Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-283/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, bəraət almış şəxs X3, bəraət almış şəxs N.Əskərovun müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştiraklar ı ilə, X6 və X4 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 31 iyul tarixli, 1(103)-1163/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X9-Məmmədova (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Novruz Kərimovdan ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli, 1(101)97/2024 nömrəli hökmü ilə, xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonu, Düzrəsullu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gədəbəy rayon mərkəzi xəstəxanasında müharibə iştirakçıları ilə iş üzrə mütəxəssis vəzifəsində işləyən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, ev 3, mənzil 42-də qeydiyyatda olmaqla Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonu, Xarxar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Nəsimi rayonu, 4- cü mikrorayon, Ə.İsgəndərov küçəsi, ev 3/1, mənzil 51-də qeydiyyatda olmaqla yaşayan, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş, barələrində seçilmiş qətimkan tədbirləri ləğv edilmiş, bəra ət alması ilə əlaqədar X8 və X4 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüquqlarının olması izah edilmiş, X8 və X2 əməllərində cinayət tərkibi olmaması əsası ilə onlara bəraət verildiyindən Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və Zərərçəkmiş şəxs apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X10 (sədrlik və məruzəçi), Əfqan Ələkbərov və İbrahim İbrahimlidən ibarət tərkibdə) 2024-cü il 31 iyul tarixli, 1(103)1163/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hö km verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: X7 və X8 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, N.Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını əldə edib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını əldə etmək məqsədi ilə tanışı F.Gözəlov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 2008-ci ildən etibarən qeyri-rəsmi birgə yaşadığı Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblik hüquqi şəxsi) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydə alınmış ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətçi kimi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209,2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan bağ evinə aid mülkiyyət hüququna dair qeyd olunan çıxarışı "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayon u, Azadlıq prospekti, 108 ünvanında yerləşən "‘Azadlıq” filialından götürüb Zərərçəkmiş şəxs təqdim edəcəyi ilə bağlı ona yalandan vəd verib aldadaraq bu məqsədlə 20 oktyabr 2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ünvan 4ət olmasından asılı olmayaraq bütün əmlakının idarə edilməsi, əmlakının üzərində sərəncam verilməsi və sair hüquqlara dair Zərərçəkmiş şəxs etibarnamə əldə etdikdən sonra onun əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş cinayətkar qəsdlərini həyata keçirmək üçün öz növbəsində 4 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında yerləşən Bakı şəhəri 09 saylı notariat ofisində etibarnamə əsasında Zərərçəkmiş şəxs adından çıxış edərək ona məxsus həmin bağ evi üzərində sərəncam vermək və sair bu kimi hüquqlara dair Famil Gözəlova n otarial qaydada müvafiq etibarnamə verib sonuncunun birgə iştirakı ilə 8 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 91 ünvanında yerləşən "xxxx" ASC-nin ‘"Xəzər” filialında həmin filialın məsul vəzifəli şəxsi ilə ipoteka müqaviləsi bağlayaraq bank tərəfindən ipotekanın predmeti qismində 190000 (bir yüz doxsan min) manat dəyərində qiymətləndirilən Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 209,2 kvadrat metr ümumi sahəsi, o cümlədən 76,7 kvadrat metr yaşayış sahəsi və 132,5 kvadrat metr yardımçı sahəsi olan həmin bağ evini "xxxx" ASC-in xeyrinə ipoteka ilə yüklü edib həmin gün xx.xx.2013-cü il tarixli 1493 XZF nömrəli kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün "xxxx" ASC-nin “Xəzər” filialından 18 (on səkkiz) ay müddətinə, illik 20 (iyirmi) faiz hesablanmaqla 53000 (əlli üç min) manat məbləğində, 15 noyabr 2013-cü il tarixdə isə xx.xx.2013-cü il tarixli, 1500 XZF nömrəli kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün "AtaBank” ASC-nin “Xəzər” filialından 48 (qırx səkkiz) ay müddətinə, illik 20 (iyirmi) faiz hesablanmaqla 42000 (qırx iki min) manat məbləğində kredit vəsaiti əldə edib Famil Gözəlovla öz aralarında bölüşdürərək əldə etdikləri ümumilikdə 95000 (doxsan beş min) manat məbləğində kredit vəsaitinin ödənilməsi ilə bağlı bank qarşısında öz öhdəliklərini, habelə müqavilə şərtlərini qəsdən icra etməmiş, nəticədə "xxxx" ASC-nin “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsinə əsasən tutmanın "AtaBank” ASC qarşısında ipoteka və əlavə ipote ka ilə yüklü edilmiş Zərərçəkmiş şəxs məxsus həmin bağ evi və torpaq sahəsinə yönəldilməsi, habelə həmin bağ evi və torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində "xxxx" ASC- nin xeyrinə ödənilməsinə dair Binəqədi rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli 2(001 )-4799/2015 nömrəli qətnamə qəbul olunmasına səbəb olmaqla Zərərçəkmiş şəxs 190000 (bir yüz doxsan min) manat dəyərində qeyd olunan bağ evinin bank qarşısında ipoteka predmeti qismində girov qalması nəticəsində ona 190000 (bir yüz doxsan min) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏKİLİNİN, BƏRAƏT ALMİŞ ŞƏXSİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Dö vlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə göstərmişdir ki, Zərərçəkmiş şəxs Nazim Əskərova özünə məxsus evin girov kimi qoyulması hərəkətlərini özündə əks etdirən və Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada notarial qaydada etibarnamə vermiş, həmin bağ evinə dair sərəncam vermək hüququnu ona etibar etmişdir. Məhkəmənin həmin mövqeyinə münasibətdə qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs tərəfindən notarial etibarnamənin verilməsi mübahisə doğurmur və etibarnamə iş materiallarına əlavə edilmişdir. Cinayətə səbəb olan xüsusat etibarnamənin hansı qaydada və hansı məzmunda alınması-verilməsi deyil, etibarnamə alınarkən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə həmin etibarnanmənin məqsədlərini izah edilməsindən ibarətdir. Zərərçəkmiş şəxsin ifadəsində göst ərdiyi xüsusatlar təqsirləndirilən şəxslər tərəfindən təkzib olunmaqla Zərərçəkmiş şəxs aldadılmadığı və evin banka girov qoyulacağı barədə məlumatlı olduğu göstərilmişdir. Habelə, təqsirləndirilər şəxs Nazim Əskərov "xxxx" ASC-yə kredit borcu olduğu üçün ona əlavə kredit lazım olduğunu da ifadələrində göstərmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxslərin ifadələrində göstərilən xüsusatlar reallıqdan uzaq olmaqla ağlabatan olmamışdır. Belə ki, iş üzrə alınmış ifadələrdən görünür ki, Nazim Əskərov həmin dövrdə maddi sıxıntıdan əziyyət çəkmiş və gəlir eldə etmək üçün pula ehtiyacı olmuşdur. Qeyd edilən hal Zərərçəkmiş şəxs məlum olmuşdur. Belə olan halda zərərçəkmiş şəxsin "xxxx" ASC-yə borclu olan şəxsə yenidən evinin "xxxx" ASC-yə girov qoyulması üçün şüurlu surətdə həmin şəxslərə etibarnamə verməsi ağlabatan olmamışdır. Bundan başqa, zərərçəkmiş şəxs qardaşının dəfni ilə əlaqədar Ağdam rayonunda olduğu halda Bakı şəhərinə gələrək ondan sürətli şəkildə etibarnamə alınmasına nail olunması təqsirləndirilən şəxslərin cinayətkar niyyətindən məlumat verir. Bundan başqa, təqsirləndirilən şəxslər sonrakı prosedur qaydalardan zərərçəkmiş şəxsi məlumatlandırmamış və onu hadisələrdən kənar tutmuşlar. Məhkəmə kollegiyası hazırki iş üzrə 2 rəsmi sənədə (etibarnamə və çıxarış) fərqli yanaşma sərgiləmişdir. Məhkəmə Zərərçəkmiş şəxs adından verilmiş etibarnamənin onun iradəsinə zidd olmadığı və mülki qanunvericiliyinin tələblərinə uyğun olduğunu hesab etsə də, iş üzrə Zərərçəkmiş şəxs evlə bağlı mülkiyyət hüququnu təsdiq edən çıxarışa isə formal sənəd kimi yanaşmış, evin əslində Nazim Əskərova məxsus olması qənaətinə gəlmişdir. CPM-nin 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Habelə, qeyd edilməlidir ki, qəyd edilən mülki iş üzrə məhkəmə mahiyyəti üzrə qərar qəbul etməmiş və bu səbəbdən mülki iş üzrə məhkəmənin gəldiyi nəticə imperativ hesab edilə bilməz. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 31 iyul tarixli, 1(103)-1163/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs k assasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki,mübahisəli məhkəmə hökmünün 20-ci səhifəsində qeyd edilmişdir ki, cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin "xxxx" ASC-yə girov kimi qoyulması üçün əsas olan 20 oktyabr 2013-cü il tarixli etibarnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada notarial qaydada təsdiq edilmişdir. Digər tərəfdən həmin etibarnamə ilə Nazim Əskərova mübahisəli bağ evinə aid mülkiyyət hüququna dair çıxarışın "xxxx" ASC-dən götürülüb Zərərçəkmiş şəxs təqdim etməsi hüququ deyil, mülkiyyətində olan istisnasız bütün əmlaklar üzərində istənilən hüquqlar, o cümlədən həmin bağ evinə dair sərəncam hüququ verilmişdir. Zərərçəkmiş şəxs buna münasibət bildirərək qeyd etmişdir ki, o, Nazim Əskərova etibarnaməni ona görə vermişdir ki, onun bağ evinə aid mülkiyyət hüququna dair çıxarışın "xxxx" ASC-dən götürüb ona təqdim etsin. Amma, Nazim Əskərov onun etibarından və inamından istifadə edərək ona verdiyi etibarnamə ilə ona məxsus evi digər bir bankda girov qovaraq küllü miqdarda pul götürmüşdür. Məhkəmə qərarının 9-cu səhifəsində qeyd edilmişdir ki, həm ibtidai istintaq dövründə, həm də məhkəmə iclasında ifadə verən X13 Cəfərzadə tərəfindən verilən etibarnamə əsasında Famil Gözəlova etibarnamə verməsini isə onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs aldığı etibarnamə ilə "xxxx" ASC-nin Xəzər filialına getsə də ona həm ipoteka qoyan, həm də kredit götürən şəxsin eyni şəxs olmasının mümkünsüzlüyünün bildirilməsi səbəbindən o, etibarnamə əsasında Zərə rçəkmiş şəxs ona verdiyi hüquqları Famil Gözəlova ötürmüşdür. Onun ifadələri həm digər təqsirləndirilən şəxs Famil Gözəlov, həm də Şahid12 tərəfindən təsdiq edilmişdir. Zərərçəkmiş şəxs Nazimin qeyd edilən məzmunda ifadəsinin Famil Gözəlov və Şahid12 tərəfindən təsdiq edilməsi ilə bağlı bağlı məhkəmənin mövqeyinə münasibət bildirərək qeyd etmişdir ki, hər üç şəxsin bir-birinin mövqeyini təsdiq etməsi təbiidir. Çünki, hər üç şəxs əlbir olaraq onun evini banka qoymuş və küllü miqdarda pul əldə etmişlər. Həmçinin qərarın 9-cu səhifəsində o da qeyd edilmişdir ki, bundan başqa iş üzrə dindirilmiş təqsirləndirilən şəxs X2 Zərərçəkmiş şəxs tərəfindən verilmiş etibarnamənin mübahisəli əmlakın "xxxx" ASC-dən girovdan çıxarılaraq həmin əmlaka dair çıxarışın bankdan götürülməsi məqsədilə deyil, məhz adı çəkilən bank qarşısında olan öhdəliklərinin icra etməmələri ilə əlaqədar məhkəməyə verilmələri, bu səbəbdən Şahid12 vasitəsilə “Barat” adlı şəxsdən aldıqları borcun banka ödənilməklə müvafiq bağ sahəsinin yenidən digər banka ipoteka predmeti olaraq qoyulması ilə əlaqədar verilməsini bilməsi barədə verdikləri ifadələr zərərçəkmiş şəxs tərəfindən təkzib edilsə də, həm digər təqsirləndirilən şəxs Famil Gözəlov, həm də məhkəmə iclasında şahid qismində ifadə verən Şahid12 tərəfindən təsdiq edilmişdir. Məhkəmənin bu mövqeyi ilə bağlı zərərçəkmiş şəxs qeyd etmişdir ki, Nazim Əskərovun dediklərini Famil Gözəlovdan və Şahid12 başqa təsdiq edən şahid yoxdur. Həmin şəxslərində bir-birinin xeyirinə ifadə vermələri qaçılmazdır. Çünki hər üç şəxs tərəfindən ona məxsus əmlak dələduzluq yolu ilə ban ka girov qoyularaq küllü miqdarda pul vəsaiti çıxarılmışdır. Mübahisəli məhkəmə qərarında qeyd edilmişdir ki, göründüyü kimi Zərərçəkmiş şəxs artıq Nazim Əskərovla "xxxx" ASC arasında kredit müqaviləsi bağladıqdan iki ay sonra onun verdiyi 20 oktyabr 2013-cü il tarixli etibarnamə əsasında Nazim Əskərov tərəfindən Famil Gözəlova verilmiş 04 noyabr 2013-cü il tarixli etibarnaməyə əsasən onun mülkiyyətində olan əmlakın girov qoyulmaqla alınmış borcun ödənilməməsindən xəbər tutsa da, tərəfindən həmin girov müqaviləsinin etibarlılığı məsələsi ümumiyyətlə mübahisələndirilməmişdir. Bununla bağlı zərərçəkmiş şəxs bildirmişdir ki, girov müqaviləsinin etibarlılığı məsələsinin mübahisələndirilməsi ilə bağlı hüquq ona məxsus olmuşdur. O, Nazim Əskərov və onunla əlbir olan şəxslər barəsində müvafiq döv lət orqanlarına çox saylı şikayət ərizələri ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 31 iyul tarixli, 1(103)-1163/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını, Famil Gözəlova və Nazim Əskərova CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 31 iyul tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini, Zərərçəkmiş şəxs və nümayəndəsi tərəfind ən verilmiş kassasiya şikayətini əsaslı hesab edilməsini və təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Nümayəndə kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs F.Gözəlov və N.Əskərovun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxl ayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tə ləblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş şəxs kassasiya şikayətində bəraət hökmünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi m əqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmaması barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri və tələbləri eyni olduğundan, məhkəmə kollegiyası hər iki kassasiya müraciətinə birlikdə münasibət bildirilməsini mümkün hesab edir. Kassasiya müraciətlərində mübahisələndirilən birinci məsələ Zərərçəkmiş şəxs tərəfindən etibarnamə verilərkən sonuncunun aldadılması məsələsidir. Bu fakt araşdırılarkən nəzərə alınması zəruri olan məsələ ondan ibarətdir ki, etibarnamə notariat orqanında verilir və onun məzmunu, həmin etibarnamə ilə verilən səlahiyyətlərin həcmi və dairəsi etibarnamə verənin diqtəsi ilə notarius tərəfindən müəyyən edilir və etibarnamə verənin razılığı ilə dövləti təmsil edən notarius tərəfindən formalaşdırılır və etibarnamə verənə elan edilir, etibarnamə verən verilən səlahiyyətlərlə razı olduqda etibarnaməni imzalayır və həmin sənəd notariusun imzası və möhürü ilə təsdiq olunur. Bu prosesdə üçüncü şəxslərin iştirakı və müdaxiləsi istisna olunur. Verilən etibarnamə əsasında etibar edənin etibarnamədə göstərilən səlahiyyətlərini icra edən şəxs ilə etibarnamə verən arasında olan münasibətlər Mülki Məcəllənin tapşırıq müqaviləsini tənzimləyən normalarının tələblərinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən etibarnamə verən şəxsin etibarnamə verilərkən aldadılması, tələsik, yasda olarkən etibarnamə verməsi, etibarnamənin məzmunundan məlumatsız olması kimi dəlillər irəli sürərək şəxsin dələduzluğa məruz qalmasını iddia etmək mövcud iş üzrə toplanılmış və məhkəmələr tərəfindən yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmuyu ilə təkzib edilir. Belə ki, işin hallarından da görünür ki, istər etibarnamə verilərkən, istərsə də, həmin etibarnamə əsasında mülki-hüquqi əqdlər bağlanırkən mülki qanunvericiliyin bütün tələblərinə əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Kassasiya müraciətlərinin növbəti dəlili Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə bağlıdır. İttiham tərəfinin mövqeyinə görə mülki iş üzrə məhkəmə mahiyyəti üzrə qərar qəbul etməmiş və bu səbəbdən mülki iş üzrə məhkəmənin gəldiyi nəticə imperativ hesab edilə bilməz. Bu mövqe ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki işə baxan məhkəmə əgər işə mahiyyəti üzrə baxırsa, qətnamə çıxarır, mahiyyəti üzrə baxmadıqda isə qərar qəbul edir. Hazırkı halda məhkəmə tərəfindən qətnamə çıxarıldığından, bu işə mahiyyəti üzrə baxıldığını təsdiq edir. Hazırki iş üzrə zərərçəkmiş tərəf də həmin qətnamədən şikayət vermədiyindən, həmin qətnamə qanuni qüvvəsini almışdır. CPM-in 142.2-ci maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. CPM-in qeyd edilən normasının tələbləri qaydasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı cinayət işi üzrə preydusial əhəmiyyətə malikdir və həmin qətnamə ilə müəyyən edilərək sübuta yetirilmiş hadisə və hərəkət (müəyyən edilmiş hallar) hazırki iş üzrə CPM-in 141.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq sübutsuz müəyyən edilər hallar kimi qəbul edilməli, sübut edi lmiş hesab olunmalı və hər hansı qaydada mübahisələndirilməməlidir. Kassasiya şikayətində və kassasiya protestində mübahisələndirilən işin digər halları ilə bağlı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində hərtərəfli, tam və obyektiv araşdırma aparılmış və tədqiq edilmiş işin hallarına düzgün və əsaslandırılmış hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırmanı hazırkı qərarda təkrarlamayaraq, həmin əsaslandırma ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası C inayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (mad də 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində və kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məh kəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmı şdır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməs inin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası kassasiya protestində və kassasiya şikayətində təsvir edilən, dövlət ittihamçısının və zərərçəkmiş tərəfin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində və apellyasiya şikayətində isti nad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin protestin və şikayətin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etmir. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin və kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayəthüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənl ərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-97/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət almış X8 və X7 barələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 31 iyul tarixli, 1(103)-1163/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-283/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-283/2025
31.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver