Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2830/2025 30.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-cı il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda n sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 aprel tarixli 1(103)-741/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 27 yanvar tarixli 1(101)-517/2025 nömrəli hökmü ilə (hakimlər F.Namazov (sədrlik edən və məruzəçi), Ə.Quliyev və T.Hüseynov) Məhkum qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamdan həmin Məcəllənin 234.4.1-ci maddəsi ilə bağlı bəndin xaric edilməsi, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 aprel tarixli 1(103)-741/2025 nömrəli qərarı ilə (hakimlər A.Musayev (sədrlik edən və məruzəçi), C.Hüseyn və H.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 27 yanvar tarixli, 1(101)-517/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 2025-ci il 23 aprel tarixli 1(103)-741/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, ittihama əsasən Məhkum ölkə ərazisində narkotik vasitələrin qanunsuz satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Fərid” və “Teymur” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Fərid” adlı şəxsin göstərişinə əsasən “Teymur” adlı şəxslə birlikdə istintaqa məlum olmayan vaxtda, istintaqa məlum ol mayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 5524,24 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra, 5500 qram hissəsini yaşadığı ünvan 3 ünvanında, 24,24 qram hissəsini isə üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 aprel 2024-cü il tarixdə saat 01:20-də ünvan 4 ünvanının qarşısında piyada hərəkət edərkən saxlanılaraq həmin İdarənin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçiriləndə əynində olmuş şalvarın cibindən satış məqsədilə əldə edib saxladığı 24,24 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədb irinin davamı olaraq, həmin gün saat 04:50-də yaşadığı ünvan 5 ünvanında keçirilmiş baxış zamanı evin həyətindəki zirzəmidən 06 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1035 qram, 1020 qram, 995 qram, 1020 qram, 1100 qram və 330 qram olmaqla, ümumi təmiz çəkisi 5500 qram təşkil edən, tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan “Fərid” və “Teymur” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Fərid” adlı şəxsin göstərişinə əsasən “Teymur” adlı şəxslə birlikdə istintaqa məlum olmayan vaxtda, istintaqa məlum ol mayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuananı əldə etməsi” barədə verilmiş ittihamın, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gəlmiş və bu səbəbdən təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan CM-in 234.4.1-ci maddəsini xaric etmiş, lakin təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi qənaətlə (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma) ilə razılaşaraq, onu həmin maddə ilə təqsirli bilərək cəza təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutet məyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamaqda və daşımaqda, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, apellyasiya instansiya məhkəməsində aparılan araşdırmalar nəticəsində Məhkum təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmamış, lakin məhkəmə ehtimal və fərziyyələrlə əsaslandırılmış ittiham hökmünü dəyişdirmədən saxlamışdır. Eyni zamanda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşlarının verdiyi ifadələ ri ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında uyğunsuzluq olmasına diqqət yetirməmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş Rumella İskəndərovanın verdiyi ifadəyə, yəni xx.xx.2024-cü il tarixdə gecə saatlarında ikinci dəfə evə gelən polis əməkdaşlarının əlində bir sellofan torba ilə gəldiklərini və həmin torbanı qonşunun həyərinə atıb video çəkilişlə həmin torbanın ordan gördüklərini gördüyünə əhəmiyyət verməmiş, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini inandırıcı hesab etməmiş, ibtidai istintaq zamanı psixoloji təzyiq və təsir nəticəsində verdiyi ifadələri əsas götürərək ittiham hökmünü dəyişdirmədən saxlamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddəl ərində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 23 aprel tarixli 1(103)-741/2025 nömrəli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə m ahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum ed ildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 2025-ci il 23 aprel tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublika sı CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası müdafiəçinin Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hər hansı bir cinayət əməlini törətmədiyini iddia etməklə, CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki ha llarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kass asiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilmə si üçün kassasiya şikayətində irəli sürdüyü, iş üzrə müəyyən edilmiş faktlara əsaslanmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə məhkəmə kollegiyasının qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiəçi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət p rosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr yalnız onun müdafiəçinin iştirakı ilə ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə deyil, işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən narkotik vasitələri n müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı Məhkum üzərindən və əməliyyat tədbirinin davamı olaraq, Məhkum yaşadığı evə müdafiəçisinin və atası Şahid1 iştirakları ilə keçirilən baxış zamanı aşkar edilərək götürülməsi, aşkar edilmiş predmetin külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana olması barədə məhkəmə-bioloji ekspertizasının rəyi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanı n nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşaraq həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, kassasiya şikayətinin dəlilləri ilə əlaqədar bəzi məqamların qeyd edilməsini zəruri hesab edir. Əvvəla müdafiə tərəfi kassas iya şikayətində Məhkum ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadələrini psixoloji təzyiq və təsirlə əlaqələndirsə də, bu dəlillər əsaslı görünməmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ifadəsinin dəyişməsinin səbəbini araşdırmış, bunun əsaslı olmaması qənaətinə gəlmiş, zorakılıqla bağlı birinci instansiya məhkəməsinin araşdırması Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs m əhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şika yətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üz ərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı”işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrinin psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirsə də, təqsirləndirilən şəxs və onun müdafiəçi si cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Həmçinin, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəmə qarşısına çıxarılan zaman da ona qarşı hər hansı fiziki və ya psixi təsir-təzyiq göstərilməsini bildirməmiş, əksinə törətdiyi əməlini etiraf etdiyini bildirmişdir. Bundan əlavə, Məhkum barəsində xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə-tibbi ekspertiza zamanı da onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Beləliklə, məhkum edilmiş şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri təzyiq və təsirlə əlaqələndirsə də, bu əsassız olmaqla iş materialları ilə təkzib edilmiş, müdafiə tərəfi məhkumun polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilməmişdir. Bütün bunlar isə narkotik vasitənin onun yaşadığı evə polis əməkdaşları tərəfindən qoyulması, psixi təzyiq altında etirafedici ifadə verməyə məcbur edilməsi barədə kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. Məhkumun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşdığından məhkəmələr həmin ifadələri mötəbər sübut kimi qiymətləndirməkdə haqlı olmuşlar. Bundan başqa, müdafiə tərəfi kassasiya şikayətində əməliyyat tədbiri zamanı Məhkum yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını iddia etsə d ə, iş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, eləcə də apellyasiya məhkəməsində apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar dinləmələr zamanı üzərindən 24,24 qram qurudulmuş marixuananın aşkar edilməsini inkar etməmiş, əksinə həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Ekspertizanın rəyinə əsasən Məhkum üzərindən aşkar edilən narkotik vasitə marixuana ilə yaşadığı evdən aşkar edilən narkotik vasitə marixuananın eyni tərkibli olması nəzərə alındıqda, məhkəmələr haqlı olaraq bu halı və digər sübutları birlikdə dəyərləndirərək, yaşadığı evdən aşkar edilən narkotik vasitənin də Məhkum məxsus olması qənaətinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Rumella İskəndərovanın verdiyi ifadəyə əhəmiyyət verilməməsi nə dair kassasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, Məhkum anası Şahid2 və atası Şahid1 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ittihamda göstərilənlərə uyğun məzmunda ifadə versələr də, Şahid2 məhkəmə iclasında ifadəsini dəyişdirərək, polis əməkdaşlarının onun yaşadığı evə 2 dəfə gəldiklərini, gələrkən özləri ilə sellofan torba gətirdiklərini, oğlu Məhkum narkotik vasitə istifadə etmədiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. İş materiallarından görünür ki, Məhkum yaşadığı evə baxış zamanı atası Şahid1 da iştirak etmiş, baxış zamanı məhkum narkotik vasitəni gizlətdiyi yeri könüllü olaraq polis əməkdaşlarına göstərdikdən sonra evin tam yaxınlığında yerləşən qeyri-yaşayış sahəsindən külli miqdarda narkotik vasitə marixuana a şkar edilmiş, baxış zamanı həm məhkum, həm də onun atası Şahid1 hər hansı etiraz bildirməmişdir. Məhkumun atası Şahid1 ona verilən suala cavab olaraq yaşadığı evdə narkotik vasitə olmasından məlumatlı olmadığını, Salehin ona yaşadıqları evdə narkotik vasitə saxlamasını demədiyini bildirmişdir. Qeyd edilən xüsusatları nəzərə almaqla, birinci instansiya məhkəməsi haqlı olaraq Şahid2 təqsirləndirilən şəxs Məhkum yaxın qohumu, yəni anası olduğundan, məhkəməyədək icraat zamanı məhkəmə iclasında dedikləri barədə hər hansı orqana müraciət etmədiyindən, məhkəmə iclasında verdiyi ifadəsini təqsirləndirilən şəxs Məhkum xeyrinə, sonuncunu müdafiə etmək məqsədi ilə verilmiş, işin hallarına uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Bundan başqa qeyd edilməlidir ki, Məhkum cəzanın təyin edilməsi məsə ləsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, cəzanı yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmaması, atasının hipertoniya, bacısının onkoloji xəstə olmasından, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, ona təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hall ara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq insanların həyat və sağlamlığına, cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərər vuran, insanların narkotik bəlasına düçar olmasına şərait yaradan şəxsin daha yüngül cəza təyin edilməsi yolu ilə islah olunması, eləcə də cəzanın məqsədlərinə nail olunması məhkəmə kollegiyasına real və inandırıcı görünmür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Məhkumun cəzasının yüngülləşdirilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiqi üçün qanunda nəzərdə tutulan əsaslar mövcud deyil. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassas iya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 aprel tarixli 1(103)-741/2025 nömrəli qərarı verilmiş kassasiy a şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 aprel tarixli 1(103)-741/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2830/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2830/2025
30.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver