Məhkəmə qərarları › İş №1(102)-2832/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2832/2025

18.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2832/2025 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Əbilov Hüseyn Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 oktyabr tarixli, 1(103)-2219/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən), X6, X5 ibarət tərkibdə) 2024cü il 27 avqust tarixli 1(101)-1423/2024 nömrəli hökmü ilə xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9, nömrəsiz fərdi evdə yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasın a məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 1(001)-542/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin 2023-cü il 17 sentyabr tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilərək ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafi əçi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X4 (sədrlik edən), X7 və X2 ibarət tərkibdə) 2024-cü il 23 oktyabr tarixli, 1(103)-2219/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, telefon vasitəsilə tanış olduğu qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri 300 manat pul və öz şəxsi istifadəsi üçün verilən müəyyə n miqdarda narkotik vasitə müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 14 sentyabr 2023-cü il tarixdə günorta saatlarında bir qrup şəxs halında həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin yaxınlığında qoyduğu 69,384 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 7,012 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 112,022 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryək, 2,37 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan 07 ədəd üzərində “F/M40” ya zısı həkk olunmuş narkotik vasitə - metadon dərman tabletləri götürüb satış məqsədi ilə qanunsuz əldə edərək daşımış, içərisində təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə - metadon dərman tabletləri, 01 ədəd sellofan bükümdə çəkisi 2,37 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, çəkisi 7,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, çəkisi 5,031 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini ayırıb üzərində 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,944 qram, 12,409 qram, ümumi çəki ləri 64,353 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 112,022 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryəki etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 17 sentyabr 2023-cü il tarixdə saat 00:20-də Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 01:40-dan 01:55-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindək i qara rəngli şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunun içərisində təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə - metadon dərman tabletləri, 01 ədəd sellofan bükümdə çəkisi 2,37 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, çəkisi 7,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, çəkisi 5,031 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra 17 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon Polis İdarəsinin həyətində onun idarə etdiyi “Kia Rio” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə saat 02:10-dan 02:26-a kimi keçirilən baxış zamanı avtomobilin salonunda saxlanc yerindəki göy rəngli əl çantasının içərisində 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,944 qram, 12,409 qram, ümumi çəkiləri 64,353 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 112,022 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryək, üzərində narkotik vasitə olan heroinin izləri olan metal qaşıq, kiçik metal qayçı, cib bıçağı və gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİ HAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu bildirmiş və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 oktyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcə llənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid ed ilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirməmiş, yalnız təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiy a müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməs ini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş fakt lar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirməsə də, cinayət işinin materiallarından da göründüyü kimi, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında məhkuma qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin məhkum tərəfindən törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, məhkuma ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı, məhkumun kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsin in 2024-cü il 27 avqust tarixli 1(101)-1423/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 oktyabr tarixli, 1(103)-2219/2024 nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar