Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2877/2025 17.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi – X2, Müdafiəçi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli 1(007)-238/2025 nömrəli (hakim: Qədirli Nigar Aftandil qızının sədrliyi) hökmü ilə xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, on un 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Zə fər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mehdiyev Emin Əlixan oğlu və Qarayeva Mehriban Cəfər qızından ibarət məhkəmə tərkibində) 16 sentyabr 2025-ci il tarixli 1(103)-1616/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum həmin hökmə əsasən CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilərək “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edi lməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının 16 sentyabr 2025-ci il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham verilmişdir ona görə ki, o, 28 avqust 2024-cü il tarixdə, saat 22:48-də “B C CED” kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Feldbinder” markalı “Eut 40.3” modelli **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan “Mersedes-Benz” markalı “Axor 1842” modelli **-AG*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə saatda 20 km sürətlə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən svetoforun qadağanedici siqnalı verildikdə sürücü nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısında, yolayrıcında isə svetofor qarşısında dayanmalı olduğu halda, həmin tələblərə əməl etməyərək yol hərəkəti qaydalarını pozub, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 47/3 nömrəli ünvanda yerləşən “Şaurma №1” Neftçilər filialının qarşısında sola doğru İmadəddin Nəsimi küçəsinə dönmə əməliyyatını apararaq svetoforun qadağanedici siqnalında yolayrıcına daxil olan zaman qarşıda svetoforun yaşıl işığında yolayrı cına daxil olan Zərərçəkmiş şəxs “A1,A,B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “SYM XPRO 125” markalı 99-C-180 dövlət qeydiyyat nişanlı motosiklet ilə toqquşmuş, sonuncu zərbənin təsirindən fırlanıb yük avtomobilinin altına düşərək ehtiyatsızlıqdan aldığı ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beyinin dağılması, qansızması, kəllə sümükləri, üz skelet sümüklərinin çoxsaylı, çoxqəlpəli sınıqları, başın açıq yarası, sol göz almasının travmatik ekzofalmı, sol qulağın ön hissənin əzilmiş-cırılmış yarası, ağciyər, qaraciyər və dalağın zədələnməsi, sağdan İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X qabırğaların, soldan İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X qabırğaların, sağdan körpücük sümüyünün sınıqları, alt çənənin boynun, döş qəfəsinin böyük sahəli qançır və sıyrığı, qamın qançırı, sağ budun və sağ saidin sıyrıqlarıydan ibarət xəsarətlərdən kəllə sümükləri və üz skelet sümüklərinin çoxsaylı, çoxqəlpəli sınıqları ilə müşayiət olunan başın küt travması nəticəsində baş beyin dağılması və qansızması Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərkən haqlı olaraq nəzərə almışdır ki, o günahını tam etiraf etmiş və ölmüş zərərçəkənin hüquqi varisindən, proseslərdə iştirak edən yaxın qohumlarından dönə-dönə üzr istəmiş, ailəsinə yeganə qazanc gətirən şəxsdir və onun himayəsində 4 azyaşlı uşağı var. Zərərçəkənin hüquqi varisi istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində isə bildirmişdir ki, təqsirləndirilən şəxs ona 70.000 manat pul verərsə, o təqsirləndirilən şəxslə barışmağa və onu bağışlamağa hazırdır. Zərərçəkən bu məbləği səsləndirərəkən həm özü, həm də nümayəndəsi məhkəmə qarşısında bizə birmənalı şəkildə bildirmişlər ki, məbləğlə bağlı fikirləri qətidir, "alver etməyin" yeri yoxdur və həmin məbləğin "aşağı-yuxarısı" yoxdur. Apellyasiya instansiya məhkəməsinin təyin etdiyi cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Həmçinin açıq-aşkar görünür ki, təyin edilmiş cəza cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, sərtliyinə görə açıq-aydın ədalətsizdir. Beləliklə də apellyasiya instansiya məhkəməsi Məhkum törətdiyi cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmayan son həddə yaxım ağır cəza təyin etmiş, bu zaman məsuliyyəti yüngülləşdirən halları ümumiyyətlə nəzərə almamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025ci il tarixli qərarının ləğv edilərək, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, qanunda nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi4 çıxış edərək, məhkumun təqsirli olduğunu, lakin 4 azyaşlı övladı olduğunu, hüquqi varislə dəfələrlə barışığa cəhd etdiyini, mərhumun qəbir xərclərini qarşıladığını, məhkəmə iclasında barışıq üçün diz çöküb yalvardığını, günü 20 manata işləməsinə baxmayaraq hüquqi varisin barışıq üçün 70.000 AZN pul istədiyini, lakin onun 15.000 AZN ödəməyə imkanı çatdığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X4 çıxış edərək, məhkumla barışmadığını, valideynlərini itirdikdən sonra qardaşına onun baxdığını, 70.000 AZN-in məhkumun cəzaçəkmə müəssisəsində əziyyət çəkməyəcəyi təqdirdə çöldə əziyyət çəkməsi üçün istədiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş k assasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 3.1-ci bəndinin tətbiq edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məh kəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulmağı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olunması ilə bağlı ittiham, məhkəmələr tərəfindən işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutlara istinad qərarlarda əsaslandırılmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir, onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərarın qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin bu barədə dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə c əza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədin i müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yü ngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət Məcəlləsinin 59.1-ci maddəsi cəza təyini zamanı nəzərə alınmalı yüngülləşdirici halların siyahısını göstərmiş, eyni zamanda Məcəllənin 5 9.2-ci maddəsinə əsasən cəza təyin edilərkən 59.1.1 və 59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması müəyyən edilmişdir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; qanunda nəzərdə tutulduğundan daha yüngül cəza tə yin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürü lməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşmançılıq çəkməsi məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Həmçinin cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Məhkum əvvəllər məhkumluğu olmamışdır. O cümlədən, cinayət işinin materiallarında olan AZ-İİ 15578 6, AZ-İİ 690652, AZ-İİ 991461 və AZ-İV 435312 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Məhkum xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il və xx.xx.2020-ci il təvəllüdlü uşaqları var. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (cinayəti etiraf edərək əməlindən səmimi peşman olması, himayəsində ikisi azyaşlı olmaqla 4 yetkinlik yaşına çatmayan uşağının olması, ilk dəfə cinayət əməli törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd göstərməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəz anın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınması qeyd edilsə də, lakin həmin halları məhz hansı formada nəzərə alınmasını müəyyən etmək mümkün deyil. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi qərarında əsaslandıra bilməmişdir ki, nə üçün Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yalnız ən yüksək həddə cəza təyin edildiyi halda cəzanın məqsədinə nail olmaq mümkündür. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkum daha aşağı həddə cəza təyin edilə bilmə imkanına malik olduğu halda, ona daha ağır cəza təyin olunması ilə cəzanın məqsədini təmin etməsini əsaslandırmamış, bununla da CM-in 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir) tələblərinə əməl etməmiş və məhkuma açıq aydın ağır cəza təyin etmişlər. Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Cinayət -Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası “məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi” kimi, yuxarıda qeyd olunan apellyasiya icraatına aid müddəalardan müəyyən qədər fərqli məzmunda təsbit edilmişdir. Lakin, fərqli məzmunda olmalarına baxmayaraq, kassasiya instansiyası məhkəməsində sözügedən məsələyə baxılarkən də qeyd olunan normalar bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilməli və məsuliyyəti yüngülləşdirən və yaxud ağırlaşdıran halların nəzərə alınmamasında ifadə olunan aşağı instansiya məhkəmələrinin yol verdikləri pozuntu mühüm əhəmiyyətli olmaqla cəzanın “açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır cəza kimi qiymətləndiri lməsi üçün əsas yaratmalıdır. Çünki, məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə və məhz belə olduqda, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin pozulması, CPM-in 8.0.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzifəsinin lazımınca yerinə yetirilməməsi haqqında mühakimə yürütmək və bunun nəticəsi olaraq kassasiya müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə bəraət qazandırmaq olar. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir və qanunvericilik həmin maddə üz rə təyin edilən azadlıqdan məhrum etmə cəzasının hansı növ cəzaçəkmə müəssisəsində çəkilməsini avtomatik olaraq zərərçəkmişlə barışığın olub-olmaması ilə şərtləndirmir. Qanunvericilikdə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmənin mütləq surətdə zərərçəkmişlə barışıqdan asılı olmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud deyil, bu barədə Ali Məhkəmənin hər hansı bir vahid məhkəmə təcrübəsi yoxdur və ola bilməz. Cinayət qanunvericiliyinin əsas prinsiplərindən biri cəzanın fərdiləşdirilməsi prinsipidir. Bu prinsipə görə, məhkəmə cəza təyin edərkən törədilmiş hər bir əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun cinayətdən sonrakı davranışını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kompleks şəkildə qiymətləndirməlidir. Hazırkı iş üzrə kassasiya instansiyası tərəfindən təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, səmimi peşmançılığı, ilk dəfə cinayət törətməsi, himayəsində dörd azyaşlı uşağın olması, habelə zərərçəkmiş şəxslə barışığa nail olmaq və dəymiş zərərin nəticələrini aradan qaldırmaq üçün real və davamlı cəhdlər göstərməsi haqlı olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Eyni zamanda, iş üzrə cəzanı ağırlaşdıran halların mövcud olmaması da nəzərə alınmalıdır. Məhkəmə tərəfindən xüsusi olaraq vurğulanmışdır ki, zərərçəkmiş şəxsin hüquqi varisinin barışıqdan imtina etməsi və sonradan yüksək məbləğdə maddi tələb irəli sürməsi, Məhkum maddi imkanları ilə obyektiv surətdə uzlaşmayan şərtlər müəyyən etməsi, barışığın baş tutmamasını Məhkum iradəsindən asılı olmayan səbəblərlə izah etməyə əsa s verir. Belə olan halda, barışığın formal olaraq əldə edilməməsi məhkumun mənfi xarakteristikası kimi qiymətləndirilə bilməz və onun daha ağır rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsinə əsas verə bilməz. Qanunvericilikdə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsini istisna edən və bunu zərərçəkmişlə barışığın məcburi qaydada əldə olunması ilə şərtləndirən norma olmadığından, məhkəmə konkret işin hallarını və məhkumun şəxsiyyətini qiymətləndirərək belə nəticəyə gəlməkdə sərbəstdir. Beləliklə, nəticə etibarilə məhkumun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi üçün zərərçəkmiş şəxslə barışığın mütləq şərt kimi tələb olunmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud olmadığından, belə bir tələbin irəli sürülməsi qanunun məzmununa və cəzanın fərdiləşdirilm əsi prinsipinə zidd olardı. Kassasiya instansiyasının mövqeyi isə məhz bu hüquqi yanaşmaya əsaslanır və qanunvericiliyin tələbləri ilə uzlaşır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, işin hallarını bir daha ətraflı təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş cəza, yəni 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası yuxarıda qeyd edilən normaların tələblərinə zidd olduğuna görə dəyişdirilməli və həmin maddənin sanksiyası çərçivəsində 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və cəzasını məntəqə tipli c əzaçəkmə müəssisəsində çəkməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının məntəqə tipli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikay əti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Məhkum cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəksin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2877/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2877/2025
17.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver