Məhkəmə qərarları › İş №1(102)-2888/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2888/2025

04.03.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2888/2025 04.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum1 və Məhkum2 barələrində olan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 aprel tarixli, 1(108)13/2025 nömrəli qərarından zərərçəkmiş şəxs X3 nümayəndəsi Nümayəndə tərəfindən veri lmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şahbuz Rayon Məhkəməsinin (Hakim D.Səfərov) 2025-ci il 21 fevral tarixli, 1(090)1/2025 nömrəli hökmü ilə, 09 avqust 1985-ci ildə Babək rayonu, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, iki uşaq atası, işsiz, əvvəllər məhkum edilməyən, Babək rayonu, Qahab kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Məhkum1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 1300 (min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, xx xxxxxx 1959-cu ildə Babək rayonu, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum edilməyən, B abək rayonu, Qahab kəndində qeydiyyatda, Məhkum2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1100 (min bir yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdır. Hökmdən Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə) 2025-ci il 17 aprel tarixli, 1(108)-13/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum1 atası Məhkum2 ilə birlikdə 2024-cü il 4 may tarixdə Şahbuz rayon Kiçikoba kəndində yaşayan sabiq arvadı (Məhkum2 gəlini) Zərərçəkmiş şəxs yaşadığı evin həyətində mübahisə zamanı hər ikisi Zərərçəkmiş şəxs sağ yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan alt çənənin sol şaxəsinin qançırı, başın sağ gicgah nahiyəsinin hematoması, sağ və sol almacıq nahiyələrinin və sol said nahiyəsinin qançırları, döş qəfəsinin ön səthinin sağ və sol yarısının sağ said və sağ baldır nahiyələrinin sıyrıqlarından ibarət xəsarət yetirməklə onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarətlər almasına səbəb olmuşlar. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hökmdə təqsirləndirilən şəxslərə məhkəmə tərəfindən yüngül cəza təyin edilərkən onların öz təqsirlərini etiraf etmələrinə və əməllərindən səmimi peşman olmalarına onların vəziyyətini yüngülləşdirən hal kimi qiymət verildiyi qeyd edilmişdir. Halbuki məhkəmə hökmünə baxdıqda müəyyən olunur ki, heç də təqsirləndirilən şəxslərin birmənalı olaraq öz əməllərini etiraf etmədikləri və əməllərindən də səmimi peşman olmalarını bildirmədiklərini görürük. Belə ki, məhkəmə istintaqı zamanı hər iki təqsirləndirilən şəxsin gah özlərini təqsirli bilməmələri, gah da təqsirli bilmələri ilə bağlı dəfələrlə fərqli-fərqli fikirlər səsləndirdikləri, dövlət ittihamçısının suallarına da eynilə bu yöndə cavablar vermələri, bundan başqa hökmün 16-cı səhifəsinin 4-cü abzasında qeyd edilən məhkəmənin təqsirləndirilən şəxs Məhkum1 Zərərçəkmiş şəxs vurmadığı, özünü zəruri müdafiə etmək üçün, əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs itələdiyi və xəsarətləri Zərərçəkmiş şəxs özü özünə yetirməsi ilə bağlı ifadələrinə baxdıqda yuxarıda deyilənlərin həqiqət olduğunu müəyyən etməyin mümkün olduğu, məhkəmə istintaqı zamanı tədqiq edilmiş video materialdan təqsirləndirilən şəxs Məhkum2 və Məhkum1 baş vermiş hadisə zamanı hər ikisinin də zərərçəkmiş şəxsə, onun xalası Kifayətə və dayısı Ramiqə xəsarətlər yetirmələrinin göründüyü, yəni baş vermiş hadisənin daha da geniş vüsət almasına səbəb olduqları, belə olan təqdirdə təqsirləndirilən şəxslərin ittiham edildikləri Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəzanın təyin edilməsinin ədalətlilik prinsipinə zidd olduğu ilə bağlı dəlillərini müzakirə edərək qeyd olunan dəlilləri subyektiv mülahizə xarakterli dəlillər olmaqla əsassız hesab edirlər. Məhkəmə hadisənin ictimai təhlükəliliyini, qadına qarşı zorakılıq xarakterini nəzərə almamış, cəzanı formal və simvolik şəkildə müəyyən etmişdir. Bu, CM-in 8 və 41-ci maddələrinin tələblərinə ziddir. Bundan əlavə “Səmimi peşmanlıq” halı əsassız tətbiq edilmişdir. Təqsirləndirilən şəxslərin ifadələrində ziddiyyətlər olmuş, bu isə CM-in 59.1.4 maddəsinin tətbiqinə əsas vermir. Açıq-aydın ağırlaşdırıcı hallar nəzərə alınmamışdır. Video və şahid ifadələri göstərir ki, zərərçəkmişlə yanaşı, digər şəxslər də xəsarət almış, amma bu hallar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Ailədaxili zorakılıq konteksti nəzərə alınmamış, qadın hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklər pozulmuşdur. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2025-ci il 17 aprel tarix li, 1(108)-13/2025 nömrəli qərarının ləğv edilməsini və təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 CM-in 128-ci maddəsi üzrə daha ağır cəzanın təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum1 və Məhkum2 barələrində olan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 aprel tarixli, 1(108)-13/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciəti n dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası mə hkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində məhkumlara yüngül cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 4 19-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hes ab edir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, şikayətdə məhkumlara təyin edilmiş cəzanın yüngüllüyü mübahisləndirilmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti və onların cəzasını yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumlara cəza təyin edilməsi məsələsini müzakirə edərkən işin bütün faktiki hallarını, eləcə də CM-in 8, 9, 41.2 və 58-ci maddə lərinin tələblərini nəzərə almış və məhkumlara onların şəxsiyyətinə və onlar tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə uyğun, ədalətli cəza təyin etmişlər. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın ağırlaşdırılmasına səbəb ola biləcək hər hansı bir hüquqi və faktiki əsas tapa bilmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 aprel tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs X3 nümayənd əsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 2025-ci il 21 fevral tarixli, 1(090)-1/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum1 və Məhkum2 barələrində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 aprel tarixli, 1(108)-13/2025 nömrəli qərarı zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar