Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2865/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 mart tarixli, 1(108)-10/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsas ən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 16 yanvar tarixli, 1(109)-2/2025 nömrəli hökmü ilə, xx xxxxxx 1995-ci ildə Şərur rayonu, Yuxarı Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olmuş, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 17 fevral 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndiri lən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə) 2025-ci il 5 mart tarixli, 1(108)-10/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Məhkum 2024-cü il 16 yanvar tarixdə Şərur şəhər ərazisində yerləşən « Karvan » restoranında spirtli içki qəbul edib oradan çıxdıqdan sonra yolda olan zaman heç bir səbəb olmadan kimisə döymək istəmiş, bu istəyini həyata keçirmək üçün xuliqanlıq niyyətilə Şərur rayon Çərçiboğan kənd ərazisində Zərərçəkmiş şəxs yaşadığı evinə daxil olmuş, onu divara sıxışdırıb baş nahiyəsindən yumruqla bir neçə zərbə vurmuş, bu zaman sonuncunun qızı Şahid6 digər otaqdan gələrək odun sobasının yanında yerdə olan odun parçasını götürərək onu vurmaq istəmiş, həmin vaxt Məhkum sonuncunun əlindən odun parçasını alaraq onu itələmiş, daha sonra Zərərçəkmiş şəxs Məhkum əlindən çıxaraq qonşusu Şahid7 yaşadığı evə qaçıb daxil olmuş, Məhkum Zərərçəkmiş şəxs evindən çıxaraq həyətdən şiş götürüb sonuncunun arxasınca getmiş, Şahid7 evinə daxil olduqdan sonra Zərərçəkmiş şəxs kömək etmək istəyən Şahid7 əlindəki şişlə başının arxa nahiyəsinə vurmuş, daha sonra Məhkum öz cinayətkar niyyətini davam etdirərək əlindəki şişlə Zərərçəkmiş şəxs politravma, baş-beyin silkələnməsi, hər iki gözündə, gicgah, alın, təpə, ənsə nahiyələrində dərialtı hematomalar, burun çəpərində ikiqat sınıq, sağ əng sümüyünün, sağ almacıq sümüyün ün az yerdəyişmə ilə sınıqları, sağ frontal sümükdə sınıq xəsarətləri yetirməklə sonuncuya insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ekspertizanın rəyi tamamilə qanunsuz olmaqla ittiham tərəfinin maraqlarına xidmət edən formada tərtib edilmişdir. Belə ki, “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2014-cü il tarixli 269 saylı qərarında “Ağır xəsarətlər”in siyahısı qeyd edilmişdir: Lakin sözügedən rəydə göstərilən xəsarətlərin qərarda qeyd olunan xəsarətlərə uyğun gəlməməsinə baxmayaraq, həmin xəsarətlər sağlamlığa ağır zərər vurma k imi qiymətləndirilmişdir. Ekspertin yekun rəyi ilə bütün xəsarətləri “həyat üçün təhlükəli ağır zərər” kimi təqdim etməsi, əvvəlki sənədlərdə həmin xəsarətlərin “yüngül” xarakterdə göstərilməsi ilə ziddiyyət təşkil edir. Bu ziddiyyət ekspertin sonuncu qiymətləndirməsində metodoloji ardıcıllığın pozulduğunu və faktların düzgün təsnif edilməməsi nəticəsində rəydə səhvə yol verildiyini göstərir. Nəticə etibarilə, ekspert rəyinin istintaq orqanının təqsirləndirilən şəxsə ağır ittiham irəli sürmək yönündəki mövqeyi ilə üst-üstə düşməsi onun qərəzsizliyinə dair şübhələri artırır. Əks halda, xəsarətlərin əvvəl “yüngül”, sonradan isə “ağır” kimi təqdim edilməsi mümkün olmazdı. İstintaq dövrü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən vəsatət verilərək zərərçəkmiş şəxsin Şərur rayon xəstəxanası na aparılmış kompüter tomoqrafiyası nəticəsində xəstənin kəllə sümüyünün “KT” müayinəsi əsasında “CD” diskinin cinayət işinə əlavə olunması, müvafiq görüntünün əldə edilməsi tələb edilmiş, lakin “CD” disk və sinimika cinayət işinə əlavə olunmamışdır. Eyni zamanda rəydə qeyd olunan “Politravma, baş-beyin silkələnməsi, hər iki gicgah, alın, təpə, ənsə nahiyələrində dərialtı hematomalar, burun çəpərində sınıq, sağ əng sümüyünün, sağ almaqçı sümüyünün az yerdəyişmə ilə sınıqları” olması qeyd olunduğundan, lakin Zərərçəkmiş şəxs 2 gündən sonra evə buraxıldığı səbəbindən zərərçəkmişdə aşkar edilmiş xəsarətlər (Politravma, baş-beyin silkələnməsi, hər iki gicgah, alın, təpə, ənsə nahiyələrində dərialtı hematomalar, burun çəpərində sınıq, sağ əng sümüyünün, sağ almaqçı sümüyünün az yerdəyişmə ilə s ınıqları) barədə sənədlərin təqdim edilməsinə dair müdafiəçi tərəfindən vəsatət verilmiş, lakin onun bu vəsatəti də təmin edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarında Zərərçəkmiş şəxs xəsarətləri barəsində ekspert rəyindən başqa müalicə olunduğu xəstəxanaya hansı diaqnozla daxil olması barədə məlumatların və xəstəlik tarixindən çıxarışın olmaması da onun ekspert rəyində qeyd olunan xəsarətlərinin alınmasını şübhə altına salır və sırf təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi üçün belə bir rəyin verilməsinə nail olmasını təsdiq edir. Həmçinin “kəllə beyin silkələnməsinin” həqiqətən olub-olmamasının müəyyən edilməsi, tibbi nöqteyi-nəzərdən nevropatoloq həkimin, sınıqlar isə həkim travmatoloqun sahəsinə aiddir. Ekspert rəyində isə rəyin verən ekspertin hər hansı bir nevropatoloq və ya travmatoloq həkimin fikrinə istinad etdiyi göstərilməmişdir. Cinayət işinin istintaqı və məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə uyğun tövsif etmək üçün istintaq orqanı və məhkəmə əsasən məhkəmə-tibbi ekspertizasının rəyinə istinad etmişdir. Lakin təqdim edilmiş rəyin məzmunu və elmi əsasları bu maddənin tətbiqi üçün tələb olunan “həyat üçün təhlükəli ağır bədən xəsarəti” kriteriyasını dolğun sübut etmir və ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun şəkildə əsaslandırılmamışdır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül bədən xəsarətlərinin Siyahısı”na görə, “ağır xə sarət” yalnız o halda müəyyən edilir ki, “xəsarət həyat üçün real təhlükə doğursun və ya bədənin və ya orqanların mühüm funksiyalarının itirilməsi, bədənin əzalarının itirilməsi, daimi əmək qabiliyyətinin itirilməsi kimi hallarla müşayiət olunsun”. Yəni bu Qərara görə hər bir sınıq və ya hematoma avtomatik olaraq “ağır xəsarət” sayılmır. Onun “həyat üçün təhlükə yaradan vəziyyət” doğurması mütləq elmi-tibbi əsasla təsdiqlənməlidir. Halbuki, iş üzrə tərtib olunmuş 08 fevral 2024-cü il tarixli 182 nömrəli ekspertiza rəyində yalnız formal şəkildə “xəsarətlərin ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurma halına aid olduğu müəyyən edilmişdir” ifadəsinə yer verilmiş, lakin bu nəticənin hansı tibbi meyarlara əsaslandığı, hansı patoloji proseslərin həyati təhlükə yaratdığı, hansı orqan və funksiyaların pozulduğu, nə dərəcədə tibbi risk yarandığı barədə elmi əsaslandırma təqdim edilməmişdir. Bir xüsusata da ciddi nəzər yetirmək lazımdır ki, həmin siyahıda kəllə tağı və kəllə əsası sümüklərinin adi sınıqlarından yox, tam sınıqlarından söhbət gedir, yəni tam sınıq yoxdursa xəsarət də ağır xəsarət kimi qiymətləndirilə bilməz. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum əməlinin CM-in 127.2.3-cü maddəsinə (qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə az ağır zərər vurma) tövsif edilməklə cəza təyin edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini və təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olar aq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayəti nin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, müdafiə tərəfinin kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürülmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəb ər sübutların məcmusu əsasında araşdırılmış, mövcud olan sübutlar qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəru ri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdiri lmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 16 yanvar tarixli, 1(109)-2/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 mart tarixli, 1(108)-10/2025 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2865/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2865/2025
25.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver