Məhkəmə qərarları › İş №1(102)-2872/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2872/2025

08.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2872/2025 08.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katizbi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1178/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfi ndən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs X5 XXXX-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, X ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 20 dekabr 2023-cü il tarixli ittiham aktına əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 182.2.1, 182.2.2 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə pul tələb etmək və bu yolla əldə edəcəkləri pul vəsaitlərini aralarında bölmək məqsədi ilə Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bəraət almış şəxs 2 021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 məxsus pornoqrafik xarakterli, yəni cinsi ehtirası sağlam olmayan şəkildə oyadan, seksuallığı müstəsna olaraq cinsi aktın həyata keçirilməsi ilə bağlayan, ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfi qıcıqlandırmaq, başqalarında ikrah hissi oyatmaq məqsədi daşıyan, primitiv hisslər yaradan çoxsaylı fotoşəkilləri və pornoqrafik xarakterli 1 ədəd videogörüntünü özünün və Şahid2 idarə etdiyi “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram sosial şəbəkəsindəki kanallarında qanunsuz yaymaqla reklam etmiş, həmin pornoqrafik xarakterli fotoşəkil və videogörüntülərin yer aldığı eyni xarakterli qeyd edilən teleqram sosial şəbəkəsindəki kanalları izləyici sayını artırmaqla yayıb rek lam etmiş, habelə pornoqrafik xarakterli həmin video material və şəkillərlə qanunsuz ticarət etmiş, Şahid2 həmin materialları digər internet saytlarında da nümayiş etdirməklə haqqında rüsvayedici məlumatları yayacağı hədəsi ilə 2021-ci ilin avqust ayında yaşadığı ünvan 2 ünvanında mobil telefonla əlaqə yaradaraq zərərçəkmiş şəxsdan hədə-qorxu ilə 500 manat məbləğində pul vəsaiti tələb edib həmin pul vəsaitini bəraət almış şəxsin istifadəsində olan bank kartı hesabına göndərməsini tapşırmış, zərərçəkmiş şəxsbarəsində rüsvayedici məlumatların yayılmaması üçün qeyd edilən pul vəsaitinin ödənilməsinə məcbur olub qohumu Şahid1 vasitəsi ilə 15 avqust 2021-ci il tarixdə saat 14:59-da "xxxx" ASC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov branch” ödəmə terminalında n 500 manat məbləğində pul vəsaitini bəraət almış şəxsin bacısı Şahid7 "xxxx" ASC-yə aid 540408****9150 nömrəli bank kartı hesabına göndərmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən bəraət almış şəxs qeyd edilən pul vəsaitini Şahid2lə aralarında bölməklə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə pul tələb etmək və bu yolla əldə edəcəkləri pul vəsaitlərini aralarında bölmək məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bəraət almış şəxs Zərərçəkmiş şəxs2 məxsus çılpaq görüntülü bir ədəd fotoşəkli özünün və Şahid2 idarə etdiyi “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram sosial şəbəkəsindəki kanallarında nümayiş etdirmiş, Şahid2 haqqı nda rüsvayedici məlumatları yayacağı hədəsi ilə 2021-ci ilin noyabr ayında yaşadığı ünvan 2 ünvanında mobil telefonla əlaqə yaradaraq Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə 500 manat məbləğində pul vəsaiti tələb edib həmin pul vəsaitini bəraət almış şəxsin istifadəsində olan bank kartı hesabına göndərməsini tapşırmış, Zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatların yayılmaması üçün qeyd edilən pul vəsaitinin ödənilməsinə məcbur olub 16 noyabr 2021-ci il tarixdə saat 21:32-də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Grandmart” adlı marketdə quraşdırılmış “emanat” ödəmə terminalından 500 manat məbləğində pul vəsaitini bəraət almış şəxsin bacısı Şahid7 "xxxx" ASC-yə aid 540408****9150 nömrəli bank kartı hesabına göndərmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən bər aət almış şəxs pul vəsaitini Şahid2lə aralarında bölməklə ələ keçirmişdir. 3. 25 yanvar 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X5 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-164/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli hökmü ilə X3 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadl ıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən təqsirləndirilən şəxs X5 və müdafiəçisi Bağırov Mirbağır Mirtağı oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, hökmün qismən ləğv edilməsini, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişlər.

6. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri üzrə bəraət verilməsinə dair hissəsinin ləğv edilməsi, X1 həmin maddələrlə də təqsirli bil inməsi, cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilməsi, bu maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu qaydasında ona qəti cəza təyin olunmaqla yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1178/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayətləri təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-164/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli hökmünün qismən ləğv edilməsi, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyi üçün X3 Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal azad edilməsi hökm edilmiş, digər məsələlər həll edilmiş, birinci instansiya məhkəməsinin hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd olunmuşdur ki, ibtidai istintaq dövründə toplanmış sübutlarla təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, cinayətin digər iştirakçıları ilə qabaqcadan əlbir olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən razılıq əldə edilməsi müəyyən edilmişdir. İş material ları ilə həmçinin Şahid2 hədə-qorxu ilə tələb etmə cinayətini törətmək məqsədilə X5 ilə qabaqcadan əlbir olması, bu əlbirliyin əvvəlcədən razılaşdırılması, eləcə də cinayət nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmənin mövcudluğu sübuta yetirilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin halları nəzərə almadan yalnız təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələri əsas götürərək bəraət almış şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsinin sübuta yetirilmədiyi qənaətinə gəlmiş və ona bəraət vermişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmün bu hissədə qanuni hesab edilməsinə dair mövqeyi də kassasiya protes tinə görə əsaslı sayılmır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi bəraət almış şəxsin Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi üzrə təqsirləndirilməsinə dair ittiham üzrə də təqsirinin olmamasını əsas gətirərək ona bəraət vermişdir ki, bu mövqe də iş materialları ilə uzlaşmır. Belə ki, cinayət işi materiallarından görünür ki, X5 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslər barəsində rüsvayedici məlumatların yayılması hədəsi ilə özgənin əmlakını tələb etmiş, pornoqrafik materialları reklam məqsədilə qanunsuz hazırlamış, yaymış və reklam etmiş, habelə pornoqrafik xarakterli video materiallar və fotoşəkillərlə qanunsuz ticarət etmişdir. “Telegram” proqramında “Bədbəxt kişilər klubu”, “Azeri qızlar ifşa”, “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” adlı k anallarda çılpaq fotoşəkil və videoların yayılması, həmin səhifələrin linklərinin bəraət almış şəxsə göndərilməsi, izləyici sayının artırılması, habelə bu materialların silinməsi müqabilində Şahid2 tərəfindən hədə-qorxu ilə pul tələb edilməsi faktları zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. bəraət almış şəxs öz ifadəsində panel xidməti göstərdiyini və Şahid2 göndərdiyi səhifələrin izləyici sayını artırdığını təsdiq etsə də, həmin səhifələrdəki paylaşımlardan xəbərsiz olması barədə izahatları özünümüdafiə xarakteri daşıyır. Bu baxımdan məhkəmələrin ittihamın ehtimallara əsaslanması barədə gəldikləri nəticələr kassasiya protestinə görə əsaslı hesab edilmir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1178/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelly asiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdud larını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, nəticədə X3 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 242-ci maddələri ilə əsassız bəraət verildiyini iddia edib, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1178/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cin ayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şə rh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

21. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

22. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-müh akimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

23. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

24. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

25. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə həmin Məcəllənin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

26. Habelə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfi nin üzərinə düşür.

27. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə X3 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 242-ci maddələri ilə elan olunmuş ittiham üzrə bəraət verilməsinin əsassız olmasına dair dövlət ittihamçısının dəlillərini əsassız hesab edir.

28. Belə ki, dövlət ittihamçısının iddia etdiklərindən fərqli olaraq, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hökmündən X5 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri, habelə dövlət ittihamçısının apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi qismən məhk əmə istintaqı aparılmaqla keçirilmiş apellyasiya baxışı zamanı ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə, eləcə də mövcud məhkəmə təcrübəsinə uyğun olaraq ayrı-ayrılıqda və məcmu şəkildə yenidən təhlil etmiş və müəyyən etmişdir ki, bəraət almış şəxsə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə verilmiş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə də təqsirləndirilən şəxsin təqsirli bilinməsinə dair müəyyən etdiyi halların təd qiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələrin digər sübutlarla aradan qaldırılmasının mümkün olmadığını, bu halda həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə almışdır. Məhkəmə müəyyən etmişdir ki, sözügedən ittihamın əsasını istintaq orqanı tərəfindən təqdim edilmiş qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə dair ciddi şübhələr mövcud olmuş və təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən digər sübutlar aşkar edilməmişdir. Bu səbəbdən bəraət almış şəxsə Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə də bəraət verilməsi barədə nəticəyə gəlinmişdir.

29. Kassasiya protestində göstərilən arqumen tlər qeyd olunan nəticə ilə razılaşmamaq üçün hər hansı əsas yaratmadığından, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham əsaslı şübhə yaratmayan, biri digərini təkzib etməyən mötəbər sübutlarla təsdiq edilməmişdir. Tədqiq edilmiş sübutların müqayisəli təhlili də ittihamın əsaslı olması qənaətinə gəlinməsi üçün əsas vermədiyindən, ona ittiham edildiyi maddələr üzrə bəraət verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur və mübahisələndirilən hökm əsassız və qanunsuz məhkə mə aktı kimi qiymətləndirilə bilməz.

30. Qeyd edilənlər baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3cü maddələrində göstərilən pozuntulara yol verilməməsi və kassasiya protestinin əsassız olması, irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə aktının ləğv edilməsinin mümkün olmaması barədə nəticəyə gəlməyə imkan verir.

31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1178/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1178/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar