Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2854/2025 30.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum - Məhkum, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayo nu, Yeni qəsəbə, ev 56 V, mənzil 18-də qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 09 oktyabr tarixli 1(106)226/2025 nömrəli qərarından məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 23 noyabr tarixli 1(099)-91/2024 nömrəli hökmü ilə (hakimlər X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və Ə.A.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-i n 62-ci maddəsi tədbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay müddətin azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 2025-ci il 09 oktyabr tarixli 1(106)226/2025 nömrəli qərarı ilə (hakimlər P.V.Hacıyev (sədrlik edən), E.İ.Xasməmmədov və P.T.Əhmədov) apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 23 noyabr tarixli 1(099)-91/2024 nömrəli hökmü cəza hissəsində dəyişdirilmiş, hökmdən Məhkum CM-in 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin edilməsi ilə bağlı müddəalar xaric edilmiş, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 3 (üç) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış, hökm apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 09 oktyabr tarixli 1(106)-226/2025 nömrəli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə, istintaqa məlum olmayan tarixdə və mənbədən 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası nın Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil olan, külli miqdarda, təmiz çəkisi - 61,806 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə psixotrop maddə metamfetaminin 1,321 qram hissəsini tanışı Şahid7, bir qismini isə - 0,061 qramını Şahid6 təmənnasız, heç-bir mənfəət və gəlir əldə etmədən, pay qismində vermiş, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayon polis şöbəsinin və Baş X7 idarəsinin X6 7-ci tağımının əməkdaşları ilə birlikdə keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində, idarə etdiyi “Range Rover” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avt omobillə Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPA-nın 7-ci tağımın 721 saylı stasionar postunda saxlanılıb avtomobilə keçirilən baxış zamanı, üzərində olan qara rəngli çantanın içərisindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 59,066 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Kürdəmir RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı isə əynində olan şalvarın sol ön cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 1,358 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat-istintaq tədbirlərin davamı olaraq qeyd olunan avtomobilin sərnişinləri, yəni Cəfərov X3 RPŞ-də şübhəli şəxs qismində tutulduqdan sonra, üzərinə keçirilən şəx si axtarış və götürmə zamanı əynində olan idman şalvarının sağ ön cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 1,321 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Şahid6 şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan köynəyinin sol ön cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 0,061 qram kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 12 avqust 2023-cü il tarixdə saat 23 radələrində həmyerliləri və tanışları Şahid7 və Şahid6 ilə birlikdə Bakı şəhərində olduqları zaman birlikdə istifadə etmələri üçün 200 manat pul müqa bilində 2,74 qram, külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, həmin metamfetamini öz aralarında bölməklə 1,321 qramını Şahid7, 0,061 qramını Şahid6 əvəzsiz olaraq pay qismində vermiş, 1,358 qramını isə əynindəki şalvarın sol cibində saxlamış, 13 avqust 2022-ci il tarixdə saat 10 radələrində Məhkum məxsus digər tanışları X2 idarə etdiyi “Range Rover” markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən BakıƏlət-Qazax-Gürcüstun Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə Gəncə şəhəri istiqamətində yola düşmüş, saat 12 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının Kürdəmr rayonu Karrar qəsəbəsi ərazisində yerləşdirilən 721 saylı stasionar postunda daxil olmuş əməliyyat məlumatı əsası nda yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, sonra Məhkum məxsus avtomaşını polis işçisi sürməklə onlar Hacıqabul rayonu ərazisinə (Hacıqabul Rayon Polis Şöbəsinə) aparılmış, bir müddət orada saxlanıldıqdan sonra saat 17 radələrində yenidən Kürdəmr Rayonu Karar qəsəbəsi ərazisində yerləşən 721 saylı stasionar posta, sonra isə Kürdəmr Rayon Polis Şöbəsinə gətirilməklə saat 18:40-da Məhkum üzərində şəxsi axtarış aparılarkən bir ədəd polietilen bükümdə 1,358 qram psixotrop maddə metamfetamin əynindəki şalvarın sol ön cibindən, saat 20:20-də Şahid7 üzərində şəxsi axtarış aparılarkən bir ədəd polietilen bükümdə 1,321 qram metamfetamin əynindəki şalvarın sağ ön cibindən, saat 21:20-də Şahid6 üzərində şəxsi axtarış aparılarkən 01 ədəd polietilen bükümdə 0,061 qram eyni tərkibli psix otrop maddə metamfetamin isə onun əynindəki köynəyin sol ön cibindən aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, Məhkum satış məqsədi olmadan, öz şəxsi istifadələri üçün qanunsuz olaraq külli miqdarda 61,806 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması, daşıması, metamfetaminin 1,321 qramını tanışı Şahid7, 0,061 qramını Şahid6 əvəzsiz olaraq, pay qismində verməsi, 1,358 qramını üzərində, qalan 59,066 qramını isə avtomobilində olan çantasında saxlaması sübuta yetirilir. Məhkum məxsus avtomobildən və həm onun özünün, həm də digər şəxslərin üzərindən aşkar edilmiş metamfetaminin ümumi çəkisi külli miqdar təşkil etsə də, sonuncunun həmin maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması mö təbər şəkildə öz təsdiqini tapmır. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqda və daşımaqda, CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən Məhkum, Şahid7 və Şahid6 barələrin də aparılan əməliyyat-axtarış tədbirlərinin gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandığından onların 13 avqust 2022-ci il tarixdə saat 12 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində yerləşən Yol Patrul Xidməti Alayının 7-ci tağımının 721 saylı stasionar postunda saxlanıldıqları yerdə dərhal üstləri və hərəkətdə olduqları avtomobili yoxlanılmalı, sübut əhəmiyyətli əşyalar aşkarlandıqda götürülməli və bu barədə müvafiq sənədləşmə aparılmalı olduğu halda, onların üzəriləri və avtomobil faktiki yoxlanılsa da, bu barədə heç bir sənədləşmə aparılmadan onları aidiyyəti olmayan Hacıqabul rayon polis şöbəsinə aparmış, xeyli müddət keçdikdən sonra, saat 17 radələrində yenidən həmin posta gətirmişlər. Bundan sonra Məhkum məxsus avtomaşına baxış keçi rilmiş, həmçinin Məhkum Şahid7 və Şahid6 üzərlərində səxsi axtarış aparılmışdır. Məhkum, Şahid7 və Şahid6 Hacıqabul rayon polis şöbəsinə aparılarkən Məhkum məxsus, içərisində çantası olan avtomaşını polis işçisi sürmüş, onların özləri və avtomaşın beş saatdan çox müddətdə Hacıqabul rayonu ərazisində polis əməkdaşlarının nəzarəti altında olduqdan sonra polis işçiləri Məhkum və yoldaşlarına onların işlərinin Hacıqabul rayon polis şöbəsinə aid olmadığını bildirməklə 13 avqust 2022-ci il tarixdə saat 17 radələrində yenidən onları Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən yol polisi postuna gətirmişlər. Bundan sonra Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi və digər əməkdaşları həmin posta gəlmiş, saat 17:30-da Məhkum məxsus avtomaşına (çantaya) baxış keçirilmiş, saat 18:40-da Məhkum üzərində, 20:20-də Şahid7 üzərində, 21:22-də İsə Şahid6 üzərində şəxsi axtarış aparılmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum, Şahid7 və Şahid6 13 avqust 2022-ci il tarixdə saat 12 radələrində polis əməkdaşları tərəfindən saxlanılmaqla onların faktiki azadlıqları məhdudlaşdırıldığından, özləri və Məhkum məxsus avtomaşının polisin tam nəzarəti altına keçməsindən 5 saat sonra, yəni 17:30-da Məhkum məxsus avtomaşına (çantaya) baxış keçirilmiş, saat 18:40-da Məhkum üzərində, 20:20-də Şahid7 üzərində, 21:20-də isə Şahid6 üzərində şəxsi axtarış aparılmışdır. Bununla da təqsirləndirilən şəxs Məhkum istinad edilən psixotrop maddənin ona aid olmaması ehtimalına əsas verməklə, Məhkum məxsus avtomaşina və çantaya baxış keçirilməsi, Məhkum və yoldaşlarının üzərlərində şəxsi axtarış və götü rmə aparılması istintaq hərəkətlərinin və onların nəticələrinə dair aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Bundan başqa, şikayət müəllifləri qeyd edirlər ki, əməliyyat-axtarış tədbirlərini həyata keçirən polis əməkdaşları tərəfindən Məhkum və yoldaşlarının hərəkətdə olduqları avtomaşının xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisindəki stasionar yol polisi postunda saxlanılması, həmin vaxt avtomaşına baxış keçirilməsi, Məhkum və yoldaşlarının üzərlərində şəxsi axtarış aparılması barədə sənədləşmə aparılmasına və polis işçilərinin öz ifadələrində Məhkum və yoldaşlarının hərəkətdə olduqları avtomobili yol polisi postunda saat 17 radələrində saxlamaları, həmin vaxt avtomaşının qabaq nömrə nişanının üzərində olmaması, Məhk um və yoldaşlarını Hacıqabul rayonuna (polis şöbəsinə) aparmamaları barədə ifadə vermələrinə baxmayaraq göstərilən həmin xüsusatlar məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla tam təkzib olunmuşdur. Şahid7, Şahid6 və Elvin Abdullayev ifadələrində göstərmişlər ki, onların hərəkətdə olduqları avtomobil 13 avqust 2022-ci il tarixdе Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən -yol polisi postunda saxlanılarkən onların ciblərində heç bir psixotrop maddə metamfetamin olmamışdır. Bakı şəhərində əldə etdikləri və istifadə etmədən sonra qalmış 3 bükümdə metamfetaminlər faktiki olaraq avtomobilin salonunda olmuşdur. Həmçinin Məhkum göstərmişdir ki, avtomobil polis işçilərinin nəzarətində olduğu müddətdə avtomobildə olan çantaya bir bükümdə metamfetamin qoyulmuş, polis işçiləri ondan video çəkiliş və baxış zamanı çantadaki metamfetaminin özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər. Çantasına metamfetaminin konkret olaraq kim tərəfindən qoyulmasını bilmir. Lakin yol polisi komandiri Şahid8 onlara qarşı daha aqresiv hərəktlər etdiyinə görə ibtidai istintaqda verdiyi ifadəsində çantasına metamfetaminin şəxsən Şahid8 tərəfindən qoyulmasını düşünmüşdür. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi yekun qərarında cəzanı ağırlaşdırarkən yüngülləşdirici halları nəzərə almamaqla da ədalət prinsipinə zidd qərar qəbul etmişdir. Beləliklə, məhkum və müdafiəçisi kassasiya şikayətində göstərilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 09 oktyabr tarixli 1(106)-226/2025 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata bəraətverici ə saslarla xitam verilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qə rarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiə tərəfi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi barədə kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 09 oktyabr tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikas ı CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitu siya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası müdafiə tərəfinin Məhkum CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, kassasiya şikayətindən görünür ki, müdafiə tərəf i Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hər hansı bir cinayət əməlini törətmədiyini iddia etməklə, CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiə tərəfi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşd ırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum satış məqsədi olmadan, öz şəxsi istifadələri üçün qanunsuz olaraq külli miqdarda 61,806 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində s axlayaraq daşımış, metamfetaminin 1,321 qramını tanışı Şahid7, 0,061 qramını Şahid6 əvəzsiz olaraq pay qismində vermiş, 1,358 qramını üzərində, qalan 59,066 qramını isə avtomobildə olan çantasında saxlamışdır. Apellyasiya instansiya məhkəməsi bu qənaətə gələrkən Məhkum özünün, habelə Şahid7 və Şahid6 etirafedici ifadələrinə, ekspertiza rəyinə və işin digər hallarına əsaslanmışdır. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq zamanı Məhkum ilkin ifadələrində ittihamın məzmununa uyğun ifadə versə də, sonradan ifadəsini dəyişmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobildə üç bükümdə psixotrop maddə metamfetamin olduğunu, üzərindən aşkar edilmiş 1,358 qram metamfetaminin ona məxsus olduğunu etiraf etmiş, lakin avtomobildə olan çantasından aşkar olunan 59,066 qram met amfetaminin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı isə Məhkum ifadəsində 200 manat pul müqabilində metamfetamin aldığını, Seymur və Orxanla birlikdə həmin maddəni bölüb istifadə etdiklərini, 0,61 qram metamfetaminin Seymurun üzərində qaldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən onun və Orxanın üzərində metamfetamin olmadığını bildirmişdir. Şahid6 və Şahid7 isə ibtidai istintaq zamanı ilkin ifadələrində ittihamın məzmununa uyğun ifadə versələr də, sonradan ifadələrini dəyişmiş və yolda olarkən Kənanın onlara bir büküm metamfetamin verdiyini, metamfetaminin bir hissəsini istifadə etdiklərini, qalan hissələrini isə 3 bükümdə avtomobildə oturacaqların arasında qoyduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı isə Şahid6 ifadəsində Kənanın 200 manat ödəyərək met amfetamin aldığını və bir hissəsini ona verdiyini, avtomobildə gedərkən metamfetaminin bir hissəsinin üzərində olduğunu bildirmişdir. Şahid7 isə məhkəmə istintaqı zamanı avtomobildə gedərkən yalnız onun üzərində metamfetamin olduğunu bildirmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə Məhkum məxsus avtomobildən aşkar edilmiş çantadakı psixotrop maddə ilə onun özünün və digər şəxslər Şahid7 və Şahid6 üzərindən aşkar olunmuş psixotrop maddənin eyni tərkibli olması sübuta yetirilmişdir. Belə ki, işdə olan məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/872 nömrəli rəyindən görünür ki, Məhkum əl çantasından və üzərindən, Şahid7 üzərindən və Şahid6 üzərindən aşkar edilmiş metamfetamin eyni tərkiblidir. Belə olan halda, apellyas iya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxsə məxsus avtomobilə baxış və üzərində şəxsi axtarış istintaq hərəkətləri müvafiq prosessual pozuntularla müşahidə edilsə də, həmin pozuntular formal pozuntu kimi qəbul edilməli və nəticə etibarilə Məhkum tərəfindən 61,806 qram çəkidə psixotrop maddə metamfetaminin əldə edilməsi ilə bağlı nəticəni istisna edən hal kimi qiymətləndirilməməlidir. Qeyd edilən formal pozuntu təqsirləndirilən şəxsin məhz 61,806 qram çəkidə psixotrop maddə metamfetamini əldə etməsi ilə bağlı hissədə əsaslı olan ittihamın təkzibinə yönələ bilməz. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər ha nsı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, baxış keçirilməsi haqqında, şəxsi axtarış və götürmə aparılması haqqında 13 avqust 2022-ci il tarixli protokollar, məhkəmə ekspertizasının 14 avqust 2022-ci il tarixli, 18/872 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 20 oktyabr 2022-ci il tarixli, 1577 nömrəli rəyi, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, məhkəmə CM-in 234.1-1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir. Adı çəkilən sübutlar apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib ittiham və müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından, həm də kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin çıxardığı nəticəni təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Müdafiə tərəfi kassasiya şikayətində məhkumun ibtidai istintaq zamanı ifadələrini təzyiq və işgəncə altında verməsini iddia etsə də, onun bu dəlili əsassız olmaqla iş materialları ilə təkzib edilmişdir. Belə ki, məhkum və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Həmçinin, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəmə qarşısına çıxarılan zaman da ona qarşı hər hansı fiziki və ya psixi təsir-təzyiq göstərilməsini bildirməmiş, əksinə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək əməlini etiraf etmişdir. Beləliklə, məhkum edilmiş şəxs kassasiya şikayətində ibtidai istintaq zamanı verdiyi ifadələri təzyiq və təsirlə əlaqələndirsə də, bu əsassız olmaqla iş materialları ilə təkzib edilmiş, müdafiə tərəfi məhkumun polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilməmişdir. Bütün bunlar is ə psixotrop maddələrin üzərinə və çantasına polis əməkdaşları tərəfindən qoyulması, zorakılıq göstərilməklə etirafedici ifadə verməyə məcbur edilməsi barədə kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkuma cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətdən fərqli olaraq, cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, cinayətin törədilmə üsulu və mexanizmindən, aşkarlanmış psixotrop maddənin insan orqanizminə mənfi təsirindən, çoxlu sayda insanların sağlamlığına ziyanından, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirindən, məhkəmə tərəfindən müəyyən edilən cəzanı yüngülləşdirən halın (himayəsində üç azyaşlı uşağın olması) özlüyündə müstəsnalıq yaratmamasından və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi üçün heç bir hüquqi və faktiki əsasın mövcud olmamasından çıxış edib, CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəaları hökmdən xaric edərək məhkuma təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın təyin edilməsinə və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş və bununla da CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Qeyd edilməlidir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin tö rədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma apellyasiya instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellya siya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.3-cü maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il 09 oktyabr tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 09 oktyabr tarixli 1(106)-226/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2854/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2854/2025
30.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver