Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2812/2025 23.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Bəraət almış şəxs - X4, Müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, X5 Azərbaycan Respublikası Cinayət Məc əlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 sentyabr tarixli 1(103)-1711/2025 nömrəli hökmündən Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 10 iyul tarixli 1(101)-557/2025 nömrəli hökmü ilə (hakimlər F.Namazov (sədrlik edən), T.Hüseynov və A.Qurbanova) X4 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-464/2024 nömrəli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 18 (on səkkiz) gününün 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında hazırki hökmlə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 sentyabr tarixli 1(103)-1711/2025 nömrəli h ökmü ilə (hakimlər C.Hüseyn (sədrlik edən), H.Məmmədov və A.Musayev) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin X4 CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair 2025-ci il 10 iyul tarixli 1(101)-557/2025 nömrəli hökmü ləğv edilməklə yeni hökm çıxarılmış, CPM-in 42.1.4-cü maddəsinə əsasən X4 CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 sentyabr tarixli 1(103)-1711/2025 nömrəli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X5 CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüş dür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, ittihama əsasən o, psixotrop maddə və narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,506 qram çəkidə psixotrop maddə metamfetamin və 0,21 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamaqla daşımış, 07 may 2024-cü il tarixdə saat 09:00-da ünvan 3 ünvanında yerləşən 1 saylı X10 həyətində olarkən özünü şübhəli apardığından DİN-in X12 Alayının 9-cu Patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerl əşən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin cibindəki dəmir qutunun içərisindən 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,289 qram, 0,025 qram, 0,022 qram, 0,025 qram, 0,029 qram, 0,029 qram, 0,021 qram, 0,027 qram, 0,020 qram və 0,019 qram olmaqla ümumi təmiz çəkisi 2,506 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,21 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsi il ə nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticənin əsassız olması, onun əməlində CM-in 234.1-1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmiş və onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi X1 məqsədi ilə yuxarıda təsvir edilən psixotrop maddənin və narkotik vasitənin qanunsuz olaraq əldə edilməsində, saxlanılmasında və daşınmasında təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəldiyindən, ona CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qa nunun normalarının, o cümlədən 143-146-cı maddələrinin tələbləri pozulmuş, iş üzrə toplanmış, birinci instansiya məhkəməsində araşdırılmış sübutlar X4 irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etdiyi halda, məhkəmə əsassız olaraq – E.Ə.Əhmədovun özünümüdafiə xarakterli ifadələrinə əsaslanmaqla onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib ona həmin əsasla bəraət vermişdir. Belə ki, E.Ə.Əhmədov əməliyyat tədbiri nəticəsində deyil, KTM-nin həyətində özünü şübhəli apardığına görə ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən təsadüfən saxlanılmış, onun saxlanılması həmin andakı şəraitə görə təxirəsalınmaz olmuşdur (çünki qaçmağa cəhd etmişdir). Əməliyyat tədbiri olsa belə, bu tədbirin hansısa elementinin qanunsuz sayılması, cinayət işindəki heç bir istintaq hərəkətini, o cümlədən, şəxsi axtarış və götürmə protokollarını, videogörüntüləri, o cümlədən təqsirləndirilən şəxsin etiraf ifadələrini qeyri-mötəbər saymağa əsas vermir və bu istintaq hərəkətləri əməliyyat tədbiri nəticəsində əldə olunan sübut kimi qəbul edilə bilməz. Bundan başqa, polis əməkdaşlarının istintaq zamanı və apellyasiya baxışı zamanı verdikləri ifadələr ittihama uyğun olmuş, birinci instansiya məhkəməsində verdikləri ifadələri isə psixotrop maddə və narkotik vasitənin E.Ə.Əhmədova məxsus olmasını istisna etməmişdir. Bundan əlavə, E.Ə.Əhmədov saxlanıldıqdan sonra ona hər hansı formada təzyiq və təsir edilməsini təsdiq edən sübutlar mövcud deyildir. Ona xəsarət yetirilməsi iddiaları ilə bağlı araşdırma nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və məhkəmə həmin qərarın CPM-in 65.1-ci maddəsinin tələbi baxımından preyudisial əhəmiyyətini nəzərə almamışdır. Məhkəmənin hadisənin şərh edilən sübutlar əsasında müəyyən edilmiş faktiki hallarına əhəmiyyət verməyərək işə yalnız prosessual tərəfdən formal yanaşması narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət çərçivəsində aparılan effektiv mübarizə tədbirlərinin səmərəliliyini aşağı salmaqla bərabər, həyat şəraitinin xarakterindən bu kimi cinayətlərə meyilli olması bariz təsqiq olunan bir şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzasızlıq şəraitinə və eyni xarakterli cinayət əməlləri törətmiş şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsinə yol açmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 sentyabr tarixli bəraət hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla E.Ə.Əhmədovun CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiy yətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 16 sentyabr tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsir li bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Kassasiya protestindən müəyyən olunur k i, dövlət ittihamçısının E.Ə.Əhmədovun ona istinad edilən əməli törətməsinə dair qənaətini “şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, özünün ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi, onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələri, eləcə də narkotik vasitənin və psixotrop maddənin məhz ona aid olması barədə məlumat yükü daşımayan məhkəmə ekspertizasının rəyi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin hökmündən isə görünür ki, məhkəmə xx.xx.2024-cü il tarixli "şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında” protokoldakı məlumatları CPM-in 125.1-ci maddəsinə əsasən, yəni əldə edilmə halları şübhə doğurmayan sübutlar kimi qəbul etməkdən imtina etmiş, iş üzrə toplanmış digər sübutların isə aşkar edilmiş narko tik vasitə və psixotrop maddənin E.Ə.Əhmədova aid olan predmetlər kimi qiymətləndirmək üçün kifayət etməməsi haqqında qənaətə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq E.Ə.Əhmədovun narkotik vasitənin və psixotrop maddənin qanunsuz olaraq əldə edilməsində, daşınmasında, saxlanılmasında təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gələrək sonuncuya bəraət vermiş, qeyd olunan nəticəni hasil edərkən məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətlər onun xeyrinə həll edilmişdir. Apellyasiya instansiya məhkəməsinin hökmündə E.Ə.Əhmədovun saxlanılması zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar geniş şərh ver ilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Belə ki, X7 birinci instansiya məhkəməsində məhkəməyədək icraat zamanı “etirafedici” izahat və ifadəni polis əməkdaşlarının qanunsuz təsir və təzyiqlərinə məruz qaldığına görə verdiyini qeyd edib ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə metadon suyununu götürmək üçün X11 növbədə dayanmışdır. Bu zaman 3 nəfər polis əməkdaşı ona yaşaraq maşına dəvət etmişlər. Nə ilə əlaqədar olduğunu soruşduqda ona polis idarəsində öyrənəcəyini demişlər. Üzərində heç bir narkotik tərkibli maddə olmamış, aşkar edilməmişdir. Polis idarəsində ona hədə-qorxu gələrək bunu rəsmiləşdirməy ə razı olmasa, oğlunu 1 kq narkotik ilə gətirəcəklərini və həbs edəcəklərini demişlər. Oğlu Hikmət onu maşınla düşürdükdən sonra çıxıb getmiş, 1-2 dəqiqə sonra polislər ona yaxınlaşmış, sanki onu gözləyirmişlər. Saxlayan zaman onu maşına əyləşdimişlər və maşında üzərini yoxlamışlar, lakin heç nə aşkar olunmamışdır. Polis əməkdaşları çantasına baxmış, oradan 3 mobil telefon çıxmış, başqa bir şey aşkar olunmamış və həmin mobil telefonları götürmüşlər. Narkotik tərkibli maddəni vəkilin yanında onun üzərinə qoymuşlar. Polisə gətiriləndə vəkil orda olmuş, onunla təklikdə görüşməmişdir. Narkotiki qabağına qoyanda bunların onun olmadığını söyləmiş, etiraz etmiş, onu rəisin yanına aparmışlar. Rəis ona əgər videoçəkiliş vasitəsilə ifadə verməsə, bir kiloqram narkotiki yükləyəcəklərini söyləmişdir. Ekspertizaya analiz üçün aparılmış, maşında 30-40 dəqiqə oturmuş, polis əməkdaşları gedib-getmiş, maşından düşməmiş, ondan heç bir analiz götürülməmişdir. Rəydə göstərilənlərin heç birini istifadə eləmir, metadon suyundan istifadə edir. O, polisləri gördükdən sonra qaçmamış, onlar arxadan yaxınlaşmışlar. Narkotik tərkibli maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Əvvəllər şəxsi istifadəsi məqsədilə narkotik tərkibli maddə alıb istifadə etmiş, bu təqribən 1 il əvvəl baş vermişdir. İbtidai istintaqda yazılmış ifadəni təsdiq etmir. Kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, apellyasiya məhkəməsi tərəfindən X4 ifadəsi cinayət-prosessual qanunun 144-cü maddəsi tələb etdiyi kimi digər sübutlarla müqayisə edilməklə lazımınca yoxlanılmış, nəticədə həqiqətən də onun məhkəməyə dək icraatda ilkin etirafedici ifadəsini polis orqanında olduğu müddətdə tətbiq edilmiş pis rəftarın təsiri ilə verməsi, onun üzərində həyata keçirilmiş şəxsi axtarış və götürmənin qanunsuz olması müəyyən edilmişdir. Apellyasiya məhkəməsi əvvəla müəyyən etmişdir ki, E.Ə.Əhmədovun saxlanılmasına səbəb olan hallarla bağlı ittiham tərəfinin sübutları kifayət qədər ziddiyyətlidir. Belə ki, polis nəfərləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportda E.Ə.Əhmədovun saxlanılmasına səbəb özünü şübhəli aparması və ona yaxınlaşarkən qaçması göstərilmişdir. Elə həmin gün Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Moşu Paşayev tərəfindən tərtib edilmiş raportdan da E.Ə.Əhmədovun nartkotik vasitələrin təsiri altında olmasına əsaslı şübhələr olduğundan saxlanılaraq polis idarə sinə gətirilməsi qeyd edilmişdir. Lakin E.Ə.Əhmədovu saxlayan polis əməkdaşları birinci instansiya məhkəməsində vermiş olduqları ifadələrində onu Nəsimi Rayon Polis idarəsinin əməliyyatçısının göstərişi, onlara göstərdiyi qərar əsasında saxladıqlarını göstərmişlər. Halbuki buna dair cinayət işinin materiallarında hər hansı sənəd mövcud deyildir. Bundan əlavə, E.Ə.Əhmədovun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının birinci instansiya məhkəməsində verdikləri ifadələrə əsasən E.Ə.Əhmədov saxlanılarkən onun əlində dəmir qab olmuş, həmin dəmir qabı açıb baxdıqda içərisində narkotik vasitə olan bükümlər görmüşlər, daha sonra biri qadın, digər kişi cinsli iki hal şahidinin iştirakı ilə onun üzərini yoxlamışlar, lakin həmin vaxt hər hansı sənədləşmə işləri aparmamışlar. Dəmir qabı E.Ə.Əhm ədovun əlindən alaraq özlərində saxlamış və RPİ-də növbətçi hissəyə təhvil vermişlər. Dəmir qabın sonradan E.Ə.Əhmədova necə təqdim olunduğunu bilməmişlər. Göründüyü kimi şahidlər ifadələrində dəmir qabı E.Ə.Əhmədovun əlindən alaraq özlərində saxladıqlarını və polis idarəsində növbətçi hissəyə təhvil verdiklərini bildirdikləri halda, şəxsi axtarış və götürmə zamanı narkotik vasitə və psixotrop maddənin aşkar edildiyi iddia olunan həmin dəmir qab E.Ə.Əhmədovun gödəkcəsinin cibindən aşkar edilmişdir. Hökmdən görünür ki, apellyasiya məhkəməsi E.Ə.Əhmədovun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri işdə olan digər sübutlarla müqayisəli təhlil etmiş və onların birinci instansiya məhkəməsində verdikləri ifa dələrin işdəki sübutlarla uzlaşması, ibtidai istintaq zamanı və apellyasiya baxışı zamanı vermiş olduqları ifadələrinin isə həqiqəti əks etdirməməsi qənaətinə gəlmişdir. Bundan başqa, iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, E.Ə.Əhmədov xx.xx.2024-cü il tarixdə saat 09:30-da saxlanılmış, saat 09:45-də isə Nəsimi RPİ-nə gətirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 isə ifadəsində E.Əhmədovu əməliyyat müvəkkilinin onlara təqdim etdiyi “şəxsiyyət vəsiqəsi məlumatları” əsasında saxladıqlarını bildirmişdir. İş materiallarında olan E.Ə.Əhmədova aid şəxsiyyət vəsiqəsinə dair məlumatların portaldan çıxarışının həmin gün saat 09:06-da, yəni polis idarəsinə gətirilməzdən əvvəl çıxarı lması da, onun özünü şübhəli apardığına görə deyil, əvvəlcədən planlaşdırılmış şəkildə saxlanıldığını təsdiq edir. Bütün bunlar onu göstərir ki, apellyasiya məhkəməsi haqlı olaraq sonradan videoçəkiliş ilə keçirilmiş şəxsi axtarış və götürmənin səhnələşdirilməsi, bununla da qanunvericiliyin tələblərinin kobud formada pozulmasını təsdiq etməklə götürülmüş əşyanın maddi sübuti əhəmiyyətinin itirilməsi və aradan qaldırılmayan şübhələrə yol açması, polis əməkdaşları olan şahidlərin E.Ə.Əhmədovun üzərinə saxlanıldığı yerdə baxış zamanı əlində dəmir qabının olması, həmin dəmir qabın içərisində narkotik vasitələrə oxşar maddələrin akşar edilməsinə dair ifadələrinin isə E.Ə.Əhmədovun saxlanıldığı yerdə qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmə aparılmaması səbəbindən mümkün sübut olmaması qənaətinə gəlmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, E.Ə.Əhmədov ilkin ifadəsində irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilsə də, sonrakı ifadələrində polis əməkdaşlarının onu daha ağır maddə və oğlunun narkotiklə məsuliyyətə cəlb edəcəkləri ilə hədələdiklərini, bu hədələrə bir müddət dözərək etirafedici ifadə verməsə də, sonra buna məcbur qaldığını bildirmiş, hətta barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmə qarşısına çıxarılan zaman özünü təqsirli bilməmişdir. Həmçinin E.Ə.Əhmədov istintaq zamanı təzyiq və təsirə məruz qalması ilə bağlı müraciətlər də etmiş, hətta müstəntiq də bu barədə səlahiyyəti olmadığı halda sübutların qiymətləndirilməsi qərarında bu məsələyə münasibət bildirərək E.Ə.Əhmədovun fiziki və psixi zorakılığa məruz qal masının öz təsdiqini tapmadığını qeyd etmişdir. Qeyd olunan qərarla yanaşı eyni xüsusat üzrə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Kassasiya protestində E.Ə.Əhmədova təzyiq və təsir göstərilməsini təsdiq edən heç bir sübutun mövcud olmaması iddia edilsə də, qeyd edilməlidir ki, E.Ə.Əhmədovun saxlanıldıqdan dərhal sonra 300-400 metr məsafədə yerləşən polis idarəsinə aparılması, təxminən iki saat ərzində polislərin nəzarəti altında saxlanılması, orada müxtəlif otaqlara, o cümlədən rəisin otağına aparılması (polis əməkdaşları olan şahidlər də bu halı təsdiq etmişdir) və işin yuxarıda qeyd edilən halları onun polis nəzarətində olduğu müddətdə hədələrə məruz qalması barədə idd ialarının əsassız olmadığına dəlalət edir. Həmin xüsusatla bağlı qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın cinayət işinə baxan məhkəmə üçün preyudisial əhəmiyyət daşıması ilə bağlı protestin dəlili ilə də məhkəmə kollegiyası razılaşmır və bu məsələ ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə müraciət edilməsini zəruri hesab edir: Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncələri qadağan edir və heç kəsin işgəncəyə, qeyri-insanı və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamasını bir öhdəlik kimi Dövlətlərin üzərinə qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən Konvensiyanın 3-cü maddəsində qeyd olunan hüquq demokratik cəmiyyət üçün ən fundamental dəyərlərdən biridir. Hətta ən ekstrimal vəziyyətlərdə, məsələn terrorizmlə və qrup halında cinayətlərə qarşı mübarizə halında Konvensiya mütləq mənada işgəncə, qeyri-insani və ləyaqəti alçaldan cəzaların edilməsini qadağan edir və qəti bu hərəkətlərə haqq qazandırmır. Digər maddələrdən fərqli olaraq (Məsələn, 1 saylı protokolun 1-ci maddəsi) 3-cü maddə qəti olaraq istisna tanımır, hətta millətin və cəmiyyətin həyatını təhdid edən fövqəladə hallar zamanında belə (see Assenov və digərləri v. Bolqarıstana qarşı, 28 oktyabr 1998, § 93, Selmouni v. Fransaya qarışı no.25803/94, § 95, AİHM 1999-V). Qeyri-insani rəftar hətta minimal səviyyədə olan ciddilik zamanı da Konvensiyanın 3-cü maddəsinin əhatəsinə düşür. Qeyri-insani rəftara dair minimal səviyyəni müəyyən edən zaman qiymətlə ndirmə işin hallarından, xüsusiyyətlərindən, qeyri-insani rəftarın müddətindən, onun fiziki və mənəvi təsirindən, qeyri-insani rəftara məruz qalan şəxslərin cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (bax İrlandiya v. the Birləşmiş Krallıq, 18 yanvar 1978, § 162, Series A no. 25; Kudła v. Polşaya [GC], no. 30210/96, § 91, AİHM 2000-Xİ; və Peers v. Yunanıstana, no. 28524/95, § 67, AİHM 2001-İİİ). Pis rəftarın dərəcəsinə gəldikdə isə, məhkəmə müəyyən edir ki, pis rəftar və onun nəticələri həmçinin mənəvi olaraq şəxsin alçalmasına, insan ləyaqətinin aşağılanmasına səbəb ola bilər. Belə hallarda Məhkəmə hesab edir ki, Konvensiyanın 3-cü maddəsinə əsasən belə pis rəftarlar qeyri-insani və alçaldıcı rəftar kimi qiymətləndirilməlidir. Nə zaman ki, fərdlər polis tərəfindən pis rəftar bar ədə mübahisəli iddialar irəli sürür və özlərini Konvensiyanın 3-cü maddəsinin qurbanı hesab edir, bu məsələ Konvensiyanın 1-ci maddəsi işığında dövlət üzərinə ümumi öhdəlik qoyur ki, o yurisdiksiyası daxilində fərdlərin Konvensiya ilə qorunan haqlarını təmin etsin. Bu yöndə araşdırma məsuliyyətli şəxslərin müəyyən edilməsi və cəzalandırılması barəsində mümkün olmalıdır. Əks halda, mütləq mənada işgəncənin, qeyri insani hərəkətlərin qadağan edilməsinə baxmayaraq, nə qədər bu hüquqlar fundamental zərurətli olsa da belə, lazımı araşdırmanın edilməməsi bu hüquqları praktiki baxımdan qeyri-effektiv edir və dövlət öz yurisdiksiyası daxilində öz üzərinə götürdüyü öhdəliyi pozmuş olur və təqsirkarlar cəzasız qalır (bax Assenov və başqaları, §102, and Labita v. İtaliya, no. 26772/95, § 131, AİHM 20 00-İV). Konvensiyanın 2 və 3-cü maddələrində qeyd olunan pozuntularla bağlı araşdırmalar effektiv, müstəqil və tərəfsiz olmalıdır. Bu şərtlər həm praktiki baxımdan, həm də qanuni baxımdan tələb edilir. Bu təkcə o məna vermir ki, hər hansı bir hadisəni törədən şəxslərə qarşı araşdırma edənlər iyerarxik olaraq müstəqil olmalıdır, bu həm də praktiki yöndən müstəqilliyi ehtiva edir (bax Boicenco v. Moldova, no. 41088/05, § 121, 11 iyul 2006; Kolevi v. Bulgaria, no. 1108/02, § 193, 5 noyabr 2009; və X3 v. Ukrayna, no. 1727/04, § 66, 24 iyun 2010). Pis rəftarla əlaqəli araşdırma hərtərəfli olmalıdır. Yəni cavabdeh orqanlar hər zaman işin ciddi araşdırılması üçün ciddi cəhdlər etməli, nə olduğunu müəyyən etməli və əsassız və ya tələsik sübutlara etibar etməməlidirlər (bax Assenov and Others, § 10 3). Onlar lazımı olan bütün zəruri addım atmalıdırlar ki, hadisə barədə sübutları əldə edə bilsinlər, həmçinin, interalia, şahid ifadələrinə və məhkəmə ekspertizasının rəylərinə əsaslanmalıdırlar (bax Tanrıkulu v. Turkey no. 23763/94, AİHM 1999-İV, § 104 və Gül v. Turkey, no. 22676/93, § 89, 14 dekabr 2000). İstintaqda olan hər hansı bir çatışmazlıq hansı ki, səbəbkarları müəyyən etməyə və zədələrin səbəblərini öyrənməyin altını qazır (bax Batı and digərləri v. Turkey, no. 33097/96 və 57834/00, § 134, AİHM 2004-İV). Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində 247-c-24 nömrəli material üzrə qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, E.Ə.Əhmədovun psixi zorakılığa məruz qalması ilə bağlı yalnız onun özünün, eləcə də Nəsimi RPİ-nin 19cu PŞ-nin rəisi vəzifəsin i icra edən A.V.Cəlilzadənin və E.Ə.Əhmədovun saxlanılmasında iştirak etmiş polis əməkdaşları Şahid3, Şahid2 və Şahid1 izahatları alınmış və yekunda E.Ə.Əhmədovun Nəsimi RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən təzyiqə məruz qalması faktının öz təsdiqini tapmaması nəticəsinə gəlinmişdir. Halbuki A.V.Cəlilzadə həmin vaxt Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi vəzifəsini icra etmiş, E.Ə.Əhmədov isə saxlanıldıqdan sonra Nəsimi RPİ-nin 19-cu PŞ-nə deyil, Nəsimi RPİ-nə gətirilmiş, həmçinin E.Ə.Əhmədovun idarəyə gətirilməsi barədə Nəsimi RPİ-nin 19- cu PŞ-nin rəisi vəzifəsini icra edən AV.Cəlilzadəyə deyil, Nəsimi RPİ-nin rəisi Vüqar Ağayevə məruzə olunmuşdur. Cinayət işinin materiallarına əsasən E.Ə.Əhmədovu saxlayan polis əməkdaşları arasında A.Cəlilzadə olmamış, sonrakı istintaq hərəkətlərində də onun iştirakı görünməmiş, təqsirləndirilən şəxsin təzyiqlə bağlı həmin polis əməkdaşının adını çəkməsi isə təsadüfü olmamışdır. A.V.Cəlilzadənin material üzrə verdiyi izahatından E.Ə.Əhmədovun barəsində aparılmış icraatdan məlumatlı olduğu aydın görünür. E.Ə.Əhmədovun Nəsimi RPİ-nin 19cu PŞ-nə aparılmadığı və həmin şöbədə üzərinə baxış keçirilmədiyi halda onun saxlanılması barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi vəzifəsini icra edən A.V.Cəlilzadəyə məruzə edilməsi, şəxsi axtarışda iştirak etmədiyi halda, sonuncunun E.Ə.Əhmədovun üzərindən narkotik vasitə aşkar edilməsini bildirməsi anlaşılan olmamışdır. E.Ə.Əhmədovun saxlanılmasında iştirak etmiş digər polis əməkdaşlarının isə fərqli məzmunda izahat verməməsi gözlənilən olmuşdur. Göründüyü kimi, 247-c-24 nömrəli material üzrə araşdırma za manı yalnız polis əməkdaşlarının izahatları əsas götürülərək səmərəli, müstəqil, qərəzsiz araşdırma aparılmadan əsaslandırılmamış qərar qəbul edilmişdir. Beləliklə, E.Ə.Əhmədovun CPM-in normalarından irəli gələn prosessual hüquqları təmin edilmədiyi, təsir və təzyiqə məruz qalmasi barədə iddiası təkzib edilmədiyi halda (onun ilkin “etirafedici” izahat və ifadələrinin mötəbərliyinə ciddi şübhələr yaranır), həmçinin polis əməkdaşları tərəfindən onun saxlanılması zamanı CPM-in tələblərinin pozulmasına yol verildiyi bir vəziyyətdə apellyasiya məhkəməsinin E.Ə.Əhmədovun məhkəməyədək icraatda verdiyi izahat və ifadələrini, “şəxsi axtarış və götürmə barədə” protokolu, bu tədbirdə iştirak etmiş polis əməkdaşlarının ifadələrini, tədbirin gedişində əldə olunanları sübut kimi qəbul etməməsi sübutları n düzgün qiymətləndirilməməsi kimi şərh edilə bilməz. Təsvir edilən halların, cinayət təqibi orqanının təqdim etdiyi sübutlar bazasına, ittihama yaranan ciddi şübhələrin fonunda apellyasiya məhkəməsi CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə E.Ə.Əhmədovun təqsirliliyinin sübuta yetirilməsi barədə mötəbər və yekun nəticəyə gəlmək üçün sübutların kifayət etmədiyini hesab etmiş, ittiham tərəfi isə E.Ə.Əhmədovun ifadəsini, eləcə də həmin ifadə ilə uzlaşan məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları üzərində qurulmuş nəticələri təkzib edə, mövcud şübhələri aradan qaldıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların E.Ə.Əhmədovun ona istinad edilən cinayət əməllərini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, artıq yuxarıda istinad olunduğu kimi, CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə h əll edilməlidir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüqu qlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anla yışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdır malarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. E.Ə.Əhmədovun yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nət icə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının, protestin təmin edilməməsi barədə isə bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, X4 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi nə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 16 sentyabr tarixli, 1(103)-1711/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kasassiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X7 barəsində olan 2025-ci il 16 sentyabr tarixli 1(103)-1711/2025 nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2812/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2812/2025
23.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver