Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2809/2025 27.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, vəfat etmiş Məhkumnun müdafiəçisi – XXX12nun vəkili Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2024-cü il tarixli, 1(103)-1332/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxar aq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2024-cü il tarixli, 1(101)-599/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər S.A.Məmmədzadə və Ə.İ.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1969-cu ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 182.4, 221.3 və 322.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum e tmə cəzasına, Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 7 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2024-cü il tarixli, 1(103)-1332/2024 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim C.V.Hüseyn, hakimlər H.Ç.Məmmədov və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibi) Məhkumnun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2024-cü il tarixli, 1(101)-599/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkumna elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221.3 və 322.2-ci maddələri, hökmdən həmin maddələrlə təqsirli bilinib məhkum edilməsinə və cəzalandırılmasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilmiş, Məhkumnun üzərində birinci instansiya məhkəməsinin hökmü ilə yalnız Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə təyin edilmiş 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2024-cü il tarixli, 1(103)-1332/2024 nömrəli qərarından Məhkum 29 sentyabr 2025-ci ildə kassasiya şikayəti, ha belə kassasiya şikayətinin verilməsi üçün cinayət-prosessual qanunla müəyyən edilmiş lakin ötürülmüş prosessual müddətin bərpa edilməsi haqqında vəsatət vermişdir. Məhkum 6 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində vəfat etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2025-ci il tarixli 1(103)-1332/2024 nömrəli qərarı ilə Məhkum vəsatəti təmin edilərək buraxılmış prosessual müddət bərpa edilmiş və cinayət işi Məhkum kassasiya şikayəti ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 182.2.3, 182.4, 221.3 və 322.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasə n, Məhkum təqsirləndirilirdi ondan ötrü ki o, özbaşına qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla və öldürməklə hədələməklə, ictimai qaydanı kobud surətdə pozaraq, silah qismində əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq edilməsi hədəsi ilə hədə qorxu ilə xüsusilə külli miqdarda əmlak tələb etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özbaşına qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə hədə qorxu ilə tələb etmə yolu ilə qazanc əldə etmək qərarına gəlib, əvvəllər aralarında birgə biznes fəaliyyətləri olmuş tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılma sına dair xx.xx.2022-ci il tarixli qərarından, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Məhkumndan 500.000 (beş yüz) manat pulun Zərərçəkmiş şəxs arvadı X1 ödənilməsinə dair qüvvədə saxlanılmış xx.xx.2023-cü il tarixli qərarından narazı qalaraq, eləcə də aralarında baş tutmuş çoxsaylı məhkəmə çəkişmələrinin bütün instansiyalarda əks tərəfin xeyrinə qərarlar qəbul edilməsinə yəni uduzmasına baxmayaraq mübahisə predmeti olmuş pulu özbaşına hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirməkdən ötrü 06 aprel 2023-cü il tarixdə saat 08:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bünvan4yə gəlib qabaqcadan tanınmaması üçün tədbirlər görərək əyninə ağ rəngli «karantin kamuflyajlı» kombinezonu geyinib üzünə tibbi maska taxaraq güya həmin ərazidə dezinfeksiya işləri aparması kimi davranıb Zərərçəkmiş şəxs yaşadığı evdən çıxmasını gözləmiş, həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi “XXX” markalı ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb küçə ilə hərəkətdə olarkən içərisində sərnişin qismində sonuncunun arvadı X2 olan avtomobilin qarşısını kəsərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əlində olan dərman səpən aparatdan silah qismində istifadə edərək avtomobilin qabaq ön mühərrik qoruyucu hissəsinə zərbələr endirmiş, habelə əynindəki paltarının cibindən çıxartdığı “XXX” markalı XX16nı silah qismində istifadə edərək hədə-qorxu ilə zor tətbiq edib ondan xüsusilə külli miqdarda, 4.165.000 (dörd milyon yüz altmış beş min) manat məbləğində pulu zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla və öldürməklə hədələyərək tələb etmiş, eləcə də “XXX” markalı XX16 ilə avtomobilin yan şüşəsinə zərbələr endirməklə avtomobilə ümumilikdə 300 manat maddi zərər vurub zərərçəkmiş Zərərçəkmiş şəxs 300 manat maddi ziyan yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs arvadının və özünün baş verənlərdən, həmçinin təqsirləndirilən şəxsin əlində olan silahın odlu silah olmasından qorxduğu üçün cəld tərpənərək avomobili idarə edib hadisə yerindən uzaqlaşmışdır. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməli Azərbay can Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə düzgün tövsif olunsa da, eyni faktiki halların həm də Cinayət Məcəlləsinin 134 və 322.2-ci maddəsi ilə tövsif olunması qanunsuz və əsassız olmuş, eləcə də Məhkum kifayət qədər sübutlar olmadığı, yəni təqsirliliyi sübuta yetirilmədiyi halda Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Bu səbəblərdən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən Məhkum Cinayət Məcəlləsinin 134, 221.3 və 322.2-ci maddələri ilə təqsirli bilinməsinə və cəzalandırılmasına, habelə ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəları xaric etmiş, Məhkum yuxarıda təsvir edilən hərəkətlərinə görə yalnız Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə təqsirli bilinməsi və cəzalandırılması ilə razılaşaraq bu hissədə hökmü dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs tapşırığı ilə yerinə yetirdiyi təmir-tikinti işlərinə görə Zərərçəkmiş şəxs ona borclu olduğuna və o, öz hərəkətləri ilə borcun qaytarılmasına cəhd etdiyinə görə onun əməli zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilən özbaşınalıq cinayəti kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə tövsif edilməli idi. Lakin məhkəmələr düzgün olmayaraq onun hərəkətlərini özgə əmlakını hədə-qorxu ilə tələb etmə cinayəti kimi qiymətləndirib Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif etmişlər. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2024-cü il tarixli, 1(103)-1332/2024 nömrəli qərarı ləğv edilməklə əməlinin Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə tövsif edilməsinə dair yeni qərarın çıxarılmasını, yəni faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsini və xəstə olması nəzrə alınmaqla CM-in 322.2-ci maddəsinə uyğun olaraq ona cəzanın təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göst ərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən əməli zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilən özbaşınalıq kimi Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, düzgün olmayaraq hədə-qorxu ilə tələb etmə kimi Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, əməlinin Cinayət Məcəlləsinin 182.4-cü maddəsindən 322.2-ci maddəsinə tövsif edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2024-cü il tarixli 1(103)-1332/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkumnun ona hökmlə isnad edilən və apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə xüsusilə külli miqdarda özgə əmlakını tələb etmə cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə bilavasitə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 182.4-cü maddəsi ilə, habelə həmin Məcəllənin 134, 221.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (təqsirkarın əməlində qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayətlərin deyil, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilən özbaşınalıq cinayətinin tərkibinin olması barədə iddia) Məhkum müdafiəçisi verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən Zərərçəkmiş şəxs, şahidin ifadələri, Məhkum yerinə yetirdiyi işlərə görə zərərçəkmiş şəxsin ona pul borcunun olmasını ehtimal etməsi barədə iddia üçün ağlabatan (adi müşahidəçini inandıra biləcək) əsasların olmadığını, tərəflər arasında mövcud olmuş mülki mübahisələrin daha əvvəl zərərçəkmiş tərəfin xeyrinə həll edildiyini və bütün bunlardan Məhkum məlumatlı olduğunu göstərən məhkəmə aktları, o cümlədən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2019-cu il tarixli, 2(102)-4676/2019 nömrəli qərarı, maddi sübutlar, cinayət hadisəsi zamanı Məhkum istifadə etdiyi “Baykal” modelli pnevmatik tapança barədə keçirilmiş məhkəmə ekspertizasının 25 aprel 2023-cü il tarixli ekspert rəyi, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyas iya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, maddi-hüquqi, o cümlədən Cinayət Məcəlləsinin 322-ci və 182-ci maddələrinin və cinayət-prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasın ı istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, onların həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, onlardan irəli gələn halların müdafiə tərəfinin dəlilləri ilə obyektiv müqayisəsi üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yuxarıda qeyd olunduğundan daha ətraflı şəkildə yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi əməlin hüquqi tövsifi və bu məsələ üzrə gəldiyi nəticələrə müvafiq olaraq cəzanın təyini hissəsində də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib Məhkum üzərində yalnız CM-in 182.4-cü maddəsi ilə (həmin maddənin sanksiyası daxilində) təyin olunmuş 13 il müddətə azadlıqdan məhrum etmə cəzasını saxlamaqla Cinayət Məcəlləsinin 8-ci, 58.3-cü və cəzanın təyini məsələsini tənzimləyən digər maddələrinin tələblərini pozmamışdır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.15-ci maddəsində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair vəfat etmiş Məhkum müdafiəçisi Müdafiəçi3 və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkumnun barəsində olan 20 avqust 2024-cü il tarixli, 1(103)1332/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumnun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkumnun barəsində olan 20 avqust 2024-cü il tarixli, 1(103)-1332/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2809/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2809/2025
27.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver