il 22 noyabr tarixli, 1(008)809/2024 saylı hökmü ilə (X3), xx xxxxxxxx 1990-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi döngə 4-də yaşayan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən topla nmaqla Məhkum qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 22 noyabr 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 1(103)-345/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum 7 mart 2024-cü il tarixdə saat 23:00 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Sabu nçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «İ əməliyyatı» adlı kafedə sifariş verdiyi musiqinin qısa ifa edilməsi kimi əsassız səbəbdən həmin kafedə müsiqi ifaçısı Zərərçəkmiş şəxs əyləşdiyi masaya yaxınlaşaraq özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaq la sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə qəsdən bir dəfə sonuncunun sifət nahiyəsindən əl zərbəsi ilə vurub, bununla kifayətlənməyərək daha xüsusi qərəzli formada inadla davam edərək heç bir əsaslı səbəb olmadan, yaxınlıqda olan masa üzərindən götürdüyü silah qismində istifadə olunan pivə bakalını atıb qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmaqla sonuncuya burun vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən sınığı və burunun əzilmiş yarası, üst dodağın selikli qişa səthinin əzilmiş yarası, sağ dirsək oynağı nahiyəsinin qançırı, sağ yanaq-qulaqönü və sağ said nahiyələrinin kəsilmiş yaraları ilə nəticələnən və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozul masına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin notarial qaydada təsdiq olunmuş ərizəsindən də görünür ki ona qarşı heç bir şikayət və tələbi yoxdur və zərərçəkmiş şəxs cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkum bildirmişdir ki zərərçəkmiş şəxslə barışığın olmasına baxmayaraq məhkəmə heç bir yüngülləşdirici hal tətbiq etməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən ittihamdan CM-in 127.2.3-cü maddəsinin xaric edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassas iya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 1(103)345/2025 nömrəli qərarının dəyişdirilərək, onun barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və a pellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini və ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək və cəzasının yüngülləşdirilməsini xahiş edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası ka ssasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qə rarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillər inə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamlarda təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkumun əməllərinin tövsifi də işin faktiki hallarına, toplanmış və qiymətləndirilmiş mötəbər sübutların məcmuyuna əsasən həyata keçirilmiş, qanuni və əsaslıdır. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrarlamadan məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə q iymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi və ittihamın həcmi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, Məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilməli və onun cəzası 6 ay azaldılmalıdr. Belə ki, Amnistiyanın 3-cü hissəsinə əsasən bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 3.1. az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər. Qeyd edilənləri yekunlaşdıraraq mə hkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı amnistiyanın tətbiqi ilə bağlı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 1(103)-345/2025 nömrəli qərarı dəyişdirilsin. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq təyin edilən 2 (iki) il 3 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2789/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2789/2025
11.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver