Məhkəmə qərarları › İş №1(102)-2836/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2836/2025

15.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2836/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-844/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxara q, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 26 yanvar 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 4,002 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Sabir küçəsi 5 ünvanına daşımış, 14 avqust 2023-cü il tarixdə, saat 07 r adələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında özünü şübhəli apardığı üçün saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilərək üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 4,002 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 2,096 qram çəkidə narkotik vasi tə heroini əldə edib üzərində saxlamaqla ünvan 5 ünvanına daşımış, 18 oktyabr 2023-cü il tarixdə, saat 00:10-da ünvan 9anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanının qarşısında özünü şübhəli apardığı üçün saxlanılaraq, ünvan 6 ünvanında yerləşən ünvan 9anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək orada üzərində müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 2,096 qram olan qəhvəyi rəngli lozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 3. 19 fevral 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməs inin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 4,002 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Sabir küçəsi 5 ünvanına daşımış, 14 avqust 2023-cü il tarixdə saat 07:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 8 ünvanının qarşısında özünü şübhəli apardığı üçün saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünva nında yerləşən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilərək üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 4,002 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 2,096 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 5 ünvanına daşımış, 18 oktyabr 2023-cü il tarixdə saat 00:10 radələrində ünvan 9anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanının qarşısında ö zünü şübhəli apardığı üçün saxlanılaraq, ünvan 6 ünvanında yerləşən ünvan 9anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilərək üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 2,096 qram olan qəhvəyi rəngli tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-193/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi re jimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 avqust 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, barəsində obyektiv və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-844/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-193/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətini n dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum narkotik vasitə istifadəçisi olsa da, mütəmadi olaraq narkotik vasitə qəbul etməsinə baxmayaraq, onların satışı və ya hər hansı digər formada qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Cinayət işi üzrə verilmiş çoxsaylı şahid ifadələrinin əksəriyyəti polis əməkdaşlarına məxsusdur və bu ifadələr arasında ciddi ziddiyyətlər mövcuddur. Məhkəmələr həmin ziddiyyətləri araşdırmamış və onlara hüquqi qiymət verməmiş, məhkumun məhkəmə iclasında deyil, ibtidai istintaq dövründə psixi və fiziki zorakılıq, habelə işgəncə altında verdiyi ifadələri hüquqi əsas kimi götürmüşlər. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)844/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi v ə barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılark ən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia edərək, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 1(103)-844/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliy inin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

22. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən məhkum tərəfindən eyni dəlillər üzrə verilmiş apellyasiya şikayəti üzrə araşdırma aparmış apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə, habelə mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu şəkildə yenidən təhlil etmiş, birinci instansiya məhkəməsinin əməlin Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, M əhkum həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri polis əməkdaşları olan şahidlərin cinayət təqibinin bütün məthələlərində verdikləri bir-biri ilə uzlaşan ifadələri, videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılması haqqında protokollar, Məhkum istifadəsində olan mobil nömrəyə baxış keçirilməsi haqqında protokol, digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Yekunda, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən məhkumun hərəkətlərinin tədqiqin dən, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

25. Məhkum məhkəməyədək istintaq dövründə işgəncə, təzyiq və hər hansı digər qanunsuz rəftara məruz qalması haqda iddialarına gəldikdə, məhkəmə kollegiyası “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 25-ci bəndinə əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir.

26. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə A vropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız həmin şikayətin əvvəlki paraqrafda qeyd edilən Cinayət-Prosessual Məcəlləsinin müvafiq müddəaları ilə müəyyən edilmiş qaydaya riayət edilməklə ölkədaxili prosedur daxilində qaldırılması və baxılaraq ona münasibətin bildirilməsindən sonra mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № 34445/04, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).

27. Yuxarıda istinad edilənləri nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum verdiyi ifadəsində iki dəfə saxlanıldıqda, yəni 14 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin, daha sonra isə 18 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri ünvan 9anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq göstərildiyini bildirsə də, bu iddialar iş materialları ilə təsdiqini tapmamışdır.

28. Belə ki, Məhkum 14 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularkən bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını müəyyən etmək məqsədilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə, habelə 19 oktyabr 2023-cü il tari xdə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını dəqiqləşdirmək üçün həmin təcridxanaya müvafiq sorğular verilmişdir.

29. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 07 yanvar 2025-ci il tarixli, 3-16-20-10/2-3 nömrəli məktubdan görünür ki, Məhkum 20 oktyabr 2023-cü il tarixdə istintaq təcridxanasına daxil olarkən bədəni üzərində baxış keçirilmiş, verilən suallara cavab olaraq zədə aldığını bildirsə də, aparılmış baxış zamanı bədənində yeni xəsarət izləri aşkar edilməmişdir.

30. Sorğuya cavab olaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş 06 fevral 2025-ci il tarixli, 52/2-4347/25 nömrəli məktubdan görünür ki, Məhkum 14 avqust 2023-cü il tarixdə saat 15:45-də həmin polis idarəsinin müvəqqəti saxlama yerinə qəbul edilərkən üzərinə baxış keçirilmiş və baxış zamanı hər hansı xəsarət aşkar edilməmişdir. Habelə həmin məktuba əlavə edilmiş aktdan da görünür ki, müayinə zamanı onun bədəni üzərində xəsarətin aşkar edilməməsi barədə müvafiq qeyd aparılmış, həmin qeyd Məhkum tərəfindən imzalanmışdır.

31. Daha sonra Məhkum məhkəməyədək icraat zamanı ona qarşı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etdiyindən, bununla əlaqədar Bakı şəhəri ünvan 9anov rayon prokurorluğunda müvafiq araşdırma aparılmış, nəticədə 01 dek abr 2023-cü il tarixli qərarla Məhkum Bakı şəhəri ünvan 9anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və təhqir olunması faktı təsdiqini tapmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir.

32. Sözügedən qərardan məhkum özü yaxud müdafiəçi vasitəsilə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayətlə müvafiq orqana müraciət etməmiş, bu halın edilməməsini hər hansı yetərli dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Hazırda qüvvədə olan həmin qərarın mövcudluğu Məhkum ibtidai istintaq dövründə hər hansı qanunsuz təzyiq və ya təsirə məruz qalması barədə iddialarını istisna etdiyindən, məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə əsassız hesab edir.

33. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

34. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci m addəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-844/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-844/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar