Məhkəmə qərarları › İş №1(102)-2795/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2795/2025

25.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2795/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Əbilov Hüseyn Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkum X9, onun müdafiəçisi Müdafiəçi və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 12 iyul tarixli, 1(103)-34/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-ci il 4 mart tarixli, 1(005)-8/2024 nömrəli hökmü ilə (X5), xx xxxxx 1982-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkar, Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana), ev 104J ünvanında qeydiyyatda olan və yaş ayan, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsindən, həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmiş, Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona 1 il 6 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə aylıq qazancının 15 faizi dövlət nəfinə pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin edilmiş, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 7 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş islah işl əri cəzasından (28 gün) çıxılmış və üzərində qəti olaraq 1 il 6 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə aylıq qazancının 15 faizi dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 11 (on bir) ay 2 (iki) gün müddətinə islah işləri cəzası saxlanılmış, cəza çəkmənin əvvəli məhkumun aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmışdır. Hökmlə həmçinin mülki iddianın qismən təmin edilərək mülki cavabdeh (təqsirləndirən şəxs) Təqsirləndirilən şəxs 77.258,60 manat vergi məbləği tutularaq dövlət büdcəsinə ödənilməsi, ƏDV-nin artıq hesablanmış 366.436,56 manat məbləğin Təqsirləndirilən şəxs qaytarılması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, məhkum edilmiş şəxs-mülki ca vabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavini Eldəniz Əhmədov apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X14 və X3 ibarət tərkibdə) 2025-ci il 21 iyul tarixli, 1(103)-34/2025 nömrəli qərarı ilə məhkum edilmiş şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən birgə imzalamaqla verilmiş apellyasiya şikayəti, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavini Eldəniz Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilm iş apellyasiya protesti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İrəli sürülmüş ittiham əsasən Təqsirləndirilən şəxs sahibkarlıq funksiyalarını yerinə yetirərək, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 101, 103, 104, 105, 130.1, 159, 161.1, 174, 177 və 180.1-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına gəlir və xərclər barədə təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, 2016-cı - 2018-ci illər üzrə 5266412,22 manat gəlir vergisi, 2017-ci ilin iyun, iyul, sentyabr - 2018-ci ilin yanvar, aprel, 2019-cu ilin may, iyul, sentyabr, oktyabr ayları üzrə 3255436,75 manat əlavə dəyər vergisini az, 2017-ci ilin aprel, 2018-ci ilin fevral, 2019-cu ilin avqust ayı üzrə 57197,48 manat əlavə dəyər vergisi və 2019-cu ilin 3-cü rübü üzrə 0,70 manat işsizlikdən sığortanı artıq hesablamaqla, ümumilikdə, xüsusilə külli miqdar təşkil edən, 8464650,79 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, hüquqi ünvanı ünvan 1 Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış fiziki şəxs Təqsirlən dirilən şəxs sahibkarlıq fəaliyyəti göstərərək, 2016-cı il ərzində əldə etdiyi gəliri ********.29 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri ********.74 manat, vergiyə cəlb olunan gəliri 4715536.55 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 943107.31 manat olduğu halda, 2016-cı il üzrə gəlir vergisi bəyannaməsində əldə etdiyi gəliri 23899 286,93 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri ********.39 manat, vergiyə cəlb olunan gəliri 318525,54 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 63705.11 manat göstərərək, 879402,20 manat məbləğində gəlir vergisini az; 2017-cı il ərzində əldə etdiyi gəliri 77821376,04 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 64851146,70 manat, vergiyə cəlb olunan gəliri ********.34 manat, 20 f aiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 2594045,87 manat olduğu halda, 2017-ci il üzrə gəlir vergisi bəyannaməsində əldə etdiyi gəliri 65591276,77 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 65391438,2 manat, vergiyə cəlb olunan gəliri 199838,57 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 39967,71 manat göstərərək, 2554078,16 manat məbləğində gəlir vergisini az; 2018-ci il ərzində əldə etdiyi gəliri 55908312,54 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 46590260,45 manat, vergiyə cəlb olunan gəliri 9318052,09 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 1863610,42 manat olduğu halda, 2018-ci il üzrə gəlir vergisi bəyannaməsində əldə etdiyi gəliri 46743653,25 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 46590260,4 5 manat, vergiyə cəlb olunan gəliri 153392.80 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 30678,56 manat göstərərək, 1832931,86 manat məbləğində gəlir vergisini az; 2017-ci ilin aprel ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 4567350,57 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 822123,10 manat, həmin ay idxalda ƏDV-yə cəlb edilən dövriyyəsi 4 600 965,05 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilmiş ƏDV 828173,71 manat, artıq hesablanmış ƏDV 6050,61 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəni 4567350,57 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV-ni 822123,10 manat, həmin ay idxalda ƏDV-yə cəlb edilən dövriyyəni 4600415,06 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilmiş ƏDV-ni 828074,71 manat, artıq hesabl anmış ƏDV 5951,61 manat göstərərək, idxal zamanı ödənilmiş ƏDV üzrə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşmə hüququ nəzərə alınaraq, 2017-ci ilin aprel ayı üzrə 99,0 manat ƏDV-ni artıq, 2017-ci ilin iyun ayı üzrə vergi ödəyicisinin azad olunan dövriyyəsi 0,00 manat, ümumi dövriyyəsi 4177654,27 manat, 18 faiz dərəcə ilə ödənilməli ƏDV məbləği 751977,77 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 567243,94 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə uyğun olaraq büdcəyə ödənilməli olan ƏDV məbləği 184733,83 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 3072763,89 manat, ümumi dövriyyəni 4177654,27 manat, 18 faiz dərəcə ilə ödənilməli ƏDV məbləğini 751977,77 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləğin i 1519670,24 manat, əvəzləşdirilən ƏDV məbləğini 751977,77 manat, büdcədən tələb edilən ƏDV-ni 767692,47 manat göstərərək, 952426,30 manat ƏDV-ni az, 2017-ci ilin iyul ayı üzrə vergi ödəyicisinin azad olunan dövriyyəsi 4151462,22 manat, ümumi dövriyyəsi 4151462,22 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 323578,50 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə uyğun olaraq büdcəyə ödənilməli olan ƏDV məbləği 323578,50 manat olduğu halda həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 4151462,22 manat, ümumi dövriyyəni 4151462,22 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləğini 323578,50 manat, əvəzləşdirilən ƏDV məbləğini 323578,50 manat göstərərək, 323578,50 manat ƏDV-ni az, 2017-ci ilin sentyabr ayı üzrə vergi ödəyicisinin azad oluna n dövriyyəsi 11851917,50 manat, ümumi dövriyyəsi ********.50 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 401454,41 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə uyğun olaraq büdcəyə ödənilməli olan ƏDV məbləği 401454.41 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 11851917,50 manat, ümumi dövriyyəni 11851917,50 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləğini 401454.41 manat, əvəzləşdirilən ƏDV məbləğini 401454.41 manat göstərərək, 401454,41 manat ƏDV-ni az, 2017-ci ilin oktyabr ayı üzrə vergi ödəyicisinin azad olunan dövriyyəsi 7986007,17 manat, ümumi dövriyyəsi 7986007,17 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 264336,33 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə uyğun olaraq b üdcəyə ödənilməli olan ƏDV məbləği 264336,33 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 7986007,17 manat, ümumi dövriyyəni 7986007,17 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləğini 264336,33 manat, əvəzləşdirilən ƏDV məbləğini 264336,33 manat göstərərək, 264336,33 manat ƏDV-ni az, 2017-ci ilin noyabr ayı üzrə vergi ödəyicisinin azad olunan dövriyyəsi 4630650.09 manat, ümumi dövriyyəsi 4630650,09 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 291039,54 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə uyğun olaraq büdcəyə ödənilməli olan ƏDV məbləği 291039,54 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 4630650,09 manat, ümumi dövriyyəni 4630650,09 manat və həmin ay üçün idxal da ödənilmiş ƏDV məbləğini 291039,54 manat, əvəzləşdirilən ƏDV məbləğini 291039,54 manat göstərərək, 291039,54 manat ƏDV-ni az, 2017-ci ilin dekabr ayı üzrə vergi ödəyicisinin ƏDV-dən azad olunan dövriyyəsi 5190500.10 manat, ümumi dövriyyəsi 5190500,10 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 484438,27 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə uyğun olaraq büdcəyə ödənilməli olan ƏDV məbləği 484438.27 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 5190500,10 manat, ümumi dövriyyəni 5190500,10 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləğini 484438,27 manat, əvəzləşdirilən ƏDV məbləğini 484438,27 manat göstərərək, 484438,27 manat ƏDV-ni az, 2018-ci ilin yanvar ayı üzrə vergi ödəyicisinin ƏDV-dən azad olunan döv riyyəsi 3317015,57 manat, ümumi dövriyyəsi 3317015.57 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 245642,17 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə uyğun olaraq büdcəyə ödənilməli olan ƏDV məbləği 245642,17 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 3317015,57 manat, ümumi dövriyyəni 3317015,57 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləğini 245642,17 manat, əvəzləşdirilən ƏDV məbləğini 245642,17 manat göstərərək, 245642,17 manat ƏDV-ni az, 2018-ci ilin fevral ayı üzrə vergi ödeyicisinin əlavə deyər vergisi (ƏDV) tutulan dövriyyəsi 888022,29 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 159844.01 manat, həmin ay idxalda ƏDV-yə cəlb edilən dövriyyəsi 2509457,78 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməl i ƏDV 451702,40 manat, artıq hesablanmış ƏDV 291858,39 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəni 888022,29 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV-ni 159844,01 manat, həmin ay idxalda ƏDV-yə cəlb edilən dövriyyəni 2255173,38 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilmiş ƏDV-ni 405931,21 manat, artıq hesablanmış ƏDV 246087,20 manat göstərərək, idxal zamanı ödənilmiş ƏDV üzrə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşmə hüququ nəzərə alınaraq, 2018-ci ilin fevral ayı üzrə 45771,19 manat ƏDV-ni artıq, 2018-ci ilin aprel ayı üzrə vergi ödəyicisinin ƏDV-dən azad olunan dövriyyəsi 16700177,00 manat, ümumi dövriyyəsi 35469521,16 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 491846,01 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsu si çəkiyə uyğun olaraq büdcəyə ödənilməli olan ƏDV məbləği 231561,10 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 16700177,00 manat, ümumi dövriyyəni 35469521,16 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləğini 491846,01 manat, əvəzləşdirilən ƏDV məbləğini 491846,01 manat göstərərək, 231561,10 manat ƏDV-ni az, 2019-cu ilin may ayı üzrə vergi ödəyicisinin ƏDV-dən azad olunan dövriyyəsi 985115,93 manat, ümumi dövriyyəsi 985842,90 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 22790,39 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə uyğun olaraq büdcəyə ödənilməli olan ƏDV məbləği 22774,44 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 985115,93 manat, ümumi dövriyyəni 985842,90 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləğini 22790,39 manat, əvəzləşdirilən ƏDV məbləğini 22790,39 manat göstərərək, 22774,44 manat ƏDV-ni az, 2019-cu ilin iyul ayı üzrə vergi ödəyicisinin ƏDV-dən azad olunan dövriyyəsi 20000,00 manat, ümumi dövriyyəsi 1206276.44 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 10471,97 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə uyğun olaraq büdcəyə ödənilməli olan ƏDV məbləği 173,83 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 20000,00 manat, ümumi dövriyyəni 1206276.44 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləğini 10471,97 manat, əvəzləşdirilən ƏDV məbləğini 10471,97 manat göstərərək, 173,83 manat ƏDV-ni az, 2019-cu ilin avqust ayı üzrə vergi ödəyicisinin əlavə dəyər vergis i (ƏDV) tutulan dövriyyəsi 597623,48 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV məbləği 107572,23 manat, həmin ay idxalda ƏDV-yə cəlb edilən dövriyyəsi 131108,40 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV məbləği 23599,51 manat, hesablanmalı olan ƏDV-ni 83972,72 manat göstərməli olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəni 597623,48 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV-ni 107572,23 manat, həmin ay idxalda ƏDV-yə cəlb edilən dövriyyəni 68179,0 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilmiş ƏDV-ni 12272,22 manat, hesablanmış ƏDV-ni 95300,01 manat göstərərək, idxal zamanı ödənilmiş ƏDV üzrə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşmə hüququ nəzərə alınaraq, 11327,29 manat ƏDV-ni artıq, 2019-cu ilin sentyabr ayı üzrə vergi ödəyicisinin ƏDV-dən azad olunan dövriyyəsi 2314205,97 manat, ümumi dövriyyəsi 2314205,97 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 12236,66 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə uyğun olaraq büdcəyə ödənilməli olan ƏDV məbləği 12236,66 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 2314205,97 manat, ümumi dövriyyəni 2314205,97 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləğini 12236,66 manat, əvəzləşdirilən ƏDV məbləğini 12236,66 manat göstərərək, 12236,66 manat ƏDV-ni az, 2019-cu ilin oktyabr ayı üzrə vergi ödəyicisinin ƏDV-dən azad olunan dövriyyəsi 903976,89 manat, ümumi dövriyyəsi 1076152,50 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləği 30684,76 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiy ə uyğun olaraq büdcəyə ödənilməli olan ƏDV məbləği 25775,20 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəni 903976,89 manat, ümumi dövriyyəni 1076152,50 manat və həmin ay üçün idxalda ödənilmiş ƏDV məbləğini 30684,76 manat, əvəzləşdirilən ƏDV məbləğini 30684,76 manat göstərərək, 25775,20 manat ƏDV-ni az, 2019-cu ilin 3-cü rübü üzrə vergi ödəyicisi işsizlikdən sığorta haqqını 5,40 manat məbləğdə hesablamalı olduğu halda, həmin dövr üzrə işsizlikdən sığorta haqqını 6,10 manat hesablayaraq, 0,70 manat isşiszlikdən sığorta haqqı artıq hesablanmaqla, ümumilikdə isə xüsusilə külli miqdar təşkil edən 8464650,79 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən irəli sürülmüş ittihamda nəzərdə tutulmuş v ergilərin məbləği azaldılaraq məhkumun əməli CM-in 213.3-cü maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, NÜMAYƏNDƏNİN, MƏHKUMUN VƏ ONUN MÜDAFİƏÇİSİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası xx.xx.2025-ci il tarixli qərarı çıxararkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirmədiyindən və törədilmiş əməlin tövsifində səhvə yol verdiyindən, həmin qərar ləğv olunmalı və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin ed ilməlidir. Belə ki, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası qəbul etdiyi qərarda obyektiv nəticəyə gəlmək üçün ittiham tərəfinin əsaslandırılmış bütün sübutlarına lazımınca qiymət verməmiş, ittiham sübutlarının rədd edilməsinin ağlabatan motivlərini göstərməmişdir. Məhkəmənin iş üzrə birinci instansiya məhkəməsində və apellyasiya baxışında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə istinad etməklə Təqsirləndirilən şəxs əməlinin CM-nin 213.1-ci maddəsinə tövsif edilməsi barədəki mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, həmin rəylər işin faktiki hallarını əks etdirməmiş və kifayət qədər əsaslı o lmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sahibkarlıq fəaliyyəti göstərmək üçün Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata durduqdan sonra əsasən taxıl, qarğıdalı (soya), ekalap yağ süd əvəzediciləri və sair kimi malların idxalı və ölkə ərazisində satışı ilə məşğul olmuşdur. Əsasən Rusiya Federasiyasından, Qazaxıstandan və müəyyən miqdarda Türkiyə Respublikasından taxıl, buğda, soya olmaqla müxtəlif malları idxalı etmiş və satmışdır. Sahibkarlıq fəaliyyəti ilə bağlı bütün işlər, o cümlədən gəlir və xərclərlə bağlı uçot faktiki olaraq onun özü tərəfindən aparılmışdır. Sahibkar lıq fəaliyyəti üzrə aparılmış X13nda iştirak etmiş, yoxlama zamanı onda mövcud olan bütün sənədləri yoxlamaya təqdim etmiş, ancaq sahibkarlıq fəaliyyətini əhatə edən və yoxlama ilə tələb olunan bütün sənədlərini yoxlamaya tam təqdim edə bilməmişdir. Hesabatların aparılmasında problemlər olduğundan, ƏDV bəyannamlərinin təqdim olunması zamanı, o cümlədən gəlir vergisinin bəyannaməsinin təqdim olunması zamanı çətinliklər olmuş, lakin X13 ilə hesablanmış vergilər həddindən çox olmuşdur. Buna baxmayaraq X13 ilə hesablanmış vergi məbləğləri barədə əks arqument təqdim edə bilmədiyi və hesablanmış vergilərlə razı olmadığı üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin istintaq müddəti ərzində hər hansı satış sənədini vergi orqanına və istintaq orqanına təqdim etməmiş, iş üzrə sonuncu dind irmə zamanı isə bir daha hər hansı satış sənədini istintaqa və vergi orqanına təqdim edə bilmədiyini qeyd etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/2934 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində və 27 avqust 2020-ci il tarixli X13 aktında göstərilənlər istintaq tərəfindən əsaslı hesab olunduğu təqdirdə X13nın əhatə etdiyi dövr ərzində fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 5266412,22 (2016-2018-ci illər üzrə) manat məbləğində gəlir vergisinin, 3198239,27 (2017-ci ilin iyun, iyul, sentyabr-2018-ci ilin yanvar, aprel, 2019-cu ilin may, iyul, sentyabr, oktyabr ayları üzrə) manat m əbləğində ƏDV-nin az hesablanması və 0,70 (2019-cu ilin 3-cü rübü üzrə) manat məbləğində işsizlikdən sığortanın artıq hesablanması müəyyən edilir. (Cild V, i.v.2-7) Məhkəmə ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7146 nömrəli və xx.xx.2023-cü il tarixli 9/2838 nömrəli ekspert rəylərini əsassız olaraq mötəbər sübut kimi qəbul etmişdir. (Cild Xİ, i.v.-3-9, 6-79) Belə ki, yoxlanılan dövrdə Təqsirləndirilən şəxs istehlak təyinatlı sair qeyri-ərzaq mallarının topdan satışı (faktiki olaraq taxıl və heyvan yemi məhsullarının idxalı və satışı) ilə məşğul olmuşdur. Fərdi sahibkar kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş, 29 iyul 2016-cı il tarixli **********2 saylı ƏDV ödəyicisinin qeydiyyat şəhadətnaməsini almış və şəhadətnamə 05 yanvar 2016-cı il tarixdən qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti üzrə keçirilən X13nın nəticəsi üzrə tərtib edilmiş 27 avqust 2020-ci il tarixli **********195762 nömrəli “X13 aktı”nın 1.9.1-ci bəndində qeyd edildiyi kimi 30 dekabr 2019-cu il tarixli **********195772 nömrəli Tələbnamə fərdi sahibkara 30 dekabr 2019-cu il tarixdə **********526100 nömrəli məktubla təqdim edilmiş, lakin fərdi sahibkar tərəfindən sənədlər təqdim edilmədiyidən 28 fevral 2020-ci il tarixdə "Sənədlərin təqdim edilməsindən imtina barədə Akt" tərtib edilmişdir. Daha sonra "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" 06 mart 2020- ci il tarixli **********198014 nömrəli qərar qəbul edilmiş və qərar 06 mart 2020-ci il tarixdə vergi ödəyicisinə təqdim edilmişdir. Vergi ödəyicisi sənədləri təqdim etməkdən imtina etdiyindən 06 mart 2020-ci il tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsindən imtina edilməsi haqqında" Akt tərtib edilmisdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən ƏDV-yə сəlb edilən və ƏDV-dən azad olunan əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar X13 zamanı təqdim edilməmişdir. Yoxlanılan dövrdə 2017-ci ilin mart, may, iyun, iyul ayları və 2019-cu ilin avqust, sentyabr ayları üzrə ƏDV bəyannamələrinə kameral vergi yoxlaması ilə münasibət bildirilmişdir. X13 zamanı 2017-ci ilin mart və may aylar ı üzrə kameral vergi yoxlaması ilə təsdiqlənmiş bəyannamələr sənədlərlə öz təsdiqini tapmışdır. Digər aylar üzrə bəyannamələrə X13 ilə münasibət bildirilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin aprel, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2018-ci ilin yanvar, fevral, aprel ayları, o cümlədən 2019-cu ilin may, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə təqdim etdiyi ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulduğu aşkarlanmışdır. Belə ki, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olara q müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən maddənin tələbləri gözlənilmədən ƏDV-nin əvəzləşdirilməsi həyata keçirildiyindən yoxlama ilə ƏDV-nin ümumilikdə 3.255.436,75 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi gəlir və xərcinin uçotunu 2016-cı il üzrə kassa, 2017-2018-ci illər üzrə hesablama metodu ilə aparmışdır. Fərdi sahibkarın 2016-2018-ci illər üzrə əldə etdiyi gəliri birbaşa müəyyən etmək mümkün olmadığından (yoxlama zamanı 2016-2018-ci illər üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı gəliri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən, vergi ödəyicisi tərəfindən mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmadığı yoxlama ilə müəyyən edilmiş və v ergi ödəyicisinin gəliri öz təsdiqini tapmamışdır. Vergi ödəyicisinin ƏDV bəyannamələrində bəyan etdiyi pərakəndə satış dövriyyəsi ilə NKA-nın fiskal göstəriciləri arasında fərq müəyyən edilmişdir) fiziki şəxsin gəlir vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək fərdi sahibkarın çəkdiyi xərcləri (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Yoxlama ilə fərdi sahibkar tərərfindən hesablanmış gəlir vergisi nəzərə alınmaqla 2016-2018-ci illər üzrə ümumilikdə 5.266.412,22 manat əlavə gəlir vergisi hesablanmışdır. Məhkəmənin hökm çıxararkən mötəbər sübut kim i qəbul etdiyi ekspert rəyində isə X13nın əhatə etdiyi dövrdə Təqsirləndirilən şəxs tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləğinin Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirmə hüququnun yaranmasına istinad edilərək nəticədə 366.436,56 manat məbləğində ƏDV-nin artıq hesablandığı göstərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayr ılıqda uçotunun aparıldığını qeyd edən ekspertlərin hansı uçot sənədlərinə əsaslandığı bəlli deyil. Ekspertlər hər iki rəydə ümumi şəkildə ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotunun aparıldığını qeyd etməklə kifayətlənmişlər. Lakin bu halı təsdiq edəcək hər hansı mötəbər dəlilə istinad etməmişlər. Belə ki, əgər ödəyici belə uçot aparmış olsaydı, həmin sənədlər onun tərəfindən X13 zamanı tələbnamə əsasında təqdim edilmiş olardı. Bundan əlavə həm vergi ödəyicisi, həm də onun mühasibi olmuş Şahid2 öz ifadələrində uçot sənədlərinin qaydasında olmadığını, sahibkarlıq fəaliyyəti ilə bağlı uçotu bərpa etməyə çalışsalar da buna nail olmadıqlarından sənədləri yoxlamaya və istintaqa təqdim edə bilmədiklərini göstərmişlər. Göründüy ü kimi, vergi ödəyicisi özünün təqdim etdiyi ƏDV bəyannamələrində də ƏDV-dən azad olan mallar idxal etdiyini göstərməsinə baxmayaraq əvəzləşdirmə almalı olduğu məbləği qeyd etmişdir. Halbuki həmin məbləğlər Vergi Məcəlləsnin 175.4-cü maddəsinin tələbləri pozulduğu üçün vergi ödəyicisi tərəfindən əvəzləşdirilə bilməzdi. Beləliklə, ekspertlər tərəfindən məhkəmə istintaqı zamanı verilmiş hər iki rəydə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7146 nömrəli və xx.xx.2023-cü il tarixli 9/2838 nömrəli ekspert rəyləri) Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələbinə zidd olaraq ƏDV-dən azad edilmiş əməliyyatlara əvəzləşmə hüququ olan əməliyyat kimi yanaşılmışdır. Bundan başqa, ekspertlər xx.xx.2023-cü il tarixli rəydə onların qarşısı nda 1-3-cü suallar üzrə vergi ödəyicisinin gəlirinin iş materialları ilə təsdiqini tapması və həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğun olması barədə qoyulmuş suallara fərqli cavab verərək, vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı hər hansı xərcinin iş materialları ilə təsdiqini tapdığını və həmin sənədlərin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının vergi ödəyicisinin tətbiq etdiyi kassa və hesablama metoduna uyğun olduğunu qeyd etmişlər. Göründüyü kimi ekspertlər qarşısında vergi ödəyicisinin gəlirlərin ilə bağlı sənədlərinin mövcudluğu barədə sual qoyulsa da ekspertlər yalnız xərc sənədlərinin iş materialları ilə təsdiqini tapdığını qeyd etmiş, gəlirləri təsdiq edən sənədlərlə bağlı isə hər hansı qeyd aparmamışdır. Dolayısı ilə ekspertlər də gəlirləri təsdiq edən sənədlərin mövcud olmamasını etiraf etmişlər. Xərc sənədlərinin mövcud olması halı isə işin mübahisəsiz tərəfidir və yoxlama zamanı bu hal vergi orqanına məlum olmuşdur. Bu səbəbdən X13 zamanı xərclər məlum olduğu, lakin gəlirləri təsdiq edən sənədlər mövcud olmadığı üçün VM-nin 67.14-cü və 83.9-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə gəlir vergisi hesablanmışdır. Qeyd olunan təkzibolunmaz dəlillərə baxmayaraq həmin dəlillərə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş, digər sübutlarla qarşılıqlı qiymətləndirilməmişdir. Beləliklə də, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilən zaman tədqiqatı düzgün apa rılmayan, vergi orqanının müəssisədə keçirilmiş operativ vergi nəzarəti tədbirləri (o cümlədən X13) zamanı əldə etdiyi mənbəyi bəlli olan lazımi və zəruri məlumatlar tədqiq olunmadan verilmiş, obyektivliyi əks etdirməyən rəylərə istinad olunması tam əsassız olmuşdur. Göründüyü kimi, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirliliyi toplanmış sübutlarla tam sübuta yetirilsə də, məhkəmələr tərəfindən işin faktiki hallarına uyğun gəlməyən əsassız qərarlar çıxarılmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 21 iyul tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etm işdir. Mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir məhkəmə qərar çıxararkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 29 may 2025-ci il tarixli, 9/6161№-li rəyini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmənin hökm çıxararkən mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyində X13nın əhatə etdiyi dövrdə Təqsirləndirilən şəxs tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrıayrılıqda uçotu aparıldığı üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləğinin Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirmə hüququnun yaranmasına istinad edilərək nəticədə 366.436,56 manat məbləğində ƏDV-nin artıq hesablandığı göstərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotunun aparıldığını qeyd edən ekspertlərin hansı uçot sənədlərinə əsaslandığı bəlli deyil. Ekspert rəyində ümumi şəkildə ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotunun aparıldığını qeyd etməklə kifayətlənmişlər. Lakin bu halı təsdiq edəcək hər hansı mötəbər dəlilə ist inad etməmişlər. Belə ki, əgər ödəyici belə uçot aparmış olsaydı, həmin sənədlər onun tərəfindən X13 zamanı tələbnamə əsasında təqdim edilmiş olardı. Bundan əlavə həm vergi ödəyicisi, həm də onun mühasibi olmuş Şahid2 öz ifadələrində uçot sənədlərinin qaydasında olmadığını, sahibkarlıq fəaliyyəti ilə bağlı uçotu bərpa etməyə çalışsalar da buna nail olmadıqlarından sənədləri yoxlamaya və istintaqa təqdim edə bilmədiklərini göstərmişlər. Göründüyü kimi, vergi ödəyicisi özünün təqdim etdiyi ƏDV bəyannamələrində də ƏDV-dən azad olan mallar idxal etdiyini göstərməsinə baxmayaraq əvəzləşdirmə almalı olduğu məbləği qeyd etmişdir. Halbuki həmin məbləğlər VM-nin 175.4-cü maddəsinin tələbləri pozulduğu üçün vergi ödəyicisi tərəfindən əvəzləşdirilə bilməzdi. Nəticədə, ekspertlər tərəfindən məhkəmə istintaqı zamanı verilmiş hər iki rəydə Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələbinə zidd olaraq ƏDV-dən azad edilmiş əməliyyatlara əvəzləşmə hüququ olan əməliyyat kimi yanaşılmışdır. Bundan başqa məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdi rilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ bəndinə əsasən heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsul iyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyasının qeyd edilən dəlili ilə bağlı bildirilmişdir ki, kollegiya tərəfindən Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əlavə edilən ikinci cümlə 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Yəni, hüquq münasibətlərinin yarandığı dövrdə (ƏDV üzrə yoxlama ilə əhatə olunan 2016, 2017, 2018-ci illərdə) qeyd edilən norma qüvvədə olmamışdır. Göründüyü kimi, 2016, 2017, 2018-ci illərdə Vergi Məcəlləsinin 175.4-cü maddəsinin əvvəlki redaksiyası qüvvədə olduğu üçün həmin norma tətbiq edilməli idi. Qeyd edilən redaksiyada isə tam əvəzləşdirmə üçün ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (iş lər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotunun aparılması tələbi olmamışdır. Vergi ödəyicisi də belə tələb olmadığı və bu cür uçotun hansı şəkildə aparılması qeyri-müəyyən olduğu üçün 2016, 2017, 2018-ci illərdə ayrı-ayrılıqda uçotu apara bilməzdi. Bundan başqa məhkəmə kollegiyasını Vergi Məcəlləsinin hazırkı qüvvədə olan 175.4- cü maddəsinə istinad edərək ekspertlərin verdiyi rəy ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, "şəxsin vəziyyətini yaxşılaşdıran, onun məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normaların geriyə qüvvəsi şamil olunur. Hətta Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ bəndi imperativ şəkildə tələb edir ki, hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökm çıxararkən ekspertiza rəylərinə və məhkəmədə tədqiq edilmiş digər sübutların məcmusuna, eləcə də iş üzrə Təqsirləndirilən şəxs əməlinə qanunvericiliyin tələblərinə əsasən düzgün qiymət vermişdir." İş üzrə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci və 149-cü maddəsinin tətbiqi əsaslı olmamışdır. Bundan başqa, apellyasiya icraatının gedişatı zamanı vergi orqanı tərəfindən verdiyi ekspert rəyi ilə əlaqədar dindirilməsi üçün ekspertlər məhkəməyə dəvət olunmuşdur. Vergi orqanının nümayəndəsi tərəfindən ekspertə suallar ünvanlanmış s uallara münasibət bildirən ekspert məhkəmə zalında etiraf etmişdir ki, ekspert rəyi verilərkən hesablama tam aparılmamışdır. Belə ki, dövriyyəni formalaşdıran məbləğlər həm topdan satış, həm də pərakəndə satışdan əldə olunan gəlirlər hesabına olmuş, qaimə-fakturalar nəzərə alınsa da, nəzarət kassa aparatlarının mövcud olması və pərakəndə satışdan gələn gəlirlər ekspert tərəfindən nəzərə alınmamışdır. Əlavə olaraq, ekspert təkcə X13 ilə əlaqədar hesablanmış vergilərə münasibət bildirmiş, kameral yoxlamalar əsasında hesablanan vergi məbləğləri diqqətdən yayındırılmışdır. Ekspert rəyində qeyd edilən ayrı-ayrı hesablanmış məbləğləri topladıqda (cəmlədikdə) isə yekunda nəticə kimi göstərilən məbləğ öz əksini tapmır. Ekspert rəylərində ziddiyyətli olan digər bir məqam isə ekspert rəylərində ve rgi ödəyicisinin bəyan etdiyi məbləğlərin azaldılması olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi məhkəmənin gəldiyi nəticə tamamilə əsassız və qanunvericiliyin tələblərinə zidd olmuşdur. Mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 21 iyul tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmasını və Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 21 iyul tarixli, 1(103)-34/2025 nömrəli qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Aysel Niftalıyeva kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Anar Yusifov və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instans iyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətli liyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində və mülki iddiaçının nümayəndəsi kassasiya şikayətində məhkumun əməlinin tövsüfüni və ittihamın həcmini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv e dilməsi barədə tələblərini CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prose sinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə dövlət ittihamçısının və mülki iddiaçının nümayəndəsinin, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmaması barədə məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməlidir. İşdən göründüyü kimi, həm kassasiya protestinin, həm də kassasiya şikayətinin dəlilləri üst-üstə düşür və hər iki müraciətdə kassatorlar məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, məhkəmə qərarlarında bir sübutun qəbul, digər sübutun qəbul edilməməsinin səbəblərini əsaslandırmadıqlarını, eləcə də qanunun düzgün tətbiq edilmədiyini göstərmişlər. Kassasiya müraciətlərinin dəlilləri əsasında məhkəmə qərarlarını hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunların tətbiqinin düzgünlüyü baxımından yoxlayaraq, məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü aşağıdakı kimi əsaslandırılmışdır: “Beləliklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/2934 nömrəli rəyi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla, eləcə də işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin toplanmış sübutlarla təsdiq edilmədiyindən və uyğunluq təşkil etmədiyindən, məhkəmə həmin rəyi sübut növü qismində qəbul etmir. Belə ki, məhkəmə istintaqı zamanı araşdırılmış və toplanmış sübutlarla Təqsirləndirilən şəxs tərəfindən ittihamda əhatə olunan dövrlər üzrə ümumilikdə 77.258,60 manat məbləğində verginin dövlət büdcəsinə az hesablanması və 3 66.436,56 manat məbləğində ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir......Beləliklə, məhkəmə, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsini tətbiq etməsini iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun gəlməyən nəticə kimi qiymətləndirir və hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsinin deyil, həmin Məcəllənin 213.1-ci maddəsinin tərkibi vardır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 213.3- cü maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilməlidir.” Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə ibtidai istintaq zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.202 1-ci il tarixli 9/2934 nömrəli rəyini sübut kimi qəbul etməmiş, lakin bu nəticəyə gəlməsinin səbəblərini ümumi formada ifadə etmiş, lakin məhkəmə ekspert rəylərini müqayisəli şəkildə tədqiq etməmiş, bir-biri ilə müqayisə etməmiş, hansı səbəblərə görə məhkəmə istintaqı zamanı keçirilmiş ekspert rəyini mötəbər hesab etməsinə aydınlıq gətirməmiş, öz mövqeyini qanuna müvafiq qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin o mövqeyi ilə razılaşır ki, işə mahiyyəti üzrə baxan məhkəmə iş üzrə yekun nəticəyə gələrkən məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara istinad etməklə qərar qəbul etməlidir. Lakin qanunun bu mövqeyi o demək deyil ki, məhkəmə ibtidai istintaq zamanı toplanmış bütün sübutları heç bir əsaslandırma aparmadan qəbul etməməlidir. Məhkəmə sübut ları yoxlayarkən və qiymətləndirərkən hər bir sübutu, həmin sübut ittiham və ya müdafiə tərəfinin sübutu olubolmamasından asılı olmayaraq yoxlamalı və qiymətləndirməli, bu qiymətləndirmə zamanı isə hər hansı bir sübutu mötəbər sübut kimi qəbul etməsinin və ya qəbul etməməsinin səbəblərini müvafiq faktlara və işin hallarına istinad etməklə, obyektiv müşahidəçini qane edəcək səviyyədə əsaslandırmalıdır. Bu formada yoxlama, əsaslandırma və qiymətləndirmə aparılmadan qəbul edilmiş məhkəmə qərarını qanuni, əsaslı və ədalətli məhkəmə qərarı kimi qəbul etmək mümkün deyil. Apellyasiya isntansiyası məhkəməsi də apellyasiya protesti və apellyasiya şikayəti əsasında işə baxarkən birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual pozuntuları təkrarlamış, apellyasiya müraciətlərin in dəlillərinə CPM-in tələblərinə uyğun qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayan yekun qərarını aşağıdakı kimi əsaslandırmışdır: “...Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli, 9/2838 nömrəli ekspert rəyi ilə həmin Mərkəzin 29 may 2025-ci il tarixli 9/6161 №-li ekspert rəyi və iş materialları arasında hər hansı uyğunsuzluq, ziddiyyətlər yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökm çıxararkən digər sübutlarla yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli, 9/2838 nömrəli ekspert rəyinə düzgün hüquqi qiymət vermişdir. Bundan əlavə A zərbaycan Respublikası Vergi Məcəlləsinin 2020-ci ildən əvvəlki redaksiyasında 175.4-cü maddəsinə göstərilmişdi ki, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Amma hazırda qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏD V-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ bəndinə əsasən heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edil ir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündə n götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi, şəxsin vəziyyətini yaxşılaşdıran, onun məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normaların geriyə qüvvəsi şamil olunur. Hətta Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ bəndi imperativ şəkildə tələb edir ki, hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökm çıxararkən ekspertiza rəylərinə və məhkəmədə tədqiq edilmiş digər sübutların məcmusuna, eləcə də iş üzrə Təqsirləndirilən şəxs əməlinə qanunvericiliyin tələblərinə əsasən düzgün qiymət vermişdir.” Azərbaycan Respublik ası CPM-in 416.1-ci amddəsinə əsasən: 416.1. Kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi də ibtidai istintaq zamanı keçirilmiş ekspert rəyinə əsaslandırılmış münasibət bildirməmiş, ittiham tərəfinin sübutu kimi həmin ekspert rəyini q anunun tələblərinə uyğun təhlil edərək qiymətlətləndiriməmişdir. Nəticədə apellyatorların apellyasiya protestində və apellyasiya şikayətində irəli sürdükləri dəlillər cavabsız qalmış, ittiham dərəfinin irəli sürdüyü dəlillərə heç bir konkret və əsaslandırılmış münasibət bildirilməmişdir. Kassasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarında istinad etdiyi CM-in 10-cu maddəsinə əsaslanmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 175.4-cü maddəsinin qüvvəsinin geriyə şamil edilməsinin mümkünlüyü nəticəsinə gəlməsi ilə bağlı mövqeyinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Burada araşdırılması zəruri olan məsələ ondan ibarətdir ki, VM-də sonradan edilmiş dəyişikliklər əvvəlk i dövrlərə tətbiq oluna bilərmi və VM-də baş verən dəyişiklərin cinayət hüququ baxımından CM-in 10-cu maddəsinin tələbləri qaydasında, cinayət qanununun zamana görə qüvvəsi konteksində qiymətləndirmək mümkündürmü. Burada nəzərə almaq lazımdır ki, CM-in və VM-in vəzifələri həmin məcəllələrdə müxtəlif formalarda ifadə edilmişdir və CM-in 213-cü maddəsınin dispozisiyası blanket norma olduğundan və həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinin müəyyən edilməsi üçün VM-in normalarına müraciət olunması zəruri olmasına baxmayaraq, VM-in normalarını cinayət hüququ baxımdan qiymətləndirməyi həm CM-in, həm də VM-in vəzifələri baxımından düzgün hüquqi yanaşma kimi qiymətləndirmək mümkün deyil. Belə ki, CM-in istər 10.3-cü, istərsə də 10.4-cü maddələrində təqsirləndirilən şəxsə münasibətdə, həm vəziyyətin yüngülləşdirilməsi, həm də ağırlaşdırılması baxımından “cinayət qanunu” anlayışından istifadə edilmişdir. Yəni CM-in 10-cü maddəsində yalnız CM ilə müəyyən edilmiş hər hansı məsuliyyətin yüngülləşdiriməsindən və ya ağırıaşdırılmasından bəhs edilir və CM-in 10-cü maddəsinin tətbiqi yalnız CM-nə münasibətdə mümkündür və digər Məcəllələrə münasibətdə bu tətbiq məhz CM-in 10 cu maddəsi ilə istisna edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 aprel 2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə: “Vergi qanunvericiliyinin pozulması qanunvericilikdə nəzərdə tutulmuş hallarda həmçinin ş əxsin cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət tərkibi və buna görə müvafiq məsuliyyət Vergi Məcəlləsinin müddəaları ilə yox, Cinayət Məcəlləsinin müddəaları ilə müəyyən olunmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Vergi ödəməkdən yayınma ilə bağlı cinayət tərkibi Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulur.” VM-in müddəlarının CM-in müddəları ilə eyniləşdirilməsi və vergi qanunvericliyində baş verən dəyişikliklərin yüngülləşdirici hallarda geriyə şamil edilməsi və CM-in 213-cü maddəsi ilə nəzərdə tutul muş cinayət əməlini törətmiş şəxsi cinayət məsuliyyətindən azad etmək və ya həmin şəxsin vəziyyətini qismən yüngülləşdirmək, digər həmin vergiləri vaxtında VM-in müddəlarına uyğun olaraq tam ödəmiş şəxslərə münasibətdə ədalətiz və qeyri-bərabər yanaşma olmaqla, VM-in 3.1-ci maddəsinin tələblərini də pozmuş olacaqdır. Həmin maddəyə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. VM-in 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız VM ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi VM-nə dəyişiklik edilməsi ilə həyata keçirilir. VM-in və CM-in normalarının təhlilindən meydana çıxan mənzərə ondan ibarətdir ki, VM-də edilmiş hər hansı bir dəyişiklik CM-in 10-cu maddəsinin tətbiqinə və təqsirləndirilən şəxsin məsuliyyətdən azad olunmasına və ya məsuliyyətinin yüngülləşdirilməsinə səbəb olmamalıdır. Belə ki, VM-in müddəaları vergi sistemini, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını tənzimlədiyi halda, CM-in missiyası CM-in 2-ci maddəsində ətraflı təsvir olunmuşdur. Bundan başqa, Konstitusiyanın 71-ci maddəsinin Vİİİ bəndində “hüquq pozuntusu”, “məsuliyyət” anlayışlarından, Konstitusiyanın 149-cü maddəsinin Vİİ bəndində isə “hüquq məsuliyyəti” anlayışlarından istifadə edilmişdir. Bu anlayışlardan istifadə etməkdə Konstitusiyanın qeyd edilən yanaşması ondan ibarətdir ki, qanunvericlikdə baş verən yüngülləşmə hər hansı bir məsuliyyəti, o cümlədən VM-də nəzərdə tutulmuş məsuliyyəti aradan qaldırsın və ya yüngülləşdirsin. Hazırki vəziyyətdə isə mübahisələndirilən məsəl ə, yəni VM-in 175.4-cü maddəsində nəzərdə tutulmuş dəyişiklik, vergilərin tutulması, hansı şərtlər əsasında əvəzləşdirmənin aparılması ilə bağlıdır və burada həmin maddənin tətbiqi ilə bağlı (köhnə və ya yeni redaksiyada) hər hansı məsuliyyət və ya vergi pozuntusundan bəhs etmək olmaz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə Konstitusiyanın 71 və 149-cu maddələrinin, eləcə də CM-in 10-cu maddəsinin tətbiqi uğurlu olmamışdır. Bundan əlavə, istər ekspertlər, istərsə də məhkəmələr əsaslandıra bilməməmişlər ki, VM-in 175.4-cü maddəsində sonradan edilən dəyişiklik hansı səbəbdən Təqsirləndirilən şəxs vəziyyətinin yüngülləşdirilməsinə və hesablanmış vergilərin məbləğinin azaldılmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya protes tinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edir və hesab edir ki, bu pozuntular apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini şərtləndirir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyas ı məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbə r tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-ci il 4 mart tarixli, 1(005)-8/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 21 iyul tarixli, 1(103)-34/2025 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlir lər Baş İdarəsinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar