Məhkəmə qərarları › İş №1(102)-2796/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2796/2025

26.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2796/2025 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X4, Məhkum – Təqsirləndirilən şəxs1, Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2025-ci il tarixli hökmü ilə Məhk um, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X6 və X3 ibarət tərkibdə) 1(101)-115/2025 nömrəli, 13 may 2025-ci il tarixli hökmü ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətənd aşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 05 yanvar 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minən ədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 04 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 13 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 04 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 2 34.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının həbs olunduğu 08 yanvar 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübut və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X2 ibarət tərkibdə) 1(103)-1430/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndir ilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 07 (yeddi) il 06 (altı) ay müddətə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2023-cü il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 08 (səkkiz) il müddətə endirilmiş, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmış və hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan Məhkum müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinə qarşı etiraz və ya dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İş ü zrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Şahin” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşma və niyyətə uyğun olaraq “Şahin” adlı şəxs qanunsuz olaraq satış məqsədi ilə məlum olmayan mənbədən və vaxtda bir bükümdə külli miqdarda, yəni 3010 qram təmiz çəkidə qəhvə yi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək istintaqla müəyyən olunmayan üsulla ünvan 6 ünvanın yaxınlığında yerləşdirib, bu barədə məlumatları qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ötürmüş, sonuncu öz növbəsində ona və qrupun digər üzvü Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni götürüb ayrı-ayrı şəxslərə satılmasını təmin etmək üçün özünə çatdırılmasını bildirib bu məqsədlə 20 manat yol pulu verərək onları istintaqa məlum olmayan taksi ilə qeyd olunan ünvana yola salmış, həmçinin mütəmadi olaraq telefon əlaqəsi yaratmaqla onları narkotik vasitənin gizlədildiyi yer barədə məlumatlarla təmin etmiş, 05 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində o, Təqsirləndirilən şəxs1 ilə birlikdə təmiz çəkisi 3010 qram təşkil edən, qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini “Şahin” adlı şəxsin yerləşdirdiyi yerdən götürüb əldə edərək sonradan həmin narkotik vasitənin bir hissəsinin onlara verilməsi şərti ilə Təqsirləndirilən şəxs2 çatdırmaq üçün üzərlərində saxlamaqla daşımış, 05 yanvar 2023-ci il tarixdə, saat 20:00da Yasamal Rayon Polis İdarəsinin NMB-nin və Yasamal Rayon Polis İdarəsinin 29- cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əlində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 3010 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1, Məhkum və şəxsiyyəti istintaqa məlum olmayan “Şahin” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşma və niyyətə uyğun olaraq “Şahin” adlı şəxs qanunsuz olaraq satış məqsədi ilə məlum olmayan mənbədən və vaxtda bir bükümdə külli miqdarda, yəni 3010 qram təmiz çəkidə qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək istintaqla müəyyən olunmayan üsulla ünvan 7 ünvanın yaxınlığında yerləşdirib bu barədə məlumatları ona ötürmüş, o isə öz növbəsində qrupun digər üzvləri Məhkum və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni götürüb ayrı-ayrı şəxslərə satılmasını təmin etmək üçün ona çatdırılmasını bildirib bu məqsədlə 20 manat yol pulu verərək onları istintaqa məlum olmayan taksi ilə qeyd olunan ünvana yola salmış, həmçinin mütəmadi olaraq telefon əlaqəsi yaratmaqla onları narkotik vasitənin gizlədildiyi yer barədə məlumatlarla təmin etmiş, 05 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Məhkum, Təqsirləndirilən şəxs1 ilə birlikdə təmiz çəkisi 3010 qram təşkil edən qəhvəyi rəngli, tozşə killi maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini “Şahin” adlı şəxsin yerləşdirdiyi yerdən götürüb əldə edərək sonradan həmin narkotik vasitənin bir hissəsinin onlara verilməsi şərti ilə ona çatdırmaq üçün üzərlərində saxlamaqla daşımış, 05 yanvar 2023-ci il tarixdə, saat 20:00-da Yasamal Rayon Polis İdarəsinin NMB-nin və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum ünvan 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilib Məhkum üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun əlində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 3010 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazı rlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışları Məhkum, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Şahin” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşma və niyyətə uyğun olaraq “Şahin” adlı şəxs qanunsuz olaraq satış məqsədi ilə məlum olmayan mənbədən və vaxtda bir bükümdə külli miqdarda, yəni 3010 qram təmiz çəkidə qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək istintaqla müəyyən olunmayan üsulla ünvan 6 ünvanın yaxınlığında yerləşdirib bu barədə məlumatları qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ötürmüş, sonuncu öz növbəsində ona və qrupun digər üzvü Məhkum həmin narkotik vasitəni götürüb ayrı-ayrı şəxslərə satılmasını təmin etmək üçün özünə çatdırılmasını bildirib bu məqsədlə 20 manat yol pulu verərək onları istintaqa məlum olmayan taksi ilə qeyd olunan ünvana yola salmış, həmçinin mütəmadi olaraq telefon əlaqəsi yaratmaqla onları narkotik vasitənin gizlədildiyi yer barədə məlumatlarla təmin etmiş, 05 yanvar 2023- cü il tarixdə, saat 19 radələrində o, Məhkum ilə birlikdə təmiz çəkisi 3010 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsull a hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini “Şahin” adlı şəxsin yerləşdirdiyi yerdən götürüb əldə edərək sonradan həmin narkotik vasitənin bır hissəsinin onlara verilməsi şərti ilə Təqsirləndirilən şəxs2 çatdırmaq üçün üzərlərində saxlamaqla daşımış, 05 yanvar 2023-cü il tarixdə, saat 20:00da Yasamal Rayon Polis İdarəsinin NMB-nin və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 6 ünvanın yaxınlığında Məhkum ilə birlikdə saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilib sonuncunun üzərinə şəxsi axtarış aparılan zaman Məhkum əlində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 3010 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsində keçirilmiş son iclasda müdafiəçi kimi çıxış etsə də, həm şifahi, həm də yazılı şəkildə təqdim etdiyi 03 səhifəlik əsaslandırılmış nitq məhkəmə tərəfindən nəzərə alınmamış və qərarda bir cümlə belə əks olunmamışdır, Nəticədə sübutlar və dəlillər qiymətləndirilmədən əsassız qərar qəbul edilmişdir. İş üzrə Məhkum təhqiqat və istintaq mərhələsində işinin düzgün aparılmadığı, CPM-nin 247.1.9-cu maddəsinin tələblərinin pozulduğu, aşkar edilən vasitənin prosessual qaydalara zidd olaraq çəkilmədiyi və ittiham tərəfinin qanunsuz hərəkət və hərəkətsizliklərinə yol verdiyi müəyyən olunur. Belə ki, təqsirlən dirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun əməlində cinayətin subyektiv əlamətləri, yəni təqsiri sübuta yetirilməmiş, narkotik vasitənin satışı ilə bağlı alıcıların mövcudluğu, tərəzi, pul vəsaitlərinin daxil olması, satış faktını təsdiq edən üzləşmə protokolu, yaşayış yerində axtarışın aparılması və əməliyyat-axtarış tədbirlərinin nəticələri kimi mühüm sübutlar əldə edilməmişdir, buna baxmayaraq ona CM-in 234.4.3 və 234.4.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Həmçinin istintaq orqanının öz tapşırıqlarına baxmayaraq aparılmış əməliyyat-axtarış tədbirləri ilə onun narkotik vasitələrin satışında iştirakı təsdiq edilməmiş, götürülmüş əşyanın isə CPM-nin 245 və 247.1.9-cu maddələrinin tələblərinə uyğun olaraq videoya alınmaması prosessual hüquqların kobud pozulmasına səbəb olmu şdur və bu hal təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilməli olduğu halda məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun tələbləri pozularaq ilkin məlumat əsasında əlavə tədbirlər görülmədən şəxs birbaşa şübhəli qismində saxlanılmış, hadisə yerində mövcud olan müşahidə kameralarının görüntüləri əldə edilməmiş, yaşayış yerində təxirəsalınmaz axtarış aparılmamış və nəticədə iş səthi sənədləşdirilərək şəxsin törətmədiyi əmələ görə ittiham olunmasına şərait yaradılmışdır ki, bu hallar işin saxtalaşdırıldığını göstərir. Şərh olunanlara əsasən müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1430/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Tə qsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, o, cinayət baş verən zaman hadisə yerində iştirak etməmişdir. Doğrudur, cinayəti törətmiş şəxslərlə tanışlığı olsa da, buna görə çox peşmanlıq çəkmiş, səhvini başa düşərək nəticə çıxarmışdır. Nəticə etibarilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2025-ci il tarixli qərarının dəyişdirilməsini və kassasiya şikayətinin təmin olunaraq cəzasının yüngülləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, ilk dəfə cinayət törətmiş və törətdiyi əməli səmimi etiraf edərək peşmanlıq hissi keçirir. Nəticə etibarilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2025-ci il tarixli qərarının dəyişdir ilməsini və kassasiya şikayətinin təmin olunaraq cəzasının yüngülləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkum Təqsirləndirilən şəxs1 və Məhkum müdafiəçisi Müdafiəçi1, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, məhkum Təqsirləndirilən şəxs2 və məhk um Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bi ldirir. Müdafiəçinin kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum işinə ədalətli baxılmaması və cinayət işinə bəraət verici əsaslarla xitam verilməli olması, digər iki məhkumların kassasiya şikayətlərində mübahisələndirilən məsələlər isə onlara təyin olunmuş cəzanın ağırlığı barədədir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə sə bəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 v ə 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları barədə əsaslı nəticəyə gələrək onları məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apelly asiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittiham edildikləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə dair təqsirliliklərinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Müdafiəçi1 kasasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdandan məhrum etmə cəzası ədalətli hesab olunur, cəzanın məqsədlərini təmin edir, onun şəxsiyyətinə uyğundur və belə olan halda azadlıqdandan məhrum etmə cəzasının təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin də gəldiyi nəticə qanuni və əsaslıdır. Lakin məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, onlara təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini və ailə vəziyyətlərini, habelə, məhkumların barələrində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar adı çəkilən iki məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayətləri isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirlə ndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəf indən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə cəzaların təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini, ailə vəziyyətlərini səciyyələndirən halları kifayət qədər nəzərə alma mış və onlara təqsirli bilindikləri maddələr əsasında ədalətli cəza təyin etməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın əda lətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən ası lıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən m əhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayəti n hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi mümkün deyildir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2025-ci il tarixli qərarı onun barəsində qanuni, əsaslı və ədalətli olsa da, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmə məli, lakin məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1 və 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərifindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs2 və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1430/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaların təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 07 (yeddi) il 06 (altı) aya endirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 07 (yeddi) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində q əti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar